Karaba sözü azərbaycan dilində

Karaba

Yazılış

  • Karaba • 50.0000%
  • karaba • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karabag dügümü (kitab, türk dilində)
Karabakh
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.1763-cü ildə Pənahəli xanın ölümündən sonra hakimiyyətə İbrahimxəlil xan gəldi. Məlikliklərə qarşı uğurlu müharibələr aparıldı.
Karabakh is Azerbaijan Platforması
Karabakh is Azerbaijan ("Qarabağ Azərbaycandır") və ya qısa adı ilə KIAz — İkinci Qarabağ müharibəsindən əvvəl bir qrup azərbaycanlı gənc tərəfindən yaradılmış və xüsusən də İkinci Qarabağ müharibəsi dövründə informasiya müharibəsində aktiv iştirak etmiş təşkilat. Platforma müxtəlif həştəqlər ilə dəfələrlə dünya trendində və müxtəlif ölkələrin ölkə trendində ilk sıraya qədər yüksəlməyə nail olmuşdur. == Fəaliyyəti == "Qarabağ Azərbaycandır" (Karabakh is Azerbaijan; qısa adı KIAz) platforması 13 iyul 2020-ci ildə bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə yaradılmışdır. Bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Silahlı Qüvvələrinə və xalqına dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir. Platforma yarandığı ilk günlərdən etibarən geniş auditoriyaya çataraq, Türkiyə (Türk Dünyası Birlik platforması) , İsrail (Likud Gənclər qolu), ABŞ (Yəhudi icması, Amerikada yaşayan azərbaycanlılar), Norveç, Polşa, Fransa, Ukrayna, Gürcüstan və s. kimi ölkələrdə və Azərbaycanda olan müxtəlif platforma və diasporlar ilə əməkdaşlıq etməyə başlamışdır.Fəaliyyət istiqamətləri: İctimaiyyət arasında Qarabağ münaqişəsi haqqında düzgün rəy yaradılması; İnformasiya müharibəsində düzgün işləmək etikasının təbliğ edilməsi üçün tədbirlər (seminarlar, treninqlər, summitlər, forumlar, konfranslar, görüşlər və s.) təşkil edilməsi; Gənclər arasında bilik və təcrübə mübadiləsinin, həmçinin peşəkar əməkdaşlığın təbliğ edilməsinə yönəldilmiş tədbirlər (təlimlər, görüşlər və s.) təşkil edilməsi; Platformanın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində faydalı ola biləcəyi hallarda ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatlarının, beynəlxalq konfrans və seminarların işində iştirak edilməsi; Dövlət orqanları və başqa ictimai təşkilatlarla birlikdə, habelə ayrıca elmi-nəzəri konfranslar, seminarlar, görüşlər və s. təşkil edilməsi və ya belə tədbirlərdə iştirak edilməsi;2021-ci il fevralın 2-də Gənclər Günü münasibətilə Azərbaycan Milli Məclisinin Gənclər və İdman Komitəsində Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və bir qrup fəal gənclə komitənin rəhbəri, millət vəkili, vitse-spiker Adil Əliyev arasında görüş keçirilib. Platformanın idarə heyətinin üzvü Şəbnəm Səfərova KIAz komandası adından ictimai-siyasi sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub.2021-ci ilin aprelin 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Etibar Əliyev ölkənin fəal gəncləri və Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş gənclər ilə görüşüblər. Görüşdə platformanın idarə heyətinin üzvü Mürsəl Mürsəlli və komanda üzvü Adil Vəliyev KIAz komandası adından Vətən müharibəsində arxa cəbhədə fəal iştirakına görə Milli Məclisin gənclər və idman komitəsinin "Fəxri fərmanı" ilə təltif olunub.İkinci Qarabağ müharibəsi dövründə CBC, İctimai TV, AzTv, Space tv, ATV və s. kimi yerli televiziya kanalları ilə yanaşı Al-Jazeera və NTR TV kimi xarici mediada və həmçinin 80-dən çox KİV-də platformanın fəaliyyəti ilə bağlı məlumat verilmişdir.
Karabağlar
Qarabağlar (türk. Karabağlar) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimalında Konak, şərqində Buca və Qaziemir, cənubunda Menderes, qərbində Gözəlbağça və Səfərihisar, şimal-qərbində Balçova və Narlıdərə ilçələri yerləşir. İlçənin sahəsi 89 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 480,925 nəfərdir.
Rebuild Karabakh
Rebuild Karabakh və ya Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi — Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərgi bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platformadır. Rebuild Karabakh ilk dəfə ənənəvi Xəzər İnşaat Həftəsinin bir hissəsi olaraq 20–22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmişdir. Üç gün ərzində Xəzər İnşaat Həftəsinə gələn ziyarətçilər dünyanın 17 ölkəsindən 279 şirkətin məhsulları ilə tanış oldular. == Məqsəd == Sərginin məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirməkdir. Sərgi həmçinin şirkətlərin və dövlət qurumlarının nümayəndələri arasında dialoq üçün ünsiyyət platforması yaradır. == Sərginin bölmələri == == Memorandum == 8 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu ilə "Caspian Event Organisers" arasında əməkdaşlığa dair "Anlaşma Memorandumu" imzalanmışdır. Anlaşma Memorandumuna əsasən, 20–22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh sərgisində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlərə töhfə vermək məqsədilə "Caspian Event Organisers" şirkəti sərgidə iştirak etmiş şəxslərin ödənilmiş qeydiyyat haqqından müəyyən hissəsini Qarabağ Dirçəliş Fonduna ianə etdi. Memorandumun şərtlərinə uyğun olaraq, "Caspian Event Organisers" tərəfindən 1-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Rebuild Karabakh sərgisi çərçivəsində QDF-in təşəbbüsləri dəstəklənir. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində sərginin keçirilməsində "Caspian Event Organisers" şirkətinə təşkilati dəstək göstərməyi, ona müraciət etmiş və sərgidə iştirak etmək istəyən şəxsləri "Caspian Event Organisers" şirkətinə yönəltməyi öhdəsinə götürür.
Sovetskiy Karabax
"Sоvetskiy Karabax" — Azərbaycan SSR dövründə Xankəndidə nəşr olunmuş qəzet.
Tulipa karabachensis
Qarabağ dağlaləsi (lat. Tulipa karabachensis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada nadir endemik növdür. Şuşa (Şuşa və Turşsu sovxozu ətrafında), Əsgəran (Topxana) və Hadrut (Domu, Tağ, Tuğ kəndləri ətrafında) rayonlarında yayılmışdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə kimi daşlı-çınqıllı yamaclarda bitir. Tək-tək rast gəlir, bəzən də kiçik cəngəlliklər əmələ gətirir. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq 1,5-2 sm diametrində qonur qınla örtülüdür. Qın daxilində tükcüklüdür. Gövdə 40-50 sm hündürlükdədir.
Yelizaveta Karabaş
Yelizaveta Karabaş (d. 21 iyun 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Yelizaveta Karabaş 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yelizaveta Karabaş 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Karabaş Mustafa Ağa məscidi
Karabaş Mustafa Ağa məscidi — İstanbul, Bəyoğlunda, Topxanada yerləşən Osmanlı məscidi. == Tarixi == Məscid XVI əsrdə Babüssəade Ağa Karabaş Mustafa Bin Qorqud bəy tərəfindən tikilmişdir. Məscid zaman-zaman təmir olunub. 1957-ci ildə mərhum baş nazir Adnan Menderesin əmri ilə sökülərək yenidən tikilib. Məscidlə vəhdət təşkil edən sufi xanədanı (türk. Zaviyə), ibtidai məktəb və ibadətxanadan əsər-əlamət qalmayıb. Bəzi mənbələrdə bu xanədanlarda Qədr gecəsi mərasimlərinin keçirildiyi qeyd olunur. Bunu məscidin məzarlığından tapılan qəbir daşları da təsdiq edir. Xanədanda xidmət etmiş şəxslərin xronologiyası belədir: Molla-zadə Şeyx Mehmet Qasım Çələbi (1506), Karabaş Ramazan (1609), Misirli Ömər (1658), Karabaş İsgəndər (1667), Hacı Hüseyn (1717), Hacı Mehmet (1719), Hacı Nur Əhməd (1765), Hüseyn (1774), Hacı Abdullah (1785), Mustafa Mühsin (Kadiri, 1796), Seyyid Əbdülqədir (1802), Seyyid Mustafa (Sümbüli, 1807), Seyyid Əhməd (Qədiri, 1832), Şeyx Şakir (1860), Şeyx Əhməd (1908) və Hobcuoğlu Şakir bəy. == Memarlıq xüsusiyyətləri == Ümumi sahəsi 295 m² olan məscidin divarları daş və kərpicdəndir.
Astracantha karabaghensis
Qarabağ astrakantası (lat. Astracantha karabaghensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Qarabağda müşahidə edilmişdir. Naxçıvanda, Şərqi Anadoluda və Şimali-Qərbi İranda yabanı halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-30 sm olan, iynəli, yastıqvari, şaxələnmiş, çoxbudaqlı kolcuqdur. Yarpaqların uzunluğu 4-6 sm, xırda yarpaqcıqları 6-9 cüt, 2-6 sm uzunluğunda, 1–2 mm, enində çılpaqdır. Çiçəkləri qoltuq dəstələrdə yerləşir, başcıq çiçək qruplarının diametri 2,5-3,0 sm-dir. Kasacığı uzun tükcüklərlə örtülmüşdür; dişcikləri tükcüklü, borucuqdan uzundur. Çiçək tacı parlaq çəhrayıdır; bayraqcığın lövhəsi qulaqlı deyil, tədricən daralır. İyuldan sentyabradək çiçəkləyir, meyvəsi avqustdan sentyabradək yetişir.

Oxşar sözlər

#karaba nədir? #karaba sözünün mənası #karaba nə deməkdir? #karaba sözünün izahı #karaba sözünün yazılışı #karaba necə yazılır? #karaba sözünün düzgün yazılışı #karaba leksik mənası #karaba sözünün sinonimi #karaba sözünün yaxın mənalı sözlər #karaba sözünün əks mənası #karaba sözünün etimologiyası #karaba sözünün orfoqrafiyası #karaba rusca #karaba inglisça #karaba fransızca #karaba sözünün istifadəsi #sözlük