kabinə sözü azərbaycan dilində

kabinə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kabinə • 96.9072%
  • Kabinə • 2.5773%
  • KABİNƏ • 0.5155%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Pilot kabinəsi
Pilot kabinəsi (ing. cockpit) — əsasən uçan vasitələrdə, ümumiyyətlə isə bir vasitənin sürücüsünün olduğu hissəyə verilən addır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.06 dəfə / 1 mln.
2003 ••••• 0.79
2006 ••••• 0.90
2007 •••• 0.63
2009 •••••• 1.12
2010 ••• 0.45
2011 •••• 0.60
2012 •••••••••• 1.81
2013 ••• 0.44
2014 •••••• 1.03
2015 0.17
2016 ••• 0.52
2017 •••••• 1.14
2018 •••••••• 1.35
2019 •••••••••• 1.81
2020 •••••••••••••••••••• 3.85

kabinə sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi. – Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. Mədəd zor-güc Gülşəni kabinədə oturtdu. Ə.Vəliyev. 2. bax kabinet 2-ci mənada. Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Səhnədə müstəntiqin kabinəsi qarşısındakı otaq göstərilir. S.Rəhman. 3. bax kabinet 6-cı mənada. [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / kabinə

kabinə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. KABİNƏ (minik maşınlarında kiçik otaq) Şofer kabinənin qapısını açıb onu [Firəngizi] maşına dəvət etdi (B.Bayramov); KABİNKA Maşın onlara çatanda dayandı. Kabinkanın qapısı açıldı (H.Abbaszadə). 2. KABİNƏ (hökuməti təşkil edən nazirlər heyəti) [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu (M.S.Ordubadi); KABİNET Atan kabinetdə nazirdi, gülüm; Mənim ürəyimin naziri deyil! (N.Kəsəmənli). 3. kabinə bax kabinet 2

    Azərbaycan dilinin sinonimlər lüğəti / kabinə

kabinə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. кабина (небольшое помещение специального назначения). Təyyarəçi kabinəsi кабина летчика, kosmik gəmi kabinəsi кабина космического корабля, ekskavator kabinəsi кабина экскаватора, səsvermə kabinəsi кабина для голосования, danışıq kabinəsi связь. переговорная кабина

    Azərbaycanca-rusca lüğət / kabinə

kabinə sözünün inglis dilinə tərcüməsi

kabinə sözünün fransız dilinə tərcüməsi

kabinə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] 1. кабина (будка хьтин гъвечӀи кӀвал; мес. телефондин, гимидин, самолётдин, парцин машиндин ва мс.); 2. кабинет (директордин, министрдин ва мс.); 3. кил. kabinet 3).

    Azərbaycanca-ləzgicə lüğəti / kabinə

"kabinə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kabinə nədir? #kabinə sözünün mənası #kabinə nə deməkdir? #kabinə sözünün izahı #kabinə sözünün yazılışı #kabinə necə yazılır? #kabinə sözünün düzgün yazılışı #kabinə leksik mənası #kabinə sözünün sinonimi #kabinə sözünün yaxın mənalı sözlər #kabinə sözünün əks mənası #kabinə sözünün etimologiyası #kabinə sözünün orfoqrafiyası #kabinə rusca #kabinə inglisça #kabinə fransızca #kabinə sözünün istifadəsi #sözlük