Kaqa sözü azərbaycan dilində

Kaqa

Yazılış

  • Kaqa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Belaya çayı (Kaqalnik)
Belaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Belaya çayı Kaqalnik çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 77 km qalmış ona tökülür. Belaya çayının uzunluğu 73 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 503 km²-dir. Çay sistemi: Belaya → Kaqalnik → Don → Azov dənizi. == Təsviri == Belaya çayı öz başlanğıcını Rostov vilayətinin Morozovski rayonunun Alesandrovsk xutorunun şimalından başlayır. Morozovski və Simlyanski rayonları sərhəddindən başlayır. Simlyanski rayonu ərazisində yerləşən Lomovsev xutorundan sonra Konstantinovka rayonunun Suvorov xutoru, Belokovılnı qəsəbəsi və Belyanski xutorları ərazisindən axır.
Kaqalaska adası
Kaqalaska adası (ing. Kagalaska Island, aleut. Ҟигалахсиҳ) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == 14 km uzunluğa, 11 km enə malikdir. Sahəsi 164 km² təşkil edir. Qərbdən Kaqalaska boğazı ilə Adak (minimal eni — 400 m), şərqdə yerləşən Kiçik Tanaqa boğazı ilə isə (eni 1,9 km) Kiçik Tanaqa adasından ayrılır. Aleut adalarına daxil digər adalardan fərqli olaraq sıx kolluqlar və qumlu dyunlarla örtülmüşdür. Dəniz quşlarının əsas yuvalama ərazilərindən sayılır.
Kaqalniski rayonu (Rostov vilayəti)
Kaqalniski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Kaqalniskaya qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 55 km məsafədə yerləşir. == Tarix == Kaqalniski rayonu 18 yanvar 1935-ci ildə Azov-Qara dəniz vilayətinin parçalanması ilə əlaqədar olaraq qurulur və 1937-ci ilin sentyabrına qədər onun bir hissəsi olur. 1937-ci ilin sentyabr ayından etibarən Kaqalniski rayonu yeni qurulan Rostov vilayətinin bir hissəsi olur. 1963-cü ildə rayon ləğv edilir və ərazisi Zernoqrad rayonuna daxil edilir. Kaqalniski rayonu 20 oktyabr 1980-ci ildə yenidən qurulur. == Coğrafiya == Kaqalniski rayonu, Rostov vilayətinin cənub-qərb hissəsində yerləşir, şərqdə Rostov vilayətinin Zernoqradski rayonu ilə, cənubda Krasnodar diyarının Kuşçevski rayonu ilə, qərbdə Azov və Baqaevski rayonları ilə həmsərhəddir. Rayonun sahəsi 1370.24 km²-dir. Şimaldan cənuba uzunluğu 46 km, qərbdən şərqə 49 km-dir.
Kaqamil adası
Kaqamil adası (ing. Kagamil Island, aleut. Qagaamila) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Dörd Dağ adaların ən şərqində yerləşir. Çuqinadak adasından 6,0 km şimalda və Uliaqa adasından 1,2 mil (1,9 km) cənubdadır. Kaqamilin uzunluğu təqribən 10 km, eni isə 5 km-ə qədər olan qayalı, yaşayış olmayan adadır. Adada sönmüş vulkan var. Adanın cənub hissəsində iki zirvəsi olan bir vulkan vardır: biri dəniz səviyyəsindən 890 m yüksəklikdə, digəri dəniz səviyyəsindən 690 m yüksəklikdədir. Adada soyuq dəniz iqlimi hakimdir, tez-tez duman və yağıntılar müşahidə olunur.
Kaqava prefekturası
Kaqava prefekturası — Yaponiyanın Sikoku adasında prefektura. Ərazisi 1 876 kilometr kvadrat, əhslisi 997 000 nəfərdir. Mərkəzi Takamasu şəhəridir.
Kaqayan çayı
Kaqayan çayı (taqal Cagayan) — Filippin arxipelaqının ən uzun və enli çayı. İzabela, Kaqayan, Kirino və Nueva Viskaya əyalətlərinin ərazilərini keçərək Luson adasının şimal-şərq hissəsi ilə axır. Çayın uzunluğu təqribən 505 km-dir. == Axın və qolları == İllik axın 9.3943 milyon m³-dir. Çay başlanğıcını Karaballo dağlarından, dəniz səviyyəsindən 1524 m hündürlükdə Dalton aşırımından götürür. Sonra iki dağ sistemi, Mərkəzi Kordiller və Sierra Madre arasında münbit bir vadidən axır. Kaqayan çayının mənsəbi Cənubi Çin və Filippin dənizləri arasındakı Aparri şəhəri ərazisindəki Luzon boğazıdır. Sol qollar: Çiko, Maqat. Sağ qollar: İlaqan, Pinakanauan. == Yağıntı və daşqın == Maydan oktyabr ayına qədər davam edən yağışlı mövsümdə Kaqayan çayı ilə yanaşı onun qolları da yağışla gursululuq əldə edir.
Saçi Kaqava
Saçi Kaqava — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takaya Kaqami
Takaya Kaqami (鏡 貴也, Kagami Takaya, d. 22 may 1979) – Yaponiya manqa və ranobe yazıçısı. Əsas tanınmış əsərləri "The Legend of the Legendary Heroes", "A Dark Rabbit Has Seven Lives", "Seraph of the End" manqa və ranobeləridir. Üç əsər əsasında anime adaptasiyası çəkilmişdir.
Taro Kaqava
Taro Kaqava (9 avqust 1922 - 6 mart 1990) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Toyohiko Kaqava
Toyohiko Kaqava (賀川 豊彦, 10 iyul 1888[…], Kobe – 23 aprel 1960[…]) – yapon sosial islahatçı və evangelist. O, 1930-cu illərdə Qərb dünyası tərəfindən ən məşhur yapon protestant hesab olunurdu. Tanrı krallığı və Milyon ruhun xilası hərəkatlarında vacib rol oynamış, İkinci dünya müharibəsindən sonra isə Dünya federasiyası hərəkatında iştirak etmişdir.Pasifizm tərəfdarı olması, Yaponiyada yoxsullara göstərdiyi dəstəyi, dini və iqtisadi əsərlərinə görə ABŞ mediası onu "Yaponiyanın Qandisi", "Yaponiyanın Şveytseri" və "Yaponiyanın Müqəddəs Frensisi" adlandırırdı. == Həyatı == Kaqava 1888-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Yeniyetmə ikən Cənubi presbiterian missionerlər Çarlz Loqan və Herri Mayers tərəfindən xristianlıqla tanış olmuşdur. Tokuşima prefekturasında orta məktəbdə oxuyarkən vəftiz olunmuşdur. İki il boyunca ABŞ-dakı Prinseton Dini Seminariyasında təhsil almış, 1917-ci ildə Yaponiyaya qayıtmışdır.Kaqava 21 yaşında ikən Kobe şəhərinin gecəqondularında yaşamağa, küçələrdə vəz verməyə başlamış, öz kvartalını evsizlər üçün sığınacağa çevirmişdir. Yoxsullar üçün məktəblər, xəstəxanalar, yetimxanalar qurmuşdur. İlk kitabı "Yoxsul psixologiyasının tədqiqi" (1915) kitabı onun gecəqondulardakı təcrübələrinə əsaslanır. 1920-ci ildə yazdığı "Ölüm xəttini keçmək" adlı avtobioqrafik romanından əldə etdiyi gəlir sayəsində sosial proqramlar təşkil etmişdir.
Şinci Kaqava
Şinci Kaqava (yap. 香川 真司 Kaqawa Şinci [kagawa ɕindʑi̥]; doğum 17 mart 1989) — peşəkar Yaponiya futbolçusudur. Almaniyanın "Borussiya Dortmund" klubunun və Yaponiya milli futbol komandasının heyətində çıxış edir. Kaqava peşəkar futbolçu karyerasına 2010-cu ildə "Borussiya Dortmund"a qoşulmazdan əvvəl vətənində "Serezo Osaka"da başlayıb. İki il "Dortmund"un heyətində çıxış etdikdən sonra "Mançester Yunayted" ilə dörd illik müqavilə bağlayıb. İki il keçdikdən sonra yenidən "Borussiya"ya qayıdıb. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan Kaqava "meydanı görmə, texnika, hərəkət və ötürmə" bacarıqları ilə məşhurdur.29 noyabr 2012-ci ildə Kaqava Asiya Futbol Konfederasiyasının Beynəlxalq İlin Futbolçusu mükafatını qazanıb. == Klub karyerası == Kaqava futbola beş yaşında başlayıb. 1994-cü ildən 1999-cu ilə kimi "Marino Futbol Klubu"nda 1999-2001-ci illərdə "Kobe NK Futbol Klubu"nda və 2001-ci ildən 2005-ci ilə kimi "FK Miyaqi Barselona"da oynayıb. === Serezo Osaka === Kaqava 17 yaşında "Serezo Osaka" ilə müqavilə bağlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.34
2016 ••••••••••• 0.17

Oxşar sözlər

#kaqa nədir? #kaqa sözünün mənası #kaqa nə deməkdir? #kaqa sözünün izahı #kaqa sözünün yazılışı #kaqa necə yazılır? #kaqa sözünün düzgün yazılışı #kaqa leksik mənası #kaqa sözünün sinonimi #kaqa sözünün yaxın mənalı sözlər #kaqa sözünün əks mənası #kaqa sözünün etimologiyası #kaqa sözünün orfoqrafiyası #kaqa rusca #kaqa inglisça #kaqa fransızca #kaqa sözünün istifadəsi #sözlük