* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Zöhrə (ulduz). Öksüz taleyim tək gecikdin nədən? Karvanqıran doğdu, görünmədin sən. C.Cabbarlı. Buludun pərdəsi sıyrıldı bir az; Göydə Karvanqıran gümüşü qotaz. R.Rza. 2. məh. Dağdan əsən soyuq külək, dağ küləyi.
Azərbaycan dilinin izahlı lüğəti / karvanqıran2 Zöhrə ulduzunun digər adı. Dan ulduzuna bənzəyir, çox zaman ondan seçilmir. Bir əfsanəyə görə, onu dan ulduzu hesab edərək yola çıxan karvan çovğuna düşmüş, bundan sonra bu ulduza karvanqıran adı verilmişdir. Baxdı ki, karvanqıran ulduz göyün ortasına qalxıb, elə bil səhərdi. Aldı görək karvanqıran ulduza nə dedi... (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası / karvanqıran2 1 сущ. народное название Венеры 2 сущ. диал. холодный ветер, дующий с гор 3 сущ. бот. курчавка, колючая греча (кустарник с вьющимися стеблями)
Azərbaycanca-rusca lüğət / karvanqıran1 сущ. 1. экуьн шарвал гъед, шемерхе, зуьгьре, венера (гъед); 2. нугъ. дагъдин къайи гар.
Azərbaycanca-ləzgicə lüğəti / karvanqıranI (Ordubad) soyuq (külək). – Gənzə çayı tərəfdən yaman karvanqıran küləy əsir II (Füzuli, Qarakilsə, Qazax, Tovuz) Zöhrə ulduzu. – Karvanqıran da ulduzdu (Qazax); – Karvanqıran gecədən doğur (Qarakilsə) Karvanqıran ot (Ordubad, Şahbuz) – zəhərli bitki adı. – Mal-qara karvanqıran otu yeyəndə qırılır (Ordubad)
Azərbaycan dilinin dialektoloji lüğəti.