Kafka sözü azərbaycan dilində

Kafka

Yazılış

  • Kafka • 94.6667%
  • kafka • 2.6667%
  • KAFKA • 2.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Apache Kafka
Apache Kafka — gündə trilyonlarla hadisəni emal etməyə imkan verən paylanmış axın platformasıdır. Əvvəlcə məlumatlar növbəsi kimi nəzərdə tutulmuş Kafka abstraksiyaya əsaslanan paylanmış qeydiyyat jurnalıdır. 2011-ci ildə LinkedIn tərəfindən yaradılması və kodlarının açıq elan edilməsi anından qısa müddətdə Kafka məlumatlar növbəsindən mükəmməl axın platformasına çevrilmişdir (LinkedIn – İşgüzar kontaktların axtarışı və quraşdırılması üçün sosial şəbəkədir. LinkedIn-də 200 ölkədən 150 biznes sektorunu təmsil edən 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib).
Frans Kafka
Frans Kafka (alm. Franz Kafka‎;3 iyul 1883[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…] – 3 iyun 1924[…]) — almandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung‎), "Məhkəmə" (alm. Der Process‎), "Qəsr" (alm. Das Schloss‎) və "Milenaya məktublar"(alm. Briefe an Milenas‎) hesab olunur.
Hökm(Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Kafka Mükafatı
Kafka mükafatı alman dilli Avstriya yazıçısı Frans Kafkanın şərəfinə verilən beynəlmiləl ədəbi mükafatdır. 2001-ci ildən Frans Kafka Cəmiyyəti və Praqa şəhəri sponsorluğu ilə verilir. Mərasim Praqada keçirilir. Qalib gələnlərə $10000, diplom və kiçik bürünc heykəlcik verilir. Mükafatı almaq üçün lazım olan xüsusiyyətlər humanist dəyərlər və tolerantlığı təbliğ etməsidir. ABŞ Roçester Universiteti Janet Heydiger Kafka mükafatı adlı başqa bir ədəbi mükafat verir. Bunlar çox zaman eyni adla adlansalar da eyni mükafat deyillər. Filip Rot, İvan Klima, Harold Pinter, Haruki Murakami və b. bu mükafatın sahibi olmuşlar.
Frans Kafka dərnəyi
Frans Kafka Dərnəyi - Praqada Alman dili və ədəbiyyatı mirası adına 1990-cı ildə qurulan və adını Franz Kafka dan alan və mənfəət güdməyən dərnək. Dərnək hər il "Frans Kafka" mükafatına sponsorluq edir.Günümüzdə qlobal olaraq 1000-ə yaxın üzvü var. Bəzi üzvlər arasında "Nobel" mükafatı sahibi Güntür Grass və dərnəyin vitse-prezidenti Vladimir Zelezni sayıla bilər.Cəmiyyətin məqsədləri arasında mərkəzi Avropada yaşayan çex, alman və yahudi xalqları arasındaki mədəni müxtəlifliyi artırmaqdır. Ayrıca Frans Kafkanın bütün əsərlərini çexcəyə çevrilməsini hədəfləyir. Frans Kafka dərnəyi Yaroslav Rona tərəfindən yaradılan Frans Kafka heykəli kampanyası başladıb. Heykəl 2003-cü ildə Çexiya crespublikasının paytaxtı Praqada açıldı. Dərnəyin binalarında indi Kafkanın kitablarının bir nüsxəsi və toplamda 1000 kitab və məqalə yer alır.
Frans Kafka heykəli
Frans Kafka heykəli (çex. Pomník Franze Kafky) – 2003-cü ildə heykəltaraş Yaroslav Rona tərəfindən hazırlanmış heykəl. == Haqqında == Çexiyanın paytaxtı Praqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh) küçəsindəki kiçik bir meydanda quraşdırılmışdır. Kafka bu küçədə (№27) yaşamışdır. Heykəl Frans Kafkanın "Amerika" romanının bir səhnəsi əsasında hazırlanıb: siyasi namizəd seçki kampaniyası zamanı nəhəng adamın çiyinlərinə çıxır və küçələr boyunca dolaşır. Bürüncdən hazırlanmış heykəl 3,75 metr yüksəkliyində, 800 kq ağırlığındadır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Frans Kafka heykəli ilə əlaqəli mediafayllar var.
Frans Kafka muzeyi
Frans Kafka muzeyi – Çexiyanın paytaxtı Praqa şəhərinin Mala-Strana rayonunda, Karl körpüsünün solunda yerləşən və yazıçı Frans Kafkaya həsr olunmuş muzey. İlk Kafka sərgisi 1999-cu ildə Barselonada açılmış, 2002-03-cü illərdə Nyu-Yorkdakı Yəhudi muzeyinə transfer edilmişdir. 2005-ci ilin yayında Praqada indiki muzey açılmışdır.Muzeydə bir çox Frans Kafka kitabları, eləcə də, orijinal məktublar, gündəliklər və rəsmlər sərgilənir. Muzeyin kitab mağazasında ziyarətçilər Kafkanın istənilən əsərini satın ala bilərlər. Muzey iki hissədən ibarətdir: Ekzistensialist məkan və Xəyali topoqrafiya. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Frans Kafka muzeyi ilə əlaqəli mediafayllar var.
Frans Kafka mükafatı
Kafka mükafatı alman dilli Avstriya yazıçısı Frans Kafkanın şərəfinə verilən beynəlmiləl ədəbi mükafatdır. 2001-ci ildən Frans Kafka Cəmiyyəti və Praqa şəhəri sponsorluğu ilə verilir. Mərasim Praqada keçirilir. Qalib gələnlərə $10000, diplom və kiçik bürünc heykəlcik verilir. Mükafatı almaq üçün lazım olan xüsusiyyətlər humanist dəyərlər və tolerantlığı təbliğ etməsidir. ABŞ Roçester Universiteti Janet Heydiger Kafka mükafatı adlı başqa bir ədəbi mükafat verir. Bunlar çox zaman eyni adla adlansalar da eyni mükafat deyillər. Filip Rot, İvan Klima, Harold Pinter, Haruki Murakami və b. bu mükafatın sahibi olmuşlar.
Kafka sahildə (roman)
Kafka sahildə — yapon yazıçısı Haruki Murakami tərəfindən 2002-ci ildə yazılmış romandır. Onun 2005-ci ildə ingilis dilinə tərcüməsi The New York Times -dan "2005-ci ilin 10 Ən Yaxşı Kitabı" arasında yeraldı və 2006-cı ildə Dünya Fantaziya Mükafatını aldı . Kitab qaçan 15 yaşlı kitabsevər gənc Kafka Tamuranın hekayələrindən bəhs edir. Onun Edipal lənətindən və pişiklərlə danışmaq üçün qeyri-adi qabiliyyəti olan yaşlı, əlil Satoru Nakata. Kitab kommunikativ kanal kimi musiqi mövzularını, metafizika, xəyallar, taleyi, şüuraltını özündə birləşdirir. Kitabın buraxılmasından sonra Murakami romanla bağlı sualların göndərilməsinə icazə verdi və bir çoxuna cavab verdi. Roman, John Updike və New York Times -dan müsbət rəylər alaraq, ümumiyyətlə, yaxşı qarşılandı. == Haqqında == İki fərqli, lakin bir-biri ilə əlaqəli süjetdən ibarət olan povest hər iki süjet arasında irəli-geri gedir, hər bir süjet xəttini bir-birini əvəz edən fəsillərdə tutur. Tək nömrəli fəsillər 15 yaşlı Kafkanın Edipal lənətindən qurtulmaq üçün atasının evindən qaçması və anası ilə bacısını tapmaq üçün axtarışa başlaması hekayəsindən bəhs edir. Bir sıra sərgüzəştlərdən sonra o, Takamatsuda uzaq və uzaq Miss Saeki və ağıllı və daha qonaqpərvər Oşima tərəfindən idarə olunan sakit, şəxsi kitabxanada sığınacaq tapır .
Mariya Restituta Kafka
Mariya Restituta Kafka(alm. Maria Restituta Kafka‎, 1 may 1894-30 mart 1943) — Roma-Katolik kilsəsinin müqəddəsi, rahibə, tibb bacısı, kilsə fədaisi. == Bioqrafiyası == Mariya Restituta Kafka 1894-cü il mayın 1-də çəkməçi ailəsində dünyaya gəlmişdir. İki yaşı olarkən valideynləri onu Vyanaya gətirirlər. İlk orta təhsilini bitirdikdən sonra Vyana xəstəxanalarının birində xadimə işləmişdir. 1913-cü ildə monastra daxil olaraq dördüncü əsr kilsə şəhidi Restitutun şərəfinə dini ad götürür. Birinci Dünya Müharibəsindən sonra cərrahi tibb bacısı işləyir. Avstriyadakı anşlussdan sonra 1938-ci ildə açıq şəkildə Avstriyada mövcud olan faşizm rejiminə qarşı çıxmağa başladı. Nazi rejimini tənqid edən açıq şəkildə iki məktub yazdı. Xəstəxananın direktorunun palataların birininin divarından xaçı götürmək göstərişinə qarşı çıxdı.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Frans Kafkanın başı
Frans Kafkanın başı (çex. Hlava Franze Kafky) və ya Kafka heykəli – heykəltaraş David Çerni tərəfindən hazırlanmış və bohemiyalı almandilli yazıçı Frans Kafkaya həsr olunmuş heykəl. Çexiyanın paytaxtı Praqa şəhərində Quadrio ticarət mərkəzinin yaxınlığında quraşdırılmışdır. Kinetik heykəl 11 metr hündürlüyündədir və 42 fırlanan paneldən ibarətdir. == Həmçinin bax == Metalmarfoz == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Frans Kafkanın başı ilə əlaqəli mediafayllar var.
Kafkaokur
"Kafkaokur" — Türkiyədə nəşr olunan aylıq ədəbi jurnal. Qurucusu və baş redaktoru Gökhan Dəmirdir. Jurnalın 17-ci buraxılışı 72.000 nüsxə satılaraq 2016–2017-ci illərdə Türkiyədə ən çox oxunan ədəbi jurnalı olmuşdur. Jurnalın əsas məqsədi həvəskar yazıçı və rəssamlara istiqamət vermək, eləcə də, dünya ədəbiyyatı haqqında xəbərlər verməkdir. == Tarix == 2010-cu ildə Gökhan Dəmir tərəfindən bloq şəklində qurulan "Kafkaokur"un məzmununu Frans Kafkaya dair yazı, məqalə, esse, araşdırma və tənqidlərdən ibarət idi. Bloqda daha sonra dünya ədəbiyyatına aid yazılara da yer verilməyə başlandı və bu istiqamətdə inkişaf etdi. Məzmunun artıq bloq şəklində qalmamasının lazım olduğunu düşünən Gökhan Dəmir 2014-cü ilin avqustunda jurnalı təsis etdi. Jurnalın ilk buraxılışı "… mən ədəbiyyatdan ibarətəm" şüarı ilə 2014-cü ilin sentyabrında buraxılmışdır. Jurnal ilk müddətdə iki aydan bir buraxılırdı. Jurnal 2017-ci ilin sentyabrından aylıq şəkildə buraxılmağa başlamışdır.
Kafkas İlköğretim Okulu
Kafkaz qəzeti
"Kavkaz" qəzeti (rus. Кавказ) — Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşr. == Tarixi == 1846-cı ildə işıq üzü görüb. Canişin knyaz Mixail Vorontsovun təşəbbüsü ilə nəşr olunan özəl nəşr idi. Özünü siyasi və ədəbi qurum elan edən "Kavkaz" qəzeti hökumətin dəstəyindən yararlanırdı, çünki yeni qəzet ucqar bölgələrin ruslaşdırmasına töhfə verirdi. İlk redaktoru 1849-cu ilə qədər Osip Konstantinov idi. 1856-cı ildə "Zakavkazski vestnik" qəzeti ilə birləşmə baş tutdu və sonuncu "Kavkaz" qəzetində rəsmi əlavə kimi nəşr olunmağa başladı. 1857-ci ildən 1863-cü ilə qədər qəzetin baş redaktoru şair Fedot Bobılyov idi. 12 sentyabr 1892-ci ildə "Kavkaz" qəzetində "Makar Çudra" hekayəsinin altında qoyulan imzada ilk dəfə "M. Qorki" təxəllüsü peydə olmuşdur. 1918-ci ildə "Kavkaz qəzeti" fəaliyyətini dayandırıb.
Qafqaz qaçaqları (Kafkasyalı)
Qafqaz qaçaqları (türk. Kafkas Koçakları) — Əli Kafkasyalının Qafqaz qaçaqlarından bəhs edən romanı. Müəllif romanı bolşevik çevrilişi ilə başlayan zülmün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edib. Professor kitabında yazıb: “Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar”. == Məzmun == Oktyabr İnqilabının ardınca Qafqazda müxtəlif dəstələr meydana gəldi: Türkiyəyə qaçıb, dövlətin verdiyi payı götürüb, geridə qalanları və keçmişi unudaraq orada yaşamaq üçün yaranan qaçaqlar. Dəyərdən məhrum bir həyat yaşamaq, yalnız canlılıqlarını davam etdirmək üçün hər cür xəyanəti edən alçaqlar. Zülmə qarşı səbir olmaz deyib Bolşevik / Sovet zülmünə qarşı döyüşmək üçün yaranan qoçaqlar. Qaçaqların qorxaqlığından, alçaqların xəyanətindən, qoçaqların isə qəhrəmanlıq və fədakarlığından danışan sənədli bir roman. == Mündəricat == == Nəşr və tərcümə == Roman 2018-ci ildə Türkiyədə, Ankarada Karınca nəşriyyatında 438 səhifədə nəşr edilib.Əsər həmin ildə Məti Osmanoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Pergament nəşriyyatında 420 səhifədə, 800 tirajla nəşr edilib. == İstinadlar == == Həmçinin bax == Azərbaycanda qaçaq hərəkatı == Xarici keçidlər == "Qafqaz qaçaqları" ( (az.)).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.90
2007 ••••• 0.21
2009 •••• 0.16
2010 ••••• 0.18
2011 •••••••• 0.34
2012 •••••••• 0.34
2015 ••••••••••••••••••• 0.85
2016 •••• 0.17
2018 •••• 0.15
2019 •••• 0.14
2020 ••••••••• 0.40

Oxşar sözlər

#kafka nədir? #kafka sözünün mənası #kafka nə deməkdir? #kafka sözünün izahı #kafka sözünün yazılışı #kafka necə yazılır? #kafka sözünün düzgün yazılışı #kafka leksik mənası #kafka sözünün sinonimi #kafka sözünün yaxın mənalı sözlər #kafka sözünün əks mənası #kafka sözünün etimologiyası #kafka sözünün orfoqrafiyası #kafka rusca #kafka inglisça #kafka fransızca #kafka sözünün istifadəsi #sözlük