Karlos Kayzer
Karlos Enrike Rapozo və ya Karlos Kayzer (port. Carlos Henrique Raposo; 2 iyul 1963 və ya 2 aprel 1963) — Braziliyalı futbolçu hesab edilən şəxs. Peşəkar futbolçu kimi bacarıqları olmasa da, iyirmi il ərzində Braziliya, Argentina və Meksikanın yüksək divizionlarında çıxış edən bir çox komanda ilə müqavilə bağlamağı bacarıb. O, bütün karyerası ərzində bir oyun keçirməyib. Cəmi bir dəfə meydana çıxmaq üzrə olsa da, həmin oyunda isinmə hərəkəti zamanı qırmızı vərəqə alıb. Karlos çoxlu zədələrə məruz qalmaqla və tez-tez komanda dəyişikliyi etməklə, həmçinin digər hiylələrlə futbolçu keyfiyyətlərinin olmadığını gizlədə bilib. The Guardian Kayzeri futbol tarixinin ən böyük fırıldaqçısı adlandırıb.
== Kitab ==
Jurnalist Rob Smitin "Kayzer: Heç Vaxt Futbol Oynamayan Ən Böyük Futbolçu" kitabı 2018-ci ildə nəşr edilib.