kavaleriya sözü azərbaycan dilində

kavaleriya

Yazılış

  • kavaleriya • 69.2308%
  • Kavaleriya • 30.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kavaleriya
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.

Oxşar sözlər

#kavaleriya nədir? #kavaleriya sözünün mənası #kavaleriya nə deməkdir? #kavaleriya sözünün izahı #kavaleriya sözünün yazılışı #kavaleriya necə yazılır? #kavaleriya sözünün düzgün yazılışı #kavaleriya leksik mənası #kavaleriya sözünün sinonimi #kavaleriya sözünün yaxın mənalı sözlər #kavaleriya sözünün əks mənası #kavaleriya sözünün etimologiyası #kavaleriya sözünün orfoqrafiyası #kavaleriya rusca #kavaleriya inglisça #kavaleriya fransızca #kavaleriya sözünün istifadəsi #sözlük