kapitulyasiya sözü azərbaycan dilində

kapitulyasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kapitulyasiya • 93.1034%
  • Kapitulyasiya • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kapitulyasiya
Kapitulyasiya ― bir dövlətin müqavilədən asılı olaraq digər dövlətlərə verdiyi iqtisadi və sosial imtiyazlar. Geniş mənada təslim olmaq, boyun əymək, təslim müqaviləsi bağlamaq mənasına gəlir.
Qeyd-şərtsiz kapitulyasiya
Qeyd-şərtsiz kapitulyasiya — təslim olan tərəfə heç bir zəmanət, arxayınlıq və vəd verilmədiyi təslimiyyət. Çox vaxt tamamilə məhv edilmə təhlükəsi ilə tələb olunur. Yalnız qeyd-şərtsiz kapitulyasiyanın məqbul olduğunu elan etmək daha zəif rəqibə psixoloji təzyiq göstərir, lakin bu, həm də düşmənçilik müddətini uzada bilər. Tərəf adətən yalnız öz rəqibləri üzərində əhəmiyyətli üstünlüyə malik olduğu halda, qələbənin qaçılmaz olduğu düşünüldükdə qeyd-şərtsiz kapitulyasiyanı tələb edir. Müasir dövrdə qeyd-şərtsiz kapitulyasiya daha çox beynəlxalq hüququn təmin etdiyi təminatları əhatə edir. Bəzi hallarda kapitulyasiya həqiqətən qeyd-şərtsiz qəbul edilir, digər hallarda isə şərtlər təklif edilir və qəbul edilir, lakin qüvvələrin simvolik məqsədlər üçün "qeyd-şərtsiz kapitulyasiya"ya tabe olduğu elan edilir. Bu cür təslimiyyət təslim edən tərəf tərəfindən qeyri-rəsmi olaraq razılaşdırılmış təminatların gözlənilməsi ilə də qəbul edilə bilər. Müsəlmanların çox az itki verərək taktiki cəhətdən rəqiblərinə qalib gəldiyi Xəndək döyüşündən sonra müsəlmanları məğlub etmək cəhdləri uğursuzluğa düçar olmuş, islam regionda nüfuz sahibinə çevrilmişdir. Nəticədə müsəlman ordusu Bəni-Qureyzə qəbiləsinin məhəlləsini mühasirəyə almış və onların qeyd-şərtsiz kapitulyasiyasına səbəb olmuşdur. İslamı qəbul edən bir neçə kişidən başqa bütün kişilər edam edilmiş, qadınlar və uşaqlar isə köləyə çevrilmişdir.
Osmanlı imperiyası kapitulyasiyaları
Osmanlı imperiyası kapitulyasiyaları (türk. Osmanlı İmparatorluğu kapitülasyonları) ― Osmanlı imperiyasında əcnəbilərə verilən Osmanlı iqtisadi, məhkəmə, inzibati və s. hüquq və imtiyazlarıdır. Kapitulyasiya sözü latınca "şərtlər, fəsillər, maddələr" mənasını verən "kapitula" (lat. capitulare) sözündən götürülmüş və "təslim olmaq" mənası verir. Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyaların əksəriyyəti hər iki tərəf üçün etibarlı olsa da, iqtisadiyyatı güclü olan tərəf kapitulyasiyalardan faydalanır, zəif iqtisadiyyatı olanlar isə zərər görürlər. Osmanlı imperiyası tərəfindən verilən kapitulyasiyalara misal olaraq Osmanlı şəhərlərində təşkilat qurma hüququ, əcnəbilər arasındakı mübahisələrdə konsulluqlara yurisdiksiyanın verilməsi, Osmanlı torpaqlarında səyahət, nəqliyyat və satış azadlığı və Osmanlı sularında gəmi üzmə (işlətmə) hüququ verilmişdir. Osmanlı vətəndaşları da Avropa dövlətlərində avropalının Osmanlı ölkəsində sahib olduğu eyni hüquqlara sahib idi. Lakin, Osmanlı iqtisadiyyatı böyük ölçüdə kənd təsərrüfatına söykənirdi və Avropa ölkələrində ticarət etmək üçün hər hansı bir seqmentə sahib deyildi. Bundan əlavə, Avropa dövlətləri Osmanlıya mal ixrac edərkən gömrük vergisi ödəməsə də, Osmanlı mallarını idxal edərkən onlardan gömrük vergisi alınırdı.
Yaponiyanın kapitulyasiyası
Yaponiyanın kapitulyasiyası 2 sentyabr 1945-ci il— İkinci dünya müharibəsində hərbi əməliyyatlara son qoyan hadisə. İyulun sonuna Yaponiya imperator donanması öz hazırlığını başa çatdıra bilmədi, müttəfiqçilərin Yaponiya ərazisinə soxulma təhlükəsi yarandı. Buna baxmayaraq açıqça sonuna kimi mübarizə aparmağı elan edən Yaponiyanın böyük hərbi şürası ("Böyük altılıq"), neytral Sovet hakimiyyəti ilə gizli öz maraqlarını güdən müqavilə bağlamaq istəyirdi. Həmin vaxtda Sovetlər birliyi Tehran və Yalta konfransının şərtlərini yerinə yetirmək üçün Yaponiyaya hücuma hazırlaşırdı. 6 avqustda amerikalılar Xirosimoya nüvə bombası atdılar. 8 avqustda Sovet hakimiyyəti Yaponiyaya müharibə elan etdi, 9 avqustda hərbi əməliyyatlara başlayaraq Mançjou-qoya hücum etdi. Bütün bu hadisələrin ümumi şoku imperator Hirohitonu işə qarışmağa vadar etdi və Böyük altılığı sülh müqaviləsini imzalamağa çağırdı. Bir neçə gün uğursuz müqavimətdən və nəticəsiz hakimiyyət çevrilişindən sonra, imperator Xirokito 15 avqustda xalqa radio vasitəsilə Yaponiyanın kapitulyasiyasını elan etdi. 28 avqustda Yaponiyanın müttəfiqçilər tərəfindən işğalı başlandı. Kapitulyasiyanın imzalanma mərasimi 2 sentyabrda ABŞın "Missuri" adlı hərbi gəmisində baş tutdu.
Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası
Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası — Misirdə əcnəbilər üçün kapitulyasiya kimi tanınan ekstraterritorial hüquq sisteminin ləğvinə səbəb olan beynəlxalq konvensiya. Konvensiya 8 may 1937-ci ildə bağlanmışdır. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliya və İsveç hökumətləri tərəfindən imzalanıb. O, 1937-ci il oktyabrın 15-də qüvvəyə minib və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alınıb. == Tarixi == Kapitulyasiya sistemi XIX əsrdə Misir xidivliyi dövründə xarici qüvvələrin təzyiqi nəticəsində tətbiq edilib. Bundan öncə isə Misir ərazisində Osmanlı imperiyası kapitulyasiyaları qüvvədə idi. Birinci Dünya müharibəsindən sonra Misirdə millətçilik dalğası yarandı. Yeni yaradılmış Vəfd Partiyasının dəstəklədiyi hökumət Misirə nəzarət edən İngiltərə hökumətindən kapitulyasiya sisteminin ləğvi tələblərini artırdı. Onlar həmçinin əcnəbilərin yerli Misir hüquq sisteminə tabe olması tələbini irəli sürürdü. Nəticədə, 1920-1921-ci illərdə bir neçə xarici konsulluq məhkəmələri ləğv edildi, onların vətəndaşları isə Britaniya konsulluq yurisdiksiyasına verildi.
Almaniyanın kapitulyasiyası aktı
Alman silahlı qüvvələrinin danışıqsız kapitulyasiyası aktı (ing. German Instrument of Surrender, fr. Actes de capitulation de l’Allemagne nazie, alm. Bedingungslose Kapitulation der Wehrmacht‎) — İkinci Dünya müharibəsinin nasist Almaniyasına qarşı yönəlmiş cəbhələrində atəşkəs yaradan, alman silahlı qüvvələrini hərbi texnikanın məhv edilməsinin və ya zədələnməsinin qarşısını almaqla hərbi əməliyyatları dayandırmağa və tərksilah etməyə məcbur edən hüquqi sənəddir ki, bu da faktiki olaraq Almaniyanın müharibədən çıxması demək idi. Akt əvvəlcə Vermaxt Ali Komandanlığının, Anti-Hitler koalisiyasının Qərb Müttəfiq Ali Komandanlığının və Sovet İttifaqının nümayəndələri tərəfindən mayın 7-də Mərkəzi Avropa vaxtı ilə saat 02:41-də Reymsdə (Fransa) imzalanıb. Alman silahlı qüvvələrinin təslim olması mayın 8-də Mərkəzi Avropa vaxtı ilə saat 23:01-də (Mayın 9-da Moskva vaxtı ilə saat 01:01-də) qüvvəyə minib. SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İ.V.Stalinin tələbi ilə mayın 8-dən 9-na keçən gecə Berlinətrafı Karlshorstda təslimiyyətin yenidən imzalanması baş tutdu. Dövlət başçılarının təslim olmanın imzalanmasını rəsmi elan etdikləri tarixlər - Avropa ölkələrində 8 may, SSRİ-də isə 9 may - müvafiq ölkələrdə Qələbə Günü kimi qeyd olunmağa başladı.

kapitulyasiya sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. капитуляция: 1. прекращение военных действий и сдача победителю на продиктованных им условиях. Ordunun kapitulyasiyası капитуляция армии, şəhərin kapitulyasiyası капитуляция города, düşməni kapitulyasiyaya məcbur etmək принудить врага к капитуляции 2. перен. отказ от продолжения борьбы, от принципиальной защиты своих взглядов 3. договор с побежденным неприятелем об условиях прекращения военных действий 4. истор. неравноправный договор какой-л. зависимой страны с капиталистическим государством, обеспечивающий представителям последней особой привилегии

    Azərbaycanca-rusca lüğət / kapitulyasiya

Oxşar sözlər

#kapitulyasiya nədir? #kapitulyasiya sözünün mənası #kapitulyasiya nə deməkdir? #kapitulyasiya sözünün izahı #kapitulyasiya sözünün yazılışı #kapitulyasiya necə yazılır? #kapitulyasiya sözünün düzgün yazılışı #kapitulyasiya leksik mənası #kapitulyasiya sözünün sinonimi #kapitulyasiya sözünün yaxın mənalı sözlər #kapitulyasiya sözünün əks mənası #kapitulyasiya sözünün etimologiyası #kapitulyasiya sözünün orfoqrafiyası #kapitulyasiya rusca #kapitulyasiya inglisça #kapitulyasiya fransızca #kapitulyasiya sözünün istifadəsi #sözlük