Karbi sözü azərbaycan dilində

Karbi

Yazılış

  • Karbi • 50.0000%
  • karbi • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karbi
Karpi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd birləşdirilmiş və Karpi kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim türk dilində "şəhər", "qala", "möhkəmləndirilmiş yer" mənasında işlənən kar sözünə -pi şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. "…pi Bisitun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi "p", "ap", "pe", "pi" şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənıniş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını ifadə etmişdir. Relyef əsasında yaranan düzəltmə sözdür. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Ehtimal ki, Karbi mahalından çıxmış ailələrin özləri ilə apardıqları addır.
Böyük Karbi
Böyük Karbi — İrəvan xanlığının mahallarından biri olmuş Karbibasarın mərkəzinin adı. == Əhalisi == 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi . == Toponimi == Hələ orta əsrlərdə bu kənd digər məntəqə yarandığına görə Böyük Karbi adlandırılmışdır. İndiki Ermənistan ərazisində qədim türk mənşəli toponimlərdəndir. Orta əsr türk, fars və erməni mənbələrində toponimin Qərbi, Gərbi, Karbi və Karpi formaları qeyd olunmuşdur. Karpi (yaxud Karbi) əvvəlcə oradakı qədim qalanın adıdır. 1386-cı ilə aid hadisələrdə mənbədə "Qərbi (Gərbi) qalası"nın adı çəkilir və onun yiyəsinin türk Şeyx Həsən olduğu göstərilir XIII əsrə aid mənbədə Ərməniyə ilə yanaşı Karbi mahalının da adı çəkilmişdir. 1621-ci ilə aid sənəddə Karpi kimidir. XVII əsr erməni müəllifi Arakel Təbrizli toponimi Karbi formasında yazmışdır XIX əsrdə Tiflis quberniyasının Qori qəzasında Karbi kənd adı (Gürcüstanda Karbi kənd adı 1348-ci ildən məlumdur-bax: Qruzinskie dokumentı IX–XV vv. M. 1882.
Karbi mahalı
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. == Tarixi == Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı.1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi. Zaviyyə kəndi Yataq (?) kəndi Səliğar kəndi Xəlifəkənd.
Karbi nahiyəsi
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. == Tarixi == Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı.1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi. Zaviyyə kəndi Yataq (?) kəndi Səliğar kəndi Xəlifəkənd.
Qoş (Karbi)
Qoş — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzirdən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında işlənən qoş sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1858-70-cı illərdə Türkiyədən buraya Ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 211 nəfər, 1886-cı ildə 566 nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir.
Talış (Karbi)
Talış — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km qərbdə yerləşir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə Türkiyənin Bayazet vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. Kəndin ərazisində XIII-XIV əsrlərlə səsləşən azərbaycanlılara aid qədim qalanın xarabalıqları indi də durur. Toponim qızılbaş tayfasından olan talış etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 11.11.1970-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aruç qoyulmuşdur.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Çatqıran (Karbi)
Çatqran — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Zəngi çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «iki çayarası yer», «yarğanın kənarı», «dağın beli, dağ çıxıntısı, iki dərəni birləşdirən yer, yarğanları və dərələri olan alçaq sıra dağ, tirə mənasında işlənən çat sözü ilə «hərbi düşərgə», «həyət», «hasarlanmış, çəpərlənmiş yer», «hasar», «düşərgə», «hərbi düşərgə», «mənzil, ev», «karvansara» mənasında işlənən kuran (>qran) sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 368 nəfər, 1886-cı ildə 413 nəfər, 1897-ci ildə 630 nəfər, 1908-ci ildə 667 nəfər, 1914 - cü ildə 807 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 88 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüşdür.
Əkərək (Karbi)
Əkərək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd., == Tarixi == Rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi, "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək, Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir. XVI və XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir. == Toponimi == Antropotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir. Bu da erməni siyasətinin bir formasıdır.
Silisium karbidi
Karborund — süni silisium karbidi (SiC). Tərkibinə görə meteoritlərdəki muassanitə müvafiqdir. Kristalları rəngsiz, almaz parıltılı. İki modifikasiyada olur: 20000 C-yə qədər sabit olan kubik və daha yüksək temperaturda sabit olan heksaqonal. Sərtliyi 9,5, ərimə temperaturu 28300 C. Döyülmüş kvars və neft qazı koksundan və ya antrasitdən alınır. Qiymətli abrazivdir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

"karbi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karbi nədir? #karbi sözünün mənası #karbi nə deməkdir? #karbi sözünün izahı #karbi sözünün yazılışı #karbi necə yazılır? #karbi sözünün düzgün yazılışı #karbi leksik mənası #karbi sözünün sinonimi #karbi sözünün yaxın mənalı sözlər #karbi sözünün əks mənası #karbi sözünün etimologiyası #karbi sözünün orfoqrafiyası #karbi rusca #karbi inglisça #karbi fransızca #karbi sözünün istifadəsi #sözlük