Kamra sözü azərbaycan dilində

Kamra

Yazılış

  • Kamra • 66.6667%
  • kamra • 16.6667%
  • KAMRA • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kamran (pyes)
Kamran (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1931-ci ildə yazmışdır. == Əsərin mövzusu == "Kamran" (1931) pyеsinin mövzusu İran həyatından alınmışdır. Yazıçı, hələ XX əsrin əvvəllərində bir parça çörək üçün nеft Bakısına gələn оn minlərlə İran əməkçilərinin ağır zəhmətlə qəpik-quruş qazanıb, sоnra da gеri dönüb, qazandıqlarını, kоr-kоranə din dəllallarına yеdirtdiklərini görürdü. Dini əldə quldurluq silahına çеvirib Quran adından fitvalar vеrən müctəhidlərin ifşası pyеsdə əsas xətlərdən biridir. Pyеsdəki əhvalatların hamısı Kamran оbrazı ilə əlaqədardır. Kamran оbrazını biz "Оdabaşının hеkayəsi"ndən Fərman adı ilə tanıyırıq. О, varlı tacir Hacı Kamyabın qardaşı baqqal İbrahimin оğludur. Fərman hеkayədə aciz, hər zülmə bоyun əyən, sеvgilisi Gövhərtacdan əli çıxdıqdan sоnra yеganə yоlu Dərvişlikdə görən, nəhayət, vərəmləyib, köhnə mühitdə məhv оlan bir gəncdir. Kamran оndan tamamilə fərqlənir. Həyat, yaşadığı cəmiyyət, gördüyü haqsızlıq оnu istismar dünyasına qarşı bir üsyançıya çеvirir.
Kamran Ağabalayev
Ağabalayev Kamran Məmmədkazım oğlu — Azərbaycan kinoaktyoru, dramaturq. == Həyatı == Kamran Ağabalayev 3 mart 1980-ci ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi, daha sonra isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət ixtisası üzrə təyinatla göndərildiyi Nizami Rayon Məhkəməsində çalışıb. Bir çox aktyor master-klasslarında iştirak edib, kinoda ilk rolu olan mayor Savelyev obrazını rejissor Samir Kərimoğlunun "Mən evə qayıdıram" filmində canlandırıb. Çəkildiyi filmlərin əksəriyyətində ikinci rejissor kimi fəaliyyət göstərib.Kamran Ağabalayev eləcə də bir neçə teatr tamaşasının müəllifidir. Onun müəllifi olduğu "Şahzadə Xəzərin nağılı", "Heyvanlar-İstintaq davam edir", "Kod adı: Keçəl, Kosa, Bahar qızı" tamaşaları Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Evlidir, 2 oğlu var. == Mükafatları == "Tərkedilmiş" filmindəki Çirkin obrazına görə Türkiyədə Əskişəhər Beynəlxalq Film Festivalında "Ən yaxşı aktyor" nominasiyasında mükafata layiq görülüb. 2 avqust 2019-cu ildə "AzərNyuMedia" şirkəti tərəfindən "Audiovizual sahədə müasir düşüncəyə görə" mükafatı ilə təltif edilmişdir.
Kamran Ağayev
Kamran Adilxan oğlu Ağayev (9 fevral 1986, Dəvəçi) — keçmiş Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının baş qapıçı məşqçisi. == Həyatı == Kamran Ağayev 9 fevral 1986-cı ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olub. İlk orta təhsilini Dəvəçi şəhərində Roman Yusifov adına 2 saylı orta məktəbdə alıb. Hələ orta məktəbdə oxuduğu vaxtlarda idmana həvəsinin olduğu özünü büruzə verirdi. Təkcə futbola deyil, idmanın bir çox sahələrinə marağı olmuşdur. İdmanın üzgüçülük, güləş, sambo, karate, akrobatika və s. növləri ilə məşğul olmuşdur, lakin futbolu hamısından üstün tutan Kamran yaşadığı rayonun – Dəvəçi rayonunun futbol komandasının oyunlarına qatılır. == İlk illər == "Bərəkət" adlı komandada baş məşqçi və eyni zamanda da atası – Adilxan Ağayevin nəzarəti ilə futbol oynayır. Bu baxımdan da, ilk məşqçisinin atasının olduğunu demək olar. Futbolun incəliklərinə isə Bakıya gəldikdən sonra yiyələnir.
Kamran Baxşızadə
Kamran Baxşızadə (d.4 oktyabr 1989, Şıxmahmud, Babək rayonu, Naxçıvan MR) — Azərbaycan ordusunun ehtiyatda olan zabiti, Aprel döyüşləri qazisi == Həyatı == Kamran İsa oğlu Baxşızadə 4 oktyabr 1989-cu ildə Naxçıvan MR-sı Babək rayon Şıxmahmud kəndində anadan olmuşdur. O, 2004-2007 ci il H.Əliyev adına hərbi liseydə oxumuşdur. Burada təhsilini başa vurduqdan sonra 2007-2011-ci illər Azərbaycan Ali Hərbi məktəbində təhsil almış, 2011-2012 ci illər Silahlı Qüvvələrin TTM-də dinləyici olmuşdur. Kamran Baxşızadə 2012-ci ildə Füzuli rayonu N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət etmişdir. 2012-cü ildən o, Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılmış və kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin sırasına qəbul olunmuşdur. == Aprel döyüşləri == Baxşızadə Kamran bir çox döyüş tapşırıqlarında iştirak etmişdir. O, 2016-cı il aprel ayının 4-də erməni silahlı qüvvələrinin Azərbaycana hücumunun qarşısını almaq üçün keçirilən əməliyyatlarda iştirak etmiş, Talış kəndindəki yüksəklikdə xəsarət almışdır.
Kamran Bayramov
Kamran Fərhad oğlu Bayramov (10 noyabr 1979, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V, VI çağırış deputatı. == Həyatı == Bayramov Kamran Fərhad oğlu 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir. Evlidir, üç ovladı vardır. == Əmək fəaliyyəti == 1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş; 1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış; 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş; 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş; 2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş; 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş; 2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Belarus, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Kamran Bağırov
Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa, DQMV – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi (1982–1988). == Həyatı == Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib. 1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir. Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Kamran Diba
Kamran Təbatəbai Diba (5 mart 1937-ci il təvəllüdlü) — Fransanın paytaxtı Paris şəhərində yaşayan görkəmli İranlı memarıdır. O, İranın keçmiş kraliçəsi Fərəh Pəhləvinin əmisi oğludur.
Kamran Fərəcov
Kamran Fərəcov (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Kamran Fərəcov (baş əsgər) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, Vətən müharibəsi şəhidi.
Kamran Fərəcov (Kapitan)
Kamran Qılman oğlu Fərəcov (14 yanvar 1978; Astara rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Fərəcov (baş əsgər)
Kamran İlqar oğlu Fərəcov (14 fevral 1996; Şirvan, Azərbaycan — 24 oktyabr 2020; Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Fərəcov 1996-cı il fevralın 14-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 saylı tam orta məktəbdə təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Kamran Fərəcov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Kamran Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov oktyabrın 24-də Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Fərəcov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Hacıyev
Kamran Füzuli oğlu Hacıyev (16 yanvar 1994, Şüvəlan – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Hacıyev 1994-cü il yanvarın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Kamran Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Hacıyev oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hacıyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Hüseynov
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Kamran Hüseynov (dövlət xadimi)
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.
Kamran Hüseynov (əsgər)
Kamran Bəhman oğlu Hüseynov (14 avqust 1996; Naxcıvan şəhəri, Azərbaycan - 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Hüseynov 1996-cı il avqustun 14-də Naxcıvan şəhərində anadan olub. 2002-2013-cü illərdə Bakı şəhərində 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Kamran Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Kamran Hüseynov oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Kamran Həsənli
Kamran Həsənli (11 sentyabr 1963, Bakı) — azərbaycanlı aktyor, şoumen, aparıcı. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin milli məsələlər üzrə müşaviri olub. == Həyatı == Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı Şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb. 6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək bu postu tutub. == Jurnalist fəaliyyəti == 2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub.
Kamran Kazımov
Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990, Voloqda vilayəti – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. Onun atası — Qurbanəli Kazımov 1992-ci ildən 2013-cü ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997–2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli və 2 övlad atası idi. == Hərbi xidməti == 2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı və xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində davam elədi. 2012–2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib.
Kamran Şəfiyev
Kamran Rauf oğlu Şəfiyev (22 dekabr 1966) — Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2010—h.h). == Həyatı == Kamran Rauf oğlu Şəfiyev 22 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1985-ci ildə Başkir Muxtar Sovet Sosialist Respublikasının İşimbay şəhər Xalq Məhkəməsində kargüzar, 1986-cı ildə Ufa şəhər Soveti Xalq Məhkəməsində kargüzar, məhkəmə iclasının katibi işləmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. 1998–2008-ci illərdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdirinin müavini, 2008–2010-cu illərdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2006-cı tarixli 1521 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. 22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 10 iyil 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Kamran Əliyev
Kamran Əliyev (filoloq) — AMEA-nın müxbir üzvü (2017), filologiya elmləri doktoru, professor. Kamran Əliyev (hüquqşünas) — Azərbaycan Respublikasının Baş prokuroru (2020-ci ildən), Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri. Kamran Əliyev (futbolçu) — Azərbaycanlı futbolçu. Kamran Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Kamran Əliyev (filoloq)
Kamran İmran oğlu Əliyev (5 mart 1953, Diyadin, Noraşen rayonu – 24 dekabr 2020, Bakı) — AMEA-nın müxbir üzvü (2017), filologiya elmləri doktoru, professordur. == Həyatı == Kamran Əliyev 1953-cü il mart ayının 5-də Naxçıvan MR Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969 - cu ildə orta məktəbi, 1974 - cü ildə isə Azərbaycan Dövlət Univertsitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976 - 1979 - cu illərdə AZƏRBAYCAN MEA - nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. 1980 - cı ildə namizədlik, 1990 - cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. "Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Müdafiə Şurasının", "Folklor İnstitunun Elmi Şurasının" , "Azərbaycan Yazıçılar Birliyinin üzvüdür". Müxtəlif illərdə orta məktəbdə, liseydə və ali məktəbdə dərs demişdir.Hal- hazırda Azərbaycan MEA Folklor İnstitunun aparıcı elmi işçisidir. Kamran Əliyev AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisidir. 24 dekabr 2020-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
Kamran Əliyev (futbolçu)
Kamran Qurban oğlu Əliyev (15 oktyabr 1998, Novoivanovka, Gədəbəy rayonu) — əslən azərbaycanlı olan rusiyalı futbolçu. Azərbaycan Premyer Liqası klubu "Sumqayıt"ın heyətində hücumçu mövqeyində çıxış edir. == Klub karyerası == 17 may 2017-ci ildə "Ximki"də Sokol Saratov-a qarşı oyunda Rusiya Futbol Milli Liqasında debüt etdi. Rusiya Milli Futbol Çempionatında Avangard Kurska qarşı 4 Avqust 2018-ci ildə keçirilən və 3-1 məğlub olduqları ev matçında Ximkidə ilk qolunu vurdu. Çempionatın 2018/19 mövsümünü 6 qolla başa vurdu. 2023-cü ilin fevralında "Sumqayıt" Əliyevlə 2,5 illik müqavilə imzalayıb. == Milli komanda karyerası == Əliyev 16 may 2018-ci il tarixində Gürcüstan U-20 yığması ilə oyunda milliyə çağırıldı və 24 may 2018-ci ildə Makedoniya U21 ilə yoldaşlıq oyununda Azərbaycan U20 üçün ilk qolunu vurdu.14 fevral 2020-ci ildə Rusiya U20-in heyətində "Yenisey"ə qarşı oyunda 62-ci dəqiqədə oyuna daxil oldu və ilk oyunun keçirdi. 17 fevral 2020-ci ildə Rotor Volqoqrad-a qarşı oyunun 46-cı dəqiqəsində meydana daxil oldu və ikinci matçını keçirdi. 20 fevral 2020-ci ildə Kamaz Naberejnye Çelni-yə qarşı oyundada 46-cı dəqiqədə meydana daxil oldu və 1 sarı kartla yadda qaldı. Bu üç oyun Rusiya "FNL Cup" turnirində təşkil olunmuş oyunlar idi.
Kamran Əliyev (hüquqşünas)
Kamran Bayram oğlu Əliyev (18 noyabr 1965, Balakən) — Azərbaycan Respublikasının Baş prokuroru (2020-ci ildən), Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı və fəaliyyəti == Kamran Bayram oğlu Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir.1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.(ƏdliyyəGeneral-Polkovniki)Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.İngilis və rus dillərini sərbəst bilir. Ailəlidir, iki övladı var.
Kamran Əliyev (əsgər)
Kamran Rasim oğlu Əliyev (28 iyul 2001, Aşağı Nüvədi, Lənkəran rayonu – 12 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 28 iyul 2001-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində doğulub.Şəhid Kamran Əliyev yazıçı-dramaturq Əyyub Qiyasın əmisi nəvəsidir. == Hərbi xidməti == Kamran Əliyev 12 oktyabr 2020-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Əsgərov
Kamran Bayram oğlu Əsgərov (2 dekabr 1993; Düz Cırdaxan, Tovuz rayonu — 22 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamran Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə könüllü olaraq savaşıb. Kamran Əsgərov oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamran Əziz
Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d] – 7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi. Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı. 1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.32
2012 •••••• 0.09
2020 ••••••••• 0.13

"kamra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kamra nədir? #kamra sözünün mənası #kamra nə deməkdir? #kamra sözünün izahı #kamra sözünün yazılışı #kamra necə yazılır? #kamra sözünün düzgün yazılışı #kamra leksik mənası #kamra sözünün sinonimi #kamra sözünün yaxın mənalı sözlər #kamra sözünün əks mənası #kamra sözünün etimologiyası #kamra sözünün orfoqrafiyası #kamra rusca #kamra inglisça #kamra fransızca #kamra sözünün istifadəsi #sözlük