kadastrı sözü azərbaycan dilində

kadastrı

Yazılış

  • kadastrı • 80.6870%
  • Kadastrı • 19.3130%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Torpaq Kadastrı
Torpaq kadastrı — torpaq istifadəçiliyinin (torpaq üzərində hüquqların) dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Torpaq istifadəçiliynin (sahələri üzərində hüquqların) dövlət qeydiyyatı == Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir.O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən hüquqi akt olub, torpaq mülkiyytəçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsində yardım edir. Bu tədbir torpaq münasibətlərinin iştirakçılarının – dövlət orqanlarının, bələdiyyələrin, Azərbaycan respublikası vətəndaşlarının və hüquqi şəxslərin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, beynəlxalq birliklərin və təşkilatların Azərbaycanın vahid torpaq fondundan istifadəsinin qanuniliyinin gözlənilməsinə xidmət edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını müxtəlif qanun pozuntularıdan qorumaqla yanaşı, onlar tərəfindən törədilə biləcək istənilən qanuna zidd hərəkətin qarşısını alır. Bu tədbir torpaq sahələrindən onların hüququ rejiminə və təyinatına uyğun olaraq istifadəsinə dövlətin nəzarəti hesab edilir. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahidi kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır. Torpaq sahələri üzərində hüquqlar o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi hesab edilir.
Dövlət torpaq kadastrı
Dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Ümumi məlumat == Respublikamızda mülkiyyət növündən, kateqoriyasından, məqsədli təyinatından və hüquqi rejimindən asılı olmayaraq ölkə hüdudları daxilində yerləşmiş bütün torpaqlar dövlət kadastrının obyekti hesab edilir. Dövlət torpaq kadastrı Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu"nda deyilir: Torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. == Dövlət torpaq kadastrı prinsipləri == Dövlət torpaq kadastrı aparılarkən torpaq ehtiyatlarının elmi əsaslarla hüquqi, təbii və təsərrüfat baxımından öyrənilməsi bir sıra prinsiplərin gözlənilməsini tələb edir. Bu prinsiplər aşağıdakılardan ibarətdir: Torpaq kadastrının vahidliyi prinsipi - dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə vahid sistem əsasında aparılmasıdır. Bu prinsip vahid torpaq fondunun vəziyyətini və paylanmasını düzgün analiz etməyə və müxtəlif ərazi vahidləri daxilində torpaq ehtiyatlarından səmərəli istifadənin yollarını planlaşdırmağa imkan verir. Lakin dövlət torpaq kadastrının vahidliyi bütün torpaq kateqoriyaları və torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün torpaq kadastr məlumatlarının eyni cür detallaşdırılması demək deyildir. Torpaq kadastr məlumatlarının detallaşma dərəcəsi və dolğunluğu, yuxarıda qeyd edildiyi kimi, torpağın istehsalat və digər fəaliyyət sahələrində əhəmiyyəti və həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətçilərin ona olan tələbi ilə ölçülür. Ona görə də torpaq kadastrında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məskənləri və meşə fondu torpaqları haqqında daha dolğun və dəqiq məlumatların toplanmasına üstünlük verilir.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.85 dəfə / 1 mln.
2003 ••••• 1.57
2004 ••••••••••• 3.71
2006 •••••••••••••• 4.73
2007 ••••••••••• 3.59
2008 •••••••••••• 4.14
2009 •••••••••••••••••••• 6.88
2010 •••••••••••••••••••• 7.08
2011 ••••••••• 3.09
2012 ••••••••••• 3.61
2013 ••••••• 2.19
2014 ••••••••••• 3.78
2015 ••••••••••••••••• 5.78
2016 •••••••••••••• 4.69
2017 ••••••••• 3.09
2018 ••••••••••• 3.60
2019 •••• 1.39
2020 •••••• 1.99

"kadastrı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kadastrı nədir? #kadastrı sözünün mənası #kadastrı nə deməkdir? #kadastrı sözünün izahı #kadastrı sözünün yazılışı #kadastrı necə yazılır? #kadastrı sözünün düzgün yazılışı #kadastrı leksik mənası #kadastrı sözünün sinonimi #kadastrı sözünün yaxın mənalı sözlər #kadastrı sözünün əks mənası #kadastrı sözünün etimologiyası #kadastrı sözünün orfoqrafiyası #kadastrı rusca #kadastrı inglisça #kadastrı fransızca #kadastrı sözünün istifadəsi #sözlük