Karlo sözü azərbaycan dilində

Karlo

Yazılış

  • Karlo • 99.1914%
  • karlo • 0.5391%
  • KARLO • 0.2695%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karlo Allioni
Karlo Allioni (it. Carlo Allioni; 23 sentyabr 1728, Turin — 30 iyul 1804, Turin) — italyan həkimi, botanik, Turin Universitetinin professoru. Allioninin şərəfinə adlandırılan bəzi taksonlar: Arabis allionii DC. Jovibarba allioni (Jordan & Fourr.) D.A.Webb Primula allioni Loisel. Veronica allionii Vill. == Mənbə == Bailey, L. H.; Wilhelm Miller and Many Expert Cultivators and Botanists (1900). "ABBREVIATIONS", Cyclopedia of American Horticulture: Comprising Suggestions for Cultivation Comprising of Suggestions for Cultivation of Horticultural Plants, Descriptions of the Species of Fruits, Vegetables, Flowers and Ornamental Plants Sold in the United States and Canada, Together with Geographical and Biographical Sketches In Four Volumes, v.1 A-D. The Macmillian Company. Retrieved on 2008–06-19. Brummitt, R. K.; C. E. Powell (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew.
Karlo Ançelotti
Karlo Ançelotti — İtaliyalı futbol mütəxəssisi. == Aktyorluq == "Çelsi"nin baş məşqçisi Karlo Ançelotti həyatında təkcə futbolla məşğul olmayıb. Məşhur italiyalı mütəxəssis futbolçu və məşqçiliklə yanaşı, aktyorluqda da özünü göstərib. Bir çoxlarının sırf futbola adamı kimi tanıdığı 50 yaşlı çalışdırıcı indiyədək üç filmə çəkilib. Onun ən məşhur obrazı "Don Kamillo" komediyasında olub. 1983-cü ildə çəkilən filmdə həmin vaxt futbolçu olan Ançelotti öz sənətini canlandırıb. Həmin kinoda Cəhənnəm yığması ilə mələklərin komandası görüşüb. O vaxt gənc olan Karlo mənfi obraza çəkilərək, iblislərin heyətində meydana çıxıb. Hətta rəqibini vuraraq, xəbərdarlıq da alıb. Ançelotti sonradan "Mezzo destro, mezzo sinistro" və "Lallenator nel pallone" filmlərinə də dəvət alıb.
Karlo Berqonsi
Karlo Berqonsi (it. Carlo Bergonzi; 13 iyul 1924) — italyan opera müğənnisi — tenor. Cüzeppe Verdinin operalarından partiyaların ifaçısı kimi tanınır. İtaliyanın Polezine-Parmense kommunasında dünyaya gəlmişdir. 14 yaşından Parm konservatoriyasında vokal dərsləri almağa başlayan müğənni ilk əvvəl bariton səs tembri ilə ifalara başlayır. İkincü denya müharibəsində Almaniya ərazisində əsir düşərgəsinə düşür. Müharibə bitdikdən sonra İtaliyaya qayıdaraq Breşi konservatoriyasında təhsilini davam etdirir. Onun ilk bariton kimi debütü 1947 ci ildə Berqonsidəki opera səhnəsində Sevilya bərbəri tamaşasında olur. Öz üzərində bir çox çalışdıqdan sonra 1951 ci ildən tenor kimi çıxışlar etməyə başlayır. Beləliklə o, 1953 cü ildə Milanda La Skala, 1956 cı ildə Nyu York da Metropoliten-opera, 1962 ci ildə isə Londonda Kovent-Qarden Kral Teatrı səhnələrində çıxışlar edir.
Karlo Bonapart
Karlo Mariya Bonapart və ya Karlo Mariya di Bonapart (29 mart 1746[…], Ayaçço, Korsika, Genuya Respublikası – 24 fevral 1785[…], Monpelye, Fransa krallığı) — Korsikalı idi. Napoleon Bonapartı atasıdır. Fransa Korsikayı işğal edəndə, Karlo Bonapart Fransa hökuməti ilə əlaqələr qurar. Bu uşaqlarına Fransada oxumaq imkanı verir. Həyat yoldaşı Letiza Romalinodur. Toskana zadəganıdır. == Həyatı == Qısa müddət ərzində inqilab lideri Paskal Paolinin şəxsi köməkçisi olaraq xidmət etdi və Korsikanın işğalı zamanı Korsikanın müqavimətçləri ilə fransızlara qarşı vuruşmuşdur. Adanın fəth edilməsi və müqavimətin məğlub edilməsindən sonra Korsikanı XVI Louis məhkəməsində təmsil etmək üçün könüllü oldu. 24 fevral 1785-ci ildə mədə xərçəngindən öldü. Ölümündən sonra sağ qalan ikinci oğlu I Napoleon Fransa İmperatoru oldu; Sonralar Bonapartın digər övladlarının əksəriyyəti qardaşlarına görə kral titulları aldılar və evli kral ailələri ilə evləndilər.
Karlo Kollodi
Karlo Kollodi (it. Carlo Collodi, əsl adı Carlo Lorenzini; 24 noyabr 1826[…], Florensiya, Böyük Toskana hersoqluğu[…] – 26 oktyabr 1890[…], Florensiya, İtaliya krallığı[…]) — italyan yazıçısı və jurnalisti, əsasən, Karlo Kollodi adı ilə tanınır. Uşaq ədəbiyyatının görkəmli yazıçılarından biridir. Yazıçıya ən çox məşhurluğu Pinokyo gətirmişdir. == Həyatı == Karlo Kollodi Florensiyada dünyaya gəlmişdir. Atası aşpaz Domeniko Lorenzini, anası xidmətçi Angela Orzali idi. Yazıçı on övladın birincisi idi. O, uşaqlığını Kollodidə, dağ ətəyində keçirib. İlk təhsilini burada aldıqdan sonra ruhanilik oxumaq üçün Val Delsa seminariyasına göndərilir. Buranı bitirdikdən sonra kitab satıcısı işləyib.
Karlo Muhar
Karlo Muhar (17 yanvar 1996, Zaqreb) — Xorvatiya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Karyera == === Lex Poznan === Karlo Muhar 5 iyun 2019-cu ildə Polşa təmsilçisi "Lex Poznan" ilə dörd illik müqavilə imzalamışdır. O, "Lex"in heyətində 20 iyul 2019-cu ildə "Piast" ilə oyunda debüt etmişdir. === Kayserispor === Karlo Muhar 28 yanvar 2021-ci ildə Türkiyənin "Kayserispor" klubu ilə 6 aylıq müqavilə imzalamışdır. === ÇFR Kluj === Karlo Muhar 8 iyun 2022-ci ildə futbol üzrə Rumıniya çempionu "ÇFR Kluj"a qoşulmuşdur.
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Karlo Ponti
Karlo Ponti (it. Carlo Ponto) — İtaliya kinoprodüseri. == Həyatı == Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur.Milan Universitetində Hüquq fakültəsini bitirmişdir.İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur.Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır. == Şəxsi həyatı == 1946-cı ildə Ciliana Fyastri ilə evlənir.Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi.O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.Bu səbəbdən onlar İtaliyaya geri dönərək evli olduqlarını inkar edirlər.Fransız vətəndaşlığını 1965-ci ildə qəbul etdikdən sonra Karlo Ponti ilk arvadından ayrılır.1966-cı ildə isə Karlo Ponti ilə Sofi Loren ailə həyatı qururlar.Onların iki övladı dünyaya gəlir. 1979-cu ildə qiymətli sənət əsərləri oğurladığından ona 22 milyard İtalyan lirəsi və 4 il həbs cəzası təyin etdilər. Lakin onun vətəndaşlığı Fransız vətəndaşlığı olduğundan, həmin cəzalardan qurtulmuşdur.
Karlo Qoldoni
Karlo Qoldoni (it. Carlo Goldoni; 25 fevral 1707 – 6 fevral 1793) — Venesiya dramaturqu. == Həyatı == Məşhur İtaliya dramaturqu Karlo Qoldoni 25 fevral 1707-ci ildə anadan olub. İtaliya teatrında apardığı islahatlarla məşhur olub. Maarifçilik ideyaları Qoldoni dramaturgiyasında əsas yer tutur. 267 pyes yazıb. "İki ağanın bir nökəri", "Mehmanxana sahibəsi" pyesləri Azərbaycan Milli Dram teatrında da tamaşaya qoyulub. Qoldoninin "Girkana Culfada", "Girkana İsfahanda", "Fars gəlini" kimi tragikomediyaları da var. Karlo Qoldoni 6 fevral 1793-cü ildə vəfat edib.
Karlo Adzelio Çampi
Karlo Adzelio Çampi (d. 9 dekabr 1920 - ö. 16 sentyabr 2016) — İtalyan siyasətçi və bankçı, İtaliyanın onuncu prezindenti (18 may 1999-15 may 2006). Müstəqil olaraq, seçkilərdə iştirak edib. Daha sonra senator çalışmışdır. == Həyatı == 1920-ci ildə Livornoda anadan olub. Çampi 1941-ci ildə Pisa Universitetinin ədəbiyyat hissəsindən məzun olub. İtalyan Müqavimət Fəaliyyətinə qatılıb. 1946-ci ildə Franca Fundacja ilə evlənib. Eyni ildə Pisa Universiteti hüquq fakültəsindən məzun olub.
Karlo Bilotti muzeyi
Karlo Bilotti muzeyi (it. Museo Carlo Bilotti) — İtaliya-Amerika kolleksiyaçısı (1934-2006) Karlo Bilottinin topladığı rəssamlıq və heykəltaraşlıq əsərlərindən ibarət müasir incəsənət muzeyi. Muzey Roma şəhərində Villa Borqeze parkında yerləşir. == Muzeyin binası == Muzeyin yerləşdiyi şəhərkənarı ev əvvəllər varlı Çeuli ailəsinə məxsus olmuş, XVII əsrin əvvəllərində kardinal Şipione bu binanı və ona bitişik ərazini böyük Villa Borqeze parkını salmaq üçün aldıqdan sonra həmin bina Borqeze nəslinin ixtiyarına keçmişdir. XVIII əsrin son rübündə knyaz Markantonio Borqezenin (1730-1809) sifarişi ilə binada yenidənqurma işləri arapılmış, onun ətarfında isə heykəllər, fontanlar, müxtəlif bəzək ağacları ilə əhatə olunmuş park salınmışdır . Yenidənqurma iki mərhələdə həyata keçirilmişdir. 1775-1779-cu illərdə həmin dövrün tanınmış rəssamlarının iştirakı ilə binanın daxili arxitektura quruluşu dəyişdirilmiş, evin divarlarında T.Kuntsenin, D.Kadesin, K.Unterpercerin rəsmləri çəkilmişdir. Sonralar, 1790-1793-cü illərdə orkestr üçün bina da tikilmişdir. XIX əsrin ortalarına kimi burada çoxsaylı bayramlar, dünyəvi əyləncələr təşkil olunurdu. 1849-cu ildə Papa vilayətində baş vermiş burjua-demokratik inqilabı yatırılarkən bina fransız artilleriyasının atəşi nəticəsində dağıdılmış, binanın daxili bölmələri məhv olmuşdur.
Karlo Luici Speqazzini
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. == Əsərləri == Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
Monte-Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
Monte Karlo
Monte-Karlo (fr. Monte-Carlo; Moneqassca Monte-Carlu) — Monako rayonu.
San-Karlo
San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 1815—1822-ci illərdə teatra Coakkino Rossini, 1822—1838-ci illərdə — Qaetano Donizetti, 1850-ci illərdə isə — Nikola Boksa rəhbərlik etmişdir. Bina 1816-cı il yanğınından sonra yenidən tikilmiş, 1845, 1854-cü illərdə və 1943-cü ildə II Dünya müharibəsi dövründəki bombardmanlardan sonra təmir və bərpa edilmişdir.
Monte Karlo Rallisi
Monte Karlo Rallisi (Rallye Automobile Monte Carlo), Formula 1 Monako yarışını və Monako Kart Kubokunu da təşkil edən Monaco Automobile Club tərəfindən təşkil edilən illik bir rallidir. Yarış, Monako Knyazlığındakı Fransa Rivierası ilə Fransanın cənub-şərqi arasında keçirilir.
Monte Karlo metodu
Monte Karlo metodu — Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq metodu. Standart olmayan bir əyrinin əhatə etdiyi səthin sahəsini hesablamaq müşkül məsələdir. Ancaq qeyri-standart düşüncə ilə bu məsələni həll etmək çox asandır. Bu səbəbdən də belə məsələləri həll etmək üçün "Monte Karlo metodu" işlənib hazırlanıb. Bu, qeyri-standart statistik metodun məğzi belədir: Əyri-üyrü xəttlə əhatə olunan səthin ətrafına sahəsi məlum düzbucaqlı çəkirlər və düzbucaqlının iki tərəfindən koordinat oxu kimi istifadə edilir. Sonra təsadüfi ədədlər cədvəlinin köməyi ilə düzbucaqlının içərisinə koordinatları məlum 100 nöqtə qeyd edilir. Əgər bu 100 nöqtədən, misal üçün, 40-ı naməlum səthin içərisinə düşərsə, onda axtardığımız sahə düzbucaqlınin məlum sahəsinin 40 faizini təşkil edəcək.
San-Karlo teatrı
San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 1815—1822-ci illərdə teatra Coakkino Rossini, 1822—1838-ci illərdə — Qaetano Donizetti, 1850-ci illərdə isə — Nikola Boksa rəhbərlik etmişdir. Bina 1816-cı il yanğınından sonra yenidən tikilmiş, 1845, 1854-cü illərdə və 1943-cü ildə II Dünya müharibəsi dövründəki bombardmanlardan sonra təmir və bərpa edilmişdir.
San Karlo Teatrı
San-Karlo teatrı (it. Teatro di San Carlo) — İtaliyanın Neapol şəhərində yerləşən dünyanın və İtaliyanın ən tanınmış opera binalarından biri. 4 noyabr 1737-ci ildə açılmışdır. San-Karlo teatrı Avropanın hal-hazırda istifadə edilən ən qədim lirik opera binalarındandır və Neapol şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 1815—1822-ci illərdə teatra Coakkino Rossini, 1822—1838-ci illərdə — Qaetano Donizetti, 1850-ci illərdə isə — Nikola Boksa rəhbərlik etmişdir. Bina 1816-cı il yanğınından sonra yenidən tikilmiş, 1845, 1854-cü illərdə və 1943-cü ildə II Dünya müharibəsi dövründəki bombardmanlardan sonra təmir və bərpa edilmişdir.
Monte-Karlo (film, 2011)
Monte-Karlo (ing. Monte Carlo) — 2011-ci ilin melodram elementli romantik komediya. == Məzmun == Qreys (Selena Qomez), ögey bacısı Meq (Leyton Mister) və yaxın dostu Emma (Keti Kessedi) Parisə səyahətə uçurlar. Parisdə Qreysı böyük miraslı Britan qızla səhv salırlar. Bu rəfiqələrə Monte-Karloya (Monako) uçmağa imkan verir... == Maraqlı faktlar == Əvvəldən filmdə baş rollarda Nikol Kidman və Culiya Roberts oynamalıdılar, amma sonra prodüserlər daha cavan aktrisaları çəkmək istədilər.
Andrey Karlov
Andrey Karlov (rus. Андрей Геннадьевич Карлов; d. 4 fevral 1954, Moskva, RSFSR, SSRİ – ö. 19 dekabr 2016, Ankara, Türkiyə) — Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasında (9 iyul 2001 – 20 dekabr 2006) və Türkiyə Respublikasındakı səfiri (12 iyul 2013 – 19 dekabr 2016). == Vəfatı == 19 dekabr 2016-cı ildə Ankarada Müasir Sənətlər Mərkəzindəki bir rəsm sərgisinin açılışı zamanı silahlı basqına məruz qalan Andrey Karlov elə həmin gün vəfat etmişdir. Səfiri 5 güllə ilə qətlə yetirən qatil şəxs Çevik Polis Alayının əməkdaşı Mərd Altındaş olmuşdur.
Andrey Karlov sui-qəsdi
Andrey Karlov sui-qəsdi (ing. Assassination of Andrei Karlov; rus. Убийство Андрея Карлова) - Rusiya Federasiyasının Türkiyə Respublikasındakı sabiq səfiri Andrey Karlova qarşı 2016-cı ilin 19 dekabr tarixində Türkiyənin paytaxtı Ankara şəhərində gercəkləşdirilmiş sui-qəsd. Hadisə səfirin Ankaradaki Müasir Sənətlər Mərkəzində bir rəsm sərgisinin açılışında çıxış etməsi zamanı baş vermişdir. Çevik Polis Alayının əməkdaşı 22 yaşlı Mərd Altındaş səfirə arxa tərəfdən yaxınlaşaraq 5 dəfə atəş açmışdır. Qatilin kameralara düşən görüntülərində səfiri güllələdikdən sonra Allahu Əkbər, Allahu Əkbər deyə bağırdığı Hələbi unutma, Suriyanı unutma, ümmətimiz təhlükəsizlikdə olmadığı müddətcə təhlükəsizlikdə olmayacaqsınız, geri çəkilin, geri çəkilin, Sadəcə ölüm bizi buradan kənarlaşdıra bilər, Bu zülmdə əli olan hər kəs cəzasını çəkəcəkdir - ifadələrini işlətdiklərini görünür.
Antonio Karlos Jobim
Antonio Karlos Brazileyro de Almeyda Jobim (port. Antônio Carlos Brasileiro de Almeida Jobim, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya – 8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Vilyams tərəfindən ifa edilmişdir. Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (port. Garota de Ipanema, ing. The Girl from Ipanema) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir. Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.
Baltazar Karlos (Asturiya şahzadəsi)
İnfant Baltazar Karlos (isp. Infante Baltasar Carlos) (17 oktyabr 1629, Madrid – 9 oktyabr 1646, Saraqosa) – İspaniya kralı IV Filippin ilk oğlu və ölümünədək İspaniya taxt-tacının (Kastiliya və Leon, Araqon, Siciliya və Navarra krallıqları da daxil olmaqla) varisi, İspan infantı. Atasının apardığı diplomatik danışıqların nəticəsi olaraq İngiltərə kralı I Karl və xalası Henretta Mariyanın qızı Mariya Stüartla evlənməsi təklif edilsə də, dini məzhəb fərqlilikləri səbəbilə bu evlilik təklifi qəbul edilmədi. Nəhayət, 1646-cı ildə Müqəddəs Roma imperatoru III Ferdinand və bibisi Mariya Annanın qızı Marianna ilə nişanlandı. Ancaq nişandan bir neçə ay sonra Karlos tutulduğu çiçək xəstəliyi səbəbilə 16 yaşında vəfat etdi. Qurulan diplomatik əlaqələrin qorunması və varissiz qalan atasının istəyilə 14 yaşlı nişanlısı bir neçə il sonra atası IV Filiplə evləndi. == Mənbə == Diego Velázquez (3 January 2016). Complete Works of Diego Velázquez (Delphi Classics). Delphi Classics. p.
Boris Karloff
Boris Karloff (ing. William Henry Pratt) — Böyük Britaniya və ABŞ aktyorudur. Hollivudda "Frankenşteyn" və "Mumiya" personajlarının canlandırdığı rolları məşhurdur. Tənqidçilər tərəfindən "Qorxulu Karloff" və "Qorxunun ustası" kimi ləqəblər qazanmışdır.
II Karlos
II Karl (İspaniya kralı)
I Xuan Karlos
I Xuan Karlos de Burbon (isp. Juan Carlos I de Borbón y Borbón-Dos Sicilias; 5 yanvar 1938, Roma, İtaliya) — 22 noyabr 1975-ci ildən İspaniyanın kralı, 1978-ci il konstitusiyasına görə ispan dövlətinin rəhbəri və ölkənin hərbi qüvvələrinin ali baş komandanı. General-kapitan (1975). İspaniya diktatoru Fransisko Frankonun 1969-cu ildə Xuan Karlosu öz varisi elan etməsinə əsasən, onun ölümündən 2 gün sonra hakimiyyətə gəlmişdir. Kral Xuan Karlos İspaniyanın diktaturadan parlamentli monarxiyaya keçid prosesini uğurla icra etmişdir. 14 may 1962-ci ildə Yunanıstan və Danimarka şahzadəsi Sofiya ilə ailə quran Xuan Karlosun 2 qızı, 1 oğlu və 8 nəvəsi var. 2 iyun 2014-cü ildə taxt-tacdan əl çəkdiyini bəyan etmişdir. Yerinə oğlu - Asturiya knyazı Felipe keçdi.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Karlos (Asturiya şahzadəsi)
Karlos və ya Don Karlos (isp. Don Carlos) (8 iyul 1545, Valyadolid – 24 iyul 1568, Madrid) – İspaniya və Portuqaliya kralı II Filipin ən böyük oğlu və Asturiya şahzadəsi. Anası isə Portuqaliya kralı III Conun qızı Mariya Manuela idi. Əqli cəhətdən şüurunu itirməsinin ardından 1568-ci ilin əvvəllərində atasının əmriylə həbs edildi və bir ildən artıq müddətin ardından həbsdə ikən vəfat etdi. Fridrix Şillerin "Don Karlos" faciəsi və Cüzeppe Verdinin "Don Karlos" operası məhz onun macəralı həyatı və ölümündən bəhs edir. == Mənbə == Parker, Geoffrey (2002). Philip II. Open Court, pp. 92–93, 101. 4ª edición. ISBN 978-0-8126-9519-9 Marshall, Peter: The Magic Circle of Rudolf II: Alchemy and Astrology in Renaissance Prague.
Karlos Alazraki
Carlos Jaime Alazraqui (ing. Carlos Alazraqui; 20 iyul 1962, Yonkers, New York) — ABŞ aktyoru.
Karlos Alberto Parreyra
Karlos Alberto Parreyra (27 fevral 1943, Rio-de-Janeyro) — Braziliyalı futbol mütəxəssisi. == Həyatı == == Karyerası == Perreyra indiyə qədər üç dəfə Braziliya, iki dəfə CAR, eyni sayda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, bir dəfə isə Qana və Küveyt yığmalarına başçılıq edib. Klub karyerasında isə 4 dəfə "Fluminense", bir dəfə "Valensiya", "Fənərbaxça", "San Paulo", "Korintians", "San Kristavao", "Asante Kotoko", "Bragantino", "MetroStars", "Atletico-MG" və "İnternasional"da (Portuqaliya) çalışıb.
Karlos Alberto Torres
'Karlos Alberto "Kapita" Torres, (port. Carlos Alberto Torres, və ya sadəcə Karlos Alberto, Üçüncü Captain və ya Karlos Alberto, Professor'; 17 iyul 1944, Rio-de-Janeyro – 25 oktyabr 2016, Rio-de-Janeyro) keçmiş braziliyalı futbolçu, mərkəz müdafiəçisi, Azərbaycan milli komandasının sabiq baş məşqçisi. == Karyerası == Karyerasına 1963-cü ildə Fluminense klubunda başlamışdır. Ondan sonra Santos və Flamenqoda oynamış, daha sonra ABŞ-də çıxış etmişdir. Karyerasının ən yaxşı illərini 1965-1974 cü ilərdə Santosda keçirmişdir. Klub karyerası ərzində 743 oyuna 64 qola imza atmışdır. Futbolçu kimi 1 dəfə Braziliya, 3 dəfə Rio, 4 dəfə San-Paulu ştatı çempionu və 3 dəfə ABŞ çempionu olmuşdur. 1964-cü ildən Braziliya millisində oynamağa başlayan Torres 1970-ci ildə Braziliya milli futbol komandasının heyətində dünya çempionu olmuşdur. Həmin çempionatda komandasının kapitanı idi. XX əsr simvolik futbol yığmasının heyətinə daxildir.
Karlos Alvarado Kesada
Karlos Alvarado Kesada (isp. Carlos Andrés Alvarado Quesada; 14 yanvar 1980, San-Xose) — Kosta-Rika siyasətçisi, yazıçı, jurnalist, politoloq və Kosta-Rikanın 48-ci Prezidenti. Prezident vəzifəsinə başladığında 38 yaşında olan Alvarado 1914-cü ildə 36 yaşlı Alfredo Qonsales Floresdən sonra ən gənc Kosta-Rika Prezidenti oldu. José María Figueres Olsendən bəri ən pis və ən populyar olmayan prezident oldu. == Həyatı == Alvarado Kosta-Rika Universitetində rabitə üzrə bakalavr dərəcəsi və siyasət elmləri üzrə magistr dərəcəsi alıb. O, 2008–2009-cu illərdə İngiltərənin Falmer şəhərindəki Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunda inkişaf araşdırmaları üzrə magistr dərəcəsi alaraq çivninq alim dərəcəsini qazanıb.Alvarado tələbə ikən gələcək həyat yoldaşı Klaudia Dobles Kamarqo məktəbə gedərkən məktəb avtobusunda tanış olub.Alvarado Roma katolikidir. == Fəaliyyəti == === Ədəbi fəaliyyəti === Alvarado Quesada 2006-cı ildə Perro Azul ilə "Transcripciones Infieles" hekayələr antologiyasını nəşr etdirdi. Elə həmin il "La Historia de Cornelius Brown" romanı ilə Kosta Rikasının Gənc Yaradıcı Mükafatını qazandı. 2012-ci ildə Kosta Rikadakı qaranlıq tarixi dövrü əks etdirən "Las Posesiones" tarixi romanını nəşr etdirdi, burada o vaxtkı hökumətin İkinci Dünya Müharibəsi əsnasında alman və italyan asılılığından yazdı. === İlk siyasi fəaliyyəti === 2006–2010-cu illərdə Kosta-Rika Qanunvericilik Məclisində Vətəndaş Hərəkatı Partiyası məsləhətçisi vəzifəsində çalışıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.71 dəfə / 1 mln.
2003 •••••••• 2.76
2004 •••••••• 2.70
2005 •••••••• 2.70
2006 •••••••••• 3.38
2007 ••••• 1.69
2008 •• 0.49
2009 •••••••• 2.72
2010 •••••••••••• 4.18
2011 ••••••• 2.49
2012 •••••• 1.98
2013 •••••••••••••••••••• 7.15
2014 ••••••••• 3.09
2015 •••••••••••• 4.25
2016 •• 0.69
2017 •••••••••••• 4.23
2018 •••••• 1.80
2019 •• 0.42
2020 •••• 1.33

Oxşar sözlər

#karlo nədir? #karlo sözünün mənası #karlo nə deməkdir? #karlo sözünün izahı #karlo sözünün yazılışı #karlo necə yazılır? #karlo sözünün düzgün yazılışı #karlo leksik mənası #karlo sözünün sinonimi #karlo sözünün yaxın mənalı sözlər #karlo sözünün əks mənası #karlo sözünün etimologiyası #karlo sözünün orfoqrafiyası #karlo rusca #karlo inglisça #karlo fransızca #karlo sözünün istifadəsi #sözlük