Kazımova-Atəşin sözü azərbaycan dilində

Kazımova-Atəşin

Yazılış

  • Kazımova-Atəşin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kazımova
Kazımova — Azərbaycanda daha çox işlədilən Kazımov soyadının qadın cinsinə aid forması. Aygün Kazımova — azərbaycanlı müğənni. Əminə Kazımova — azərbaycanlı teleaparıcı, jurnalist. Nərmin Kazımova — azərbaycanlı şahmatçı, qadınlar arasında qrossmeyster (2015). Zeynəb Kazımova — azərbaycan rejissoru, ssenaristi.
Aygün Kazımova
Aygün Ələsgər qızı Kazımova (26 yanvar 1971, Bakı) — Azərbaycanlı müğənni. Azərbaycan Respublikasının Xalq Artisti (2008). == Həyatı və karyerası == Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü — sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf etmişdir. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Tezliklə o, bütün müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilir. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir.
Dilarə Kazımova
Dilarə Kazımova (d. 20 may 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, aktrisa, mahnı sözü yazan, bəstəkar, "Woman", "Unformal", "Milk & Kisses" qruplarının keçmiş üzvü, 2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi. == Həyatı == Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olmuşdur. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olmuşdur. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və opera vokalı ixtisası üzrə təhsil almışdır.2015-2016-cı illərdə Türkiyə vətəndaşı Mərt Aslanla ailəli olmuşdur.Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir. == Fəaliyyəti == İlk öncə "Woman" qrupunun tərkibində səhnə almışdır. Qadınlardan ibarət qrupla səhnə alan ifaçı, 2004-cü ildə "Sing Your Song 2" mahnı müsabiqəsinə qatılmış və "Unformal" qrupu ilə "Cherry" adlı dueti ifa etmişdir. Uğurlu işbirliyindən sonra ifaçı "Unformal" rok qrupunun solisti kimi fəaliyyətini davam etdirmişdir.
Gülşən Kazımova
Gülşən Lətifxan (Gülşən Lətif qizi Kazımova-Atəş; d. 8 noyabr, 1961 — ö. 11 yanvar 2015) — müəllim, tərcüməçi, hüquqşünas, Azərbaycan Yazıçılar Birliyinin və Hollandiya Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu sayda povest, hekayə və ssenarilərin müəllifi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri. Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işcisi". == Həyatı == Gülşən Lətifxan 8 noyabr 1961-ci ildə Bakı şəhərində doğulub. 1978-ci ildə Nərimanov rayonundakı 193 nömrəli məktəbi bitirib. 1983-cü ildə Xarici Dillər institutunu fərqlənmə diplomu ilə tamamlayıb.1983–1993-cü illərdə 212 nömrəli məktəbdə müəliim işləyib.1994-cü ildə hüquq təhsili almaq üçün Hollandiyaya yollanıb. 1997–1998-ci illərdə Beynəlxalq "İslamik Relif" yardım fondunun "Yetim uşaqlar" bölməsində çalışıb. 1998 −2000-ci illərdə "Avropanın Azərbaycan Mərkəzi" təşkilatının direktoru vəzifəsində işləyib. 1998 – 2001-ci illərdə Amsterdam, Haaqa və Harlem şəhərlərində ingilis və rus dillərindən dərs deyib.
Lalə Kazımova
Lalə Kazımova (Kazımova Lalə Tofiq qızı;1 fevral 1960, Bakı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUNESKO –nun Beynəlxalq Musiqi Komitəsinin üzvü, YUNESKO-nun nəzdində Milli Musiqi Şurasının prezidenti, YOL elmi dərgisinin təsisçisi və baş redaktoru. == Həyatı == Lalə Kazımova 1960-cı il fevralın 1-də Bakıda anadan olub. 1997 və 2003-cü illərdə HUMAY mükafatına layiq görülmüşdür. Teatr rejissoru Tofiq Kazımovun qızı, Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşıdır. == Əsərləri == Вопросы ритма в трактатах ученых средневекового Востока (Джами Дервиша Али). AEA-nın "Архитектура и искусство" e/m toplusu. B., 1990; Газели Физули в мугамной опере Узеира Гаджибекова "Лейли и Меджнун". "Борбад и художественные традиции народов Ближнего Востока и Средней Азии" (Bərbədin 1400-illiyinə həsr olunub). Beynəlxalq simpoziumun materialları. Düşənbə, 1990; Некоторые вопросы взаимосвязи восточной поэзии и музыки.
Natella Kazımova
Natella Kazımova (21 iyun 1939, Bakı – 15 iyun 2012, Bakı) — neft kimyası və üzvi kimya sahəsində tanınmış alim, kimya elmlər doktoru, professor. == Həyatı == Neft kimyası və üzvi kimya sahəsində tanınmış alim kimya elmlər doktoru, professor Kazımova Natella Saleh qızı 21 iyun 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə daxil olmuş, 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Natella Kazımova 1962–1966-cı illərdə Azərbaycan EA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1966-cı ildən yeni yaradılmış AEA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 1972-ci ildən isə ömrünün sonuna qədər baş elmi işçi vəzifəsində çalışmışdır. Natella Kazımova 1969-cu ildə "Ariltio — və tsikloheksiloksisilanların sintezi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini, 1992-ci ildə "Mineral və sintetik yağlara yüksək temperaturda işləyən antioksidantlar" mövzusunda "Neft-kimyası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini və 2005-ci ildə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Natella Kazımovanın elmi fəaliyyətinin əsas istiqaməti yerüstü və aviasiya texnikası üçün zəruri olan mühərrik yağlarının stabilləşdirilməsinə yönəlmişdir. 1-ci istiqamətdə Natella xanımın rəhbərliyi ilə çoxsaylı keyfiyyətli alkilfenol əsaslı aşqarlar alınmışdır. ИХП-103 aşqarı çox keyfiyyətli oksidləşməyə qarşı aşqar olduğuna görə sənayedə alınmağa təklif edilmişdir. Bu aşqar külsüz idi və ИХП-21 aşqarı motor yağlarında əvəz edə bilərdi.
Nərmin Kazımova
Nərmin Kazımova (doğ. 28 iyul 1993, Əylis, Ordubad rayonu, Naxçıvan, Azərbaycan) — azərbaycanlı şahmatçı, qadınlar arasında qrosmeyster (2015). == Erkən illəri == Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib. 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir. Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur. == Şahmat karyerası == 2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub. 2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub.2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb. Eyni ilin oktyabr ayında Yunanıstanın Haldiniki şəhərində keçirilən dünya birinciliyində 9 xal toplayaraq 18 yaşlı qızlar arasında dünya çempionatının qızıl medalına layiq görülüb.2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuşdur.2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.2015-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Nərmin Məmmədova və Türkan Həsənova ilə 2-4-cü yerləri bölüşdürmüşdür.
Tamilla Kazımova
Tamilla Həsən qızı Kazımova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. == Həyatı == Tamilla Həsən qızı Kazımova 1939-cu il iyunun 16-da Kürdəmir rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Kürdəmir rayon orta məktəbinin birinci sinfinə daxil olmuş, sonra 3 saylı Naxçıvan şəhər məktəbində oxumuş və 1956-cı ildə Bakı şəhərində orta təhsilinu başa vurmuşdur. Həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1961-ci ildə isə oranı bitirmişdir. Təyinat ilə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutuna göndərilmişdir. Əmək fəaliyyətinə akademik Y.Məmmədəliyevin laboratoriyasında başlamışdır. Onun şəxsi rəhbərliyi altında diplom işini yerinə yetirmişdir. == Elmi fəaliyyəti == 1962-1965-ci illərdə NKPİ-nin aspirantı olmuş, 1967-ci ildə “Heksaxlortsiklopentadienin sis-D-tsikloheksen-1,2-dikarbon turşularının anhidridləri ilə dien kondensləşməsi törəmələri və alınmış birləşmələrin çevrilmələri sahəsində tədqiqatlar” mövzusunda namizədlik, 1992-ci ildə isə “Allil- və proparqil efirlərinin polihalogentsiklopentadienlərlə tsiklobirləşmə reaksiyaları” mövzusunda “Üzvi kimya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. T.H.Kazımova Dils-Alder reaksiyaları ilə polihalogentsiklodienlər əsasında geniş spektrdə tərkibində polihalogensaxlayan yeni norbornen birləşmələri sintez etmiş və onların tətbiq sahələrini aşkar etmişdir. Apardığı tədqiqatlardan məlum olmuşdur ki, həmin maddələr polimer materiallarında antipiren, rezinin vulkanlaşdırılmasında ləngidici, hermetikləşdirici, yapışqan kompozisiyasında antipiren, sürtkü yağlarında yeyilmə aşqarı, bakterisid və digər xassələr daşıyırlar.
Zeynəb Kazımova
Zeynəb Talıb qızı Kazımova (27 dekabr 1912 – 25 sentyabr 1984) — Azərbaycan rejissoru, ssenaristi. == Həyatı == Zeynəb Kazımova 27 dekabr 1912-ci ildə anadan olmuşdur. Kinoda 1937-ci ildən rejissor, ssenari müəllifi, rejissor assistenti, montaj üzrə assistent, ikinci rejissor, rejissor köməkçisi və aktrisa kimi çalışmışdır. == Filmoqrafiya == Axırıncı namaz (film, 1963) Akif Cəfərovun briqadası (film, 1960) Almaz (film, 1936)(tammetrajlı bədii film)-rol: komissiyanın üzvü Arşın mal alan (film, 1945) Azərbaycan SSR (film, 1971) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bir ailə (film, 1943) Biz bu xatirəyə sadiqik (film, 1975) Dağ meşəsindən keçərkən... Dəcəl dəstə (film, 1937) Əzim Əzimzadə (film, 1967) Fətəli xan (film, 1947) Gəmilər tarlaya çıxır (film, 1975) Həyat öyrədir (film, 1961) İgidliyin əbədidir sənin (film, 1971) İliçin döyünən qəlbi (film, 1967) İşıqlı yol (film, 1974) Kolxoz tarlalarının qəhrəmanları (film, 1950) Muğan qızı (film, 1972) O geri çəkilməlidir (film, 1966) Odlu burulğanın ram edilməsi (film, 1976) Oktyabrın qələbə addımı ilə (film, 1974) Sevil Qazıyeva (film, 1970) Səbuhi (film, 1941) Sürəyya (film, 1973) Telefonçu qız (film, 1962) Umnisə xanım (film, 1969) Usta Aslan (film, 1972) Yeni horizont (film, 1940) Yollar və küçələrlə (film, 1963) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Əminə Kazımova
Aygün Kazımova diskoqrafiyası
Aygün Kazımovanın 1988-ci ildən bu günə kimi 9 albomu işıq üzü görüb. Albomları Türkiyə, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Almaniya və Azərbaycanda istehsal olunmuşdur. === Albomları === ==== LP albomları ==== ==== Studiya albomları ==== ==== EP albomları ==== ==== Karaoke albomları ==== ==== Yığma albomları ==== ==== Canlı albomları ==== === Sinqlları === == Klipləri == == Saundtrek == == Aygün Kazımova tərəfindən bəstələnmiş mahnıların siyahısı == == Solo konsertlər == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Günay Kazımova (aparıcı)
Aygün Kazımova - 30 il (konsert)
== Konsert haqqında == 22 sentyabr 2017-ci ildə "Bakı Kristal Zalı"nda keçirilən canlı solo konsert. Konsertdə ilk dəfə "Kölgə ol" mahnısı Mircamal Haşımov ilə duet şəklində ifa olunub. Konsertin rejissorluğu üçün Fransadan Reda Bentifur dəvət olunmuşdur. Reda Bentifur Bakı Kristal Zalı səhnəsində keçirilən konsert üçün Azərbaycana dünya ulduzlarının konsertlərində çıxış edən 70 nəfərlik böyük komanda ilə gəldi, rəqqaslar əsasən Argentina, Meksika, Fransa, İtaliya və Kolumbiyadandır. Müsahibələrində Azərbaycana ilk dəfə və məhz Aygün Kazımovanın dəvəti ilə gəldiyini bildirən Reda, daha əvvəl Azərbaycanın pop kraliçasının kliplərini sosial şəbəkələr vasitəsi ilə seyr etdiyini və onun yaradıcı və çox çalışqan ulduz olduğunu qeyd edib. “Aygün Kazımova - 30 il” adlanan konsertin əsas xoreoqrafiya məşqləri iyul ayından Heydər Əliyev adına İdman Arenasında başlayıb, iki ay Reda Bentifurun rəhbərliyi ilə Sarayda məşq edən Aygün və beynəlxalq rəqqas komandası ilə Bakı Kristal Zalın səhnəsində məşqlərini davam etdirmişdir.Libaslara uyğun Aygün Kazımovaya saç aksessuarları da hazırlanıb. Xalq artistinin paltarları üzərində modelyer Rüfət İsmayıl çalışıb. O, ağ, qara, qırmızı və qızılı tonlardan istifadə edib. Maraqlı bir faktı qeyd edək ki, səhnəyə quraşdırılan dekor ağac müğənniyə baha başa gəlib. Belə ki, Pop Diva Aygün Kazımova ona 15 min manat ödəyib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#kazımova-atəşin nədir? #kazımova-atəşin sözünün mənası #kazımova-atəşin nə deməkdir? #kazımova-atəşin sözünün izahı #kazımova-atəşin sözünün yazılışı #kazımova-atəşin necə yazılır? #kazımova-atəşin sözünün düzgün yazılışı #kazımova-atəşin leksik mənası #kazımova-atəşin sözünün sinonimi #kazımova-atəşin sözünün yaxın mənalı sözlər #kazımova-atəşin sözünün əks mənası #kazımova-atəşin sözünün etimologiyası #kazımova-atəşin sözünün orfoqrafiyası #kazımova-atəşin rusca #kazımova-atəşin inglisça #kazımova-atəşin fransızca #kazımova-atəşin sözünün istifadəsi #sözlük