Karra sözü azərbaycan dilində

Karra

Yazılış

  • Karra • 72.7273%
  • karra • 27.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karra döyüşü
Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Xarran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibəsinin həlledici döyüşü baş verdi. Mark Krassın başçılığı altında 50 minlik Roma ordusu Parfiya hüdudlarına daxil oldu. 10 min döyüşçüsü olan İran-Parfiya sərkərdəsi Surena həlledici döyüşdən boyun qaçıraraq, düşməni ölkənin içərilərinə çəkmək və onu yoraraq məğlub etməyi düşünürdü. Bu geriyə çəkilmə vaxtı parfiyalılar Krassın oğlu Publinin başçılığı altında olan romalı suvarilərini darmadağın etdilər. Sonra isə, romalıların Karrdan cənubda olmağından, susuz səhrada uzun yol gəlməyindən və vəziyyətin dolaşıq olması səbəbi ilə ruhdan düşmələrindən istifadə edərək, əks-hucuma keçdilər. Romalıları hər iki cinahdan bağlayaraq və onların sıx döyüş səflərinə ox yağdıraraq, onları darmadağın etdilər. Romalıların yaxın döyüş cəhdləri nəticə vermədi. Parfiyalılar yaxın döyüşə girişməyərək və düşməni oxa tutaraq, geriyə çəkilirdilər. Əkshucuma 500 oxçu və 1300 suvari ilə gücləndirilmiş 8 koqorta piyada göndərən Krass bununla böyük səhvə yol verdi. O göndərdiyi korpusun əsas qüvvələrdən aralanmasına imkan verdi.
Ceymi Karrager
Ceyms "Ceymi" Karrager (28 yanvar 1978[…]) — İngiltərə futbolçusu, Liverpulun vitse-kapitanı və müdafiəçi. 2004 və 2006-cı illərdə İngiltərə milli futbol komandasında oynamışdır.
Ceyms Karrager
Ceyms "Ceymi" Karrager (28 yanvar 1978[…]) — İngiltərə futbolçusu, Liverpulun vitse-kapitanı və müdafiəçi. 2004 və 2006-cı illərdə İngiltərə milli futbol komandasında oynamışdır.
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Karrar (Kürdəmir)
Karrar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar qəsəbəsi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Din == Qəsəbədə "Seyid Əhməd" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Karrar (tank)
Karrar (fars. کرار‎ – Zərbə) — İran istehsalı əsas döyüş tankı. Bu tank ilk dəfə 12 mart 2017-ci ildə ictimaiyyətə təqdim olunmuşdur. İctimaiyyətə verilən məlumata əsasən elektro-optik atəş nəzarət sistemi, lazer məsafəölçən, ballistik kompüter, gündüz və gecə görünüş sistemlərinə sahibdir. T-90 tankı ilə oxşarlığına baxmayaraq, Rusiyanın İranla lisenziya altında bu tankları istehsal etmək haqqında müqaviləsi yoxdur. == Tarixi == Karrarın ictimaiyyətə təqdimatından sonra, Tehran 12 mart 2017-ci ildə kütləvi istehsalın ediləcəyini açıqladı.Tasnim Xəbər Agentliyinə danışan briqada generalı olan Kiomars Heidari, Karrarın 2018-ci ildə təslim ediləcəyini söylədi.Tasnim Xəbər Agentliyinin 18 iyul tarixində yayımlanmış bir xəbərinə görə İnqilab keşikçiləri korpusuna 800 Karrar əsas döyüş tankının verilməsi planlaşdırılır. == Dizayn == Karrarın əsas silahı tüstü bombası və termal qol ilə təchiz edilmiş 125 mm-lik yivsiz topdur. Tankın tank qülləsinin damına 12.7 mm-lik uzaqdan idarəedilən zenit pulemyotu mərkəzi quraşdırılmışdır. Tankın əsas silahı anti-tank lazer başlıqlı döyüş raketlərini də ata bilir. Bundan əlavə tanka avtomatik yükləmə sistemi əlavə edilmiş və bununla da tankın ekipajında yükləyiciyə olan ehtiyac aradan qalxmış və beləliklə tankın ekipajından bir adam azaldılmışdır.Karrar tanklarının zirehi ehtimala görə yeni nəsil kompozit zireh ilə təchiz edilmişdir.
Karrar bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Karrar qəsəbə bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Karrara
Karrara (it. Carrara) — İtaliyanın Toskana regionunda şəhər.
Marisol Karratu
Marisol Karratu (d. 15 iyul 1986; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Marisol Karratu Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Hizer Simmons-Karrasko
Xezer Simmons (25 may 1970) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Xezer Simmons Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Simmons Olimpiadanın qalibi olub.
Karralı Avraami
Karralı Avraami (q.yun. Αβραάμης) və ya Livan mürtədi Avraami (təq. 350 – 422 və ya 423, Konstantinopol) — Suriya xristian zahidi, Karra şəhərinin yepiskopu. == Həyatı == Ömrünün ilk hissəsini Xalkida səhrasında keçirmiş və burada zahid həyatı yaşamışdır. Oruc tutaraq bədənini sınamış və hələ də ayaqda qalmışdır. Buna baxmayaraq, sonra tacir kimi Livana getmiş və kənd sakinlərinə kömək etmişdir. O, dostlarının köməyi ilə vergi ödəmək üçün kənddə qalmışdır. Kəndlilər ondan tərbiyəçi olmağı xahiş etmiş və o, xristian kilsəsinin tikilməsi şərtilə bunu qəbul etmişdir. O, üç il bu kənddə keşiş kimi qalmış və sonra zahid kimi həyatına qayıtmışdır.t == İstinadlar == == Əlavə ədəbiyyat == А. Пономарев. Авраам (епископ Киррийский) // Православная богословская энциклопедия.
Karrar Əbilov
Kərrar Əbilov (28 aprel 1930, Şuşa, DQMV – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi == Həyatı == Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb. Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib. Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab və Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə Leninqrad Universitetini fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K. Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb və təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb. K. Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib və etməkdədir. Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K. Əbilov həm də həmin qurumların rəhbəri olaraq qalır. Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə və Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib və quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.
Venustiano Karransa
Venustiano Karransa de la Qarsa (isp. Venustiano Carranza de la Garza; 29 dekabr 1859, Kuatro-Syeneqas-de-Karransa[d], Koauila[d] – 21 may 1920[…], Tlaskalantonqo[d]) — Meksika dövlət və siyasət xadimi, Meksika inqilabının iştirakçısı, 1914–1917-ci illərdə konstitusional hökumətin başçısı, 11 mart 1917-ci ildən 21 may 1920-ci ilə qədər Meksika Prezidenti. == Həyatı == Venustiano Karransa de la Qarsa 29 dekabr 1859-cu ildə Kuatro-Syeneqas-de-Karransada anadan olmuşdur. Ştat hökumətində müxtəlif vəzifələrdə çalışmışdır. 1901-ci ildə senata seçilmişdir. 1910-cu ildə Porfirio Diasa qarşı üsyan edən Fransisko Maderonu dəstəkləmişdir. 1913-cü ildə Viktoriano Uerta ilə müharibəyə rəhbərlik etmişdir. 1914-cü ildə Uertanın devrilməsindən sonra Karransa müvəqqəti prezident olmuş və 1917-ci ildə yeni konstitusiyaya uyğun olaraq prezidentliyə seçilmişdir.Karransa Birinci Dünya müharibəsi zamanı Meksikanı neytral ölkə kimi saxlaya bilmişdir. Yeni konstitusiyaya əsasən, torpağın alt qatı milli sərvət elan edilmiş, xarici neft şirkətlərinin fəaliyyəti dövlət nəzarətinə verilmişdir. Bu tədbirlər, eləcə də vergi və rüsumların artırılması Britaniya və Şimali Amerika sahibkarlarının narazılığına səbəb olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21
2012 ••••••••• 0.09
2019 •••••••••••••• 0.14

"karra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karra nədir? #karra sözünün mənası #karra nə deməkdir? #karra sözünün izahı #karra sözünün yazılışı #karra necə yazılır? #karra sözünün düzgün yazılışı #karra leksik mənası #karra sözünün sinonimi #karra sözünün yaxın mənalı sözlər #karra sözünün əks mənası #karra sözünün etimologiyası #karra sözünün orfoqrafiyası #karra rusca #karra inglisça #karra fransızca #karra sözünün istifadəsi #sözlük