Karluş sözü azərbaycan dilində

Karluş

Yazılış

  • Karluş • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karluş Belu
Karluş Filipe Ximenes Belu (3 fevral 1948[…], Baykay[d]) — Şərqi Timorlu Roma katolik yepiskopudur. Onun dini fəaliyyəti ölkəsinin İndoneziya tərəfindən işğalını hər zaman qınadı. 1996-cı ildə "Şərqi Timor münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə çalışdığına görə" Nobel sülh mükafatına Joze Ramuş-Orta ilə birlikdə layiq görüldü. == Erkən həyatı və din == Dominqos Vaz Filipe və Ermelinda Baptista Filipenin beşinci övladı Karluş Filipe Ximenes Belo, Portuqaliya Timorunun şimal sahilindəki Vemasse yaxınlığındakı Vaylakama kəndində anadan olmuşdur. Məktəb müəllimi olan atası Belu doğulandan iki il sonra vəfat edir. Uşaqlıq illəri, , 1968-ci ildə məzun olduğu Dilinin kənarındakı Dare kiçik seminariyasına getməzdən əvvəl, Baukau və Ossudakı katolik məktəblərində keçdi. 1969-cu ildən 1981-ci ilə qədər, Şərqi Timor və Makaoda praktiki təhsil müddətləri (1974–1976) xaricində, Belu Portuqaliya və Romada idi və 1980-ci ildə Salesian Cəmiyyətinin üzvü olaraq fəlsəfə və ilahiyyat təhsili aldı. 1981-ci ildə Şərqi Timora qayıdan Belu, Fatumakadakı Satış Kollecində 20 ay müəllim, daha sonra iki ay direktor oldu. == Pastoral liderlik == 1983-cü ildə Martinho da Kosta Lopesin istefası ilə Karluş Filipe Ximenes Belu, Dili yeparxiyasının Apostol Administratoru təyin edildi və Şərqi Timor kilsəsinin rəhbəri oldu və birbaşa Papaya cavabdeh oldu. 6 fevral 1989-cu ildə titullu Lorium yepiskopu təyin edildi.
Antoniu Karluş Jobim
Antonio Karlos Brazileyro de Almeyda Jobim (port. Antônio Carlos Brasileiro de Almeida Jobim, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya – 8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Vilyams tərəfindən ifa edilmişdir. Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (port. Garota de Ipanema, ing. The Girl from Ipanema) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir. Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.
Jorje Karluş Fonseka
Jorje Karluş di Almeyda Fonseka port. Jorge Carlos de Almeida Fonseca; 20 oktyabr 1950, Mindelu[d], Barlaventu adaları[d]) — Kabo-Verde siyasətçisi, hüquqşünas və 2011-ci ildən etibarən Kabo-Verde Prezidenti. == Həyatı == Jorje Fonseka Praya və Mindeluda ibtidai və orta təhsili, Portuqaliyanın Lissabon şəhərində isə ali təhsilini tamamladı. Lissabon Universiteti Hüquq Fakültəsində hüquqşünaslıq üzrə magistr dərəcəsini bitirmişdir. 26 mart 1989-cu ildə Kabo-Verdenin Birinci xanımı Ligiya Arkanjela Lyubrinu Dias Fonseka ilə evləndi. == Fəaliyyəti == 1975–1977-ci illərdə Kabo-Verdedə Mühacirət üzrə Baş direktor və 1977–1979-cu illərdə Kabo-Verde Xarici İşlər Nazirliyinin Baş katibi olmuşdur.1982–1990-cı illərdə Lissabon Universiteti Hüquq Fakültəsində müəllim köməkçisi olmuş, 1987-ci ildə Lissabon Ədli Tibb İnstitutuna Cinayət hüququ üzrə professor təyin edilmişdir. 1991 və 1993-cü illərdə Xarici İşlər Naziri kimi çalışmış, daha sonra 2001-ci il seçkilərində prezidentliyə namizəd olaraq uğursuz qaldı. 2011-ci ilin avqust ayında yenidən prezidentliyə namizədliyini verdi. Səslərin 38%-i toplayaraq birinci turda qalib gəldi, ikinci turda Afrika Kabo-Verde İstiqlal Partiyası tərəfindən dəstəklənən namizəd Manuel İnosensio Souza ilə qarşılaşdı və qalib gəldi. 9 sentyabr 2011-ci ildə Prezident vəzifəsinə başladı və Kabo-Verdenin dördüncü Prezidenti oldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2006 0.23
2009 0.48
2010 0.82
2011 0.51
2012 0.17
2018 0.15
2019 0.14

Oxşar sözlər

#karluş nədir? #karluş sözünün mənası #karluş nə deməkdir? #karluş sözünün izahı #karluş sözünün yazılışı #karluş necə yazılır? #karluş sözünün düzgün yazılışı #karluş leksik mənası #karluş sözünün sinonimi #karluş sözünün yaxın mənalı sözlər #karluş sözünün əks mənası #karluş sözünün etimologiyası #karluş sözünün orfoqrafiyası #karluş rusca #karluş inglisça #karluş fransızca #karluş sözünün istifadəsi #sözlük