* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ital.] 1. Bir şəxsi və hadisəni qəsdən gülünc surətdə təsvir edən şəkil. Gülməli karikatura. – Qəzetin birinci səhifəsində çəkilmiş karikaturada ağ bir qoyun göy çəmənlikdə ot qırpırdı, amma sağında və solunda iki boz qurd şöngüyüb göz-gözə oturmuşdu… Ə.Məmmədxanlı. [Rəssam:] Mən [Şahinin] karikaturasını çəkməsəm, adımı dəyişib rəngsaz qoyaram. S.Rəhman. // İncəsənətin digər növləri vasitəsilə verilən bu cür şəkil, habelə bu mahiyyətdə olan əsərlər haqqında. Bu təsvir deyil, karikaturadır. 2. Bir şeyin gülünc, miskin bənzəri (adətən müqayisə məqamında). Hitler Napoleonun karikaturasıdır. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / karikatur1 [ital.] карикатура (1. хъуьруьн патал кьасухдай чӀурукӀа чӀугуна са кас ва я са кар къалурнавай шикил; 2. са затӀунин хъуьредай, муьскӀуьн ухшарвал (гзафни-гзаф гекъигунин макъамда).
Azərbaycanca-ləzgicə lüğəti / karikatur