* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars. kəm və ər. fürsət] Tündxasiyyət, tündməcaz, tez özündən çıxan, kəmhövsələ. Kəmfürsət adam. – [Amaliya] Otellodan əhvalı bilib, başlayır onu danlamağa və ağzına gələn sözləri kəmfürsət ərəbin haqqında söyləməyə. F.Köçərli. Camaat arasında [Salmanın] nanəcib, kəmfürsət, bədxah olmasından gizlin-gizlin, yavaş-yavaş, lakin mütəmadiyən danışıq gedirdi. M.İbrahimov. // İs. mənasında. [Məlikə:] Biganə əgər olmasa, tez vəslə yetərdik; Kim xeyr görüb düşməni kəmfürsət olanda? Ə.Vahid.
Azərbaycan dilinin izahlı lüğəti / kəmfürsət2 f. və ə. 1) macalı olmayan, vaxtı az olan; 2) bax kəmhövsələ.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / kəmfürsət1 прил. 1. невыдержанный (не умеющий владеть собой) 2. коварный, вероломный. Kəmfürsət adam коварный человек, kəmfürsət düşmən коварный враг
Azərbaycanca-rusca lüğət / kəmfürsət1 s. (amansız, insafsız) relentless, merciless, unrelenting, inexorable, grim; (sərt, qəddar) fierce, ferocious, severe, truculent; ~ düşmən a relentless / merciless enemy
Azərbaycanca-ingiliscə lüğət / kəmfürsət1 sif. cruel, -le ; brutal, -e ; impitoyable, implacable ; féroce ; violent, -e, sévère
Azərbaycanca-fransızca lüğət / kəmfürsət1 [fars. kəm və ər. fürsət] прил. туьнт къилихдин, фад къапарай акъатдай, кьантӀар мукьвал алай, сабурсуз, туьнт.
Azərbaycanca-ləzgicə lüğəti / kəmfürsət