karvanqıran sözü azərbaycan dilində

karvanqıran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • karvanqıran • 68.0000%
  • Karvanqıran • 28.0000%
  • KARVANQIRAN • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

karvanqıran sözünün leksik mənası və izahı

  • 1 is. 1. Zöhrə (ulduz). Öksüz taleyim tək gecikdin nədən? Karvanqıran doğdu, görünmədin sən. C.Cabbarlı. Buludun pərdəsi sıyrıldı bir az; Göydə Karvanqıran gümüşü qotaz. R.Rza. 2. məh. Dağdan əsən soyuq külək, dağ küləyi.

    Azərbaycan dilinin izahlı lüğəti / karvanqıran
  • 2 Zöhrə ulduzunun digər adı. Dan ulduzuna bənzəyir, çox zaman ondan seçilmir. Bir əfsanəyə görə, onu dan ulduzu hesab edərək yola çıxan karvan çovğuna düşmüş, bundan sonra bu ulduza karvanqıran adı verilmişdir. Baxdı ki, karvanqıran ulduz göyün ortasına qalxıb, elə bil səhərdi. Aldı görək karvanqıran ulduza nə dedi... (“Əsli və Kərəm”)

    Azərbaycan dastanlarının leksikası / karvanqıran

karvanqıran sözünün sinonimləri (yaxın mənalı sözlər)

karvanqıran sözünün rus dilinə tərcüməsi

karvanqıran sözünün ləzgi dilinə tərcüməsi

karvanqıran sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ordubad) soyuq (külək). – Gənzə çayı tərəfdən yaman karvanqıran küləy əsir II (Füzuli, Qarakilsə, Qazax, Tovuz) Zöhrə ulduzu. – Karvanqıran da ulduzdu (Qazax); – Karvanqıran gecədən doğur (Qarakilsə) Karvanqıran ot (Ordubad, Şahbuz) – zəhərli bitki adı. – Mal-qara karvanqıran otu yeyəndə qırılır (Ordubad)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#karvanqıran nədir? #karvanqıran sözünün mənası #karvanqıran nə deməkdir? #karvanqıran sözünün izahı #karvanqıran sözünün yazılışı #karvanqıran necə yazılır? #karvanqıran sözünün düzgün yazılışı #karvanqıran leksik mənası #karvanqıran sözünün sinonimi #karvanqıran sözünün yaxın mənalı sözlər #karvanqıran sözünün əks mənası #karvanqıran sözünün etimologiyası #karvanqıran sözünün orfoqrafiyası #karvanqıran rusca #karvanqıran inglisça #karvanqıran fransızca #karvanqıran sözünün istifadəsi #sözlük