Kalaş sözü azərbaycan dilində

Kalaş

Yazılış

  • Kalaş • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Stefan Kalaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. == Həyatı == Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədi ilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Kalaşlar
Kalaşlar (kl: کاࣇاشؕا;urdu کالاش) — Pakistanda etnik qrup. Kalaşalar Asiyanın aborigenləri hesab olunur, onların əcdadları Cənubi Asiyada uzaq bir yerdən Əfqanıstana köçmüşlər. Pakistanın şimalında, Əfqanıstan sərhəddində yaşayan Kalaşlar nə fiziki baxımdan, nə də ənənələrinə görə qonşularına bənzəyir. Çünki onların keçmişi çox uzaqdan, Makedoniyadan bu torpaqlara gələn Böyük İskəndərin ordusuna dayanır. Bu gün Əfqanıstanda nə İskəndər, nə də onun Ellin imperiyasından geriyə artıq şey qalıb. Amma İskəndərin nəvələri, ya da başqa sözlə desək, İskəndərin itkin qəbiləsi hələ də Əfqanıstan-Pakistan sərhəddində yaşayır. == Mədəniyyəti == Kalaş xalqının mədəniyyəti misilsizdir və bir çox cəhətdən Pakistanın şimal-qərbində onları əhatə edən bir çox müasir İslam etnik qruplarından fərqlənir. Təbiət onların gündəlik həyatında çox mühüm və mənəvi rol oynayır. Dini ənənələrinin bir hissəsi olaraq, bol ehtiyatlarına görə şükür etmək üçün qurban kəsilir və festivallar təşkil olunur.Kalaşın mifologiyası və folkloru Qədim Yunanıstanın mifologiyası və folkloru ilə müqayisə edilir, lakin Hindistan yarmadasını digər yerlərində olan hindu ənənələrinə daha yaxındır. Kalaş, antropoloqları bölgədəki digər yerlərə nisbətən özünəməxsus mədəniyyətinə görə heyran qoymuşdur.
Kalaşnikov avtomatı
Kalaşnikov avtomatı-AK-47 (rus. Автомат Калашникова образца 1947 года) — avtomatik rejimli döyüş silahı. Dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibartlığı və sadə qulluq olunması ilə fərqlənir. == Tarixi haqqında == 1943-cü ildə Elizarov və Seminanın işlədikləri 7,62 mm patrona uyğun olaraq yeni silah hazırlanmağa başlanır. Pistolet-pulemyotları əvəz etmək üçün yeni fərdi avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən daraq və rejimləri çevirən mexanzimə malik, karabin daraqlı, yəni özü gülləni verən, yüngül pulemyot xassələri özündə cəmləməli idi. Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır.
Mixail Kalaşnikov
Mixail Kalaşnikov (10 noyabr 1919, Kurya[d], Altay quberniyası[d], Rusiya dövləti[d] – 23 dekabr 2013, İjevsk) — Kalaşnikov avtomatının yaradıcısı, general-leytenant (1999). == Həyatı == 1919-cu ildə Altay diyarının Kurya kəndində anadan olub. 1936-cı ildə Kurya kənd orta məktəbini bitirib, Qazaxıstan Respublikasına gedərək dəmiryol stansiyasında fəhlə kimi işə başlamışdır. 1936-1938-ci illərdə Alma-Ata şəhəri dəmir yolu stansiyasının siyasi şöbəsində işləmişdir. 1938-ci ildə Kiyev xüsusi hərbi dairəsində hərbi xidmətə başlamış, tank mexanik-sürücülük məktəbini bitirmişdir. Mixail Timofeyeviç Kalaşnikov 23 dekabr 2013-cü ildə vəfat etmişdir.
Kalaşa-ala
Vayqali (Kalaṣa-alâ), Nuristani Kalaşa adı ilə də tanınır, Əfqanıstanın Nuristan əyalətindəki Vayqal vadisində təxminən 10 000 nuristanlının danışdığı dildir . Öz adı " Kalaṣa-ala " qısaca: 'Kalaşa dili'dir. "Vayali" adı ise Vayqal Vadisinin yuxarı hissəsinin Vay xalqının ləhcəsinə aiddir, mərkəzi Vayqal şəhərindədir və bu ləhcə də öz növbəsində aşağı vadidə yaşayan Çima-Nişeyi xalqının ləhcəsindən fərqlidir. 'Kalaşa' sözü isə cənub Nuristan dillərində danışanların hamısının özünə doğma hesab etdiyimiz bir etnonimidir. Kalaṣa-alâ Hind-Avropa dil ailəsinə aiddir və Hind-İran qolunun cənub Nuristan qrupuna daxildir. O, öz növbəsində Zemiyaki və Treqami ilə sıx bağlıdır, sonuncu ilə leksik oxşarlıq təxminən 76% — 80% təşkil edir.O, adını Pakistanın cənubundakı Çitral rayonunda danışan Kalaşa-mun dili ilə bölüşür, lakin bu iki dil Hind-İran dillərinin müxtəlif qollarına aiddir. Vayali dilində danışanlara bəzən "Qırmızı Kalaşa", Pakistanda isə bu dildə danışanlara isə "Qara Kalaşa" deyilir. Dilçi alim Riçard Stranda görə Çitrallı Kalaşalar görünür ki, tarixi naməlum bir vaxtda cənub Çitral bölgəsinə qədər öz təsirini genişləndirmiş Nuristani Kalaşaların adını qəbul ediblər.
Kalaşa-mun dili
Kalaşa (klskls, locally: Kal'as'amondr) Hind-ari dilləri qrupuna aid Kalaşlar tərəfindən danışılan dildir. Onlar daha çox Pakistanın Çitral rayonu of Hayber-Paxtunxva bölgəsində məskunlaşıblar. Kalaşa dilində danışan sayı təxminən 4100 nəfərdir. Bu dil nəsli kəsilməkdə olan bir dildir və Xovar dilinə doğru davam edən dil dəyişikliyi(asimiliyasiya) prosesi mövcuddur. Kalaşa(Kalaşa-mun) dilini yaxınlıqdakı Nuristan dillərinə aid Vaigali (Kalaşa-ala) dili ilə qarışdırmaq olmaz. Kalaş tədqiqatçı Badşah Munir Buxarinin dediyinə görə "Kalaşa" Əfqanıstanın Nuristan vilayəti Vayqal və orta Peç vadilərində Kalaşa vadilərinin cənub-qərbindəki bir bölgənin Nuristanlı sakinlərinin etnik adıdır. "Kalaşa" adı bir neçə əsr bundan əvvəl Çitralın cənubuna qədər genişlənən Vayqal Nuristanililərindən olan Çitralın Kalaşa danışanları tərəfindən vahid Kalaş xalqı qəbul edilmişdir. Buna baxmayaraq, hind-ari dili qrupuna məxsus Kalaşa-mun (Kalaşa) ilə Hind-İran dillərinin müxtəlif qoluna yəni İran dilləri qrupuna aid olan Nuristan dillərindən olan Kalaşa-ala (Vayqali) arasında sıx əlaqələr və ya xüsusi bir bağ yoxdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.73

Oxşar sözlər

#kalaş nədir? #kalaş sözünün mənası #kalaş nə deməkdir? #kalaş sözünün izahı #kalaş sözünün yazılışı #kalaş necə yazılır? #kalaş sözünün düzgün yazılışı #kalaş leksik mənası #kalaş sözünün sinonimi #kalaş sözünün yaxın mənalı sözlər #kalaş sözünün əks mənası #kalaş sözünün etimologiyası #kalaş sözünün orfoqrafiyası #kalaş rusca #kalaş inglisça #kalaş fransızca #kalaş sözünün istifadəsi #sözlük