Birləşmiş Millətlər Təşkilatının Katibliyi
Birləşmiş Millətlər Təşkilatının Katibliyi — Birləşmiş Millətlər Təşkilatının altı əsas qurumundan biridir. Bu təşkilatın icra hakimiyyətidir. Bununla yanaşı, təşkilatın qərar qəbul etmə orqanlarının (Baş Məclis, İqtisadi və Sosial Şura, Təhlükəsizlik Şurası) gündəliyini müəyyənləşdirir və qərarlarını həyata keçirir. Baş Məclisin təyin etdiyi Baş katib katibliyin rəhbəridir.
== BMT Katibliyi ofislərinin yeri və quruluşu ==
BMT Katibliyi aşağıdakı əsas təşkilati bölmələrdən ibarətdir:
Baş Katibliyinin İcra Aparatı;
Baş Məclis və Konfrans İdarəetmə Şöbəsi;
Siyasi və Barışıq İşləri şöbəsi;
Silahsızlaşdırma İşləri İdarəsi;
Sülhməramlı Əməliyyatlar İdarəsi;
Sahə Dəstəyi şöbəsi;
Hüquq İşləri İdarəsi;
İqtisadi və Sosial Məsələlər şöbəsi;
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Katibliyi;
Birləşmiş Millətlər Təşkilatının Ətraf Proqramının Katibliyi;
Birləşmiş Millətlər Təşkilatının İnsan məskunlaşma proqramının Katibliyi;
Narkotik və Cinayətkarlıq İdarəsi;
Afrika İqtisadi Komissiyasının Katibliyi;
Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya Katibliyi;
Avropa İqtisadi Komissiyası Katibliyi;
Latın Amerikası və Karib Denizi İqtisadi Komissiyasının Katibliyi;
Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiya Katibliyi;
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisi;
== BMT Katibliyinin heyəti ==
BMT Katibliyinin işçiləri Baş Assambleya tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq Baş Katib tərəfindən təyin edilir. Baş katib və katiblik işçiləri yalnız BMT-yə cavabdehdirlər və üzv dövlətlər heyətin vəzifələrinin icrasına təsir göstərməkdən çəkinməlidirlər.
31 dekabr 2018-ci il tarixində Katibliyin ümumi heyəti 172 ölkədən olmaqla 37.505 nəfərdən ibarət idi.