Karri sözü azərbaycan dilində

Karri

Yazılış

  • Karri • 71.7949%
  • karri • 28.2051%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karri
Karri - Pakistan mətbəxdə Karri adətən ətirli ədviyyat qarışığı ilə qarışdırılır və bir qayda olaraq süfrəyə düyü ilə verilir. Karriyə əlavə olunan qarışıqlar da karri adlanır. Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Artur Karri
Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir. Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir.Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir.Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir. Bundan sonra personaj müxtəlif animasiya məhsullarında görünmüş, o cümlədən 2000-ci illərdə çıxarılmış “Limitsiz Ədalət Liqası”, “Betmen: Cəur və sərt” və “DC Kainatı Orijinal Animasiya Filmləri”ndə mühüm rol oynamışdır. “Smollvill” serialında Akvamen rolu aktyor Alan Riçson, DC Genişləndirilmiş Kainatına daxilolan “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” və “Ədalət Liqası” filmlərində isə aktyor Ceyson Mamoa tərəfindən canlandırılmışdır.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. == Populyar mədəniyyətdə == Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Set Karri
Set Adam Karri (1990, 23 avqust) amerikalı peşəkar basketbolçu. Hazırda Milli Basketbol Liqasında Dallas Maveriks komandasında çıxış edir. O, Şimali Karolinanın Şarlott şəhərində anadan olub. Atası Del Karri keçmiş və qardaşı Stefen Karri də peşəkar basketbolçudurlar. == İlk vaxtlar == Karri Şarlottda yaşayarkən atası Del Şarlott Hornets komandasında çıxış edirdi. O, uşaq olanda atası Seti qardaşı ilə birgə öz oyunlarına aparır və məşqlərdə onlara oyunun sirlərini öyrədir. Karri 2008-ci ildə Şarlott Xristian Məktəbinin məzunu olarkən 3 il idi ki, Cəngavərlər komandasında çıxış edirdi. Buradakı ən yaxşı ilində ortalama 22.3 xal, 5.0 ribound, 5.0 assist və atışlarda 52% uğurlu nəticə göstərmişdir. Onun buradakı üçüncü ilində komandası 2006-cı il əyalət finalında 105–24 hesabı ilə ən böyük fərqli qələbəsini qazanmışdır. Setin burada çıxış etdiyi bütün illərdə ona böyük rəğbət bəslənmiş və məktəbin uğurlarında aparıcı rol oynamışdır.
Stefen Karri
Vardell Stefen Karri (ing. Wardell Stephen Curry; d. 14 mart 1988, Ohayo, ABŞ) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Qolden Steyt Uorriorzda forma geyir.
Valori Karri
Valorie Curry — (12 fevral 1986) Amerikalı aktrisadır. Rol aldığı proyektlər arasında Veronica Mars (2005–06), The Tick (2016–19), Alatoran. Saqa: Sübh (II hissə) (film, 2012) (2012) və Blair Witch (2016) vardır. O, Fox kanalının The Following (2013–14) və PlayStation 3 texnologiya sərgisi üçün çəkilən Kara (2012) qısa filmində baş rolu ifadə edib. Detroit: Become Human (2018) video oyununda isə Kara obrazını yenidən canlandırmışdır. == Şəxsi həyatı == Karri, The Following serialında rol alan Sem Andrvud ilə 2016-cı ilin İyul ayında evləndi. "Beynəlxalq Coming Out Günü"ndə panseksual olduğunu açıqlamışdır.
Brendon Karri
Brandon Curry (19 oktyabr 1982, Neşvill) IFBB pro liqasında kişilər arasında açıq bodibildinq bölməsində yarışan amerikalı peşəkar bodibilderdir. O, bodibildinq üzrə 2019-cu ilin Mr. Olympia çempionu olmuşdur. == Bioqrafiya == Həyatı-Karri Tennessi ştatının Nashville şəhərində anadan olmuşdur. O, ilk dəfə altıncı doğum günü üçün Hulk Hogan markalı bir cüt dumbbell aldıqdan sonra çəki məşqləri ilə maraqlanmışdır. Curry daha sonra bir jurnal müsahibəsində onu super qəhrəman hərəkət fiquru G. I.-nin motivasiya etdiyini xatırlamışdır. Joe and the Rocky və Rambo onun bədənini tam əzələ qabiliyyətinə qədər inkişaf etdirmək üçün film'lər çəkmişdir. Uşaqlıqda Karrinin valideynləri onu gimnastika dərslərinə yazdırsalar da, onun, idman'a marağı azalmışdır. Karri Nashvilledəki Hunters Lane Kompleks Liseyində tələbə olarkən güləş, yüngül atletika və futbol'la məşğul olmuşdur. Karri, Tennessi ştatının Murfreesboro şəhərindəki Orta Tennessi Dövlət Universitet'ində oxumuşdur və eynilədə burada idman elmləri üzrə ixtisaslaşmışdır.
Yokohama Karri Muzeyi
Yokohama Karri Muzeyi (横濱カレーミュージアム, Yokohama Karē Myūjiamu) — 2001-ci il ilə 2007-ci il arasında Yaponiyanın Yokohama liamn şəhərinin İsezakiço rayonunda karri muzeyi və tarixi muzey kimi fəaliyyət göstərən muzeydir. Restoran tez hazırlanandan tutmuş gec hazırlanana qədər karrinin müxtəlif növlərini təqdim edirdi. Muzey 19-cu əsrin Yokohama limanında istirahət üçün nəzərdə tutulmuşdur. Eksponatlar limanda gəmi formasında tikilmiş mərkəzi rayonun qala divarlarını əhatə edir və bir hissəsi oraya döşənmişdir. Səkkizinci mərtəbədə Morze əlifbası ilə təchiz olunmuş radio cihazları ilə təzələnən daxma vardı.Matahari Co, Ltd tərəfindən idarə olunan muzey 2001-ci il yanvar ayının 26-ında açılmış və 2007-ci il mart ayını 31-də bağlanmışdır. 2006-cı ilin noyabr ayının sonunadək ümumilikdə 8.7 milyon qonaq muzeyi ziyarət etmişdir. == Həmçinin bax == Qida və içki muzeylərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Official website (yap.) Matahari Co., Ltd.
Albano Karrizi
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2006 •••••••• 0.23
2008 ••••••••• 0.24
2010 ••••••• 0.18
2011 ••• 0.09
2012 •••••• 0.17
2016 •••••• 0.17
2018 •••••••••••••••••••• 0.60
2020 ••••• 0.13

Oxşar sözlər

#karri nədir? #karri sözünün mənası #karri nə deməkdir? #karri sözünün izahı #karri sözünün yazılışı #karri necə yazılır? #karri sözünün düzgün yazılışı #karri leksik mənası #karri sözünün sinonimi #karri sözünün yaxın mənalı sözlər #karri sözünün əks mənası #karri sözünün etimologiyası #karri sözünün orfoqrafiyası #karri rusca #karri inglisça #karri fransızca #karri sözünün istifadəsi #sözlük