Katerine Torrans
Katerine Torrans (d. 10 oktyabr 1998) — Böyük Britaniyalı suya tullanan. Katerine Torrans Böyük Britaniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi.
== Karyerası ==
Katerine Torrans birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 236.75 xal toplayaraq 10-cu yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Torrans 255.40 xal toplayaraq 4-cü oldu və yarışı medalsız başa vurdu.