Kamboca sözü azərbaycan dilində

Kamboca

Yazılış

  • Kamboca • 99.7319%
  • kamboca • 0.2681%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamboca
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir. Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur.
Kamboca Krallığı
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir. Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur.
Kamboca bayrağı
Kamboca bayrağı — Kambocanın dövlət bayrağı. Kamboca krallığının rəsmi bayrağı ilk dəfə 1948-ci ildə qəbul edilmişdir. 1970-ci ildə imtina edilən bayraq 1993-cü ildə yenidən bərpa edilmişdir. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Mavi rəng monarxiya hakimiyyətini, qırmızı xalqı, ağ rəng isə dini bildirir. Bayrağın tən ortasında isə Anqkor Vat buddist məbədi təsvir edilmişdir. Ümumilikdə isə bayraq özündə Xalq-Din-Monarx triadasını əks etdirir.
Kamboca qarsiniyası
Garcinia gummi-gutta (lat. Garcinia gummi-gutta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cambogia gummi-gutta L. Cambogia gutta L. Garcinia cambogia Desr. Garcinia gutta Roxb. ex Wall. Mangostana cambogia Gaertn. == Yarımnövləri == Garcinia gummi-gutta var. gummi-gutta Garcinia gummi-gutta var.
Kamboca rauvolfiyası
Köbəcikli rauvolfiya (lat. Rauvolfia verticillata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin rauvolfiya cinsinə aid bitki növü.
Kamboca rieli
Kamboca rieli (khm. រៀល; simvol: ៛; code: KHR) — Kamboca respublikasının pul vahidi. İki fərqli riel var. Birinci dəfə riel 1953-cü ildən 1975-ci ilin may ayına qədər buraxılmışdı. 1975–1980 illər arasında ölkədə pul sistemi yox idi. 20 mart 1980-ci ildən etibarən "riel" adlandırılan ikinci valyuta buraxılmışdır. Simvolu Unikode-də U+17DB kodu (៛) ilə göstərilir. Xalqın fikrincə, valyutanın adı Mekonq çayı balığı olan rieldən (Kxmer dilində "kiçik balıq") gəlir. Adı çox güman ki, XIX əsrin ortalarında Kambocada Malay, Hind və Çinli tacirlər tərəfindən istifadə edilən yüksək gümüşün tərkibli Meksika realından gəlir. == Birinci riel (1953–1975) == 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Kamboca filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı.
Kamboca soyqırımı
Kamboca soyqırımı — qırmızı kxmerlər tərəfindən 1975-1979-cu illərdə Kambocada törədilən soyqırımı.
Kamboca vyetnamlıları
Kamboca vyetnamlıları — Kambocada yaşayan vyetnamlılar, tam və ya qismən khmer mənşəli vyetnamlara aid edilən termin. Kamboca mənbələrinə görə, 2013-cü ildə Kambocada təxminən 15 min vyetnamlı yaşayırdı. Vyetnam mənbələri Kambocada 156,000 vyetnamlının yaşadığını qeyd edir, lakin müstəqil alimlərə görə, bu say 400,000 ilə bir milyon arasında ola bilər. Onlar əsasən Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda yaşayırlar. İlk vyetnamlılar müasir Kambocaya XIX əsrin əvvəllərindən Nquyen çarlarının dövründə gəlmişdir. Odur ki, Kambocada yaşayan vyetnamlıların əksəriyyəti buraya Fransa müstəmləkə rejimi və Kampuçeya Xalq Respublikası administrasiyası dövründə gəlmişdir. 1970-ci illərdə Kxmer Respublikası və qırmızı khmer hökumətləri dövründə vyetnamlılar kütləvi soyqırımların hədəfi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Corfield, Justin. The History of Cambodia. ABC-CLIO. 2009.
Kamboca şəhərləri
== Kamboca şəhərlərinin siyahısı ==
Azərbaycan–Kamboca münasibətləri
Azərbaycan–Kamboca münasibətləri — Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 28-də qurulmuşdur. == Fərdi təşəbbüslər == 2017-ci ildə Sumqayıt sakini Qalib Namazov rəhmətə gedən atası üçün qeyri-adi ehsan verib. Belə ki, o, atası Hidayət Namazov üçün ənənəvi 40 mərasimi keçirməkdən imtina edərək, əvəzində Kambocada ata-anasının adı ilə artezian quyusu qazdırıb, quyunun üzərində tabloda valideynlərinin adlarını yazdırıb.
Kamboca üsyanı (1820)
1820-ci il Kamboca üsyanı — Kambocada Kay adlı rahibin başçılıq etdiyi vyet əleyhinə üsyan. 1819-cu ildə khmer işçiləri Vyetnam Vinh Te kanalını yenidən qurmağa məcbur olmuşduar. Khmer işçiləri ağır iş şəraitində istismar edilmiş, bu da kanalın tikintisi zamanı yorğunluqdan və nəticədə xəstəlikdən minlərlə insanın ölümünə səbəb olmuşdur. Fövqəltəbii güclərə sahib olduğunu iddia edən, əslən Vatsambaurdan olan rahib Kay vyetnamlılara qarşı üsyan qaldırmışdır. Kay khmerlər üçün müqəddəs Baphnumu tutmuş və özünü kral elan etmişdir. Onun ardıcıllarının çoxu Teynin ətrafındakı ərazidə xidmətə götürülmüşdür. Bir çox buddist rahiblər onun qüvvələrinə qoşularaq vyetnamlıları öldürmüşdür. Üsyançılar Pnompenə doğru yürüş etmiş, üç Kamboca generalı – Tyaophraya Tey, Narin Kol və Nayke onlara qoşulmuşdur. Kral II Anq Tyan paytaxtdan qaçmaq istəmiş, kömək almaq üçün Sayqona məktub göndərmişdir. Vyetnam ordusu üsyançıları məğlub etmiş, onların çoxunu öldürmüşdür.
Kamboca üsyanı (1840)
1840-cı il Kamboca üsyanı — Kambocada, Preyvenq və Baphnum ətrafında Vyetnam əleyhinə üsyan. 1840-cı ildə Kamboca kraliçası Anq Mey vyetnamlılar tərəfindən taxtdan salınmış, həbs olunmuş, qohumları və kral reqaliyası ilə birlikdə Vyetnama köçürülmüşdür. Bu hadisədən qəzəblənən bir çox Kamboca əyanı və onların ardıcılları Vyetnam hakimiyyətinə qarşı üsyan qaldırmışdır. Üsyançılar Kamboca taxtına başqa bir iddiaçı şahzadə Anq Zıonqu dəstəkləyən Siama müraciət etmişdir. III Rama cavab vermiş və Anq Zıonqu taxt-taca oturtmaq üçün siam qoşunları ilə birlikdə Banqkokdakı sürgündən azad etmişdir. Vyetnamlılar həm Siam qoşunları, həm də Kamboca üsyançıları tərəfindən hücuma məruz qalmışdı. Daha da pisi, Koxinxinada bir neçə üsyan baş vermişdir. Əsas Vyetnam qüvvəsi bu üsyanları yatırmaq üçün Koxinxinaya yürüş etmiş. Vyetnamın yeni imperatoru Thyeu Tri sülh əsaslı həll yolu axtarmağa qərar vermişdir Trantay general-qubernatoru Trıonq Min Zyanq geri çağırılmışdır. Zyanq həbs olundu və daha sonra həbsxanada intihar etdi.
Kamboca şəhərlərinin siyahısı
== Kamboca şəhərlərinin siyahısı ==
Birinci Kamboca krallığı
Birinci Kamboca krallığı və ya rəsmi adı ilə Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា) — Kamboca tarixində 1953-cü ildən 1970-ci ilə qədərki dövr. Bu, Fransa müstəmləkəçiliyindən müstəqilliyin əldə olunmasından sonrakı illəri əhatə edir. Bu dövr müstəmləkəçilikdən sonrakı Kambocanın inkişafında əsas rol oynamış Norodom Sianukun hakimiyyəti ilə sıx bağlıdır. Bununla belə, Sianouk hakimiyyəti hər il getdikcə avtoritar xarakter almağa başlamışdır. 1955-ci ildən 1970-ci ilə qədər Sianukun "Sanqkum" təşkilatı Kambocada yeganə qanuni partiya idi.
İkinci Kamboca krallığı
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir. Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur.
Kamboca krallığı (1953–1970)
Birinci Kamboca krallığı və ya rəsmi adı ilə Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា) — Kamboca tarixində 1953-cü ildən 1970-ci ilə qədərki dövr. Bu, Fransa müstəmləkəçiliyindən müstəqilliyin əldə olunmasından sonrakı illəri əhatə edir. Bu dövr müstəmləkəçilikdən sonrakı Kambocanın inkişafında əsas rol oynamış Norodom Sianukun hakimiyyəti ilə sıx bağlıdır. Bununla belə, Sianouk hakimiyyəti hər il getdikcə avtoritar xarakter almağa başlamışdır. 1955-ci ildən 1970-ci ilə qədər Sianukun "Sanqkum" təşkilatı Kambocada yeganə qanuni partiya idi.
Kamboca milli futbol komandası (Qadınlar)
Kambocalılar
Khmerlər, kxmerlər (khm. ខ្មែរ, kʰmaːe) və ya kambocalılar — Kambocanın əsas əhalisi olan etnik qrup. Ümumi sayı təxminən 16 milyon nəfərdir, onlardan 14,2 milyonu Kambocada, 895 min–1,3 milyonu Vyetnamın cənubunda və 1,4 milyonu Tailandda yaşayır. == Dil == Khmerlər Avstroasiya dillərinin mon-khmer qolunun khmer dilində danışırlar. Onlar Khmer yazısından istifadə edirlər. == Din == Khmerlər əsasən buddizmin cənub qolu olan theravadaya etiqad edirlər. Kambocanın kahin ailələrində dini rütbə ana tərəfdən kişidən bacısının oğluna keçə bilərdi, çünki khmer ruhaniləri subaylığa riayət edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия. Дажан Б. Кхмеры. М.: Вече, 2009.
Kambocanın dövlət quruluşu
Kambocanın dövlət quruluşu — 1993-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Kamboca mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1953) 9 noyabrda qeyd olunur. Ölkə Konstitusiyası 21 sentyabr 1993-cü ildən (6 mart 1999-cu ildə edilmiş düzəlişlə) qüvvədədir. == İnzibati bölgüsü == Kamboca 23 əyalətə (Kamponqtxom, Pousat və s.) və 1 əyalət statusuna bərabər olan Pnompen bələdiyyəsinə, 185 dairəyə, 1621 kommunaya və 14073 kəndə bölünür. == Dövlət başçısı == Kral taxt şurası tərəfindən seçilən Kral — dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanı, habelə ölkədə müstəqil məhkəmə hakimiyyəti sisteminin qarantıdır. Mövcud Konstitusiyaya görə Kral "idarə etməli deyil, krallıq etməlidir". Kral olmadıqda onun səlahiyyətləri Senatın (Yuxarı Palata) sədrinə həvalə olunur. Kambocanın irsi monarxiya institutuna yalnız kişi cinsinə mənsub 30 yaşına çatmış şəxslər rəhbərlik edə bilərlər. == Qanunvericilik hakimiyyəti == İkipalatalı Parlamentdən: 61 yerlik Senatdan (Yuxarı Palataya 2 üzvü Kral təyin edir, 2 üzv Milli Məclis tərəfindən seçilir, qalan 57 üzvü isə seçicilərin funksional dairələri tərəfindən 5 il müddətinə seçilirlər) və 123 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) ibarətdir.
Kambocanın qadınlardan ibarət milli futbol komandası
Kambocada minalar
Kambocada minalanmış ərazilər — Cənub-Şərqi Asiyada yerləşən Kambocada mina problemi. Ölkədə, xüsusilə şəhərətrafı ərazilərdə minalar ilə bağlı böyük problem mövcuddur. Minalar səbəbindən 40,000-ə yaxın amputasiya halı qeydə alınmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Kamboca Minalar ilə Mübarizə Mərkəzi (KMMM) hesab edir ki, Kambocada dörd-altı milyon mina və digər partlamamış hərbi sursat ola bilər. Bununla belə, bəzi hesablamalara görə on milyona qədər mina var. Kambocada Çin istehsalı olan minalar 1970-ci və 1980-ci illərdə Kambocada vətəndaş müharibəsi zamanı bir-birləri ilə toqquşan fraksiyalar tərəfindən yerləşdirilmişdir. Kambocada piyada əleyhinə minalar ilə qarşılanan ümumi problem odur ki, minaları yerləşdirənlərdə onların yerləri ilə bağlı xəritələri yoxdur və ya onların yerlərini xatırlamırlar.
Kambocada vətəndaş müharibəsi
Kambocada vətəndaş müharibəsi (khm. សង្គ្រាមស៊ីវិលកម្ពុជា, UNGEGN: Sângkréam Sivĭl Kâmpŭchéa) — 1967–1975-ci illərdə Kambocada baş vermiş hərbi-siyasi münaqişə. İlkin mərhələlərdə bu, kommunist partizanları (Şimali Vyetnam və Vyetkonqun nin fəal köməyi ilə) və dövlət başçısı Norodom Sianuk rejimi arasında cərəyan edirdi. Lon Nol çevrilişindən və 1970-ci ildə amerikapərəst respublikaçı rejimin qurulmasından sonra münaqişə ABŞ və Cənubi Vyetnam tərəfindən dəstəklənən ölkə hökuməti ilə Şimali Vyetnam tərəfindən dəstəklənən Kampuçiya Milli Birləşmiş Cəbhəsi arasında davam etmişdi. Burada partiya strukturları və yerli kommunistlərin silahlı birləşmələri mühüm rol oynamışdır. Müharibənin nəticəsi mərkəzi hökumətin süqutu və Kamboca cəmiyyətinin maoçu konsepsiyalar əsasında köklü şəkildə yenidən qurulması kursunu elan edən qırmızı khmerlərin hakimiyyətə gəlməsi olmuşdu. Kambocada vətəndaş müharibəsi Laos və Cənubi Vyetnamdakı döyüşlərlə yanaşı, İkinci Hind-Çin müharibəsinin bir hissəsi hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Military History Institute of Vietnam. Victory in Vietnam: A History of the People's Army of Vietnam, 1954–1975. trans.

kamboca sözünün fransız dilinə tərcüməsi

"kamboca" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kamboca nədir? #kamboca sözünün mənası #kamboca nə deməkdir? #kamboca sözünün izahı #kamboca sözünün yazılışı #kamboca necə yazılır? #kamboca sözünün düzgün yazılışı #kamboca leksik mənası #kamboca sözünün sinonimi #kamboca sözünün yaxın mənalı sözlər #kamboca sözünün əks mənası #kamboca sözünün etimologiyası #kamboca sözünün orfoqrafiyası #kamboca rusca #kamboca inglisça #kamboca fransızca #kamboca sözünün istifadəsi #sözlük