Karn sözü azərbaycan dilində

Karn

Yazılış

  • Karn • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alfredo Karneros
Alfredo Karneros (7 oktyabr 1978) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Alfredo Karneros İspaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Anna Karnaux
Anna Karnaux (d. 31 avqust 1993) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Anna Karnaux, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Anna Karnaux, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Apakuriya Karnavalı (Hals)
Braziliya karnavalı
Braziliya karnavalı (port. Carnaval do Brasil) — Braziliyada Pasxadan qırx gün əvvəl və Böyük Orucun başlanğıcını qeyd edən illik festival. Böyük Oruc ərzində Roma-Katoliklər bütün vücudi zövqlərdən, xüsusilə ətlə qidalanmaqdan imtina etməlidir.
Böyük Karnak yazısı
Böyük Karnak yazısı — Qədim Misirdə heroqlif yazısı. Bu, firon Merneptahın XIX sülaləsi dövrünə aiddir. Yazı 1828–1829-cu illərdə Karnakda tapılmışdır. Vilhelm Maks Müllerə görə, bu, "Misirologiyada uzun illər tədqiqatçılar üçün ən böyük sirrlərdən biri olan tanınmış kitabədir". Əvvəlcə Jan-Fransua Şampolyon tərəfindən müəyyən edilmiş, daha sonra qismən Karl Rixard Lepsi tərəfindən nəşr edilmişdir. Fironun dəniz xalqlarına qarşı yürüşləri haqqında məlumatlar var. Misirdə indiki dövrə qədər qorunub saxlanmış ən uzun mətndir.
Deyl Karnegi
Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888, Merivill[d], Missuri – 1 noyabr 1955, Nyu-York, Nyu-York ştatı) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır. Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb.
Endrü Karnegi
Endryu Karnegi (25 noyabr 1835[…], Danfermlin[d], Fayf[d] – 11 avqust 1919[…]) — Şotland əsilli ABŞ xeyriyyəçisi. Karnegi Mellon Universitetinin yaradıcısı == Həyatı == Artıq 103 ildir ki, dünyada Karnegi İnstitutu fəaliyyət göstərir. Yaradıcısının adı dünya biznes və xeyriyyəçilik tarixində ən əhəmiyyətli yerlərdən birini tutan institutun əsası 1902-ci il yanvarın 28-də Vaşinqtonda qoyulub. Endryu Karnegi yalnız iri sənayeçi və məşhur filonttrop deyil. Həm də maliyyə uğuru qazanmış insanların sosial məsuliyyəti barədə konsepsiyanın yaradıcısı idi. Onun arzusu meritokratiyanın baş rolu öz istedad və enerjisinin sayəsində böyük uğurlar qazana bilmiş ləyaqətli fərdlərin oynayacağı cəmiyyətin qurulması idi. Çünki özü ali cəmiyyətdə kimsənin köməyi olmadan fərdi qabiliyyəti hesabına yer tuta bilmişdi. Şotlandiyadan ABŞ-yə mühacirət etmiş fəhlə ailəsində dünyaya göz açan Karneginin biznesin zirvələrinə yolu 1848-ci ildə həftədə 1 dollar 25 sent qazancla başlamışdı. 13 yaşlı oğlan Pitsburqdakı pambıq fabrikində məhz bu qədər məvacib alırdı 14 yaşında Endryu teleqrafçı, daha 3 il sonra isə Pensilvaniya dəmiryol idarəsinin rəisi Tomas Skottun şəxsi katibi olur. 1859-cu ildə 24 yaşlı Endryu artıq Tomas Skotun yerini tutur və sərmayəçilik planlarını reallaşdırmağa başlayır.
Karnak (məbəd kompleksi)
Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنق‎ Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi. == Tarixi == Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır.
Karnak siyahısı
Karnak hökmdar siyahısı ya Karnak siyahısı III Tutmosisin Heb-Sed mərasimi üçün Karnakda tikmiş olduğu Amon məbədində Misirin firon hökmdarlarının adları qeyd olunmuş kitabə. Burada III Tutmosis və onun 61 sələfinin adları həkk olunmuşdur. 1843 cü ildə fransız arxeoloqu Emil Priss d`Avenn gizlin olaraq bu siyahı baralyefi sökərək Fransaya aparmışdır. Karnak hökmdar siyahısı hal-hazırda Luvrda saxlanılmaqdadır. == Mənbələr == Chronologie des pharaonischen Ägypten. Die Zeitbestimmung der ägyptischen Geschichte von der Vorzeit bis 332 v. Chr. = Münchner Ägyptologische Studien, Bd. 46. Philipp von Zabern, Mainz 1997.
Karnal döyüşü
Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı. Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur. Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir. Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı. Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu.
Karnal vuruşması (1739)
Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı. Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur. Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir. Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı. Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu.
Karnallit
Karnallit — KMgCl₃·6H₂O formuluna sahib mineral. == Haqqında == Karnalit — rombik. Habitus psevdoheksaqonal, çəlləyəbənzər, bəzən qalın lövhəli. İkiləşmə {110} və {10} üzrə polisintetik və adi. Aqreqatı dənəvər. Rəngsiz, ağ, limonu-sarı, surğucu qırmızı. Parıltısı yağlı. Sərtliyi 2,5. Xüsusi çəkisi 1,6. Rütubətli atmosferdə səth üzrə yayılır.
Karnataka
Karnataka — Hindistanın cənub-şərqində ştat. 1 dekabr 1956-cı ildə Ştatların yenidənqurmasə haqqında qanununun qəbulu ilə yaranmışdır. Əvvəlcə Maysur adlandırılmış, 1973-cü ildə indiki adını almışdır. Paytaxt və ən böyük şəhər Banqalordur. Əhalisi 61,130,704 nəfərdir (2011).
Karnaval (1981 film)
Karnaval (rus. Карнавал, romanlaşdırılmış: Karnaval), 1981 -ci ildə Tatyana Lioznova tərəfindən idarə olunan Sovet romantik komediyasıdır. == Torpaq == Kiçik bir cənub şəhərində gənc bir qadın Nina Solomatina anası ilə birlikdə yaşayır. Atası onu uşaq ikən qoyub Moskvaya köçdü. Xəyal quraraq aktyorluq təhsili alan Nina Moskvaya gəlir, amma teatr məktəbinə qəbul imtahanlarından keçə bilmir. Gələn il girməyə qərar verən Nina müvəqqəti olaraq atası və ailəsi ilə birlikdə köçdü. Özünü təmin etməyə çalışaraq işə gedir, amma müxtəlif hadisələr üzündən uzun müddət heç yerdə qala bilmir. Şəxsi həyatında Nina da fiaskodan əziyyət çəkir - Muskovit tələbə Nikita tez bir zamanda yeni bir qız üçün ayrılır. Nəticədə, Nina böyük şəhərin xəyal etdiyi əbədi karnaval olmadığını başa düşməyə başlayır və dünyanı fəth etmək əvəzinə ana qəhrəman evinə - xəstə anasına qulluq etmək üçün qayıdır. Film qeyri-müəyyən bir notla bitir - Nina Solomatina tam salonda çıxış edən məşhur bir müğənni kimi görünür, bunların hamısının gerçək olduğu və ya sadəcə xəyalının olduğu aydın deyil.
Karnaval (film, 1981)
Karnaval (rus. Карнавал, romanlaşdırılmış: Karnaval), 1981 -ci ildə Tatyana Lioznova tərəfindən idarə olunan Sovet romantik komediyasıdır. == Torpaq == Kiçik bir cənub şəhərində gənc bir qadın Nina Solomatina anası ilə birlikdə yaşayır. Atası onu uşaq ikən qoyub Moskvaya köçdü. Xəyal quraraq aktyorluq təhsili alan Nina Moskvaya gəlir, amma teatr məktəbinə qəbul imtahanlarından keçə bilmir. Gələn il girməyə qərar verən Nina müvəqqəti olaraq atası və ailəsi ilə birlikdə köçdü. Özünü təmin etməyə çalışaraq işə gedir, amma müxtəlif hadisələr üzündən uzun müddət heç yerdə qala bilmir. Şəxsi həyatında Nina da fiaskodan əziyyət çəkir - Muskovit tələbə Nikita tez bir zamanda yeni bir qız üçün ayrılır. Nəticədə, Nina böyük şəhərin xəyal etdiyi əbədi karnaval olmadığını başa düşməyə başlayır və dünyanı fəth etmək əvəzinə ana qəhrəman evinə - xəstə anasına qulluq etmək üçün qayıdır. Film qeyri-müəyyən bir notla bitir - Nina Solomatina tam salonda çıxış edən məşhur bir müğənni kimi görünür, bunların hamısının gerçək olduğu və ya sadəcə xəyalının olduğu aydın deyil.
Karnaval gecəsi (film, 1956)
"Karnaval gecəsi" (rus. Карнавальная ночь) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir. Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir.
Karnay
Karnay — İran , Tacikistan və Özbəkistan ərazisində yayılmış mis-nəfəsli xalq musiqi alətidir. == Alətin quruluşu == Çox uzun , hətta bəzən 2 metrdən uzun gövdəyə malik , əyilməmiş boruşəkilli formada olur.Registry və tembrinə görə trombona yaxındır. Karnay üçün ,adətən , döyüş və təntənə münasibətilə carçəkmə siqnallarının çalınması xasdır. Alətin çox güclü və uzağa yayılan səsi vardır.Müasir dövrdə Karnay tacik və özbək xalq şənliklərində və toy mərasimi zamanı geniş istifadə olunur.
Karnegi Mellon Universiteti
Karnegi Mellon Universiteti (ing. Carnegie Mellon University) — ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. == Reytinqi == Yarandığı gündən universitet qəbul etdiyi yeni-yeni proqramlarla dünya universitetləri arasında əsas yerlərdən birini tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2009-cu il üzrə reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ ali məktəbləri üzrə 22-ci, bu ölkənin universitetləri arasında kompüter elmləri üzrə 4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu, təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya elmi üzrə isə 17-ci yerə layiq görülmüşdür. == Məşhur məzunları == Karnegi Mellon Universitetinin əməkdaşları və məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü Oskar mükafatına layiq görülüblər. Məzunlardan "General Motors" şirkətinin keçmiş direktoru və ABŞ-nin beşinci təhlükəsizlik naziri Çarlz Ervin Uilsonu, milyarder Devid Tepperi, "Java" proqramlaşdırma dilinin yaradıcısı Ceyms Hoslinqi, "Sun Microsistems" kampaniyasının yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu universiteti çoxlu sayda tanınmış aktyor bitirib. Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon, Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms Kromvell, Get Smart, Ted Denson, Van Hensis, Metyu Bomer, Bleyr Andervud və başqalarıdır. Klinton Devisson – fizika üzrə Nobel mükafatı laureatı; Otto Stern – fizika üzrə Nobel mükafatı laureatı; Pol Flory – kimya üzrə Nobel mükafatı laureatı; Herbert Simon – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Franko Modiqliani – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Merton Miller – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Robert Lukas – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Popl – kimya üzrə Nobel mükafatı laureatı; Volter Kohn – kimya üzrə Nobel mükafatı laureatı; Pol Loterbur – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskott – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Ada Yonath – kimya üzrə Nobel mükafatı laureatı; Nilofər Bəxtiyar – Pakistanın federal turizm naziri; Çarlz Ervin Vilson – ABŞ-nin keçmiş müdafiə naziri; Piter De Mut – Pensilvaniyadan olan konqresmen; Lerri Giammo – Merillend ştatının Rokvill şəhərinin meri; Kliford Şull – fizika üzrə Nobel mükafatı laureatı; Con Forbes Neş – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Finn Kidlend – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Edvard Preskot – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı; Con Holl – fizika üzrə Nobel mükafatı laureatı; Oliver Uilliamson – iqtisadiyyat üzrə Nobel mükafatı laureatı.
Karney
Karney (ing. Carney Island) — Cənub okeanı akvatoriyasında Meri Berd Torpağının sahilində yerləşir. == Tarixi == Ada ABŞ admiralı Robert Karninin şərəfinə adlandırılmışdır. O, 1957–1958 ci illərdə Ümudünya qeofizika ilinə dəstək üçün təşkil edilən dəniz əməliyyatına rəhbərlik etmişdir. Ada Antarktida haqqında konvensiya əsasən heç bir ölkəyə mənsub olmasada, adaya virtual dövlətlər olan Vestarktika və Flandensis knyazlığı ərazi iddiasındadırlar.
Karniol skopoliyası
Karniol skopoliyası (lat. Scopolia carniolica) - skopoliya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, horizontal, şişman, lətli, zəif gövdəli kökümsovu vardır. Gövdənin hündürlüyü 80 sm, açıq-yaşıl, demək olar ki, əsası bənövşəyi rənglidir. Yarpaqları yaşıl, saplaqlı, uzunsov-yumurtaşəkilli, zirvəsi itiuclu, bütövkənarlı və ya zirvəsi 1-2 dişlidir. Çiçəkləri başı aşağı əyilmiş, tək, uzunluğu 2-2,5sm, çiçək saplağı uzun, zənğşəkilli, 5 dişli, tacın xarici hissəsi tünd qırmızı-bənövşəyi, daxili isə sarımtıl-qonur rənglidir. Meyvələri dairəvi olub, açılandır.Kökümsovlarını erkən yazda, yayın sonunda toplamaq lazımdır. Kökümsovlarını kürək və çəngəllə torpaqdan çıxararaq yumaq və qurutmaq lazımdir. Xammal toplandıqdan 10-15 il ərzində biosenoz bərpa edilir. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında sərilməli, qutucuqları günəş altında və ya 40ОС temperaturda quruducu şkafda qurudulmalıdır.Zəif iyə və məlum olmayan dada malikdir(!).
Karnival Rou (teleserial, 2019)
Karnival Rou (ing. Carnival Row) – Orlando Blumun prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-nuar və fentezi teleserialı. Treyvis Biçemin "Karnival Rouda qətl" adlı film ssenarisinə əsaslanır. Serial 30 avqust 2019-cu ildə Prime Video vasitəsilə buraxılmış və 8 seriya davam etmişdir. 2019-cu ilin iyulunda ikinci mövsümü anons edilmişdir. Hekayə mifik varlıqlarla insanların birlikdə yaşadıqları şəhərdə cərəyan edir və irqlər arasındakı münasibətlər gərginləşməkdədir. Teleserialın baş rollarında Orlando Blum (Raykroft Filostreyt) və Kara Delevin (Viqnatte Stounmoss) çıxış edirlər. Digər rollarda Devid Qyasi, Karla Krom, İndira Varma, Tamzin Merçant və Skott Reyd çıxış edirlər. "Karnival Rou" əsasən tənqidçilərin mənfi rəylərini almışdır. == Məzmun == Hadisələr xaos mühitinin hökm sürdüyü Viktoriya dövründə baş verir.
Mariya Karneyro Pereyra Qomes
Mariya Karneyro Pereyra Qomes (port. Maria Carneiro Pereira Gomes; 19 avqust 1875, Braziliya – 14 avqust 1925) — Braziliyanın birinci xanımı (1914–1918). Braziliyanın 9-cu prezidenti olmuş Bras Venseslaunun həyat yoldaşıdır.
Medvedyev-Şponhoyer-Karnik şkalası
Medvedyev-Şponhoyer-Karnik şkalası (MSK və ya MSK-64 adları ilə də tanınır) — zəlzələnin baş verdiyi sahədə yer səthinin müşahidə edilən silkələnmələrini qiymətləndirmək üçün 12 ballıq makroseysmik intensivlik şkalası. Şkala Sergey Medvedyev (SSRİ), Vilhelm Şponhoyer (Şərqi Almaniya) və Vit Karnik (Çexoslovakiya) tərəfindən 1964-cü ildə yaradılmışdır. Bu şkala 1960-cı illərin əvvəllərindən istifadə edilən Modifikasiya olunmuş Merkalli şkalasının və 1953-cü ildə təklif edilmiş, GEOFİAN şkalası kimi də tanınan, Medvedyev şkalasının əsasında tərtib edilmişdir.Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
Rio karnavalı
Rio karnavalı — Braziliyada hər il təşkil olunan əyləncəli tədbir. == Tarixi == Dünyada ən böyük küçə şənliyidir.
Santa Kruz de Tenerife karnavalı
Santa Kruz de Tenerife karnavalı — hər il fevral ayında keçirilir. Dünyanın ən məşhur və beynəlxalq səviyyədə tanınmış Rio de Janeiro (Braziliya) karnavalından sonra dünyanın ikinci ən məşhur və beynəlxalq səviyyədə tanınmış karnavalı hesab edilir. Santa Kruz de Tenerife (İspaniya) şəhəri ilə Rio de Janeiro şəhəri bu səbəbdən qardaş şəhəri olublar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

"karn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karn nədir? #karn sözünün mənası #karn nə deməkdir? #karn sözünün izahı #karn sözünün yazılışı #karn necə yazılır? #karn sözünün düzgün yazılışı #karn leksik mənası #karn sözünün sinonimi #karn sözünün yaxın mənalı sözlər #karn sözünün əks mənası #karn sözünün etimologiyası #karn sözünün orfoqrafiyası #karn rusca #karn inglisça #karn fransızca #karn sözünün istifadəsi #sözlük