Kanay sözü azərbaycan dilində

Kanay

Yazılış

  • Kanay • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayjarkın Kanayulı
Ayjarkın Kanayulı (1855 – 8 mart 1930) — qazax siyasi və hərbi xadimi, 1916-cı ildə çar Rusiyasına qarşı baş vermiş Turqay üsyanının və 1930-cu ildə Sovet İttifaqına qarşı baş vermiş İrgiz üsyanının təşkilatçısı və lideri. == Həyatı == Ayjarkın Kanayulı II Nikolayın Orta Asiya xalqlarının Birinci Dünya Müharibəsində arxa cəbhədə məcburi işə cəlb olunmaları haqqında 1916-cı il iyun göstərişinə qarşı çıxaraq Turqay vilayətinin İrgiz bölgəsində üsyan qaldırmışdır. 1916-cı ilin iyul ayında İrgiz bölgəsində üsyançılar onu özlərinin xanı seçirlər. 1916-cı ilin avqust ayında isə hər kəsin xanı olan Abduqappar Janbosınov tərəfindən özünə müavin seçilmişdir. Üsyançılar onun tabeliyində İrgiz və Torqay bölgələrində aktiv döyüşlər keçirirdilər. Üsyan yatırıldıqdan sonra həbs olunmalı olsa belə Fevral inqilabının başlaması onu həbsdən qurtarır. 1930-cu ilin fevral mart aylarında sovet hökuməti tərəfindən keçirilən məcburi kollektivləşdirməyə qarşı kəndlilərin üsyanına rəhbərlik edir. Üsyan Qazaxıstan SSRnin Aqtöbe, Kostanay, Qızılorda vilayətlərini əhatə edirdi. Üsyançılar tərəfdən yenidən xan seçilən onun tabeliyində 2500 nəfər var idi. Kanayulı ilə birlikdə dəstəyə rəhbərlik edən Mukantay Səmədov da hökumət qüvvələri ilə döyüşlərdə iştirak etmiş İrgiz kəndini düşməndən qorumuşdur.
Drastamat Kanayan
Drastamat Kanayan (və ya General Dro) (erm. Դրաստամատ Մարտիրոսի Կանայան) (1 (13) may 1883, İğdır, İrəvan quberniyası – 8 mart 1956, Boston) — erməni dövlət xadimi, terrorçu, hərbi cinayətkar. == Həyatı == Drastamat Kanayan Gimnaziyada təhsilini bitirdikdən sonra Pyatiqorsk şəhərində hərbi təhsil alır, 1903-cü ildə Daşnaksütun partiyasına qoşulur. 1905-ci ildə Bakıda meydana gələn erməni-müsəlman qarşıdurması zamanı şəhər meri, ermənilərin ölümünə görə günahkar saydığı Nakaşidzeyə qarşı sui-qəsddə iştirak edir və onun faytonuna bomba atır. Partlayış nəticəsində qubernator həlak olur. Bundan sonra Kanayan Qafqazdan qaçır, İranda və Türkiyədə yaşayır, Türkiyədəki erməni dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. === Birinci dünya müharibəsi === Drastamat Kanayan I dünya müharibəsi zamanı türklərə qarşı vuruşan və dinc əhaliyə qarşı kütləvi qırğınlar törədən erməni dəstələrindən birinə başçılıq edir. 1918-ci ildə Erməni Milli Məclisi "Dro"nun qarşısında Ağrını tutmaq vəzifəsi qoyub, həmin ilin aprelində qurulan Ermənistan Demokratik Respublikası onu "Qərbi Ermənistanın hərbi komissarı" təyin edib. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna qarşı döyüşüb, həmin il Ermənistan Müdafiə Nazirliyinə nazir təyin edilib. 1918-ci ildə "Dro"nun qüvvələri İğdıra hücuma keçir, amma Mələkli-Taşburun arasında gedən döyüşlərdə İğdır Milli Cümhuriyyəti başqanı, İrəvan gimnaziyasında tələbə yoldaşı və dostu olmuş Əli Əkbər Tufanın komandanlıq etdiyi qüvvələrə məğlub olur.
Kanayma Milli Parkı
Kanayma Milli Parkı (isp. Parque Nacional Canaima) — sahəsi 30.000 km² olan, Venesuelanın cənub-şərqində yerlən Qran Sabana regionunu əhatə edən milli park. Venesuelanın Bolivar ştatında yerləşir, Braziliya və Qayana ilə sərhəddədir. Milli park 12 iyun 1962-ci ildə qurulmuşdur. Sahəsinə görə Venesuelanın ən böyük ikinci (Parima Tapirapeko Milli Parkından sonra), dünyanın isə ən böyük altıncı milli parkıdır. Milli parkın sahəsi Belçika və ya ABŞ-nin Merilend ştatı qədərdir. Sahəsinin 65 %-i milyon illər əvvəl yaranan, dik yamaclara və hamar zirvələrə malik dağlarla — tepuilərlə örtülüdür. Milli park təkrarolunmaz bioloji və geoloji müxtəlifliyə malikdir. Buradakı dik qayalar və şəlalələr (1002 metr hündürlüyü ilə dünyanın ən hündür şəlaləsi olan Anhel şəlaləsi də daxil) valehedici mənzərələr yaradır. Milli parkdakı ən məşhur tepuilər ən hündürü və dırmaşması ən asan olan Rorayma dağı və Anhel şəlaləsinin yerləşdiyi Auyantepuidir.
Yevgeniya Kanayeva
== Həyatı == Yevgeniya Kanayeva 2 aprel 1990-cı ildə Rusiya Federasiyasının Omsk şəhərində anadan olub.

Oxşar sözlər

#kanay nədir? #kanay sözünün mənası #kanay nə deməkdir? #kanay sözünün izahı #kanay sözünün yazılışı #kanay necə yazılır? #kanay sözünün düzgün yazılışı #kanay leksik mənası #kanay sözünün sinonimi #kanay sözünün yaxın mənalı sözlər #kanay sözünün əks mənası #kanay sözünün etimologiyası #kanay sözünün orfoqrafiyası #kanay rusca #kanay inglisça #kanay fransızca #kanay sözünün istifadəsi #sözlük