kasıb sözü azərbaycan dilində

kasıb

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kasıb • 90.8866%
  • Kasıb • 8.5686%
  • KASIB • 0.4458%
  • kasIb • 0.0991%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kasıb (Urmiya)
Kasıb (fars. كاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (49 ailə).
Kasıb innovasiyası
Kasıbyana innovasiya — ehtiyacın ödənilməsi üçün ən sadə və mümkün ən səmərəli yolla, minimum vasitələr istifadə etməklə həyata keçirilən innovativ addımları özündə birləşdirir. == Təsvir == Kasıbyana innovasiya prosesi hər hansı şəraitdə həll yolunun tapılması və işlərin həyata keçirilməsi zəncirində mürəkkəblikləri və xərcləri azaltmaq məqsədi daşıyır. Bu durumlarda innovatorun çox vaxt əlində az vasitə olur və o, problemləri "Piramidanın dibi"ndən başlamaqla həll etməyə çalışır. Hər hansı ayrı-seçkilik və lazımsız əlavələr olmadan ehtiyac olan şeyə dəqiq şəkildə cavab vermək üçün həll yolları maksimum saflaşdırılır. Tətbiq və reallaşdırma vasitələri yüngül, aydın və mümkün ən səmərəli şəkildə olmalıdır. Bu, bir tərəfdən xərcləri və qiymətləri azaltmağa xidmət edir, digər tərəfdən, təvazökar innovatorun sahib olduğu vasitələrin azlığından qaynaqlanır. Bu, istehlakçıların real ehtiyaclarını bilməyi və bu biliyə əsaslanıb innovasiya etməyi tələb edir. == Mənşəyi == Kasıbyana və ya sadə innovasiya hind konsepsiyası Jugaad`dan mənbə götürür. Jugaad konsepsiyası hesab edir ki, bu addım, ümumiyyətlə, çətin mühitlərdə atılır. Kasıbyana innovasiyanın ortaya çıxmasında həmçinin inkişafda olan ölkələrin (İOÖ) də böyük rolu var.
Kasıb Abdullah
Abdullah Suraxanov (1875, İmamqulukənd, Hil rayonu – 1934) — 1875-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. O, özünə "Kasıb" təxəllüsünü götürdükdən sonra "Kasıb Abdullah" kimi tanınıb. Kasıb Abdullah uşaqlıqdan fəhlə kimi çalışıb, 20 yaşında isə Bakının bir neçə neft mədənlərində işə düzəlib. Həmin zaman o, digər Ləzgilərlə yanaşı, Bakının bir neçə neft mədənində inqilabi fəaliyyətlə məşğul idi. Bundan qəzəblənən Çar Rusiyası iki dəfə minlərlə ləzgini Bakıdan qovub. İkinci dəfə qovulan fəhlələr arasında Abdullah da var idi. O, həmkəndlisi İbrahimlə bir yerdə Rusiyanın Rostov şəhərinə yola düşür. Sonralar o, Rusiyanın Petrovsk şəhəridə balıq vətəgəsində çalışmağa başlayır. Kəndə qayıtdıqdan sonra Quba pristavı Abdullaha hədə-qorxu gəlirdi. Bununla razılaşmayan Abdullah növbəti dəfə kəndə gələn pristavı bə əlatlarını mühasirəyə alaraq, onları tərksilah edir.
Varlı ata, kasıb ata (kitab)
"Varlı ata, Kasıb ata" — Robert Kiosaki tərəfindən yazılmış maliyyə məsləhətləri kitabı. Kitab maliyyə müstəqilliyini və varlanmağın yatırım yolu ilə, biznesə başlamaq və ya biznez sahibi olmaq yolu ilə mümkünlüyünü və həmçinin İG-nin (intellekt göstəricisi) artırılmasını əhatə edir. Kitabda yazılan hadisələr və misallar Kiosakinin öz həyatından götürülmüşdür. == Haqqında == Robert Kiosaki və Şeron Lekterun müştərək yazdığı bu kitab insanlara müasir həyatda yüksək rifah içində yaşamağın yollarını, varlanmağın sirlərini öyrədir. Müəlliflər öz təcrübələrini bölüşür, qanunları pozmadan necə var-dövlət qazanmağın mümkün prinsip və şərtlərini təhlil edirlər. Kitabdan çıxan başlıca nəticə budur ki, müasir dövrdə çox pul qazanmaq üçün çox işləməyə ehtiyac yoxdur, sadəcə, ağıllı olmaq, enerjini, biliyi, əlində olan vəsaiti düzgün paylaşdırmaq və ondan səmərəli istifadə etmək lazımdır. Bunun yolu maliyyə savadına malik olmaq, bazar konyukturasını öyrənib bilmək və təcrübədə tətbiq etməkdir. == Nəşr == Kitab ilk dəfə 1997-ci ildə nəşr edildi. Əvvəlcə kitabın nəşri şəxsi təşəbbüs olduğundan çox yayılmasa da, bir müddətdən sonra kitab bestseller oldu və dünyada 26 milyondan çox nüsxəsi satıldı. == Qəbulu və dəstək == Kitab ümumilikdə 26 milyondan çox satılıb və bəzi tənqidçilərdən müsbət rəy alıb.
Varlı qız, kasıb oğlan (teleserial, 2012)
Varlı qız, kasıb oğlan — türk komediya-romantik filmdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.82 dəfə / 1 mln.
2003 •••• 2.76
2004 ••••• 3.37
2005 •••••••••••••••••••• 16.19
2006 ••••••• 5.41
2007 •••••••• 5.71
2008 ••••••• 5.60
2009 •••••••••••••• 10.72
2010 ••••••••••• 8.62
2011 ••••••••• 6.69
2012 •••••••••• 7.40
2013 •••••••••••••••• 12.25
2014 ••••••••••••• 9.78
2015 ••••••• 5.27
2016 ••••• 3.99
2017 •••• 2.60
2018 •• 1.50
2019 ••••• 3.62
2020 •••••••••••••• 11.01

kasıb sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Heç bir var-dövləti olmayan, ehtiyac içində yaşayan adam, yoxsul (varlı, dövlətli əksi). Kasıb adam. – Kasıbdı, bayquşdu, yoxdu bir zadı; Heyif zəhmətinə, haqqı-sayına. Aşıq Ələsgər. Müsəlmanlar kasıbdırlar, qeyri millətlərdən çox kasıbdırlar və bunun da səbəbi odur ki, müsəlmanların xərci çoxdur. C.Məmmədquluzadə. Bilirəm kasıb oğlanlarsınız, mənim əlimdəki qızlara evlənib onların nazını çəkə bilməzsiniz. M.S.Ordubadi. // İs. mənasında. Kasıbı dəvə üstündə böv vurar. (Məsəl). Varlı, kasıb bu dünyadan köçərlər; Yaxşını, yamanı görüb seçərlər. “Koroğlu” □ Kasıb düşmək – yoxsullaşmaq, kasıblaşmaq. [Məşədi Səttar] axır kasıb düşüb evini satdı. Ə.Haqverdiyev. [Dilara Bəhruza:] İndi birdən-birə kasıb düşmüş Dilaraya əfsanələr dünyası vəd edirsən! Ə.Məmmədxanlı. 2. Yoxsul, kasıbyana, kasıbvari; yoxsulvari. Bir azdan sonra kasıb bir süfrə açıldı. A.Şaiq. [Vidadi:] Kasıb komacığım özümə yetər; Burda yazılmışdır yüzlərlə əsər. S.Vurğun. 3. məc. Zəif, naqis, qüsurlu. Ağıldan kasıb. Bilikdən bir az kasıbdır. – Bəlkə bu dil çox kasıbdır; Qucağına sığışmayır; Əsrin böyük fikirləri?… B.Vahabzadə. 1. bax kasıbvari, kasıbyana. [Alı kişinin] kasıbca süfrəsi həmişə dostların qabağında açıq olardı. “Koroğlu”. 2. sif. məc. Kiçik, balaca, az. Canı var süddən bayaz; Kasıbca boydan bir az. Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / kasıb

kasıb sözünün etimologiyası

  • 1 Ərəb mənşəlidir, güman edirəm ki, kasad sözü ilə qohumluğu var. İlkin mə­nası “xırda alverçi” (çərçi) demək olub. Bizdə ciğay, yoxsul, ucuz sözlərindən istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kasıb

kasıb sözünün sinonimləri (yaxın mənalı sözlər)

kasıb sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 KASIB – DÖVLƏTLİ İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın arasında böyük fərq var (Ə.Haqverdiyev). KASIB – VARLI – Dünyadır, ay Səyalı xala! Biri varlı olar, o biri kasıb (Mir Cəlal).

    Azərbaycan dilinin antonimlər lüğəti / kasıb

kasıb sözünün rus dilinə tərcüməsi

  • 1 бедный, неимущий, бедняк

    Azərbaycanca-rusca lüğət / kasıb
  • 2 I прил. бедный, убогий: 1. не обладающий достаточными средствами для жизни, неимущий или малоимущий. Kasıb adam бедный человек, kasıb ailə бедная семья 2. о бедном квартале, улице города, о деревне с убогими домишками, населенными бедными людьми. Kasıb kənd бедное село, kasıb məhəllələr бедные кварталы 3. отличающийся недостаточностью, убожеством (о предметах, вещах и т.п.). Kasıb geyim бедная одежда, kasıb süfrə бедный стол 4. перен. содержащий в себе мало чего-л., имеющий недостаток чего-л. Dildən kasıb бедный на язык, bilikdən kasıb бедный знаниями, kasıb fantaziyası var у него бедная фантазия II сущ. 1. бедный (тот, кто не имеет средств к существованию). Kasıblar və dövlətlilər бедные и богатые 2. бедняк. Kasıbın taleyi судьба бедняка III нареч. бедно. Kasıb yaşamaq жить бедно, kasıb geyinmək одеваться бедно; kasıb düşmək обеднеть, стать бедным, ağıldan kasıb глупый, kasıb baba бедняк, бедный; kasıbın olanından чем богаты, тем и рады

    Azərbaycanca-rusca lüğət / kasıb

kasıb sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. poor; ~lar the poor II. s. 1. (müst. və məc. mənada) poor; ~ adam poor man*; ~ torpaq poor soil; təbii sərvətlərdən ~ ölkə country poor in natural resources; ~ nitq poor speech; ağıldan ~ feeble-minded; 2. dull; (ehtiyacı olan) indigent, needy; ~ ailələr needy families; 3. (məzmunca, keyfiyyətcə zəif) poor, mearge; ~ düşmək bax kasıblaşmaq; ~ salmaq bax kasıblaşdırmaq

    Azərbaycanca-ingiliscə lüğət / kasıb

kasıb sözünün fransız dilinə tərcüməsi

kasıb sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. кесиб, юхсул; kasıb adam кесиб кас; kasıb süfrə кесиб суфра; // kasıb düşmək кесиб хьун, юхсул хьун; 2. сущ. кесиб, кесибди, кесиб кас; kasıb öləndə molla xəstə olar. Ata. sözü кесиб кьейила, фекьи азарлу жеда; 3. пер. зайиф, кими, кьери; ağıldan kasıb акьулдикай кесиб.

    Azərbaycanca-ləzgicə lüğəti / kasıb

kasıb sözünün türk dilinə tərcüməsi

"kasıb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kasıb nədir? #kasıb sözünün mənası #kasıb nə deməkdir? #kasıb sözünün izahı #kasıb sözünün yazılışı #kasıb necə yazılır? #kasıb sözünün düzgün yazılışı #kasıb leksik mənası #kasıb sözünün sinonimi #kasıb sözünün yaxın mənalı sözlər #kasıb sözünün əks mənası #kasıb sözünün etimologiyası #kasıb sözünün orfoqrafiyası #kasıb rusca #kasıb inglisça #kasıb fransızca #kasıb sözünün istifadəsi #sözlük