Kadırov sözü azərbaycan dilində

Kadırov

Yazılış

  • Kadırov • 99.5174%
  • kadırov • 0.2896%
  • KADIROV • 0.1931%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ramzan Kadırov
Ramzan Kadırov və ya Ramazan Qədirov (rus. Рамзан Ахмaтович Кадыров, çeç. Kъadar AxImat-kIant Rъamazan; 5 oktyabr 1976, Tsentaroy, Çeçen-İnquş MSSR) Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının üçüncü dövlət başçısı. == Həyatı == Ramzan Əhməd oğlu Kadırov Çeçenistanın Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısıdır. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olmuşdur. Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsini də etmişdir. Birinci Rus — Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus — Çeçen müharibəsində isə Rusların yanında iştirak etmişdir. 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilmişdir. == Ailəsi == R.Kadırov evlidir və həyat yoldaşı Mədni xanım 7 sentyabr 1978-ci ildə anadan olmuşdur, qəhrəman anadır.
Ulugbek Kadırov
Ulug’bek Kadirov (3 avqust 1983, Daşkənd) – Özbək aktyor və müğənni. == Həyatı == Ulug’bek Kadirov 3 avqust 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Aktyorluq karyerasına 2001-ci ildə filmlərdə kiçik hissələrdə çəkilməklə başlamışdır. Özbəkistan Dövlət İncəsənət İnstitutu idi. Bu gün Ulugbek Qodirov Özbəkistanın ən məşhur aktyorlarından biridir. Bu gün aktyor ABŞ-yə köçüb və orada yaşayır.
Əhməd Kadırov
Əhməd Əbdülhəmidoviç Kadırov (23 avqust 1951, Qaraqanda – 9 may 2004, Qroznı, Çeçenistan) — Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının 1-ci dövlət başçısı. == Həyatı == 1951-ci ilin avqustun 23-də anadan olan Əhməd Əbdülhəmid oğlu Kadırov ailəsinin sürgün edildiyi Qazaxıstanın Karaqanda şəhərində doğulub. Kadırovlar ailəsi 1957-ci ilin aprel ayında Çeçenistan-İinquşetiya SSRİ-yə geri dönüb. Çeçenistanın gələcək prezidenti 1971-ci ildə işləmək üçün Sibirə gedir. 1976-cı il oktyabrın 5-də onun övladı Ramzan doğulub. Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub. Daha əvvəl isə bir neçə il Çeçenistanın müftisi olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin tərəfinə keçib. Qazaxıstanın Qaraqanda şəhərində doğulan Kadırov Daşkənd İslam Universitetini və Mahaçqala Biznesin İdarə Edilməsi İnstitunu bitirib. Siyasi elmlər namizədidir.
Uluqbəy Kadırov
Ulug’bek Kadirov (3 avqust 1983, Daşkənd) – Özbək aktyor və müğənni. == Həyatı == Ulug’bek Kadirov 3 avqust 1983-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə anadan olub. Aktyorluq karyerasına 2001-ci ildə filmlərdə kiçik hissələrdə çəkilməklə başlamışdır. Özbəkistan Dövlət İncəsənət İnstitutu idi. Bu gün Ulugbek Qodirov Özbəkistanın ən məşhur aktyorlarından biridir. Bu gün aktyor ABŞ-yə köçüb və orada yaşayır.
Əhməd Kadırov kuboku
Əhməd Kadırov kuboku — RF Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir. == Tarixi == İlk turnir 2012-ci ildə keçirilmişdir. Türkiyənin Antalya şəhərində yanvarın 28-də start götürən turnirin final matçı fevral ayının 3-də olmuşdur.
Əhməd Kadırov məscidi
Əhməd Kadırov adına "Çeçenistanın Qəlbi" məscidi (Çeçen. Маьждиг «Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг) XXI əsrdə Rusiya və Avropanın ən böyük yerlərindən biri olan Qroznı şəhərinin mərkəzində inşa edilmişdir. Məscidin inşasına 2006-cı ilin aprel ayında başlanılmış və 2008-ci ilin oktyabrında başa çatmışdır. == Qısa məlumatlar == "Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir.
Əhməd Kadırov adına stadion
Əhməd Kadırov adına stadion — Çeçenistanın əsas idman arenası. == Açılışı == Stadionun açılışında dünya yığması ilə Çeçenistan prezidenti Ramzan Kadırovun rəhbərlik etdiyi "Qafqaz" komandası arasında yoldaşlıq görüşü keçirilib. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 5:2. Futbolçular hər biri 30 dəqiqədən ibarət 2 hissə oynayıblar. Dieqo Maradonanın kapitanlıq sarğısı daşıdığı dünya yığmasının heyətində Luiş Fiqu, Roberto Ayala, İvan Samorano, Alen Boqossyan, Stiv Makmanaman, Franko Barezi və digər məşhur futbolçular yer alıb. Robbi Fauler və Fabyen Bartez kimi əfsanəvi oyunçular isə Qroznıya gəlsələr də, meydançaya çıxmayıblar. "Qafqaz" komandasında Rusiyanın müxtəlif regionlarından olan futbolçular, habelə məmurlar çıxış edib. Qapını Rinat Dasayev qoruyub. Hesabı 13-cü dəqiqədə İvan Samorano açıb. 5 dəqiqə sonra Dieqo Maradona meydan sahiblərini ikinci dəfə məyus edib.
Aymani Kadırova məscidi
Aymani Kadırova adına məscid — Rusiya Federasiyasının Çeçenistan Respublikasının Arqun şəhərində yerləşir. 16 May 2014 tarixində açılışı olmuşdur. Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun dul həyat yoldaşı Aymani Kadırovanın adını daşıyır. == Tikinti == Məscidin inşası 2011-ci il yanvarın ortalarında Arqun şəhərinin mərkəzində, keçmiş şəhər məscidinin yerində başladı. Türk mütəxəssisləri tərəfindən hazırlanmış və Türk memarı Dəniz Baykanın layihəsinə əsasən İnkomstroy şirkəti tərəfindən inşa edilmişdir. Məscidin inşası Əhməd Kadırov adına regional ictimai fond tərəfindən maliyyələşdirilmişdir. Tikinti 1238 gün davam etdi və 2014-cü ilin aprel ayının ortalarında tamamlanmışdı. == Açılışı == Əvvəlcə Aymani Kadırova məscidinin 9 Mayda açılması nəzərdə tutulsa da, ancaq sonra açılış tarixi bir həftə sonra, 16 May 2014 tarixinə qədər təxirə salındı. Açılış mərasimindən əvvəl "ürəkdən ürəyə" marafonu təşkil edildi. Burada 5000-dən çox Çeçenistan və Şimali Qafqaz respublikalarının sakinləri Qroznıda yerləşən "Çeçenistanın ürəyi" məscidindən Arqundakı Aymani Kadırova məscidinə qədər 16.4 km məsafədə qaçmışdı.
Kadırovtsı
Rusiya Federasiyasının Qəhrəmanı Axmat-Xaji Kadırov adına 141-ci Əlahiddə Motoatıcı Alay (rus. 141-й специальный моторизованный полк имени Героя Российской Федерации Ахмата-Хаджи Кадырова) kimi daha yaxşı tanınır Kadırovtsı (rus. Кадыровцы) və ya Kadırovçular — Rusiyanın tərkibindəki Çeçenistanda hərbiləşdirilmiş təşkilat. Çeçenistan Respublikası Dövlət başçısının müdafiə xidməti kimi fəaliyyət göstərir. "Kadırovtsı" ifadəsi Çeçenistanda respublikanın başçısı Ramzan Kadırovun nəzarəti altında olan hər hansı silahlı çeçenə aid edilir. Kadırovtsı 1994-cü ildə Əhməd Kadırovun rəhbərliyi altında Çeçenistanın separatçı milis qüvvələri kimi yaradılmışdır. Onlar Birinci Çeçenistan müharibəsində Çeçen İçkeriya Respublikası uğrunda Rusiya Silahlı Qüvvələrinə qarşı vuruşmuşdular. Kadırov İkinci Çeçenistan müharibəsi zamanı, 1999-cu ildə Rusiya tərəfinə keçmişdir. Bundan sonra Kadırovtsı münaqişənin "gerilla mərhələsində" separatçılarla və cihadçılarla mübarizəyə başlamışdır. 2000-ci ilin iyulunda Kadırov Çeçenistan Prezidenti təyin edildikdən sonra onlar dövlət polisinin de-fakto dəstəsi olaraq fəaliyyət göstərməyə başladılar.
Kadırovçular
Rusiya Federasiyasının Qəhrəmanı Axmat-Xaji Kadırov adına 141-ci Əlahiddə Motoatıcı Alay (rus. 141-й специальный моторизованный полк имени Героя Российской Федерации Ахмата-Хаджи Кадырова) kimi daha yaxşı tanınır Kadırovtsı (rus. Кадыровцы) və ya Kadırovçular — Rusiyanın tərkibindəki Çeçenistanda hərbiləşdirilmiş təşkilat. Çeçenistan Respublikası Dövlət başçısının müdafiə xidməti kimi fəaliyyət göstərir. "Kadırovtsı" ifadəsi Çeçenistanda respublikanın başçısı Ramzan Kadırovun nəzarəti altında olan hər hansı silahlı çeçenə aid edilir. Kadırovtsı 1994-cü ildə Əhməd Kadırovun rəhbərliyi altında Çeçenistanın separatçı milis qüvvələri kimi yaradılmışdır. Onlar Birinci Çeçenistan müharibəsində Çeçen İçkeriya Respublikası uğrunda Rusiya Silahlı Qüvvələrinə qarşı vuruşmuşdular. Kadırov İkinci Çeçenistan müharibəsi zamanı, 1999-cu ildə Rusiya tərəfinə keçmişdir. Bundan sonra Kadırovtsı münaqişənin "gerilla mərhələsində" separatçılarla və cihadçılarla mübarizəyə başlamışdır. 2000-ci ilin iyulunda Kadırov Çeçenistan Prezidenti təyin edildikdən sonra onlar dövlət polisinin de-fakto dəstəsi olaraq fəaliyyət göstərməyə başladılar.
Səadət Kadırova
Səadət Qədirova (rus. Саадат Кадырова) — Azərbaycan əsilli Rusiya jurnalisti; Rusiyanın İTAR-TASS agentliyinin aparıcı jurnalisti, Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert. == Həyatı == Səadət Qədirova Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == Səadət Qədirova uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan jurnalist kimi fəaliyyət göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.01 dəfə / 1 mln.
2003 ••• 1.57
2004 •• 0.67
2009 ••••••••••••••• 9.12
2010 •••••••• 4.54
2011 •••••••• 4.72
2012 •••••••• 4.56
2013 •••••••••••••••••••• 12.69
2014 •••••••••••••••••••• 12.70
2015 ••••• 2.55
2016 •••• 2.08
2017 •• 0.81
2018 •••• 2.10
2019 ••••• 2.64
2020 •• 0.80

Oxşar sözlər

#kadırov nədir? #kadırov sözünün mənası #kadırov nə deməkdir? #kadırov sözünün izahı #kadırov sözünün yazılışı #kadırov necə yazılır? #kadırov sözünün düzgün yazılışı #kadırov leksik mənası #kadırov sözünün sinonimi #kadırov sözünün yaxın mənalı sözlər #kadırov sözünün əks mənası #kadırov sözünün etimologiyası #kadırov sözünün orfoqrafiyası #kadırov rusca #kadırov inglisça #kadırov fransızca #kadırov sözünün istifadəsi #sözlük