Karden sözü azərbaycan dilində

Karden

Yazılış

  • Karden • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karden Uolles
Karden Kri Uolles (ing. Carden Crea Wallace; 1946) — Avstraliya bioloqu. O, 1987–2003 -cü illərdə Kvinslend Tropik Muzeyinin kuratoru və direktoru olmuşdur. Uolles mərcanlar üzrə mütəxəssisdir, 1984-cü ildə mərcanların reproduktiv sinxroniyasını kəşf edən komandanın bir üzvü olmuşdur. == Həyatı == Karden Uolles 1970-ci ildə Kvinslend Universitetini təbiətşünaslıq üzrə birinci dərəcə ilə bitirmişdir. Uolles 1970–1976-cı illərdə Kvinslend Muzeyində aşağı onurğalılar şöbəsinin kuratoru olmuşdur. O, doktorluq dissertasiyasını 1979-cu ildə Kvinslend Universitetində müdafiə etmişdir. Uolles bir müddət Avstraliya Dəniz Elmləri İnstitutunda çalışdıqdan sonra 1980-ci ildən Şimali Kvinslenddə yerləşən Ceyms Kuk Universitetində elmi işçi olmuşdur. == Şəxsi həyatı == 1970-ci illərdə Uollesin iki oğlu dünyaya gəlmişdir.
Pyer Karden
Pyer Karden (2 iyul 1922[…] – 29 dekabr 2020[…], Nöyi-sür-Sen) — fransız modelyer. == Həyatı == Pyer Karden 1922-ci ildə Venesiya yaxınlığındakı şəhərcikdə anadan olub. O, Fransada böyüyüb və ilk təhsilini də burda alıb. Çoxuşaqlı, eyni zamanda, orta imkanlı ailədən olmuşdur. Atası şərabçı olduğundan Pyer də bu sənəti davam etdirməli idi, lakin o, ürəyincə olmayan peşənin dalınca getmədi. 14 yaşında dərzi yanında köməkçilik etməyə başladı. 1945-ci ildə gənc Pyer, Parisdə modelyer kimi fəaliyyətə başladı. 1946-cı ildə Kristian Diordan dəvət alır. Bir müddət sonra – 1950-ci ildə şəxsi moda evini, ardınca – 1954-cü ildə "Yeva", 1957-ci ildə isə "Adam" mağazalarını açır. Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir.
Norman Xose Kaldera Kardenal
Norman Xose Kaldera Kardenal (isp. Norman José Caldera Cardenal; d. 21 oktyabr 1946, Manaqua, Nikaraqua) — Nikaraqua Respublikasının xarici işlər naziri (2002–2007). == Həyatı == 21 oktyabr 1946-cı ildə Manaqua şəhərində anadan olmuşdur. == Təhsili == İlk təhsilini Kalasanz Kollecində almışdır. Daha sonra təhsilini Qranadanın Mərkəzi Amerika Kollecində davam etdirmişdir.1968-ci ildə Leksinqton şəhərinin Hərbi Ventvors Akademiyası və Gənclər Kollecinin Müəssisələr Administrasiyası üzrə texnik peşəsinə yiyələnmişdir. == Fəaliyyəti == 1975-ci ildə Mərkəzi Amerika üçün Nikaraqua İxracat Mərkəzinin administratoru seçilmişdir.1980–1984-cü illərdə Qvatemalada beynəlxalq ticarət üzrə məsləhətçi kimi xidmət göstərmişdir.1984-cü ilin yanvar ayında Hondurasda baş texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdur.1996-cı ildə Beynəlxalq Ticarət Mərkəzində fəaliyyətə başlamışdır.1999-cu ildə Nikaraqua Ticarət, Sənaye və İnkişaf Nazirliyinə vəzifəyə təyin olunmuşdur. == Siyasi fəaliyyəti == 2002-ci il yanvarın 10-da Nikaraqua Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur. == Ailəsi == Evlidir, üç övlad atasıdır.
Petti Kardenas
Petti Kardenas (19 avqust 1984) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Petti Kardenas, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Lasaro Kardenas
Lasaro Kardenas del Rio (isp. Lázaro Cárdenas del Río; 21 may 1895, Xikilplan-de-Xuarez[d], Miçoakan[d] – 19 oktyabr 1970, Mexiko) — Meksika siyasətçisi və hərbçisi, Meksika inqilabı illərində (1910–1917) general və Meksika Prezidenti (1934–1940). Milli İnqilab Partiyasının nümayəndəsi olmuşdur. O, solçu islahatçı kursu davam etdirmiş, aqrar islahatların həyata keçirilməsini gücləndirmiş, əmək qanunvericiliyini və həmkarlar ittifaqlarının səlahiyyətlərini gücləndirmiş, qadınların hüquqlarına və ümumi seçki hüququna zəmanət vermiş, xalq maarifini inkişaf etdirmiş və savadsızlıqla mübarizə aparmış, neft və dəmir yolu şirkətlərini milliləşdirmişdir. == Həyatı == Lasaro Kardenas del Rio 21 may 1895-ci ildə Meksikada, Miçoakan ştatının Xikilplan-de-Xuarez şəhərində anadan olmuşdur. 1913-cü ildə inqilabi ordu sıralarına qoşulmuş, tezliklə kapitan, 1920-ci ildə isə general rütbəsi almışdır. 1920-ci illərdə Tampikoda qarnizona komandirlik etmiş və Miçoakan ştatının qubernatoru seçilmişdir. 1929-cu ildə Milli İnqilab Partiyasının (MİP) qurucularından biri və sədri olmuşdur. Kardenas 1931-ci ildə daxili işlər naziri, 1933-cü ildə Hərbi Dəniz Qüvvələri naziri vəzifələrində xidmət etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Cárdenas, Lázaro // Encyclopedia of Latin America.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2004 •••••••• 0.34
2008 ••••••••••• 0.49
2009 •••••••••••••••••••• 0.96
2010 •••••••••••••••••• 0.82
2011 •••••• 0.26
2012 •• 0.09
2013 •••• 0.15
2014 •••••••• 0.34
2016 •••• 0.17

Oxşar sözlər

#karden nədir? #karden sözünün mənası #karden nə deməkdir? #karden sözünün izahı #karden sözünün yazılışı #karden necə yazılır? #karden sözünün düzgün yazılışı #karden leksik mənası #karden sözünün sinonimi #karden sözünün yaxın mənalı sözlər #karden sözünün əks mənası #karden sözünün etimologiyası #karden sözünün orfoqrafiyası #karden rusca #karden inglisça #karden fransızca #karden sözünün istifadəsi #sözlük