Türkistan keçiağacı
Reaumuria alternifolia (lat. Reaumuria alternifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin keçiağacı cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Cənubi Zaqafqaziyada yayılmışdır. Qafqazda, Şərqi və Mərkəzi Asiyada bitir.
== Botaniki təsviri ==
Hündürlüyü 30-50 sm-ə çatan kol bitkisidir. Budaqları çılpaq, göyümtül, ağdır. Yarpaqları növbəli, sadə, ellipsvaridən lansetvariyədək, uzunluğu 1,0-2,5 sm, eni 3-7 mm olub, bütöv, ucu bizdir. Çiçək qrupu qısa buğumlarda və ya uc budaqlarda yerləşir. Kasacığı dərin, uzunluğu 3-6 mm, eni 2,5-3,5 mm, enli, yumurtavari, ucu biz, bir az dişlidir, kənarları pərlidir. Ləçəkləri sərbəst, uzunluğu 9-13 mm, eni 3-4 (5) mm, enli-ellipsvari, əyri, bir tərəfdən kəsikli, çıxıntıları az miqdarda dalğalıdır.