Kalvi sözü azərbaycan dilində

Kalvi

Yazılış

  • Kalvi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kalvi (rayon)
Kalvi (fr. Calvi) — Fransanın Korsika regionun rayonlarından biri. Departamenti — Yuxarı Korsika. Suprefektura — Kalvi. Rayon əhalisi 2006-cı ildə 19 395 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon ərazisi — 861 km².
10 nöqtəli kalvia
10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.)-Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. == Biologiyası == Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur. Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür.
Jan Kalvin
Jan Kalvin (10 iyul 1509 – 27 may 1564, Cenevrə, Cenevrə Respublikası[d]) — XVI əsrin məşhur din islahatçısı, Kalvinizm təriqətinin banisi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == === Gəncliyi === 10 iyul 1509-cu ildə Fransanın Pikardiya əyalətinin Nuayon şəhərində vəkil ailəsində doğulmuşdur. Jan əvvəlcə keşiş olmaq arzusuna düşmüş, lakin ixtisasca hüquqşünas olan atasının təkidi ilə on dörd yaşında Parisə hüquq təhsili almağa yollanmışdır. Burada on səkkiz yaşınadək kilsədə vaiz vəzifəsində çalışmışdır. Təhsilini təkmilləşdirmək üçün Parisdən Orleana, oradan da Burja getmişdir. Burada məşhur hüquqşünas Andrea Alsianın rəhbərliyilə Roma hüququnu öyrənmişdir. Başqa bir müəllim Melxior Volmardan isə humanitar elmlər üzrə təhsil almışdır. Atasının vəfatından sonra hüquq təhsilini yarımçıq qoyaraq Nuayona qayıtmış, oradan da Parisə dönmüşdür. === Protestanizmə qoşulması === Müəllimi Volmarın məsləhəti ilə ilahiyyat təhsilini almış və ilk elmi əsərini- Senekanın "Mülayimlik haqqında" traktatına şərh yazmışdır.
Kalvin Fillips
Kalvin Mark Fillips (2 dekabr 1995, Lids) – İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Sitinin" futbolçusu. == Karyerası == === Lids Yunayted === "Lids Yunayteddə" ilk matçına 6 aprel 2015-ci ildə keçirilən "Vulverhempton"-"Lids Yunayted" matçında çıxıb. Matç "Vulverhemptonun" 4–3 hesablı qələbəsi ilə başa çatıb. "Lids Yunayteddə" ilk qolunu 11 aprel 2015-ci ildə keçirilən "Lids Yunayted"-"Sardiff Siti" matçının 17-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Fillips 65-ci dəqiqədə əvəzlənib. Matç "Sardiff Sitinin" 1–2 hesablı qələbəsi ilə başa çatıb. 4 iyul 2022-ci ildə "Lids Yunayteddən" ayrıldı. === Mançester Siti === 4 iyul 2022-ci ildə "Mançester Siti" ilə rəsmi müqavilə imzaladı. "Mançester Sitidə" ilk matçına 21 iyul 2022-ci ildə keçirilən "Mançester Siti" — "Amerika" matçının 46-cı dəqiqəsində çıxıb. Matç "Mançester Sitinin" 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Kalvin Kulic
Con Kalvin Kulic (ing. John Calvin Coolidge, Jr.; 4 iyul 1872, Plimut, Vermont, ABŞ - 5 yanvar 1933, Northempton, Massaçusets, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 30-cu prezidenti (1923-1929) və 29-cu vitse-prezidenti (1921-1923).
Kalvin Remsi
Kalvin Vilham Remsi (31 iyul 2003, Aberdin) – İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu. == Karyerası == === Aberdin === Aberdinin heyətində ilk matçına 20 mart 2021-ci ildə keçirilən Dundee Yunayted-Aberdin matçının 90+1-ci dəqiqəsində çıxıb.Matç Dundee Yunaytedin 1–0 hesablı qələbəsi ilə başa çatıb.Aberdində ilk qolunu 2 aprel 2022-ci ildə keçirilən Dundee-Aberdin matçının 41-ci dəqiqəsində vurub. Matçın 78-ci dəqiqəsində əvəzlənib. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb.19 iyun 2022-ci ildə Aberdindən ayrıldı. === Liverpul === 19 iyun 2022-ci ildə Aberdindən Liverpula transfer olundu.
Kalvinizm
Kalvinizm — Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nant fərmanı ilə qəbul edilmişdir. Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür. Protestantlığın kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Niderlandda yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər tanrıya yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bərbəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır.Kalvinizm inancına görə insanlar qurtuluş üçün seçilmiş və seçilməmiş olaraq doğulurdular. İnanca görə, bu vəziyyəti dəyişmək mümkün deyildi. İnsanlar lənətlənmiş və ya sən onu müqəddəsləşdirmiş olurdular və müqəddəsləşdirilmiş və ya lənətlənmiş olduqlarını iş həyatındakı uğurlarına görə anlayırdılar.
Melvin Kalvin
Melvin Ellis Kalvin (8 aprel 1911[…], Sent-Pol – 8 yanvar 1997[…], Berkli, Kaliforniya) — 1961-ci ildə Kalvin dövrünü kəşf etməklə Kimya üzrə Nobel mükafatına layiq görüldüyü Endryu Benson və Ceyms Basşamla birlikdə tanınan amerikalı biokimyaçı. Karyerasının böyük hissəsini Berkli Kaliforniya Universitetində keçirib. == Həyatı == Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb.O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir. Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir. 1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir. 1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi. Kalvin 1961-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olur.
İtalo Kalvino
İtalo Kalvino (15 oktyabr 1923 – 19 sentyabr 1985) - İtaliya yazıçısı.

"kalvi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kalvi nədir? #kalvi sözünün mənası #kalvi nə deməkdir? #kalvi sözünün izahı #kalvi sözünün yazılışı #kalvi necə yazılır? #kalvi sözünün düzgün yazılışı #kalvi leksik mənası #kalvi sözünün sinonimi #kalvi sözünün yaxın mənalı sözlər #kalvi sözünün əks mənası #kalvi sözünün etimologiyası #kalvi sözünün orfoqrafiyası #kalvi rusca #kalvi inglisça #kalvi fransızca #kalvi sözünün istifadəsi #sözlük