Kaval sözü azərbaycan dilində

Kaval

Yazılış

  • Kaval • 66.6667%
  • kaval • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ancelo Kavallaro
Angelo Cavallaro (it. Angelo Cavallaro; 11 aprel 1967, Kataniya, Siciliya) — İtalyan müğənni və musiqiçi. == Həyatı == 1981-ci ildə musiqiyə qədəm qoyan müğənninin 1998-ci ildə çıxardığı "Love Me" albomu 250.000-dən çox satışa imza ataraq beynəlxalq şöhrət qazanıb. Özünəməxsus təfsiri ilə italyan dilində xüsusilə latın melodiyalarını ifa edən müğənninin "Danzando Lambada" mahnısı səs-küyə səbəb olub.
Bonaventura Kavalyeri
Bonaventura Kavalyeri (ing. Bonaventura Cavalieri, 1598[…], Milan – 30 noyabr 1647[…], Boloniya) — İtaliya riyaziyyatçısı; sahələrin və həcmlərin hesablanması üçün "bölünməyənlər" üsulunu yaratmışdır; bu üsul inteqral hesabının formalaşmasına kömək etmişdir.
Böyük üçlük (Klivlend Kavalers)
Böyük üçlük(Big three) Klivlend Kavalers komandasında 2014-2015 sezonundan 2016-2017 sezonuna qədər çıxış etmiş və dəyişməz qalan triodur. Üçlüyün üzvləri Kayri İrvinq, LeBron Ceyms və Kevin Lavdır. Onlar demək olar ki, hər oyunda əsas heyətdə olurdular və komandanın əsas güc mənbəyi idilər. Böyük üçlük komandaları ilə 3 dəfə NBA finalına çıxmışdılar ki, buna 2016-cı ildə final oyununda qalibiyyət də daxil idi. Klivlenddə Böyük üçlük erası 22 avqust 2017-ci ildə, Kayri İrvinqin Boston Seltiksə transferi ilə başa çatdı.
Emilio de Kavalyeri
Emilio De Kavalyeri (it. Emilio de' Cavalieri; 1550[…], Roma – 11 mart 1602[…] və ya 1602, Roma) — italyan bəstəkar, "Ruh və bədən haqqında təsəvvür" (it. La Rappresentazione di anima е di corpo; 1600) adlı ilk oratoriyanın müəllifi, bəziləri bu əsəri ilk opera da hesab edirlər. == Həyatı == O, Roma şəhərində zadəgan və musiqi sevən ailədə anadan olmuşdur, onun atası Tommazo De Kavalyeri Mikelancelonun yaxın dostu idi. 1578–1584-cü illər dövründə orqan çalan işləyirdi və Roma kilsələrində konsertlər təşkil edirdi. 1580-ci illərdə Kavalyeri kardinal I Ferdinand Mediçi ilə işləməyə başladı, sonradan kardinal musiqiçinin çoxillik himayədarı və sponsoru oldu. 1587-ci ildə Mediçi "Böyük Toskana Hersoqu" titulunu əldə etdikdən sonra, Kavalyeri 1588-ci ildə müdiri ilə birlikdə Florensiyaya köçdü. Burada bəstəkar Covanni Bardi ilə tanış oldu (və yəqin ki, əməkdaşlıq etməyə başladı), Mediçi ailəsinin təntənəli mərasimləri və digər kütləvi tədbirləri üçün hazırlanan musiqi tərtibatına görə cavabdeh idi. 1590-cı illərdə Kavalyeri bir neçə pastoral və 1597-ci ildə Mərsiyələr Kitabına aid əsər yazdı. Kavalyeri həmçinin siyasətlə də məşğul olurdu.
Fernanda Kavaliyeri
Fernanda Kavaliyeri (d. 28 avqust 1985) — Braziliyanı təmsil edən bədii gimnast. Fernanda Kavaliyeri 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fernanda Kavaliyeri 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Jennifer Oliveyra, Larissa Barata və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Françesko Kavalli
Françesko Kavalli (14 fevral 1602[…], Krema[d], Kremona əyaləti – 14 yanvar 1676[…], Venesiya) — əsl adı Pietro Françesko Kaletti-Bruni olan və erkən barokko dövrünə aid olan italyan bəstəkarı. Kavalli əslində bəstəkarın ağası Federiko Kavalliyə soyadı idi. Kavalli dövründə İspaniyaya məxsus olan Lombardiya əyalətinin Krema şəhərində anadan olmuşdu. 1616-cı ildən bəri Venesiyanın Müqəddəs Mark bazilikasında əvvəl ifaçı, sonra orqanist sonra da kapellanın rəhbəri kimi çalışmışdı. Kavalli əsasən opera bəstəkarı kimi tanınmışdı. İlk opera bəstəsini ("Le nozze di Teti e di Peleo") 1639-cu ildə, Venesiyanın ilk opera evi San-Kassiano teatrının açılmasından bir qədər sonra yazmışdı. 1660–1662-ci illərdə Parisa təcrübəyə göndərilmiş və orada "Ercole amante" operasını yazmışdı. 1676-cı ildə Venesiyada 72 yaşında vəfat etmişdi. Kavalli bəstələrinə melodik ariyalar, librettolarına isə xalq musiqisi nümunələrini daxil edirdi. Onun operaları güclü dramatik effektç böyük musiqi asanlığı və italyan operasına xas olan qroteskli yumor ifadə edir.
Kavalalı Mehmed Əli Paşa
Kavalalı Mehmed Əli Paşa (4 mart 1769, Kavala[d], Osmanlı imperiyası – 2 avqust 1849, İsgəndəriyyə, Misir əyaləti) — Osmanlıların Misir və Sudan hakimi və Kavalalı ailəsinin banisi. == Həyatı == === İlk illəri === 4 mart 1769-cu ildə Kavalada dünyaya gəldi. Ailəsinin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyada Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Bəzi tarixi mənbələrdə atası İbrahim ağanı kiçik yaşlarında itirərək əmisi Tosun ağanın himayəsinə girməsi qeyd edilsə də, İbrahim ağanın ölüm tarixinin 1790-cı il olması bu məlumatı təsdiq etmir. Atasının yanında tütün ticarətiylə məşğul olan Mehmed Əli 1787-ci ildə hərbi xidmətə alınmış, bu müddət ərzində vergi ödəməkdən boyun qaçıran kəndlilərin cəzalandırılmasında ön plana çıxmışdır. Həmin il Kavalada dul qalan xalası qızı Əminə xanımla evləndi. Misiri işğal edən fransızlara qarşı hazılanan hərbi birliklər arasında Kavaladan yola düşən 300 nəfərlik dəstənin içərisində yer alan Mehmed Əlinin Misir torpaqlarına ilk gəlişi də məhz 8 mart 1801-ci il olaraq qəbul edilir. Həmin il fransız birliklərinə qarşı vuruşmada fərqləndiyi üçün Misir bəylərbəyi Hüsrəv Mehmed Paşa tərəfindən mayor rütbəsinə yüksəldi və qısa zamanda Misirdəki Osmanlı ordusunun əsasını təşkil edən alban birliklərinin ikinci komandiri oldu. Fransız işğalından sonra ard-arda iğtişaşlar baş verən Misirdə Osmanlı və Məmlük birlikləri idarəni ələ almaq uğrunda mübarizəyə başladı.
Kavalalı Məhəmmədəli paşa
Kavalalı Mehmed Əli Paşa (4 mart 1769, Kavala[d], Osmanlı imperiyası – 2 avqust 1849, İsgəndəriyyə, Misir əyaləti) — Osmanlıların Misir və Sudan hakimi və Kavalalı ailəsinin banisi. == Həyatı == === İlk illəri === 4 mart 1769-cu ildə Kavalada dünyaya gəldi. Ailəsinin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyada Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Bəzi tarixi mənbələrdə atası İbrahim ağanı kiçik yaşlarında itirərək əmisi Tosun ağanın himayəsinə girməsi qeyd edilsə də, İbrahim ağanın ölüm tarixinin 1790-cı il olması bu məlumatı təsdiq etmir. Atasının yanında tütün ticarətiylə məşğul olan Mehmed Əli 1787-ci ildə hərbi xidmətə alınmış, bu müddət ərzində vergi ödəməkdən boyun qaçıran kəndlilərin cəzalandırılmasında ön plana çıxmışdır. Həmin il Kavalada dul qalan xalası qızı Əminə xanımla evləndi. Misiri işğal edən fransızlara qarşı hazılanan hərbi birliklər arasında Kavaladan yola düşən 300 nəfərlik dəstənin içərisində yer alan Mehmed Əlinin Misir torpaqlarına ilk gəlişi də məhz 8 mart 1801-ci il olaraq qəbul edilir. Həmin il fransız birliklərinə qarşı vuruşmada fərqləndiyi üçün Misir bəylərbəyi Hüsrəv Mehmed Paşa tərəfindən mayor rütbəsinə yüksəldi və qısa zamanda Misirdəki Osmanlı ordusunun əsasını təşkil edən alban birliklərinin ikinci komandiri oldu. Fransız işğalından sonra ard-arda iğtişaşlar baş verən Misirdə Osmanlı və Məmlük birlikləri idarəni ələ almaq uğrunda mübarizəyə başladı.
Kavalalı Səid Paşa
Kavalalı Səid Paşa və ya Mehmed Səid Paşa (d. 17 mart 1822 - ö. 18 yanvar 1863) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu. == Həyatı == === İlk illəri === 17 mart 1822-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun xanımlarından Aynülhəyat xanımdır. Uşaq yaşlarından mükəmməl təhsil aldı. Dənizçiliyə olan marağı nəzərə alınaraq təhsili bu istiqamətdə inkişaf etdirildi. 1832-1835-ci illərdə konsul olaraq Misirdə fəaliyyət göstərən Ferdinand de Lesseps onun həm müəllimi, həm də yaxın dostu oldu. Xüsusilə kökəlməyə meyilli olan Mehmed Səid gənclik illərindən idmana olan marağını da məhz bu dostluğa borclu idi. === Hərbi fəaliyyəti === Təhsil həyatını tamamlamasının ardından dənizçi zabiti olan Mehmed Səid, donanma strukturunda sürətlə yüksələrək atasının ölümündən qısa müddət öncə Misir donanmasının sərdarı oldu (1849).
Kavalalı Tofiq Paşa
Kavalalı Tofiq Paşa (d. 30 aprel 1852 - ö. 7 yanvar 1892) — Misir xidivi (1879-1892). == Həyatı == === İlk illəri === 30 aprel 1852-ci ildə Qahirədə dünyaya gəldi. Atası Misirin ilk xidivi Kavalalı İsmayıl Paşa, anası onun xanımlarından Şəfəqnur xanımdır. Təhsil həyatlarının bir hissəsini xaricdə tamamlayan qardaşlarından fərqli olaraq, Mehmed Tofiq öncə Menyel, daha sonra isə Təchiziyyə mədrəsələrində təhsil aldı. Vəliəhd olaraq böyüdüldüyü üçün ərəbcə ilə yanaşı, türkcə, farsca, fransızca və ingiliscə öyrəndi. Atasının xarici ölkələrə etdiyi səyahətlərdə onu naib olaraq əvəz etdi. 19 yaşında xüsusi məclis rəisi, 1879-cu ildə isə vəzir məclisi rəisi təyin edildi. === Misir xidivliyi === Misirin getdikcə artan xarici borclarını ödəyə bilməməsi borcverən ölkələrin Misir maliyyəsini ələ alması ilə nəticələndi.
Kavalalı ailəsi
Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır. == Sülalənin mənşəyi == Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir. == Ailənin nəsil ağacı == == Mənbə == Baten, Jörg (2016). A History of the Global Economy.
Kavalalı İbrahim Hilmi Paşa
Kavalalı İbrahim Hilmi Paşa və ya İbrahim İlhami Paşa (d. 3 yanvar 1836 - ö. 9 sentyabr 1860) — Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın böyük oğlu. == Həyatı == 3 yanvar 1836-cı ildə Qahirədə dünyaya gəldi. Atası Osmanlıların Misir və Sudan hakimi Abbas Hilmi Paşa, anası isə onun xanımlarından Mehvəş xanımdır. 1849-cu ildə möhtəşəm bir mərasimlə sünnət edildi. 1854-cü ilin martında İstanbuldan göndərilən bir elçi Osmanlı sultanı Əbdülməcidin, 10 yaşlı qızı Münirə Sultanı Misir hakiminin oğluyla nişanlamaq istədiyi bildirdi. Verilən bu qərardan məmnun olduğunu bildirən atası Abbas Hilmi Paşa dərhal hazırlıqlara başladı. Cütlüyün həmin ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Kavalalı İbrahim Paşa
Kavalalı İbrahim Paşa (d. 1789 - ö. 10 noyabr 1848) — Osmanlıların Misir və Sudan hakimi, Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın böyük oğludur. == Həyatı == === İlk illəri === 1789-cu ildə Kavalada dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşa, anası isə onun ilk xanımı Əminə xanımdır. Bəzi mənbələrdə onun doğum tarixinin 1789 olduğu və Əminə xanımın ilk nigahından dünyaya gəldiyi qeyd edilsə də, bu məlumat doğru deyil. 17 yaşına qədər Kavalada yaşayan İbrahim atasının Misir hakimi təyin edilməsinin ardından kiçik qardaşı Əhməd Tosunla birlikdə Misirə gəldi (28 avqust 1805). Misirdə Qahirə qalasının idarəsi ilə vəzifələndirilən İbrahim bəy 1806-cı ilin oktyabrında, atasının Bab-ı Əliyə verməyi vəd etdiyi vergiyə qarşılıq olaraq girov kimi İstanbula göndərildi. Osmanlı-Rusiya müharibəsinin ilk aylarında (1807-ci ilin fevralında) İstanbul yaxınlığınadək gələn ingilis donanması bir şey əldə etmədən geri çəkildi və dönərkən Misir istiqamətinə irəliləyərək İsgəndəriyyəni zəbt etdi (20 mart 1807). Buna baxmayaraq atası Mehmed Əli Paşa idarəsindəki Osmanlı-Misir hərbi birlikləri bölgəni ingilislərdən müdafiə etdi.
Kavalalı İsmayıl Paşa
Kavalalı İsmayıl Paşa (31 dekabr 1831, Qahirə – 2 mart 1895[…], Konstantinopol, Osmanlı imperiyası) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi. == Həyatı == === İlk illəri === 31 dekabr 1830-cu ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı İbrahim Paşa, anası onun xanımlarından Hoşyar xanımdır. İlk təhsilini Misirdə tamamladıqdan sonra 1846-cı ildə Parisə göndərildi. 2 illik müasir elmlər və mühəndislik üzrə təhsilin ardından Misirə geri döndü. Bir neçə dəfə Avropadakı paytaxt şəhərlərinə və eləcə də, İstanbula işgüzar səfərlər etdi. İlk hərbi xidməti isə əmisi Səid Paşa tərəfindən verilən 14 minlik Misir ordusuna sərdar təyin edilərək Sudandakı üsyanın yatırılması vəzifəsi oldu (1861). === Misir hakimliyi === Əmisi Səid Paşanın ölümünün ardından 18 yanvar 1863-cü ildə Misir hakimi oldu. Babası Mehmed Əli Paşa kimi Misir üçün böyük xəyalları olan İsmayıl Paşa, hər şeydən öncə Misiri Bab-ı Əlinin idarəçiliyindən xilas etmək və ya ən azından daha geniş muxtariyyət hüquqları əldə etmək istəyirdi. Ancaq bunu babası və atası kimi üsyanla əldə edə bilməyəcəyini yaxşı bilən İsmayıl Paşa ikili siyasət yürütməyə başladı: bir tərəfdən Osmanlı dövlət adamlarına mənfəət təmin edərək imtiyaz fərmanının təsir dairəsini genişləndirməyə çalışır, digər tərəfdən isə Avropa dövlətləriylə yaxın münasibət quraraq onların dəstəyini qazanırdı.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (d. 1770 - ö. 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nigah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.
Kavaleriya
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Kavalerlər
Kavalerlər (ingiliscə:Cavaliers) - İngiltərə vətəndaş müharibəsi dövründə kralın və anqlikan kilsəsinin tərəfdarlarına verilən ad.
Kavali FK
Kavali İdman Assosiasiyası (Fransızca tələffüz: [ka.vali a.sɔ.sja.sjɔ̃ spɔrtɪv]; Kavali AS və ya sadəcə Kavali olaraq da tanınır) — Haitinin Leoqane şəhərini təmsil edən peşəkar futbol klubudur. Hal-hazırda Haiti Liqasında mübarizə aparır.
Kavalkada (film)
Kavalkada (ing. Cavalcade) — rejissor Frenk Lloyd tərəfindən 1933-cü ildə çəkilmiş dram filmi. Filmin ssenarisi Noel Kauardın eyni adlı əsəri əsasında Recinald Berkli və Sonya Levien tərəfindən yazılmışdır. == Məzmunu == Filmdə London sakinləri Ceyn və Robert Marryotun gözündə ingilis tarixinin 1899-cu ilin Yeni İl ərəfisindən, 1933-cü ilin sonuna kimi olan dövrü nümayiş olunur. Arxa fonda isə İkinci Bur müharibəsi, Kraliça Viktoriyanın vəfatı, Titanik faciəsi və Birinci Dünya Müharibəsi kimi tarixi hadisələr cərəyan edir. == İstehsalı == Fox Movietone operatorları əsərin film adaptasiyası üçün bələdçi qismində Londona gedərək orada çəkilişlər aparmışdır. Film 1933-cü ilin 5 yanavrında Nyu-York şəhərində premyerası olsa da, aprelin 15-ə kimi kinoteatrda nümayiş olunmamışdır. == Rollarda == Dayana Uinyard — Ceyn Marryot Klayv Bruk — Robert Marryot Una O'Konnor — Ellen Brics Herbert Mandin — Alfred Brics Marqaret Lindsey — Edit Harris Bonita Qrendvill — cavan Fanni == Qəbulu == Kavalkada 1933-cü ildə ABŞ-də ən populyar ikinci film ünvanını qazanmışdır. Kinoteatr nümayişləri zamanı film £2,500,000 gəlir əldə etmişdir. == Uğuları == Kavalkada ən yaxşı film, Frenk Lloyd [[Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı |ən yaxşı rejissor]] və Uilyam S. Darliq ən yaxşı art-direktor nominasiyasında Oskar mükafatını qazanmışdır.
Kavalkada (film, 1933)
Kavalkada (ing. Cavalcade) — rejissor Frenk Lloyd tərəfindən 1933-cü ildə çəkilmiş dram filmi. Filmin ssenarisi Noel Kauardın eyni adlı əsəri əsasında Recinald Berkli və Sonya Levien tərəfindən yazılmışdır. == Məzmunu == Filmdə London sakinləri Ceyn və Robert Marryotun gözündə ingilis tarixinin 1899-cu ilin Yeni İl ərəfisindən, 1933-cü ilin sonuna kimi olan dövrü nümayiş olunur. Arxa fonda isə İkinci Bur müharibəsi, Kraliça Viktoriyanın vəfatı, Titanik faciəsi və Birinci Dünya Müharibəsi kimi tarixi hadisələr cərəyan edir. == İstehsalı == Fox Movietone operatorları əsərin film adaptasiyası üçün bələdçi qismində Londona gedərək orada çəkilişlər aparmışdır. Film 1933-cü ilin 5 yanavrında Nyu-York şəhərində premyerası olsa da, aprelin 15-ə kimi kinoteatrda nümayiş olunmamışdır. == Rollarda == Dayana Uinyard — Ceyn Marryot Klayv Bruk — Robert Marryot Una O'Konnor — Ellen Brics Herbert Mandin — Alfred Brics Marqaret Lindsey — Edit Harris Bonita Qrendvill — cavan Fanni == Qəbulu == Kavalkada 1933-cü ildə ABŞ-də ən populyar ikinci film ünvanını qazanmışdır. Kinoteatr nümayişləri zamanı film £2,500,000 gəlir əldə etmişdir. == Uğuları == Kavalkada ən yaxşı film, Frenk Lloyd [[Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı |ən yaxşı rejissor]] və Uilyam S. Darliq ən yaxşı art-direktor nominasiyasında Oskar mükafatını qazanmışdır.
Klivlend Kavalers
Klivlend Kavalers — Ohayo ştatının Klivlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Komanda 1970-ci ildən Portlend Treyl Bleyzers və Buffalo Breyvs ilə birlikdə əlavə komanda kimi fəaliyyət göstərməyə başlayıb. Ev oyunlarını ilk olaraq 1970-1974-cü illərdə Klivlend Arenada,1974-1994-cü illərdə isə Richfield Coliseum-da keçirib. 1994-cü ildən isə komanda oyunlarını Klivlendin mərkəzində yerləşən Quicken Loans Arenada keçirir. Dan Gilbert 2005-ci ilin martından komandanın sahibidir. Kavalers liqada çıxış etdikləri birinci ilin ilk 15 oyununu uduzmuş və ilk 5 il ərzində Şərq konfransında 6-cı yerdən yüksəyə qalxa bilməmişdi. Komanda 1976-cı ildə ilk Mərkəzi Divizion çempionluğunu qazanmışdır. Həmin ildə onlar həm də tarixlərində ilk dəfə Pley-offa və Şərq konfransının finalına yüksəlmişdir. Komanda 1980-ci ildə Ted Stepien tərəfindən satın alındı.
La-Kavalri
La-Kavalri (fr. La Cavalerie, oks. La Cavalariá) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nan kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12063. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 60 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1021 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 629 nəfər (15-64 yaş) arasında 459 nəfər iqtisadi fəal, 170 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.2%) idi.
Qvido Kavalkanti
Qvido Kavalkanti (təq. 1258, Florensiya – 29 avqust 1300, Florensiya) — Florensiyada fəaliyyət göstərmiş "Yeni şirin üslub" məktəbinin başçısı, italyan yazıçısı. == Həyatı == Qvido Kavalkanti (təx.1260-1300) Florensiyada zəngin bir ailədə dünyaya gəlib, əsilzadə qvelf nəslinə məxsus idi. Florensiya cəmiyyəti "ağ" və "qara" qvelf partiyalarına bölünən zaman Qvido da Dante kimi "ağların" rəhbərlərindən biri olmuşdur. Onun Korso Donatinin başçılıq etdiyi "qaralarla"toqquşmaları Florensiya üçün bir təhlükə mənbəyi idi. Ona görə də şəhər rəhbərliyi 1300-cü ildə onların hər ikisini şəhərdən sürgün etmişdir. Tezliklə Qvido əfv edilmiş, ancaq o, sürgün zamanı xəstələnmiş, elə həmin il 1300-cü ildə də dünyasını dəyişmişdir. == Yaradıcılığı == Qvido Kavalkanti Florensiyada mövcud olmuş "Yeni şirin üslub"məktəbinin başçılarından biri olmuşdur. Dante dövründə Florensiyanın "Yeni şirin üslub"məktəbinə Canni Alfani, Lappo Cani, Çino da Pistoyya,Dino Freskobaldi kimi şairlər daxil idi. Bunların içərisində ən qüdrətlisi Qvido Kavalkanti olmuşdur ki,Dante "Yeni Həyat"əsərində onu özünün birinci dostu adlandırmışdır.Qvido Kavalkanti həddindən artıq yüksək təhsil almışdır, o, məntiqi və təbabəti yaxşı bilirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

kaval sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Oğuz) isti paltar

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kaval" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kaval nədir? #kaval sözünün mənası #kaval nə deməkdir? #kaval sözünün izahı #kaval sözünün yazılışı #kaval necə yazılır? #kaval sözünün düzgün yazılışı #kaval leksik mənası #kaval sözünün sinonimi #kaval sözünün yaxın mənalı sözlər #kaval sözünün əks mənası #kaval sözünün etimologiyası #kaval sözünün orfoqrafiyası #kaval rusca #kaval inglisça #kaval fransızca #kaval sözünün istifadəsi #sözlük