Kaura həbsdən qaçışı
Kaura həbsdən qaçışı (ing. Cowra breakout) – 5 avqust 1944-cü ildə Avstraliyanın Kaura qəsəbəsi yaxınlığındakı həbs düşərgəsində saxlanılan yapon müharibə əsirlərinin həbsdən qaçış cəhdi. Bu, İkinci dünya müharibəsinin ən böyük həbsdən qaçış hadisələrindən biridir.
== Hadisə ==
1944-cü ilin avqustunda Avstraliyanın Kaura qəsəbəsi yaxınlığında yerləşən 12 saylı həbs düşərgəsinin B bölməsində 1104 yapon müharibə əsiri saxlanılırdı. Həmin düşərgədə yaponlarla yanaşı italyan və koreyalılar da var idi. Yaponlara Cenevre konvensiyasının şərtlərinə uyğun münasibət göstərilsə də, 22-ci garnizon batalyonunun mühafizəçiləri ilə yaponlar arasındakı münasibətlər pis idi.
Yaponlar 1944-cü ilin avqustuna qədər həbsdən qaçış planları yox idi. Lakin onlar yapon müharibə əsirlərinin bir hissəsinin Hey həbs düşərgəsinə transfer ediləcəyini öyrənəndə kütləvi qaçışa cəhd etmək qərarına gəlmişdirlər.
5 avqust 1944-cü ildə, səhər saatlarında Avstraliya ordusunun personalı minlərlə yaponun səsinə oyanmışdır. Bağbanlıq ləvazimatları, beysbol çubuqları, baltalar və bıçaqlara silahlanan 1104 yapon düşərgənin hasarlarına hücum etmiş və düşərgədən qaçmışdır.