Kasax sözü azərbaycan dilində

Kasax

Yazılış

  • Kasax • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kasax bazilikası
Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk məbədi. Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir. Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948 – ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sak – skif – massaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir. Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830 – cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır. == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587-590; Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu - "Ermənistan", В., 1994, səh.20-24.
Kasax körpüsü
Kasax körpüsü — Əştərək rayonu ərazisində, Kasax çayı üstündə salınmış üçtağlı daş körpüdür. == Haqqında == Körpünün uzunluğu 17 m, eni 5 m olan bu körpü XVII əsrdə salınmışdır. Körpünün böyük və orta tağları arasında üçkünc formada dalğayaran tikili inşa edilmişdir. Körpünün yanında görünən digər körpü qalıqları burada qədimdən (bəzi ehtimallara görə XII əsrdən) başqa bir körpünün olduğunu söyləməyə əsas verir. Əştərək və Kasax adlarından göründüyü kimi, bu ərazilər qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Əraziyə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində başlamışdır.

Oxşar sözlər

#kasax nədir? #kasax sözünün mənası #kasax nə deməkdir? #kasax sözünün izahı #kasax sözünün yazılışı #kasax necə yazılır? #kasax sözünün düzgün yazılışı #kasax leksik mənası #kasax sözünün sinonimi #kasax sözünün yaxın mənalı sözlər #kasax sözünün əks mənası #kasax sözünün etimologiyası #kasax sözünün orfoqrafiyası #kasax rusca #kasax inglisça #kasax fransızca #kasax sözünün istifadəsi #sözlük