Kazımovski sözü azərbaycan dilində

Kazımovski

Yazılış

  • Kazımovski • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirmahmud Kazımovski
Mirmahmud Mirələkbər oğlu Kazımovski (27 fevral 1882, Bilgəh, Bakı qəzası – 1 dekabr 1940, Bakı) — Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor, 1906-cı ildə yaradılmış Bakı Müsəlman teatrının ilk üzvlərindən biri və təşkilatçısı, Azərbaycan SSR əməkdar artisti (1938). Mirmahmud Kazımovski 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olmuşdur. İlk təhsil illərini Hüseyn Ərəblinski ilə birlikdə alan Mirmahmud sonralar onunla möhkəm dost olmuşdur. Hələ məktəbdə oxuyarkən onlar dram dərnəklərində fəaliyyət göstərmiş, bir sıra epizodik rollarda çıxış etmişlər. Sonralar Mirmahmur Kazımovski peşəkar artist kimi tanınmağa başladı. O, Qoqolun "Müfəttiş"ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə" əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə" əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin" əsərində Əhməd rolunda, eyni zamanda bir sıra Qərbi Avropa dramaturqlarının əsərlərində uğurla çıxış etmişdir. Bu əsərlərin içərisində Uilyam Şekspirin "Otello" faciəsi xüsusi yer tuturdu. Mirmahmur Kazımovskinin ən böyük uğurlarından biri də Azərbaycanda qadınların teatr səhnəsinə hələ qalxmadıqları bir dövrdə qadın rollarını gözəl ifa etməsi idi. O, Leylinin anası, eyni zamanda altıncı və yeddinci ərəb rollarında çıxış etmişdir. Mirmahmud Kazımovski təkcə aktyor deyildi, o, həm də ədəbi yaradıcılıqla məşğul olurdu.
Rauf Kazımovski
Rauf Mirmahmud oğlu Kazımovski (31 dekabr 1928 – 2 mart 1976) — Azərbaycan kinorejissoru. Rauf Kazımovski 1952-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycanda ilk radio və televiziya rejissoru olan Rauf Kazımovski 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işləmişdir. Onun һazırladığı "O olmasın, bu olsun" tamaşası radionun qızıl fonduna daxildir. Televiziya üçün 1958-ci ildə "Leyli və Məcnun" tamaşasını һazırlamışdır. R.Kazımovski Cəlil Məmmədquluzadənin ""Ölülər" tragikomediyasının radio-tamaşasının və "Poçt qutusu" hekayəsi əsasında çəkilmiş televiziya filminin rejissoru olmuşdur. "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Şamdan bəy (film, 1956) Korun mahnısı (film, 1961) Körpə (film, 1962) Yun şal (film, 1965) Poçt qutusu (film, 1967) Bəşir Səfəroğlu (film, 1969) General (film, 1970) Aktrisanın təbəssümü (film, 1974) Aldanmış kəvakib (film, 1974) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 41.
Ələkbər Kazımovski
Ələkbər Rauf oğlu Kazımovski (10 iyul 1953 – 19 sentyabr 2016) — Azərbaycan rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006). Ə.Kazımovski "Tənha durna uçuşu", "Sonuncu məhəbbət", "Şirin bülbül" və s. filmlərin müəllifi olub. Rejissor kimi uzun illər AzTV-də çalışıb. Ə.Kazımovski rejissor Rauf Kazımovskinin oğludur. 4 noyabr 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 19 sentyabr 2016-cı ildə aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbirində Kazımovskinin vəziyyəti qəfil pisləşmiş və rejissor dünyasını dəyişmişdir. Adı sənin, dadı mənim (film, 1980)(tammetrajlı televiziya tamaşası)(Aztv) Dahilərin divanı (veriliş, 2007) Gülüş sanatoriyası (film, 1989) Kənddən gələn var (film, 1997) Kənddən gələn var.

Oxşar sözlər

#kazımovski nədir? #kazımovski sözünün mənası #kazımovski nə deməkdir? #kazımovski sözünün izahı #kazımovski sözünün yazılışı #kazımovski necə yazılır? #kazımovski sözünün düzgün yazılışı #kazımovski leksik mənası #kazımovski sözünün sinonimi #kazımovski sözünün yaxın mənalı sözlər #kazımovski sözünün əks mənası #kazımovski sözünün etimologiyası #kazımovski sözünün orfoqrafiyası #kazımovski rusca #kazımovski inglisça #kazımovski fransızca #kazımovski sözünün istifadəsi #sözlük