karyera sözü azərbaycan dilində

karyera

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • karyera • 71.3459%
  • Karyera • 28.6168%
  • KARYERA • 0.0373%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənclərin İnkişaf və Karyera Mərkəzi
== Haqqında == Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq 46 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu ilin sonunadək isə ölkənin bütün şəhər və rayonlarda mövcud Heydər Əliyev mərkəzlərində də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq. == Sərəncam == Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 01 oktyabr 2019, 17:50 Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. == Nümayəndəliklər == Ağcabədi - Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 217; (021) 275 51 17 Ağdam - Ağdam şəhəri, Heydər Əliyev pros., Zərifə Əliyeva küçəsi; (026) 325 07 59 Ağdaş - Ağdaş rayon, Heydər Əliyev Meydanı 2; +99470 578 58 58 Ağstafa - Ağstafa rayonu, Hüseyn Arif küç.1; (022) 225 17 90 Astara - Astara şəhəri, İstiqlaliyyət küçəsi, 26 b; (025) 225 44 01 Balakən - Balakən şəhəri, Səttar Gözəlov küçəsi 1; (+994) 50 404 43 45 Bərdə - Bərdə şəhəri, Heydər Əliyev prospekti 97; (020) 205 05 03 Biləsuvar - Mübariz İbrahimov küçəsi 213; (025) 295-04-21 Beyləqan- Beyləqan şəhəri, Heydər Əliyev prospekti (021) 5-10-76 Cəlilabad - Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242; (025) 245 30 51 Gədəbəy - Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti 1; (022) 326 00 19 Gəncə - Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535; Goranboy - Goranboy şəhəri, Heydər Əliyev prospekti; (+994) 55 626 35 45 Göyçay - Göyçay şəhəri, Heydər Əliyev prospekti 98; (020) 274 09 11 Göygöl - Göygöl şəhəri, Hummel küçəsi, H.Əliyev parkı; (022) 205 23 92 Xaçmaz - Xaçmaz şəhəri, N. Nərimanov 72 A; (023) 325 25 93 İsmayıllı - İsmayıllı şəhəri, Heydər Əliyev pospekti 57; (020) 285 16 04 Qax - Qax şəhəri, N. Nərimanov prospekti 4; Qazax - Qazax şəhəri, Heydər Əliyev adına park; (022) 295 45 21 Qəbələ - Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40; (024) 205 28 30 Qobustan - Qobustan şəhəri, Heydər Əliyev prospekti 1; (020) 245 29 85 Quba - Quba şəhəri, Heydər Əliyev prospekti; (023) 335 07 12 Qusar - Qusar şəhəri, Həsən Əliyev küçəsi; (023) 385 36 01 Lerik - Lerik şəhəri, Heydər Əliyev meydanı 02; (025) 274 60 32 Lənkəran - Lənkəran şəhəri, Şirəli Axundov küçəsi; (025) 255 46 76 Masallı - Masallı şəhəri, Qarabağ küç.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.99 dəfə / 1 mln.
2003 1.18
2005 0.67
2006 1.35
2007 ••• 5.07
2008 ••• 7.06
2009 ••• 6.72
2010 •••• 8.44
2011 •••••••• 17.67
2012 •••••••••• 23.15
2013 ••• 6.56
2014 •••••••• 18.19
2015 ••••••••• 20.41
2016 •••••••••••• 27.94
2017 ••••••••••••• 30.24
2018 •••••••••••••••• 37.16
2019 •••••••••••••••••••• 48.40
2020 ••••••••••••••• 34.21

karyera sözünün leksik mənası və izahı

  • 1 [fr. carriere] Xidməti və ya başqa fəaliyyət sahəsində irəliləmə, şöhrətlənmə, tanınma; mənsəb, şöhrət. [Sultan:] Bizim bir para cavanlarımızın evini yıxan, bax, elə bu karyera həvəsidir. İ.Hüseynov.

    Azərbaycan dilinin izahlı lüğəti / karyera

karyera sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. карьера: 1. путь к успехам, видному положению в обществе, на служебном поприще 2. самое достижение такого положения. Karyera dalınca qaçmaq гнаться за карьерой, özünə karyera düzəltmək делать себе карьеру

    Azərbaycanca-rusca lüğət / karyera

karyera sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr. carriere] карьера, менсеб, дережа, мертеба (са кардал, къуллугъдал вилик финиф, машгьурвал).

    Azərbaycanca-ləzgicə lüğəti / karyera

"karyera" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#karyera nədir? #karyera sözünün mənası #karyera nə deməkdir? #karyera sözünün izahı #karyera sözünün yazılışı #karyera necə yazılır? #karyera sözünün düzgün yazılışı #karyera leksik mənası #karyera sözünün sinonimi #karyera sözünün yaxın mənalı sözlər #karyera sözünün əks mənası #karyera sözünün etimologiyası #karyera sözünün orfoqrafiyası #karyera rusca #karyera inglisça #karyera fransızca #karyera sözünün istifadəsi #sözlük