Karam sözü azərbaycan dilində

Karam

Yazılış

  • Karam • 78.9474%
  • karam • 10.5263%
  • KaraM • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Armik Karamyan
Armik Aleksandroviç Karamyan (erm. Արմիկ Ալեքսանդրի Քարամյան; 3 avqust 1918, Kerki – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1971–1972). == Həyatı == Armik Aleksandroviç Karamyan 1918-ci ildə Buxara əmirliyinin (hazırda Türkmənistan) Kerki şəhərində kəndli ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə daxil olmuş, 1934-cü ildən Lenin komsomolu fəalı olmuşdur. Böyük Vətən müharibəsinin başlanğıcında Sovet Ordusu sıralarınanda hərbi xidmətə çağırılmış və 1943-cü ildə hərbi topçular məktəbini bitirərək 1945-ci ilədək müharibə cəbhələrində vuruşmuşdur.Müharibədən sonra Armik Karamyan Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda diplomunu müdafiə etmişdir. 1946–1950-ci illərdə "Orconikidzeneft" idarəsinin mədənlərində baş geoloq vəzifəsində çalışmış, eyni zamanda buradakı ilk partiya təşkilatının katibi olmuşdur. 1950-ci ildə partiya işlərində irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, sonralar isə neft sənayesi şöbəsi rəisinin müavini vəzifələrində işləmişdir. 1952–1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsinin ağır sənaye şöbəsinin müdiri olmuş, 1953-cü ildə Azərbaycan KP Bakı Komitəsinin neft sənayesi şöbəsinin rəisi, 1954-cü ildə isə bu komitənin katibi seçilmişdir.Armik Karamyan 1963–1971-ci illərdə Bakı Şəhər Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini olmuşdur. 1971-ci ilin may ayından 1972-ci ilin avqust ayınadək Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri vəzifəsində işləmişdir.Armik Karamyan 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (5–8-ci çağırışlar) deputatı seçilmişdir. Müharibə cəbhələrində fərqləndiyinə görə 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Karaman ili
Karaman ili — Türkiyədə il.
Karamanlılar
Karamanlılar — (türk. Karamanlılar, yun. Καραμανλήδες) — mərkəzi Anadolunun Karaman şəhərində və Kappadokiya vilayətində yunan pravoslav dininə sitayiş edən türkdilli etnik qrup. Onların formalaşmasına dair müxtəlif versiya vardır. Bir versiyaya görə karamanlılar türkləşmiş yunanlardır, beləki yunan provoslav dinini sitayiş etmiş və türk dilinidə yazılış üçün yunan hərflərindən istifadə etmişlər.Ancaq onların dilində yunan dilindən götürülmüş sözlər azdır və bu versiyanı az inandırıcı edir. Digər versiayaya görə karamanlılar monqol hücumu nəticəsində XIII əsrdə köçüblər və tanrıçılıqdan provoslavlığa keçiblər. Bu versiyanı o gücləndirir ki, karamanlıların dili anadolu türkmənləri olan yürüklərin dilinə yaxındır. Dialekt diaspor arasında da geniş işlənir. Ertnik qrupun ən parlaq nümayəndəsi Yunanıstanın keçmiş baş naziri Kostas Karamanlisdir. İngilis arxeoloqu Riçard Dawkins 1909-1911-ci illər arasında Karamanlılar ilə Bitiniya arasında səyahət etdi.
Karamanspor
Karamanspor (Karamanspor) vəya köhnə adı ilə Larendespor— Türkiyənin köhnə futbol klubu.
Karamazov qardaşları
Karamazov qardaşları (rus. Братья Карамазовы, /'bratʲjə karə'mazəvɨ/) — Rus yazıçısı Fyodor Dostoyevskinin romanı. Dostoyevskinin həyatının zirvə romanı olaraq bilinir. Romanın böyük bir hissəsi Staraya Russada yazılmışdır. Dostoyevski olduqca ağır bir dili olan roman üçün iki ilə yaxın zaman sərf etmiş və 1880-ci ilin noyabr ayında bitirmiştir. Kitabın yayımlanmasından dörd ay sonra yenə bu kitab üçün hazırladığı böyük bir layihə olan "Böyük bir günahkarın xatirələri" ilə məşğul olarkən vəfat etmişdir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan Karamazov qardaşları XX əsrin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
Karamazov qardaşları (film, 1968)
Karamazov qardaşları — rejissor İvan Pıryevin 1968-ci ildə Fyodor Dostoyevskinin eyniadlı romanı əsasında çəkdiyi üçseriyalı sovet bədii filmi. 1969-cu ildə SSRİ-də ən çox baxılan və ən məşhur film olmuşdur. == Məzmun == Tale, Tanrı və məhəbbət haqqında psixoloji dram janrında olan filmdir. Süjet F.M.Dostoyevskinin eyniadlı romanının ana xəttini əhatə edir. == Rollarda == Mixail Ulyanov — Dmitri Karamazov Kirill Lavrov — İvan Karamazov Andrey Myaqkov — Alyoşa Karamazov Lionella Pıryeva — Qruşenka Mark Prudkin — Fyodor Pavloviç Karamazov Svetlana Korkoşko — Yekaterina İvanovna Andrey Abrikosov — Kuzma Kuzmiç Samsonov Stanislav Çekan — Samsonovun oğlu Valentin Nikulin — Pavel Smerdyakov Pavel Pavlenko — Zosima Gennadi Yuxtin — Ata İosif Rada Volşaninova — qaraçı Tamara Nosova — Marya Kondratyevna Nikita Podqornı — Mixail Osipoviç Rakitin İvan Lapikov — Lyaqavı == Priz və mükafatları == 1969 — xarici dildə ən yaxşı filmə görə Oskar mükafatı nominasiyası 1969 — 6-cı Moskva Beynəlxalq Film Festivalının xüsusi prizi 1971 — "Mirvari dənəsi" (rus.
Mohandas Karamçand Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Nikolay Karamzin
Nikolay Mixailoviç Karamzin (rus. Никола́й Миха́йлович Карамзи́н, (12.12.1766-22.5.1826) — rus tarixçisi, yazıçısı, şairi. == Həyatı == Tale onu lap uşaqlıqdan tarix yazmağa hazırlayırdı. O, Simbirskdə mülkədar ailəsində doğuldu. Puqaçov üsyanının vahiməsindən ailəsi ilə birlikdə qaçıb gizlənməli oldu. Parisdə Böyük Fransa inqilabının (1789-1794) şahidi ola bildi. 1812-ci ilin təslim olunmuş Moskvasının xiffətini çəkdi və 1825-ci ilin 14 dekabrın şaxtalı meydanında xəstələndi (Bu xəstəlik onu qəbrə apardı). Hər biri nəsillər tərbiyə etməli olan bu böyük hadisələr bir ömrə sığışa bildi. "Zavallı Liza" əsərinin müəllifi yazıçı Karamzin şeiri də, nəsri də, jurnalistikanı da bir yana qoyub tarixi araşdırmağa keçir. Aleksandr Puşkin onun fövqəladə tarixçilik istedadı barədə dedi: "Amerikanı Kolumb kəşf etdiyi kimi, Qədim Rusiya da Karamzinlə kəşf edildi".
Sergey Karamçakov
Sergey Zaxaroviç Karamçakov (26 avqust 1962 – 1993, Abakan) — Sovet və Rus sərbəst güləşçisi . 1988-ci ildə Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Rusiyanın əməkdar idman ustası (1992). == Tərcümeyi-hal == Sergey Karamçakov 26 avqust 1962-ci ildə Xakasiyada yerləşən Askiz kəndindən 16 km aralıda yerləşən Katanov aalında anadan olub. Milliyətcə xakasdır. 1974-cü ildən bəri kənddə sərbəst güləşlə məşğul olmağa başladı. Məşqçilər M.F.Mıltıqaşev və A.N.Adanakov idi. 1978-ci ildə Krasnoyarsk şəhərinin СПТУ № 20 -nə daxil oldu və sərbəst güləş dərslərini məşqçilər ilə davam etdirdi. V.P.Zaytsev, V.N.Alginova, Oxapkin və D.Q. Mindiaşvili bu qəbildən olan məşqçilər idi. O, 1979-cu ildə SSRİ İdman Ustası, 1985-ci ildə SSRİ beynəlxalq dərəcəli idman ustası, 1992-ci ildə Rusiyanın əməkdar idman ustası adlarına layiq görülmüşdür.1988-ci ildə Seulda 48 kq-a qədər olan XXIV Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olmuşdur.
İnqa Karamçakova
İnqa Alekseyevna Karamçakova (d. 29 aprel 1978) — Rusiyalı sərbəst güləşçi. İnqa Karamçakova 1998-2002-ci illərdə ardıcıl olaraq beş dəfə Avropa çempionu oldu. İnqa Karamçakova həmdə Dünya Çempionatında iki dəfə gümüş və iki dəfə bürünc medal qazanıb. == Karyerası == İnqa Karamçakova beynəlxalq səviyyədə birinci uğurunu 1998-ci ildə Slovakiyanın paytaxtı Bratislava şəhərində qazandı. Həmin il o, Avropa çempionatının qızıl medalını qazandı. Elə həmin ildə Poznan şəhərində Dünya çempionatının bürünc medalını qazanan İnqa Karamçakova ümumi olaraq karyerasında beş dəfə Avropa çempionu olub. Dünya Çempionatlarında isə İnqa Karamçakova 1998 və 1999-cu illərdə bürünc, 2000 və 2002-ci illərdə isə yalnızca finalda uduzaraq gümüş medal qazanlb.
İrem Karamete
İrem Karamete (20 iyun 1993, İstanbul) — Türkiyə rapira qılıncoynatması idmançısı. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısı. 2016 Yay Olimpiya Oyunlarının iştirakçısı. == Həyatı == İrem idmançı ailəsində anadan olmuşdur, atası Mehmet Karamete, Almaniyanın qılıncoynatma komandası və 1976 və 1984 Olimpiadalarında çıxış edən həyat yoldaşı Niliyə məşqçilik etmişdir. İremin böyük bacısı Merve qılıncoynatma ilə məşğul olmuş və millinin heyətində çıxış etmişdir. İstanbulda yerləşən Özyeğin Universitetini bitirmişdir.İrem 10 yaşında qılıncoynatma ilə məşğul olmağa başladı. 2008-ci ildə beynəlxalq yarışlarda debüt etdi. 2013-cü ildən qılıncoynatma dünya çempionatlarında müntəzəm olaraq çıxış edir. 2014-cü ildə o, Türkiyə çempionu oldu. 2015 Qılıncoynatma Dünya Kubokunun mərhələlərində bir neçə mükafat qazanmışdır.
Elpida Karamandi
Elpida Karamandi (mak. Елпида Ставре Караманди, rum. Elpida Stavre Karamandi) — arumınəsilli makedon partizan, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsi iştirakçısı, Yuqoslaviyanın Xalq Qəhrəmanı. == Bioqrafiya == 1920-ci il yanvarın 1-də Florinada anadan olub. Kiçik yaşlarında anası ilə birlikdə Bitolaya köçür və orada orta məktəbi bitirir. Məktəbdə oxuyarkən siyasi fəaliyyətlə məşğul olur, ədəbi dərnəyin üzvü kimi fəaliyyət göstərir. O, təbliğat vərəqələri paylayır, tez-tez "Zbor" Yuqoslaviya Xalq Hərəkatı ilə münaqişəyə girir. O, Bitola gəncləri arasında ən məşhur siyasi fəallardan biri hesab olunurdu. 1938-ci ildə Karamandi Belqrada oxumağa gedir, sinif yoldaşları ilə birlikdə inqilabi hərəkata qoşulur. 1939-cu ildə Yuqoslaviya Kommunist Gəncləri İttifaqına qəbul olunub.
Hikmət Karaman
Hikmət Karaman (9 mart 1960) — türkiyəli məşqçi. 1994-1997-ci illər arasında Kocaelispor və Qalatasaray klublarında məşqçi kimi çalışıb. 1998-ci ildən müxtəlif futbol komandalarının baş məşqçisidir. O , 2002-03 mövsümündə "Çaykur Rizəspor"u, 2007-08 mövsümündə isə “Antalyaspor”u Superliqaya yüksəltməyə nail olub. 2001-02 mövsümündə Türkiyə Kubokunu öz muzeyinə aparan "Kocaelispor"un məşqçisi olub.
Məhəmməd Karamusiç Nihadi
Məhəmməd Karamusiç Nihadi — boşnak əsilli Osmanlı şairi. Sarayevoda yaşamışdır. Nihadinin "Divan"ının yalnız bir əlyazması qorunub saxlanılmışdır. Bu, Almaniyanın paytaxtı Berlində saxlanılır və əvvəlcə Osmanlının paytaxtı Konstantinopolda (indiki İstanbul) Prussiya səfiri Baron Henrix Ditrix fon Dittsin (1790-cı illər) əşyalarının bir hissəsi idi. Fon Dits həmçinin, şərqşünas və əlyazma kolleksiyaçısı idi. Nihadinin "Divan"ının əlyazması doxsan dörd qəzəldən ibarətdir ki, onlardan səkkizi fars dilində tərtib edilmişdir.
Karambit
Karambit - Karambit və ya kerambit (İndoneziya dilində istifadə edildiyi kimi), kurambik və ya karambiak (hər ikisi Minangkabau dilindən) Qərbi Sumatranın Minangkabau xalqından bir pəncəyə bənzəyən kiçik İndoneziya əyri bıçağıdır. Karambit pencak silat və Filippin döyüş sənətlərində geniş istifadə olunan silahlardan biridir. == Tarixi == Karambit əvvəlcə Cənub-Şərqi Asiyanın əksər adalarında kök dırmığı, xırman toplamaq və düyü əkmək üçün nəzərdə tutulmuş kənd təsərrüfatı aləti idi. Bu, Cənub-Şərqi Asiya oraqlarının daha kiçik variantıdır (Filippin qarab və karit; İndoneziya celurit, arit və ya sabit; və Malayziya sabit). O, hələ də müasir işçi üçün bir çox səmərəli istifadə imkanlarına malikdir, bıçağı kommunal işlərdə istifadə etməyə imkan verir, barmaq halqası, üzərində işlənəcək obyektlə manipulyasiya etmək üçün barmaqların istifadəsi tələb olunarsa, əməliyyatlar arasında bıçağı yerə qoymaq ehtiyacını aradan qaldırır. (məsələn, göndərmə qutusunun kəsilməsi və açılması və ya daşınmalardan plastik qablaşdırmanın çıxarılması, iki əsas nümunədə). Barmaq halqası həmçinin istifadə zamanı bıçağın düşməsinə qarşı əlavə qorunma dərəcəsi təmin edir, bu xüsusilə ağır maşınlar daxil olan iş mühitlərində vacibdir, hər cür əl, metal alətin atılması avadanlıq və ətrafdakılara böyük ziyan vura bilər. Xüsusilə də yüksək sürətlə atılarsa alət fırlanan komponent kimi daha çox təhlükəli ola bilər. Karambitin əvvəlcə Qərbi Sumatranın Minangkabau xalqı arasında silahlandığı güman edilir, burada folklorlara görə, pələngin caynaqlarından ilhamlanırdı. Silahlaşdırılmış kimi, bıçaq kəsmə potensialını artırmaq üçün daha əyri oldu.
Thymus karamarianicus
Qaramərğəm kəklikotu (lat. Thymus karamarianicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 15–25 sm olan yarımkolcuqdur. Düz dayanan meyvəsiz zoğla-rı və daha cod, düz dayanan çiçək saplaqları çiçək qrupunun altında uzun, əyilmiş tükcüklərlə örtülmüşdür. Yarpaqları saplaqlı, saplaqların uzunluğu 15–25 mm, eni 4–8 mm, ellipsvari, kənarları tükcüklüdür. Aşağı gövdə yarpaqları uzun saplaqlarda yerləşir, yumurtavari və yan damarcıqları aydın görünür. Çiçək qrupu uzunsov, başcıqlı, çox vaxt şaxələnmişdir. Çiçək saplaqları uzun tükcüklüdür. Kasacığı zəngvari, uzunluğu təxminən 4 mm, uzun tükcüklüdür. Yuxarı dişcikləri neştərvari, kənarları tükcüklüdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2012 •••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

"karam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karam nədir? #karam sözünün mənası #karam nə deməkdir? #karam sözünün izahı #karam sözünün yazılışı #karam necə yazılır? #karam sözünün düzgün yazılışı #karam leksik mənası #karam sözünün sinonimi #karam sözünün yaxın mənalı sözlər #karam sözünün əks mənası #karam sözünün etimologiyası #karam sözünün orfoqrafiyası #karam rusca #karam inglisça #karam fransızca #karam sözünün istifadəsi #sözlük