karxanası sözü azərbaycan dilində

karxanası

Yazılış

  • karxanası • 92.9577%
  • Karxanası • 7.0423%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəzir karxanası
Ordubad rayonunun Biləv kənd sakini Əsədov Əsəd Kərəm oğlunun (1925-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə, Biləv kəndinin yaxınlığında, Yalqızaq deyilən yerdə “Gümüş ağılı”, “Mahmud ağılı” adı ilə tanınan ərazidə daşyonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin, bu ərazidə Qarovulxana, Arpaçuxuru, Südyolu adlandırılan bölgədə də daş karxanalarının fəaliyyət göstərməsi haqqında məlumatlar vardır. Rayonun Tivi kənd sakini Qurbanov Nağı Tağı oğlunun (1935-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə isə, Tivi kənd ərazisinə aid olan, lakin vaxtilə Sürcü kəndi kimi tanınan bölgədə “Bəzir” karxanası adı ilə tanınan daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Bu mərkəzdə istehsal olunan məhsullar üçün daş xammalı ən çox Qalxana dağından kəsilərək gətirilmişdir. == Mənbə == Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan:Əcəmi, 2017, 187 s.
Messel karxanası
Messel karxanası (alm. Grube Messel‎) — Almaniyanın Frankfurt-Mayn şəhərindən təxminən 35 km cənub-şərqdə Messel kommunasının yaxınlığında yerləşən Eosen dövrünün (56-34 milyon il əvvəl) dəyərli fosillərinin tapıldığı yer. Şist qatlarında tapılmış erkən məməlilərin və digər canlı orqanizmlərin qalıqları çox sayda olması ilə yaxşı qorunub saxlanılır və xüsusi elmi dəyər kəsb edir. Bunun sayəsində 9 dekabr 1995-ci ildə Messel karxanası UNESCO-nun siyahısına salınmış Almaniyada yerləşən obyektlərinə daxil edilmişdi. Burada hələ də paleontologiya qazıntıları aparılır ki, bu da buraya bir çox turistləri cəlb edir. 1859-cu ildən ərazi qəhvəyi kömür, sonra isə yanacaq şist hasilatı üçün karxana olaraq istifadə olunur. Paleontologiya baxımdan o, təxminən 1900-cü ildə məşhurlaşmışdı. Lakin burada tammiqyaslı elmi qazıntılar 1970-ci illərdə, sənaye inkişafı dayandırdıqdan sonra burada genişmiqyaslı elmi qazıntılar başladı. Daha sonra karxananın yerində bir zibil poliqonu qurmaq planlaşdırılsa da, bu planlar həyata keçirilmədi. 1991-ci ildə Hessen hökuməti bu ərazini elmi məqsədlər üçün satın aldı.
Darıdağ daş karxanası
Darıdağ daş karxanası —Aparılan araşdırmalar göstərir ki, Culfa rayonunun şimal-şərqində Darıdağ mineral su mənbəyinin yaxınlığında, təqribən 2 km aralıda, yolun sağ tərəfində daş-yonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daş-yonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Təbii ki, bu daşlar dağın üstündə kəsilmiş və yonulub hamarlanaraq müxtəlif ölçüyə və formaya salınmışdır. Burada əsasən, sarımtıl və qırmızımtıl rəngli daş növündən istifadə edilmişdir. Mərkəz hazırda fəaliyyət göstərməsə də, orada indi də iş prosesində sıradan çıxmış və yaxud da keyfiyyəti ustanı təmin etmədiyindən işi yarımçıq qalmış çoxlu dəyirman daşları, sənduqə tipli qəbirüstü xatirə abidələri qalmışdır. Ərazidə dəyirman daşlarının və sənduqələr üçün materialın kəsilib çıxarıldığı yer aydın görünür. Burada olan daşlardan qoç abidələrinin düzəldilməsi üçün də istifadə edilmisdir. Qeyd etdiyimiz daş karxanasında sənduqə və qoç heykəli məzar daşları formaşında kəsilmiş, lakin tam yonulub düzədilməmiş, üzərində iş yarımçıq qalmış daşlar vardır. Darıdağ daş üzərində işləmə mərkəzinin geniş fəaliyyətindən və satış bazarının əhatəsindən bəhs edən AMEA-nın müxbir üzvü H. Səfərli yazır ki, burada nəinki Culfa ərazisindəki yaşayış məskənləri üçün abidələr hazırlanmış, həmçinin ətraf kəndlərdən də sifarişlər qəbul edilmiş və hazır material müxtəlif yerlərə aparılmışdır. Müəllif topladığı çöl materiallarına əsasən fikrinə davam edərək, daş karxanasının fəaliyyətinin XX yüzilliyin 60-cı illərinə qədər davam etdiyini göstərmişdir Darıdağ daş üzərində işləmə mərkəzi iki böyük hissəyə ayrılır.
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası— Qaziantep ilinin İslahiye ilçəsinin Yesemek məhəlləsi yaxınlığında açıq səma altında muzey və arxeoloji sahədir. Sahə Het dövründə karxana olub və 100.000 m2 ərazini əhatə edir ki, bu da onu qədim Yaxın Şərqdə məlum olan ən böyük daş hörmə emalatxanasına çevirir. Muzey Qaziantep ilinin İslahiye ilçəsinin Yesemək kəndinin cənubunda 36°53′35″ şm. e. 36°44′40″ ş. u.-də yerləşir. Dağlıq ərazinin qərb yamaclarında və Tahtalı bənd gölünün şərqindədir. Kənddən 15 kilometr (9,3 mil), İslahiyedən 23 kilometr (14 mil) və Qaziantepdən təxminən 113 kilometr (70 mil) məsafədədir. Ziyarətçilər abidəyə Qaziantep, İskəndərun və ya Antakyadan gələ bilərlər. Qalıqlar, 1890-cı ildə bölgənin şimalında Zincirli Höyükdə apardığı qazıntılar zamanı avstriyalı arxeoloq Feliks fon Luşan tərəfindən qismən aşkar edilib.

"karxanası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karxanası nədir? #karxanası sözünün mənası #karxanası nə deməkdir? #karxanası sözünün izahı #karxanası sözünün yazılışı #karxanası necə yazılır? #karxanası sözünün düzgün yazılışı #karxanası leksik mənası #karxanası sözünün sinonimi #karxanası sözünün yaxın mənalı sözlər #karxanası sözünün əks mənası #karxanası sözünün etimologiyası #karxanası sözünün orfoqrafiyası #karxanası rusca #karxanası inglisça #karxanası fransızca #karxanası sözünün istifadəsi #sözlük