Karina sözü azərbaycan dilində

Karina

Yazılış

  • Karina • 99.2095%
  • karina • 0.7905%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Anna Karina
Anna Karina (fr. Anna Karina; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq, Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — Danimarka və Fransanın teatr və kino aktrisası, kinorejissor. == Həyatı == Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir. Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu. 1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir.
Karina Aznavuryan
Karina Boris qızı Aznavuryan (20 Sentyabr 1974, Bakı, Azərbaycan) Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004), Dünya (2003) və Avropa (2004) çempionudur. == Həyatı == Karina Aznavuryan 20 sentyabr 1974-cü ildə Bakıda anadan olmuşdur. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır. Qılıncoynatma ilə ilk dəfə Bakıda məşğul olmağa başlayıb. Qarabağ münaqişəsi başlandıqdan sonra onun ailəsi Moskvaya köçür. Əvvəllər rapira ilə məşqul olan Karina burada şpaqa ilə məşq etməyə başlayır. 1994-cü ildən etibarən Rusiya yığmasının tərkibində iştirak etməyə başlayır. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində bürünc medal qazanır. Daha sonra Sidney (2000) və Afina (2004) şəhərlərində keçirilən Olimpiya oyunlarında qızıl medallar qazanır. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında belində olan zədə səbəbindən iştirak etmədi.
Karina Kapur
Karina Kapur - Hindistan kino aktrisası. == Həyatı == Karina Kapur 21 sentyabr 1980-ci ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karinanın böyük bacısı Karişma Kapur da məşhur hind aktrisasıdır .
Karina Lipiarska
Karina Lipiarska (16 fevral 1987) — Polşalı oxatan. Karina Lipiarska Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Lipiarska birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Yasəmən Əcəm Anagöz ilə üz-üzə gəldi. Həmin görüşdə Karina Lipiarska rəqibinə 5:6 hesabı ilə uduzdu.
Karina Lixvar
Karina Lixvar (d. 11 dekabr 1998) — İsraili təmsil edən bədii gimnast. Karina Lixvar 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Lixvar həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Karina Lixvar 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Karina Maruyama
Karina Maruyama (d. 26 mart 1983) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 79 oyun keçirib, 14 qol vurub.
Karina Qarsiya
Karina Qarsiya (3 yanvar 1984) — Boliviyalı atıcı. Karina Qarsiya Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 405.6 xal toplayaraq 44-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Karina Qoriçeva
Karina Havajevna Qoriçevа (doğ. 8 aprel 1993, Taldı Kurqan, Taldı-kurqan vilayəti, Qazaxıstan) — qazax ağır atleti, 63 kq qədər çəki kateqoriyasında çıxış edib. 2016 Yay Olimpiya Oyunlarının mükafatçısı, birdən qaldırmada dünya mükafatçısı, 2013 və 2017-ci illərdə keçirilən yay Unidersiadanın gümüş mükafatçısı, iki qat gənclər arasında dünya çempionu. == Karyerası == Karina on beş yaşında ağır atletika ilə məşğul olmağa başlamış. İdman sahəsində istedadlı uşaqlar üçün respublika internat məktəbini bitirib. Gənclər Dünya Kubokunun gümüş (2011) və bürünc (2012) medalçısı, Gənclər Asiya çempionatının bürünc medalçısı (2012). Kazanda 2013 Yay Universiadasının gümüş mükafatçısı. 2013 Dünya Kubokunda 107 + 135 = 242 kq nəticə göstərərək dördüncü oldu. 2014 Dünya Kubokunda (113 kq) içində kiçik qızıl qazandı, ancaq 133 kq təkanla Karina ümumi hesabda yalnız altıncı oldu. 2014-cü ilin yayında Qoriçeva yay Asiya Oyunlarının podiumuna çıxmağa yaxın idi.
Traxeyanın karinası
Traxeyanın karinası — sol və sağ əsas bronxların açılışlarını ayıran nəfəs borusu altındakı qığırdaq silsiləsi. == Strukturu == Karina — nəfəs borusunun ən aşağı qığırdaqının aşağı və arxa davamından əmələ gələn sol və sağ əsas bronxları ayıran qığırdaqlı silsilələrdir. Karina traxeyanın aşağı ucunda - adətən 4-5-ci döş fəqərəsi səviyyəsində olur. Bu, döş sümüyünün bucağına uyğundur, lakin nəfəs alarkən karina 2 fəqərəni yuxarı və ya aşağı qaldıra və ya endirə bilər. Karina orta xəttin solunda yerləşir və ön-arxa (öndən arxaya) hərəkət edir. === Qan təchizatı === Bronxial arteriyalar karinanı və aşağı traxeyanın qalan hissəsini qanla təmin edir. === Əlaqələri === Karina, aorta qövsünün nəfəs borusunun solunda keçdiyi yerin arxa tərəfində yerləşir. Qoşalaşmamış damar karinanın üstündən sağ traxeyaya keçir. == Fiziologiyası == Karinanın selikli qişası öskürək refleksini tətikləmək üçün nəfəs borusu və qırtlağın ən həssas sahəsidir. == Klinik əhəmiyyəti == Traxeobronxial zədə, tənəffüs yollarının zədələnməsi — 60% hallarda karinadan 2,5 sm məsafədə baş verir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.82 dəfə / 1 mln.
2006 ••••• 0.68
2007 •••••••• 1.27
2008 •• 0.24
2009 ••• 0.48
2010 •••• 0.54
2011 ••••••• 1.12
2012 ••••••••••• 1.81
2013 •• 0.29
2014 ••••••••• 1.37
2015 •••••• 0.85
2018 •••••••••••••••••••• 3.30
2019 ••• 0.42

Oxşar sözlər

#karina nədir? #karina sözünün mənası #karina nə deməkdir? #karina sözünün izahı #karina sözünün yazılışı #karina necə yazılır? #karina sözünün düzgün yazılışı #karina leksik mənası #karina sözünün sinonimi #karina sözünün yaxın mənalı sözlər #karina sözünün əks mənası #karina sözünün etimologiyası #karina sözünün orfoqrafiyası #karina rusca #karina inglisça #karina fransızca #karina sözünün istifadəsi #sözlük