Kave sözü azərbaycan dilində

Kave

Yazılış

  • Kave • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kave
Dəmirçi Kave (fars. کاوه آهنگر‎ - Kaveh Ahangar) — fars mifologiyasında mərhəmətsiz hökmdar Zöhhaka qarşı üsyan edən mifoloji qəhrəman. Kave haqqında əfsanə Əbülqasım Firdovsinin Şahnaməsində nəql edilir. Hekayənin digər baş qəhrəmanı olan Zöhhak həm Avestada, həm də antik dövr fars mifologiyasında yarı şeytan Babil çarı kimi təqdim edilir. Firdovsinin hekayəsində isə Zöhhak tiran kimi təqdim olunur və milliyyətcə ərəbdir, dəmirçi Kave isə ona qarşı xalq üsyanına rəhbərlik edir. O, öz dəmirçi önlüyünü nizənin ucuna taxaraq üsyançıları bu bayraq altında İranın birinci əfsanəvi hökmdarlar sülaləsi olan Peşdadilərin qanuni varisi Fəridunun yanına gətirir. Fəridun Kavenin bayrağını rifah bayrağı kimi qəbul edərək onu qızıl dördguşəli ulduzla, qiymətli daşlar və qırmızı, sarı, bənövşəyi rəngdə lentlərlə bəzəyir və onu "Dirəfşi Kaviyani" adlandırır. Bayrağın üzərindəki dördguşəli ulduz isə "Axtari Kaviyan" (Kavenin ulduzu) adlanır. "Dirəfşi Kaviyan" İranın ikinci əfsanəvi hökmdarlar sülaləsi olan Kəyyanilər sülaləsinin bayrağına çevrilir. Daha sonralar isə Arşakilər (e.ə.250 — 224) və Sasanilər (224 — 651) sülalələrinin dövründə İranın dövlət bayrağı kimi qəbul edilir.
Dəmirçi Kave

Henri Kavendiş
Henri Kavendiş (10 oktyabr 1731[…], Nitsa, Sardiniya krallığı – 24 fevral 1810[…], London) – ingilis alimi. == Həyatı == 1731-ci ildə anadan olmuşdur. 1766-cı ildə saf halda hidrogen almışdır. Alim əvvəl hidrogeni yüngüllüyünə görə flogiston kimi qəbul etmişdir. 1810-cu ildə vəfat edib. Kavendiş, araşdırmalarında atmosfer havasının tərkibinə, müxtəlif qazların xüsusiyyətlərinə, suyun sintezinə böyük dəqiqliyi və həssaslığı üçün fərqlənmişdir , elektrik cazibə və itələyici tənzimləyən qanun, istilik mexanik nəzəriyyəsi və Yerin sıxlığının (və dolayısı ilə kütləsinin) hesablamaları. Yerin sıxlığını ölçmək üçün onun təcrübəsi Kavendiş eksperimenti kimi tanındı.
Kavendiş laboratoriyası
Kavendiş laboratoriyası — Kembric Universitetinin fizika fakültəsi. Laboratoriya 1874-cü ildə tələbələrin eyni zamanda həm təhsil ala biləcəkləri, həm də universitetin əməkdaşları ilə bir yerdə təcrübə apara biləckləri dünyada ilk elmi-tədris laboratoriyası kimi yaradılmışdır. Əvvəlcə laboratoriya Kembricin mərkəzində, Freye-Skul küçəsində yerləşirdi. XX əsrin 70-ci illərində şəhərin qərb kənarında laboratoriya üçün yeni binalar kompleksi tikilmişdir. 2013-cü il üçün laboratoriyanın rəhbəri professor Ceyms Stirlinqdir. Laboratoriyada ənənəvi Kavendiş professoru fəxri adı mövcuddur. Bu adı laboratoriyanın professorlarından biri daşıyır. Vaxtilə bu adı lord Reley, ser C.C. Tomson, lord Rezerford, ser Uilyam Breqq, ser Nevill Mott, ser Brayan Pippard, ser Sem Edvards kimi dünyaca məşhur alimlər daşımışdılar. 2013-cü il üçün Kavendiş professoru ser Riçard Frenddir. Laboratoriyanın devizi Kavendiş laboratoriyasının ilk müdiri Ceyms Maksvellin dediyi ifadədir: "Mən heç bir zaman insanı bu və ya digər təcrübəni etməkdən çəkindirmirəm; çünki o, təcrübə zamanı axtardığı şeyi tapmasa da başqa bir şey kəşf edə bilər." Belə bir yanlış fikir geniş yayılmışdır ki, guya Kavendiş laboratoriyası məşhur ingilis fizik və kimyaçısı Henri Kavendiş, 2-ci Devonşir hersoqunun şərəfinə adlandırılıb.
Kavendişiya
Kavendişiya (lat. Cavendishia) – erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Kavendişiya:The Plant List saytında takson barədə məlumat.
Leyla (Aleksandra Kavelius)
Leyla (alm. Leila. Ein bosnisches Mädchen‎) — Aleksandra Kaveliusun romanı. == Məzmunu == Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür. == Tərcümə və nəşr == Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Leyla — Aleksandra Kavelius parlaqimzalar.az A.Nilgün Aktaş. "Leyla / Alexandra Cavelius" ( (türk.)). blog.milliyet.com.tr. 2010-05-2010.
Leyla (Kavelius)

Marqaret Kavendiş
Marqaret Kavendiş (1623[…] və ya 1617 – 15 dekabr 1673[…], İngiltərə krallığı) — İngiltərə yazıçısı. == Həyatı == Kavendişlər sülaləsindən olan, Nyukasl hersoqunun həyat yoldaşı Ledi Marqaret (1623–15 dekabr 1673) 17-ci yüzilliyin elmi fikirlərini nəşr etməklə məşhurlaşdırmağı bacaran yazıçılardan olub. Ledi Marqaret özünün rəngli, qeyri-adi və yeni elmi düşüncələrini xalqa çatdıra bilmək cəhdləri ilə tanınmışdır. Onun yaşadığı dövrdə elmlə məşğul olanlara təbiət fəlsəfəçisi deyirdilər. Marqaret şeir, proza, dram, fəlsəfi əsərlər və esselər yazıb. Eyni zamanda qadınların təhsil alması və elmi çalışmalara qatılmasının vacibliyi düşüncəsinin müdafiəçisi olub. Marqaret İngiltərənin Kolçester yaxınlarında yaşayan zəngin bir ailənin səkkiz uşağının ən kiçiyi olub. Ailədəki yaşlı qadınlardan ilk təhsil alaraq çox kiçik yaşlarından yazmağa marağı oyanıb. Marqaret gəncliyində kraliça Henrietta Mariyanın nədiməsi (saray xanımı, kraliça yanında kübar qızlara verilən ad) olub. 1644-cü ildə krallıq məğlubiyyətə uğradığı zaman Marqaret kraliça və xidmətçiləri ilə birlikdə Fransaya qaçır.
Mixail Kaveroçkin
Mixail Pavloviç Kaveroçkin (20 noyabr 1904, Qobustan, Şamaxı qəzası – 21 noyabr 1957, Bakı) — neftçi, Sosialist Әməyi Qəhrəmanı (1957), SSRİ Dövlət mükafatı laureatı (1951). Әmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1925–57-ci illərdə Azərbaycan SSR neft sənayesində çalışmışdır. Kaveroçkin açıq dənizdə (Xəzərdə) dərin neft quyusu qazmağın pionerlərindən olmuş, 1949-cu ildə Neft Daşlarında ilk kəşfiyyat quyusunu qazımışdır. 1955–57-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. == Həyatı == Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı Mixail Pavloviç Kaveroçkin 1904-cü ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbin 7-ci sinfini bitirdikdən sonra 1920–1926-cı illərdə Bakı -Şüşə və Maşınqayırma zavodlarında fəhlə, 1926–1936-cı illərdə "Leninneft" (indiki "Balaxanıneft" NQÇİ) trestinin 1 nömrəli qazma idarəsində fəhlə, vışkaçı, tormozçu, qazmaçı, 1936–1942-ci illərdə "Əzizbəyovneft" tresti¬nin Qazma İdarəsində qazma ustası, 1945–1957-ei illərdə "Artyomneft" və Dəniz Qazma trestlərinin "Gürgan-dəniz" və Neft Daşlan qazma idarələrində qazma ustası işləmişdir. == Fəaliyyəti == Mixail Pavloviç Kaveroçkin əmək fəaliyyətinə qazma briqadasında fəhlə kimi başlamış, tezliklə vışkaçı, qazmaçı köməkçisi, qazmaçı olmuşdur. Dəniz neft yataqlarının perspektivliliyini nəzərə alaraq DMK-nin yeni qərarına uyğun olaraq 1947-ci ildə Bakıda Dəniz Qazma Tresti yaradıldı.
İlya Kaverin
İlya Kaverin (2 (15) may 1910, Astara, Lənkəran qəzası – 19 noyabr 1963, Astara, Lənkəran rayonu) — Qızıl Ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944). == Bioqrafiyası == 1910-cu il mayın 15-də Astara şəhərində anadan olub. İbtidai təhsilini aldıqdan, sonra balıqçılıq sahəsində çalışıb. 1941-ci ildə hərbi xidmətə çağırılıb. 1943-cü ilə qədər kiçik çavuş İlya Kaverin, Kiyevin azad edilməsində iştirak edib və fərqlənib.Kiyev yaxınlığında alman müdafiəsinin sıçrayışı zamanı o, düşmənin bir neçə artilleriya qurğusunu və minaatanlarını məhv edərək düşmən xəttinin yarılmasına və düşmənin geri çəkilməsinə nail olub. Döyüşlərin birində İlya Kaverinin tankı vurulub. Bütün ekipaj üzvləri həlak olsa da İlya sağ qala bilib. Təkbaşına tankda baş verən yanğını söndürməyi bacarıb. Lakin tank tamamilə sıradan çıxdığına görə qeyri bərabər döyüşə girməyə məcbur olub. O, avtomat, pulemyot və qumbaraatanların köməyi ilə iki gün qeyri bərabər döyüş apararaq, düşmənə cavab atəşi açıb, və ikinci gün gecə saatlarında öz bölməsinə geri qayıda bilib.
Kavernaqo
Kavernaqo (it. Cavernago) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 50 kilometr (31 mil) şimal-şərqində və Berqamodan təxminən 11 kilometr (7 mil) cənub-şərqdə yerləşir. Əhalisi 1667 nəfər, əhalinin sıxlığı 238 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24050. Telefon kodu - 035. Kommunanın himayədarı müqəddəs həvari və evangelist Markdır. Bayram hər il aprelin 25-də qeyd olunur.

"kave" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kave nədir? #kave sözünün mənası #kave nə deməkdir? #kave sözünün izahı #kave sözünün yazılışı #kave necə yazılır? #kave sözünün düzgün yazılışı #kave leksik mənası #kave sözünün sinonimi #kave sözünün yaxın mənalı sözlər #kave sözünün əks mənası #kave sözünün etimologiyası #kave sözünün orfoqrafiyası #kave rusca #kave inglisça #kave fransızca #kave sözünün istifadəsi #sözlük