KAD sözü azərbaycan dilində

KAD

Yazılış

  • KAD • 53.8462%
  • kad • 23.0769%
  • kaD • 7.6923%
  • Kad • 7.6923%
  • kAd • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
25-ci kadr
25-ci kadr — videoya əlavə kadrların qoyulması vasitəsi ilə insanın altşüuruna təsir etməyin metodikasıdır. Bu ifadənin müəllifi, Ceyms Vikeri bu cür təsirin mövcudluğu sübut edən eksperementlərinin nəticələrini özü saxtalaşdırdığını etiraf edib. 1958-ci ildə Amerikan Psixoloqlar Birliyi rəsmi olaraq 25-ci kadrın psixoloji effekti olduğunu inkar edib.İddia insan gözünün saniyədə 24 kadrdan çox görə bilmədiyində əsaslanır. Əslində isə, 25-ci kadr insan tərəfindən görünə bilər və beləliklə gizli deyil.Daha geniş mənada hiss olunmaz ismarış (ing. subliminal message) və ya stimul (ing. subliminal stimuli) şəxsin şüurlu qavrayış həddinin altına təsir edən hər hansı həssas stimuludur. 2012-ci ildə aparılan funksiyanal maqnit rezonans tomoqrafiya (fMRT) araşdırması göstərib ki, hiss olunmaz stimullar, ondan xəbərsiz olan iştrakçıların müəyyən beyin hissələrini aktivləşdirir.61 iştrakçı ilə aparılan eksperement göstərib ki, hədəfli prayminq iştədən, içki brendin adını hiss olunmaz ismarışlar iştrakçıların həmin praym edilən mallarnan bağlı davranışa təsir edə bilər. Eyni zamanda, həmin eksperimenti izah edən akademik məqalə Vikarinin iddialarını "fantaziya" adlandırır. == Qanunilik == === ABŞ === 1957-ci ildə ABŞ Federal Rabitə Komissiyası (FCC) bəyan edib ki, onun Rabitə Aktının 303 bölməyə əsasən müəyyən hiss olunmaz ismarışları kontrol etməyə haqqı var. Halbuki, bu haqq ancaq yayımçılara qarşı həyata keçirilə bilər.
36 kadr (film, 1996)
36 kadr qısametrajlı bədii televiziya filmi rejissor Rövşən İsgəndərov tərəfindən 1996-cı ildə ekranlaşdırılmışdır. Film "Sabah" yaradıcılıq birliyində istehsal edilmişdir. Filmdə rolları Səbinə Minasazova, Kamran Şahmərdanov və Kamran Əhmədov ifa edirlər. Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın son gününü əks etdirir. == Məzmun == Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın (Kamran Şahmərdanov) son gününü əks etdirir. Fotoqraf aşiq cütlüyün (Səbinə Minasazova-Kamran Əhmədov) fotolarını çəkir. Çəkdiyi kadrlar bəlkə də onun şah əsərləri olacaqdı. Cütlük yaxşı şəkillərin alınması üçün əllərindən gələni edirlər. Bir çox çəkilişlərdən sonra qəflətən fotoqraf fotoaparatına lent qoymadığını görür və çox pərt olur. Bunu görən cütlük həvəsdən düşərək ondan uzaqlaşırlar.
Amblyseius kadii
Amblyseius kadzhajai
Amblyseius kadzhajai (lat. Amblyseius kadzhajai) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius kadzhajai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Arifə Kadriyə Sultan
Arifə Kadriyə Sultan (24 mart 1895 – 5 aprel 1933) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Kadriyə Sultan 24 mart 1895-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Ulduz sarayında yaşamışdır. Bu səbəblə Ulduz sarayında dünyaya gələn Kadriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Kadriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Kadriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu.
Aymani Kadırova məscidi
Aymani Kadırova adına məscid — Rusiya Federasiyasının Çeçenistan Respublikasının Arqun şəhərində yerləşir. 16 May 2014 tarixində açılışı olmuşdur. Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun dul həyat yoldaşı Aymani Kadırovanın adını daşıyır. == Tikinti == Məscidin inşası 2011-ci il yanvarın ortalarında Arqun şəhərinin mərkəzində, keçmiş şəhər məscidinin yerində başladı. Türk mütəxəssisləri tərəfindən hazırlanmış və Türk memarı Dəniz Baykanın layihəsinə əsasən İnkomstroy şirkəti tərəfindən inşa edilmişdir. Məscidin inşası Əhməd Kadırov adına regional ictimai fond tərəfindən maliyyələşdirilmişdir. Tikinti 1238 gün davam etdi və 2014-cü ilin aprel ayının ortalarında tamamlanmışdı. == Açılışı == Əvvəlcə Aymani Kadırova məscidinin 9 Mayda açılması nəzərdə tutulsa da, ancaq sonra açılış tarixi bir həftə sonra, 16 May 2014 tarixinə qədər təxirə salındı. Açılış mərasimindən əvvəl "ürəkdən ürəyə" marafonu təşkil edildi. Burada 5000-dən çox Çeçenistan və Şimali Qafqaz respublikalarının sakinləri Qroznıda yerləşən "Çeçenistanın ürəyi" məscidindən Arqundakı Aymani Kadırova məscidinə qədər 16.4 km məsafədə qaçmışdı.
Azərbaycanın kadastr rayonları
Azərbaycan Respublikasının dövlət torpaq kadastrı. == Cəlilabad kadastr rayonu == Bu rayona eyniadlı inzibati rayonun düzləri və qismən dağətəyi əraziləri daxil edilmişdir. Ümumi sahəsi 102,3 min ha (Azərbaycan ərazisinin 1,2%-i) təşkil edir. Bu sahənin 24,5 min ha-nı əkin sahələri (23,9%), 19,2 min ha-nı çoxillik əkmələr (18,8%), 11,1 min ha-nı örüşlər (10,8%), 20,9 min ha-nı otlaqlar və biçənəklər (20,4%) təşkil edir. Kənd təsərrüfatı ehtiyacları üçün yararlı olan torpaqlar 76,2 min ha sahəni tutur. Orta illik temperatur 14,1°, vegetasiya dövründə fəal temperaturlar cəmi 4300-4400° təşkil edir. İllik yağıntıların miqdan 400– 600 mm-ə bərabərdir. İl ərzində yağıntılar bərabər paylanmır, daha çox yazda və payızda düşür. Ərazidə qəhvəyi, boz-qəhvəyi, çəmən-qəhvəyi və başqa torpaqlar yayılmışdır. Ərazi üzüm yetişdirilməsi üçün əlverişlidir.
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр,anahtar kare)-rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Böyük Kadilnı burnu
Böyük Kadilnı burnu (rus. Мыс Большой Кадильный) — İrkutsk vilayəti, İrkutsk rayonu ərazisində yerləşən burun. Baykal gölü sahilində yerləşir. Listvyankа və Bolşoe Qoloustnoe qəsəbələri narasında yerləşən yolun tən ortasındadır. Burundan 5 km şimalda Kadilnaya dağı yerləşir. Burunda Pribaykal Milli parkının stansiya məntəqəsi vardır. Turbaza, qonaq evləri, yeməkxana və hamam buradadır. Kadilnı adı vaxtı ilə burada əhəng daşı karyerinin olması və ondan əhəng alınması ilə əlaqədardır. Bu gündə bəızi qurğuların və sobaların qalıqlarına rastlamaq mümkündür. == Mənbə == Иркипедия.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.
Dövlət torpaq kadastrı
Dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Ümumi məlumat == Respublikamızda mülkiyyət növündən, kateqoriyasından, məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq ölkə hüdudları daxilində yerləşmiş bütün torpaqlar dövlət kadastrının obyekti hesab edilir. Dövlət torpaq kadastrı Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu"nda deyilir: Torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Dövlət torpaq kadastrı prinsipləri == Dövlət torpaq kadastrı aparılarkən torpaq ehtiyatlarının elmi əsaslarla hüquqi, təbii və təsərrüfat baxımından öyrənilməsi bir sıra prinsiplərin gözlənilməsini tələb edir. Bu prinsiplər aşağıdakılardan ibarətdir: Torpaq kadastrının vahidliyi prinsipi - dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə vahid sistem əsasında aparılmasıdır. Bu prinsip vahid torpaq fondunun vəziyyətini və paylanmasını düzgün analiz etməyə və müxtəlif ərazi vahidləri daxilində torpaq ehtiyatlarından səmərəli istifadənin yollarını planlaşdırmağa imkan verir. Lakin dövlət torpaq kadastrının vahidliyi bütün torpaq kateqoriyaları və torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün torpaq kadastr məlumatlarının eyni cür detallaşdırılması demək deyildir. Torpaq kadastr məlumatlarının detallaşma dərəcəsi və dolğunluğu, yuxarıda qeyd edildiyi kimi, torpağın istehsalat və digər fəaliyyət sahələrində əhəmiyyəti və həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətçilərin ona olan tələbi ilə ölçülür. Ona görə də torpaq kadastrında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məskənləri və meşə fondu torpaqları haqqında daha dolğun və dəqiq məlumatların toplanmasına üstünlük verilir.
Evdokiya Kadi
Evdokiya Kadi (yun. Ευδοκία Καδή; 1981, Nikosiya) — Kipr müğənnisi. 2008-ci ildə Kipri "Fema Fetale" mahnısı ilə Avroviziya 2008 müsabiqəsində təmsil etmişdir. 22 mayda keçirilən yarımfinalda 15-ci yeri tutaraq finala çıxa bilməmişdir. Karyerasına 2001-ci ildə Kipr Universitetində başlamışdır. Bundan sonra o, Kiprdə və xaricdə müxtəlif yunan və kiprli müğənnilərin konsertlərində iştirak etmişdir. O həmçinin Kipr Yayın Korporasiyasının üzvüdür.Avroviziyadakı çıxışından sonra avqust ayında Yunanıstana gedərək Nikos Kourkoulis ilə "Poseydon" gecə klubunda çıxış etmişdir. 2008-ci ilin dekabrında isə ilk albomunu buraxmışdır.
Fanni Kadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Hərbi kadens
Hərbi kadens (ing. Military cadence) — silahlı qüvvələrdə ənənəvi olaraq marş və qaçış zamanı istifadə olunan iş mahnısı. Kadenslər şifahi hərbi folklordur və buna musiqi aləti tələb olunmur.
II Artakserksin kadusilərlə savaşı
Kadus yürüşü fars kralı II Artakserksin eramızdan əvvəl 385-ci ildə kaduslulara qarşı hərbi yürüşü idi. Kampaniyanın mənşəyi tarixi mənbələrdə təsdiqlənmir, lakin bu, yəqin ki, xərac ödəməkdən imtina etdikləri üçün kadusilərin üsyanına cavab idi. Kadusilər (Gellər) Midiya Atropatenasının Xəzər dənizinin cənub-qərb sahilində, 39° və 37° şimal eni paralelləri arasında, Kadusiya və ya Kaduziya (İranın Gilan vilayəti) adlanan dağlıq bölgəsində yaşayırdılar. Bu ərazi, ehtimal ki, şimalda Kir və ya Kuruş çayı (bu gün Azərbaycanda Kür çayı, tarixən Arran və ya Qafqaz Albaniyası kimi tanınır), cənubda isə Amardus çayı (indiki Sefidrud çayı) ilə həmsərhəd olub və müasir İranın Gilan və Ərdəbil əyalətləri.Strabon kadusları əsasən piyada döyüşən və qısa nizə və ya nizə ilə yaxşı istifadə edən döyüşkən dağ skif tayfası kimi təsvir edir. Artakserks, Plutarxa görə, 300.000 piyada və 10.000 süvaridən ibarət hərbi ekspedisiya təşkil etdi. O, ekspedisiyaya şəxsən komandanlıq edirdi və onu müşayiət edən zabitlər arasında Tiribaz və Datam da var idi. Düşmən ərazisinə doğru irəliləyən ordu tezliklə aclıqdan əziyyət çəkməyə başladı. Dağlarda yemək qıt idi, hətta bəzi armudlar, almalar və digər ağac meyvələri bu qədər döyüşçünü qidalandırmaq üçün kifayət etmirdi. Ordu əvvəlcə öz yük heyvanlarını, sonra isə öz atlarını yeməyə məcbur oldu. Tiribaz kampaniyanı həll etmək və ordunu xilas etmək üçün bir çarə tapdı.
Kadeş müqaviləsi
Kadeş müqaviləsi və ya Misir-Het sülhü — eramızdan əvvəl XIII əsrin əvvəlində Misir hökmdarı II Ramzeslə Het hökmdarı Hattuşili arasında imzalanan Kadeş sülhü yazılı tarixdə məlum olan ilk sülh müqaviləsi kimi önəmli yer tutur. Sülh Akkad və Misir dillərində imzalanmışdı. Gümüş lövhə üzərində akkadca cızılan mətn Misirə göndərilmiş, lakin indiyədək o nümunə tapılmamışdır. Lövhə daha sonra Misir dilinə çevrilərək Karnakdakı məbəd divarlarına həkk edilmişdir. Eyni mətnin nümunələri Göbəşyeyən kəndində arxivində tapılmışdır. Bir növ hücum etməmək haqqında bağlanan sülhə görə, hər iki başçı bir-birilərinə qarşı daha savaşmayacaq və lazım gələrsə, ümumi düşmənə qarşı müttəfiq olacaqdı. Günahkarların öz ölkələrinə geri qaytarılması məsələsində də razılığa gəlinmişdi. Bu anlaşmanın Misir və Het nümunələrinin tapılması qədim dövr tarixşünaslığının ən gözəl tapıntılarından sayılır. Sülh müqaviləsi, böyük ehtimal ki, ortaq bir komissiyanın fəaliyyəti nəticəsində ərsəyə gəlmiş və ilk təklifin Het hökmdarından gəldiyi düşünülür. Hattuşili Ramzesə yazırdı: "Qardaşım üçün gümüş lövhə hazırlatdım və ona göndərdim.
Kadi (futbolçu)
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.
Kadi Borqes Malinovski
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır.2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir.2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir. "Eştoril"də qısa müddətdə 6 oyuna çıxıb bir qol vuran futbolçu, digər bir Portuqaliya klubu olan "Vilafranquense" klubuna keçir. Burada ilk mövsumdə cəmi 4 oyuna çıxaraq 2019/20 mövumunu orada bitirir. Kadinin "Vilafranquense"nin heyətində keçirdiyi ikinci mövsumundə, 29 oyunda meydana çıxır və 5 qol vurur.
Kadifekale
Kadifekale (Türkcədən tərcümədə "məxmər qala" ) — Türkiyənin İzmir şəhərində təpənin və həmçinin həmin təpədə yerləşən qədim qalanın adı. Həm təpə, həm də qala türk dövründən əvvəl, Roma İmperiyası dövründə Paqos ( yun. Πάγος) adlandırılırdı və bu gün də yerli yunanlar tərəfindən belə adlandırılır. Rəvayətə görə burada yaşayan amazon qadınları su üçün dağın ətəyindəki Meles çayına enirdilər. Qalanın tapıldığı zirvə sahildən təxminən 2 km məsafədədir və İzmir şəhərinin böyük bir hissəsinə, eləcə də İzmir körfəzinə mənzərə təqdim edir. İnzibati baxımdan təpə sahəsinin böyük hissəsində, təxminən altıda dördündə gecəqondular yaradılmışdır. Bunlardan biri təpəylə eyni olaraq Kadifekale, digərləri isə Alireis, Altay, İmariye, Kosova və Yenimahalle kimi adlandırılıb. 2007-ci ildə İzmir Böyükşəhər Bələdiyyəsi Kadifekale'de təmir və bərpa işlərinə başladı. 2020-ci ildə Kadifekale, "İzmirin tarixi liman şəhəri"-nin tərkib hissəsi olaraq Ümumdünya irsinin Türkiyədəki müvəqqəti siyahısına daxil olmuşdur. == Paqos dağında Smirnanın bərpası == Buaradkı ilk qeydə alınan müdafiə divarları sonralar Trakya və Kiçik Asiyada hökmdar (e.ə.
Kadilak
"Cadillac" — Amerikan lüks avtomobil istehsalçısıdır və "General Motors" konserninin parçasıdır. Cadillac Amerikada "yüksək keyfiyyət" və "lüks həyatın" simvoludur. 1902-ci ildə Henri Martin Leland tərəfindən qurulan bu şirkət adını Fransız alim, Detroit şəhərinin qurucusu Antoine Laumet də la Mothe, Sieur da Cadillac-dan götürmüşdür. Cadillac lüks avtomobilləri və bunların gözə dəyən dizaynı ilə başda ABŞ olmaqla bütün dünyada böyük prestijə qədər yüksəlmiş bir məktəb marka halına gəlmişdir.
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Kadin adası
Kadin adası (ing. Kadin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Vrangel adasından 7 km şimal-qərbdə, Stikin çayının mənsəbi ilə üzbəüz ərazidə yerləşir. Adanın uzunluğu təxminən 3,5 km-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 424 m hündürlükdədir. Ada 1863-cü ildə Rında korvetindən olan rus ekspedisiyasının iştirakçıları tərəfindən adlandırılmışdır. Ekspedisiyanın üzvlərindən biri, Atkada anadan olmuş aleut əsilli losman Mixail Kadinin şərəfinə bu adı alır. 1848–1850-ci illərdə Kadin Tebenkovun atlasında bu yerlərin xəritələrini çəkmişdir.
Kadir İnanır
Qadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, Yeşilçam kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Kadis
Kadis (fi. Gadir, yun. Gádeira, la. Gades, ər. کادیس ) — İspaniyanın cənub-qərbində, Əndəlüs bölgəsindəki Kadis əyalətinin paytaxtı, ada üzərində yerləşən şəhər. Madriddən 651 km, Sevilyadan 124 km, Uelvadan 219 km uzaqlıqdadır. Şəhər İspaniya donanmasına ev sahibliyi edir. Eyni zamanda Kadis rayonunun paytaxtıdır. Kadis şəhəri bir çox qədim abidəyə ev sahibliyi etdiyi üçün İspaniyanın əhəmiyyətli turistik şəhərlərindən biridir. == Adı == Kadis sözü finikiya dilində olan Gadir sözündən əmələ gəlmişdir və "divarlar" və ya "divarlarla əhatə olunan müdafiə" deməkdir.
Kadis körfəzi
Kadis körfəzi (isp. Golfo de Cádiz) — Andalusiyanın Atlantik okeanı sahilində və Kadis şəhərinin ətrafında yerləşən körfəz. Cəbəllütariq boğazı və Portuqaliyanın Sent Vinsent burnu arasında yerləşir. Kadis körfəzi 34°N və 37°15'N və 6°W və 9°45'W arasında şimal-şərq Atlantik okeanında yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2008 •••••••• 0.24
2010 •••••••••••••••••••• 0.64

"kad" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kad nədir? #kad sözünün mənası #kad nə deməkdir? #kad sözünün izahı #kad sözünün yazılışı #kad necə yazılır? #kad sözünün düzgün yazılışı #kad leksik mənası #kad sözünün sinonimi #kad sözünün yaxın mənalı sözlər #kad sözünün əks mənası #kad sözünün etimologiyası #kad sözünün orfoqrafiyası #kad rusca #kad inglisça #kad fransızca #kad sözünün istifadəsi #sözlük