Kalimba sözü azərbaycan dilində

Kalimba

Yazılış

  • Kalimba • 50.0000%
  • kalimba • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kalimba
Kalimba — Afrikada (xüsusilə, Mərkəzi və Cənubi Afrika, bəzi Antil adalarında) ən geniş yayılmış və ən qədim musiqi alətidir. Onun geniş populyarlığı haqda kalimbanın müxtəlif tayfa və qəbilələrin dilində çoxsaylı adları xəbər verir, məsələn : tsantsa və ya sanza, mbira, mbila, ndimba, lukembu, lala, malimba, ndandi, ijari, mqanqa, likembe, selimba və s. Bu adlardan Qərbdə yalnız biri — tsantsa — kalimbanın digər rəsmi adı kimi tanınır. Kalimba ənənəvi mərasimlərdə və peşəkar musiqiçilər tərəfindən istifadə edilir. Onu "Afrikanın əl fortepianosu" adlandırırlar; bu alət olduqca virtuoz alətdir, daha çox melodik parçaların ifası üçün nəzərdə tutulsa da, onda həm də akkordlar ifa etmək mümkündür. Daha çox müşayiətçi alət kimi istifadə olunur. Böyük ölçülü kalimbalar Afrika musiqisinin ritmlərinə təkrarolunmaz bəm səsli küy verir, kiçik ölçülüləri isə tamamilə sehrli, kövrək səslənmə yaradır ki, bu da onu daraqlı musiqi mücrüsünə yaxınlaşdırır. == Quruluşu == Müxtəlif formalı rezonatorlu korpus üzərində bir və ya bir neçə sıra taxta, bambuk və ya metallik lövhəcik-dilçəklər yerləşir ki, bu da səsin mənbəsidir. Ən sadə nümunələrdə hamar, mürəkkəb nümunələrində isə tısbağa çanağından, parçalanmış ağac gövdəsindən , balqabaq gövdəsinin oyuğundan hazırlanmış rezonator səthi üzərinə 4-dən 30-a qədər dilçəklər bərkidilir. Hündür astana dilçəklərin səslənməsini məhdudlaşdırır.

Oxşar sözlər

#kalimba nədir? #kalimba sözünün mənası #kalimba nə deməkdir? #kalimba sözünün izahı #kalimba sözünün yazılışı #kalimba necə yazılır? #kalimba sözünün düzgün yazılışı #kalimba leksik mənası #kalimba sözünün sinonimi #kalimba sözünün yaxın mənalı sözlər #kalimba sözünün əks mənası #kalimba sözünün etimologiyası #kalimba sözünün orfoqrafiyası #kalimba rusca #kalimba inglisça #kalimba fransızca #kalimba sözünün istifadəsi #sözlük