Kaşi sözü azərbaycan dilində

Kaşi

Yazılış

  • Kaşi • 97.1429%
  • kaşi • 2.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəfər Kaşif
Cəfər Məmmədzadə (Cəfər Kaşif) — azərbaycanlı şair. == Həyatı == Cəfər Kaşif 1894-cü ildə Cənubi Azərbaycanın Mamağan qəsəbəsində anadan olub. Uzun müddət Tiflisdə yaşamış və öz şeirləri ilə mətbuatda çıxış etmişdir 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli-azadlıq hərəkatının əsgəri kimi öz şeirləri ilə yorulmaq bilmədən irtica əleyhinə mübarizə aparmışdır. Şair "Hürriyyət pərisinə", "Əl çəkin" və başqa şerləri ilə Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Cəfər Kaşif öz şerlərində vətəninə bağlılığından, xalqına olan sevgisindən və hürriyyətdən bəhs etmişdir. Cəfər Kaşifin şerləri bu gün də oxucular maraqlanır və oxuyurlar. Baxmayaraq ki, o kəndli ailəsində dünyaya gəlmişdir lakin o hər zaman oxumağı və oxuduğu kitablardan dostlarına bəhs etməyi çox sevərdi. Kaşif 1947-ci ilin əvvəllərində Tehranda vəhşicəsinə öldürülmüşdür.
Hüseyn Vaiz Kaşifi
Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1504, Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair. == Həyatı == İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.
Kaşima (Saqa)
Kaşima (鹿島, Kashima) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 30.159 nəfərdir, hər km² ərazidə 270 nəfər yaşayır. Şəhərin sahəsi 112,1 km²-dir. == Tarix == 1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna 6 qəsəbə daxil idi: Minami-Kaşima, Kita-Kaşima, Haçihonqi, Fureda, Noqomi və Nanaura. 1954-cü ildə şəhər ərazisinə Hama şəhəri, Kaşima qəsəbəsi, Furueda qəsəbəsi, Noqomi qəsəbəsi daxil edilmişdir. 1955-ci ildə isə Nanaura Kaşimaya qatılmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasında yerləşir. Saqa şəhərinin 60 kilometrlik cənub qərbindədir. Dağlar: Kyoqa, Codo, Kotoci, Qibi. Çaylar: Şiota, Kaşima, Hama, Naka.
Kaşin
Kaşin — Rusiya Federasiyasında yerləşən şəhər Tver vilayətinə daxildir
Kaşin-Bek xəstəliyi
Kaşin-Bek xəstəliyi, endemik osteoartrit – endemik xəstəlikdir, enxondral sümüklərin qazanılmış pozğunluğudur, uşaq yaşdan başlayır, sümükləşmə prosesi pozulur, kiçik boylu olurlar, çoxsaylı simmetrik oynaq deformasiyası ilə gedən kontrakturalar yaranır, X-ray: metafizdə böyümə zonasının genişlənməsi, qeyri-düzgün formalı olması aşkar edilir.
Kaşira
Kaşira — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Kaşiva
Kaşiva (yap. 柏市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasının şimal-qərbində şəhər.
Kaşivazaki türk mədəniyyət kəndi
Kaşivazaki türk mədəniyyət kəndi (柏崎トルコ文化村, Kaşivazaki Toruko Bunka Mura, türk. Kashiwazaki Türk Kültür Köyü) – Yaponiyanın Niiqata prefekturasının Kaşivazaki şəhərində yerləşmiş və türk mədəniyyətinə həsr olunmuş əyləncə parkı. 2004-cü ildə bağlanmışdır. == Tarixi == Kaşivazaki türk mədəniyyət kəndi 1996-cı ildə Türkiyə–Yaponiya münasibətlərini inkişaf etdirmək məqsədilə yaradılmışdır. Parkın ilkin tikintisi üçün Niiqata Mərkəzi Bankı 60 milyon ABŞ dolları ayırmışdır. Park üçün Kaşivazaki şəhərinin seçilməsinin səbəbi coğrafiyasının İstanbulu xatırlatması olub. 2004-cü ildə Niiqata prefekturasında baş verən zəlzələ nəticəsində parka ziyan dəymiş və Yaponiyadakı iqtisadi böhranın da təsiri ilə bağlanmasına qərar verilmişdir.Park bağlandıqdan sonra ərazisi 2006-cı ildə özəl şirkətə satılmışdır. Əraziyi satın alan Tobita adlı yerli biznesmen burada toy salonu inşa etdirmişdir. == Xüsusiyyətlər == Parkın ərazisində Troya atının və Nuhun gəmisinin replikaları, məscidlər, amfiteatrlar yerləşirdi. İstanbulda yerləşən Sadberk Xanım Muzeyindən gətirilmiş eksponatlar əsasında parkda sərgilər təşkil olunurdu.
Məhəmməd mirzə Kaşifus-Səltənə
Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — İranın xarici işlər naziri. == Həyatı == Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı. Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.
Piter Kaşinq
Piter Kaşinq (ing. Peter Cushing; 26 may 1913[…] – 11 avqust 1994[…], Kenterberi, Kent qraflığı) — İngiltərə aktyoru.
Quram Kaşia
Quram Kaşia (gürc. გურამ კაშია; doğum 4 iyul 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Niderlandın "Vitess" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu. == Klub karyerası == === Dinamo Tbilisi === Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub. === Vitess === Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır. 2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır. 2011-2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.
Yosuke Kaşivaqi
Yosuke Kaşivaqi (d. 15 dekabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Çaşirdağ (Kaşirdağ) kəsilişi
Çaşirdağ (Kaşirdağ) kəsilişi - Naxçıvan qoyma çökəkliyinin cənub-şərq kənarının geoloji kəsilişində iştirak edərək Əlincəçay dərəsinin sağ sahili boyu izlənilir və tufbrekçiyalar, tuflar və andezit avtoklastitlərin növbələnməsi ilə təmsil olunan, alt miosendən orta miosenə keçid stratiqra­fik intervalında vulkanogen fasiyanın yeganə çıxışıdır. Culfa rayonu ərazisində dağ (hünd. 1491,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən eyniadlı ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 4,2 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.KAŞİRDAĞ – Culfa rayonu ərazisində Çaşırdağın yerli əhali arasında işlədilən başqa adı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2009 •••••• 0.32
2014 •••••••••••••••••••• 1.20
2015 ••••••••• 0.51
2016 ••• 0.17
2017 ••• 0.16
2018 ••• 0.15

"kaşi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kaşi nədir? #kaşi sözünün mənası #kaşi nə deməkdir? #kaşi sözünün izahı #kaşi sözünün yazılışı #kaşi necə yazılır? #kaşi sözünün düzgün yazılışı #kaşi leksik mənası #kaşi sözünün sinonimi #kaşi sözünün yaxın mənalı sözlər #kaşi sözünün əks mənası #kaşi sözünün etimologiyası #kaşi sözünün orfoqrafiyası #kaşi rusca #kaşi inglisça #kaşi fransızca #kaşi sözünün istifadəsi #sözlük