kef sözü azərbaycan dilində

kef

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kef • 86.4532%
  • Kef • 11.5764%
  • KEF • 1.4778%
  • KEf • 0.4926%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Katrina Kef
Katrina Kaif — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983–cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır.Atası əslən qafqaz kökənlidir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
El-Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef elə (mahnı)
Kef elə — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Boz kefallar
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Cənubi Afrika kefalı
Cənubi Afrika kefalı (lat. Liza richardsonii) — liza cinsinə aid heyvan növü.
Fələstin keffiyəsi
Fələstin keffiyə (ərəb: كوفية‎, romanlaşdırılmış: koofiyyeh) adətən boyun və ya baş ətrafına taxılan damalı qara və ağ keffiyəhsidir.
Fələstinli keffiyeh
Fələstin keffiyə (ərəb: كوفية‎, romanlaşdırılmış: koofiyyeh) adətən boyun və ya baş ətrafına taxılan damalı qara və ağ keffiyəhsidir.
Kefal
Liza (lat. Liza) — kefallar fəsiləsinə aid balıq cinsi.
Kefalkimilər
Kefalkimilər (lat. Mugiliformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Fəsilə: Kefallar (lat.
Kefallar
Kefallar (lat. Mugilidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Keffiyə
Keffiyə (ərəb. كُوفِيَّة‎ — "Kufə şəhərindən"), bəzən (ərəb. غُترَة)‎ — qutra) — Ənənəvi Yaxın Şərq baş geyimi, adətən, pambıqdan və kvadrat şarfdan hazırlanır.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. == Xarici keçidlər == Kefir nədir?
Kefken adası
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır. Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir.
Keflavik
Keflavik (isl. Keflavík) — İslandiyanın Sudurnes regionun mərkəzi.
Kefli
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, Qızılqoç rayonunda kənd. Kefli — Basarkeçər rayonunda ləğv olunmuş kənd.
Kefli (Ağbaba)
Kefli — İrəvan quberniyasının Aleksandropol qəzasında, sonra Basar-Keçər rayonunda. indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Ermənistan SSR Ali Ssoveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilərək Kakavasar qoyulmuşdur. İkinci Qoşabulaq və Qırxbulaq da adlanmışdır. 1978-ci ildə kənd ermənicə Kanasavar adlandırılmışdır. Əsli Kavlı.
Kefli (Göyçə)
Kefli və ya İkinci Qoşabulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının Qırxbulaq, Kefli olduğu da göstərilir. Toponim Azərbaycan dilində «cüt» mənasında işlənən qoşa sözü ilə bulaq hidronimi əsasında əmələ gəlmişdir. «İkinci» fərqləndirici əlamət bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914 - cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1918-1919 - cu illərdə kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — liza cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.
Sent–Lüsiya kefalı
Sent–Lüsiya kefalı (lat. Liza luciae) — liza cinsinə aid heyvan növü. == İstinadlar == Skelton, P. 1996. Liza luciae. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 4 August 2007.
Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — kefallar fəsiləsinə aid balıq cinsi. == Yayılması == Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb.Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. == Morfoloji əlamətləri == D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur.Burun hissəsi nisbətən kütdür.Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır. Uzunluğu 40 sm-ə, kütləsi 0,8 kq-a çatır, 11 ilə qədər yaşayır. İki bel üzgəci vardır. Döş üzgəcləri hündürdə, qarın üzgəcləri onlara yaxın yerləşmişdir.
Zolaqlı kefal
Zolaqlı kefal (lat. Liza tricuspidens) — liza cinsinə aid balıq növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.93 dəfə / 1 mln.
2003 •••••••••• 1.57
2009 •••••••••••••• 2.24
2010 ••••••• 1.09
2011 •••••••• 1.20
2012 •••••••••• 1.46
2013 •••••••••••••••••••• 3.21
2014 ••••••••••••••• 2.40
2015 •••• 0.51
2016 •• 0.17
2017 •• 0.16
2018 0.15
2019 •• 0.28

kef sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Ruhi və ya səhhətcə vəziyyət; hal, əhval. Kefin necədir? Kefini soruşmaq. Bu gün kefim yaxşı deyil. – Böyükxanım Qulamxanın kefini pərt görüb danışdırmağa cürət etmirdi. M.S.Ordubadi. [Kərbəlayı Qubad:] Ağanın kefi, əhvalı necədir? Ü.Hacıbəyov. 2. Xoş əyləncə, xoş vaxt keçirmə; nəşə. Kef məclisi. Hər kəs öz kefində. – İş zamanı hamı işdə, məşq zamanı hamı məşqdə, kef zamanı hamı kefdə olardı. “Koroğlu”. …Bir elə vaxt olmayıb ki, Vəliqulu … kefə məşğul olsun. C.Məmmədquluzadə. [Məsud:] Haqdı əfəndilər: Kef vaxtında kef, iş vaxtında iş! Anlaşıldımı? H.Cavid. 3. Arzu, həvəs, istək, meyil, könül mənasında. Kefinə görə danışır. Kefi istəyən kimi hərəkət edir. – [Sadıq:] Ay arvad, səni çöldən tapmamışam, hara kefindir aparım. Mir Cəlal. [Usta Qəzənfər:] Kefin nə vaxt istəsə, buyur gəl. Z.Xəlil. 4. Kefidir (kefimdir) şəklində dan. zar. – bəxti (bəxtim) gətirib, işi (işim) düzəlib. Dövlətli qoca kişilərin kefidir, ha! C.Məmmədquluzadə. ◊ Kef etmək (eləmək) – bax kef(ini) çəkmək. Ala gözlüm, səndən ayrı düşəli; Hicranın qəmiylə kef eyləmişəm. Aşıq Ələsgər. [Bəhram:] Bu gün yerindədir nəşəm; Yaman olmaz bir kef etsəm. A.Şaiq. Kef havasına – özü istədiyi kimi, öz kefi ilə. Qərəz bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və buna görə nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək filan-heç biri mümkün olmur. Ü.Hacıbəyov. Kef vermək – ləzzət vermək, nəşələndirmək, şənləndirmək, əyləndirmək. [Sevdim:] Aşıq, bu gecə bizə gərək elə kef verəsən ki, bir il dadı damağımızdan getməyə. Ə.Vəliyev. [Xan:] [Burlaxatunu] gətirin gəlin, bizə şərab paylasın, kef versin! M.Rzaquluzadə. Kef yeri köhn. – kef çəkmək, nəşələnmək üçün xüsusi yer, bina və s.; ümumxana. Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. M.S.Ordubadi. Kef(in)dən qoymaq (eləmək) – nəşədən, büsatdan, səfadan məhrum etmək, nəşəsini pozmaq. Kef(ini) çəkmək – şənlənmək, zövq almaq, vaxtını xoş, nəşə ilə keçirmək. Aparıb ver şərabə, nuş eylə; Məst olub, kef çəkib, xüruş eylə. S.Ə.Şirvani. [Barat Şərifə:] Mən? Mən [Almazın] yanında kef çəkmişəm? C.Cabbarlı. Kef(ini) sürmək – kef çəkmək, kefdə olmaq, kefə baxmaq. Ovucovuc pulları alıb doldurur cibinə, kefini sürür. S.Rəhman. [Əliş:] Mən axmaq deyiləm, gələm yer əkəm; Bəylər kef sürələr, mən zəhmət çəkəm. Z.Xəlil. Kefdə olmaq – bax kef(ini) çəkmək. Zərnigar baxıb gördüm ki, bağbanın oğlu Murquz bunun bağında bir qıznan kefdədi. (Nağıl). Kefdən düşmək – bax kefi pozulmaq. Kefə baxmaq – vaxtını kefdə keçirmək, əylənmək. Əyləndim, baxdım kefə; Gürcülərin toyunda. Ə.Cavad. Olmazmı bir maşında gedib düşək bir evə; Gəzək restoranları, baxaq bir yerdə kefə! S.Rüstəm. Kefə batmaq – kef içində olmaq, kef çəkmək. Kefi açılmaq – şadlanmaq, könlü açılmaq, fikri dağılmaq, əhvalı yaxşılaşmaq. Hovuza girən qaşqabaqlı çıxmazdı, qəmgin adam da oraya girsəydi, kefi açılardı. Çəmənzəminli. [Gülpəri Nurəddinə:] Dərslərin qurtarandan sonra da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın. S.S.Axundov. Kefi ala dağda olmaq – bax kefi kök olmaq. Firidun dörd ildir nər kimi vuruşur, bu saat onun kefi ala dağdadır. M.Hüseyn. Kefi duru olmaq – bax kefi durulmaq. Kefi durulmaq – 1) bax kefi açılmaq. Kefin durulanda, könlün olanda; Bizə gələn ayaqların var olsun. Xəstə Qasım. …Dalğaların ağ köpükləri çoxalanda elə bil onun kefi durulub könlü açılır. M.Hüseyn; 2) keflənmək, nəşələnmək (içkidən). Məclis quruldu, keflər duruldu; Saqi dolandı, ruh təzələndi. “Koroğlu”. [Əliş Əzizə:] İştahan çəkirsə, mən ölüm, bir vur; Vuranda adamın kefi durulur. Z.Xəlil. Kefi gəlmək – birdənbirə həvəsə gəlmək, əhvalı yaxşılaşmaq. Keçən gün bazarda bir karvansaranın qabağında bir rəfiqimlə söhbət etdikdə birdən kefim gəldi, başladım bu misranı oxumağa. N.Vəzirov. Kefi istəmək – arzulamaq, arzusunda olmaq. …Xudayar bəyin əlində yekə dəyənək var, nə vaxt kefi istəyir qaldırır, nə vaxt kefi istəyir endirir. C.Məmmədquluzadə. Kefi istəyəndə – istədiyi vaxt, ürəyi istəyəndə. Kefi kök (kefi kök, damağı çağ) olmaq – şad, nəşəli, sevinc içərisində olmaq, əhvali-ruhiyyəsi yaxşı olmaq, dərdi-qəmi olmamaq. [Məşədi İbad:] Sənin dövlətindən kefim çox kökdür. Ü.Hacıbəyov. Bu gün Əsgər ağanın kefi kök idi, heç bir təzə [vergi] icad eləmək fikrində deyildi. S.Rəhman. Kefi kök olanda aşıq, şübhəsiz; Ya nişandan gəlir, ya toydan gəlir. H.Arif. Kefi kökəlmək – bax kefi açılmaq. Əlimərdan evinə gəldi, yedi, içdi, kefi kökəldi. (Nağıl). [Musanın nəvəsi ilə atasının dostunun] kefləri kökəldi. Qantəmir. Kefi qalxmaq – bax kefi kökəlmək. Kefi qalxdı, fikri duruldu, öz-özünə səbəbsiz yerə gülməyə başladı. S.Rəhman. Kefi qarışmaq (qarışıq olmaq) – bax kefi pozulmaq. Günlərin bir günü Ülkər Kövkəb xanımla kefdə idi. Birdən-birə onun kefi qarışdı. (Nağıl). Bəbir bəyin də kefi qarışıq idi. Mir Cəlal. Kefi olmamaq – 1) əhvalı yerində olmamaq. Adamın kefi olmayanda da şəkil çəkdirməyə gələr? S.Vəliyev; 2) özünü xəstə kimi hiss etmək, balaca xəstə olmaq. Uşağın kefi yoxdur. Kefi özündə olmamaq – 1) özünü yaxşı hiss etməmək; 2) əhvalı pozğun olmaq. …Kefi özündə olmadığını, nə isə, çox gərgin düşündüyünü Şəmsiyyə [Hikmət İsfahaninin] simasından bildi. M.İbrahimov. Kefi pozulmaq – ovqatı təlx olmaq, pərt olmaq, nəşəsi qaçmaq. Həkimülmülk pis bir vəziyyətə düşdü. “Yox” desə, Hikmət İsfahaninin kefi pozulacaq və bəlkə, tərsliyə salıb, Mazəndəran malikanəsini verməyə razı olmayacaqdı. M.İbrahimov. Kefi saz (kefi saz, damağı çağ) olmaq – bax kefi kök (kefi kök, damağı çağ) olmaq. Ellərin kefi sazdır; Bu yaz bir başqa yazdır. M.Müşfiq. Əhmədin kefi saz, damağı çağdır. Mir Cəlal. Kefi sazalmaq – bax kefi kökəlmək. Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazaldı? Mir Cəlal. Kefi yerində olmaq – normal vəziyyətdə olmaq. Kefi yuxarı olmaq – bax kefi kök olmaq. [Qaçay:] Bu gur işıq o deməkdir ki, Mahmud evdədir və kefi çox yuxarıdır. Z.Xəlil. Kefimin o vaxtı deyil – vəziyyətim, halım, əhvalım yaxşı deyil. [Odabaşı Xudayar bəyə:] A kişi, sən Allah, zarafat eləmə. Mənim kefimin o vaxtı deyil. C.Məmmədquluzadə. Kefindən qalmamaq – daim kef, nəşə içərisində yaşamaq. Kərim baba heç bir şeyə əhəmiyyət verməyib, nəşəsindən, kefindən qalmazdı. A.Şaiq. O ki özü, dünyanın; Bir kefindən qalmayıb. N.Rəfibəyli. Kefinə bax – necə istəyirsən, özün bil. Öz kefinə bax, kişi, dad ver, dad al! Qoy babalın boynuma, get, arvad al! M.Ə.Sabir. Kefinə buraxmaq – özbaşına buraxmaq, istədiyi kimi hərəkət etməyə imkan vermək. [Qızıl Arslan:] Lakin bu dəfə sizi əvvəlki kefinizə buraxmayacağam. M.S.Ordubadi. Kefinə dəymək – ürəyini sındırmaq, ürəyinə dəymək. Qəssab Alı fikirləşdi ki, [Koroğlu] belə danışır, bunun kefinə dəyib, Eyvazı əlindən almaq heç kişilikdən deyil. “Koroğlu”. Kefinə dəymə, söyə ya sənə, ya qardaşına. M.Ə.Sabir. [Tükəzban xala:] Cavandır, kefinə dəymə… Şəhər yerinin adəti budur. Qantəmir. Kefinə soğan doğramaq – qanını qaraltmaq, nəşəsini qaçırmaq, dilxor etmək. [Miri:] …Canım, kefimizə soğan doğrama! M.Hüseyn. Yavərin oynaq gözlərində bir ocağın nuru var, üzündə bir dünyanın sevinci var – bu anında onun kefinə soğan doğramaq insafdan, kişilikdən deyil. İ.Məlikzadə. Kefinə toxunmaq – bax kefinə dəymək. Bu söz … Molla Məmmədəlinin kefinə toxundu. S.Rəhman. Kefinə yatmaq (gəlmək) – xoşuna gəlmək, ürəyindən xəbər vermək. Kefini açmaq – fikrini, qəmini, kədərini, dərdini dağıtmaq; nəşələndirmək. Aşığı görəndə Mahmud bəy çox sevindi ki, bunu bir az oxutdurub kefini açsın. “Qurbani”. Əlisa, hirslənmiş ağsaqqal həkimin kefini açmağa çalışdı. S.Rəhimov. Kefini durultmaq – bax kefini açmaq. Kefini kök eləmək (saxlamaq) – 1) nəşələndirmək, ruhlandırmaq, şadlandırmaq. [Çoban:] Oğlan, əhvalatdan mən də indi xəbərdar oldum… Pəri cadunun yanında öz kefini kök saxla. Ə.Haqverdiyev; 2) kefini kök elə! (et!) şəklində – təskinlik məqamında və ya kinayə ilə “darıxma, fikir etmə” mənasında. Kefini qarışdırmaq – bax kefini pozmaq. Əgər xəbər alsan Molla Səfini; Doğrudürüst qarışdırıb kefini. Q.Zakir. Kefini pozmaq – əhvalını pozmaq, kədərləndirmək, qanını qaraltmaq, nəşəsini dağıtmaq. Kefini heç pozma, Vətən qardaşı; Əzilər dediyin ilanın başı. S.Vurğun. Havanın pozulması Zərrintac xanımın da kefini pozdu. S.Rəhimov. Nə kefdəsən? – birisinin əhvalının, səhhətinin, güzəranının necə keçdiyini soruşarkən işlədilən ifadə. Cümşüd bəy dedi: – Salaməleyküm, qonşu, nə kefdəsən? E.Sultanov. Öz kefində olmaq (gəzmək) – başı kefə qarışmaq, kefdə olmaq. Quşlar öz keflərində idilər. A.Divanbəyoğlu. Hərə öz kefində idi. S.Rəhman. Xanımlar öz keflərində idilər, gülmək, danışmaq öz qaydası ilə davam edirdi. Ə.Vəliyev. Öz kefinə – 1) istədiyi kimi, özü bildiyi kimi; 2) nəşə ilə, nəşələnə-nəşələnə, şənlənə-şənlənə. Cavan, eşşəyin noxtasını boşlayıb, onu özbaşına buraxdı, eşşək harın yorğa yerişlə öz kefinə gedirdi… E.Sultanov. Öz başlarına buraxılmış atlar öz kefləri ilə addımlayırdılar. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / kef

kef sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 nəşə — ləzzət — zövq

    Azərbaycan dilinin sinonimlər lüğəti / kef
  • 3 həvəs — meyl — könül

    Azərbaycan dilinin sinonimlər lüğəti / kef
  • 4 1. KEF (xoş əyləncə) Yay zamanı İsa bulağında kef üstündən qayıdanlardan qorunmaq çətin işdir (B.Bayramov); CÜNBÜŞ (kl.əd.) Bu sönüklük içində bir şuriş; Qarışıq bir gurultu, bir cünbiş (A.Şaiq); DAMAQ [Şahmar bəy:] Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol! (S.S.Axundov); EYŞ Dövlətliləriz, məqsədimiz eyşü səfadır; Mehmanlarımız büsbütün ərbabi-qinadır (M.Ə.Sabir); EYŞ-İŞRƏT Əkbər ticarəti eldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi (Ə.Haqverdiyev); İŞRƏT Bir evdə işrət var, bir evdə qumar; Bir evdə göz yaşı, bir evdə qubar (M.Rahim); KEF-DAMAQ Hasara alınmış bu boş qəbirin; Ölüsü bəlkə do kef-damaqdadır (N.Kəsəmənli); NƏŞƏ Qəlbimizi yarpaq-yarpaq açan qızılgül kimi; Həyat dolsun, nəşə dolsun bu səmimi ocağa (S.Rüstəm); ZÖVQ Çalın, oxuyun! Biz də uzaqdan zövqünüzdə iştirak edərik (H.Cavid); ZÖVQ-SƏFA Kərəm: Gəl sürək dünyanın zövqsəfasını (“Əsli Kərəm”). 2. KEF, ARZU, HƏVƏS, MEYİL 3. kef bax əhval

    Azərbaycan dilinin sinonimlər lüğəti / kef

kef sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 KEF – KƏDƏR Kef məclisini qoyaq sonraya (A.Şaiq); Gəlməsin üstümüzə dalğası dərdin, kədərin (S.Rüstəm). KEF – QƏM Görünür, ikiymiş dünyada vətən; Biri zalımların kef yuvasıdır; Biri məzlumların qəm havasıdır (S.Vurğun).

    Azərbaycan dilinin antonimlər lüğəti / kef

kef sözünün rus dilinə tərcüməsi

  • 1 1. настроение, расположение духа, самочувствие, здоровье; 2. удовольствие, блаженство; 3. кутеж, пикник, оргия, гульба;

    Azərbaycanca-rusca lüğət / kef
  • 2 сущ. 1. самочувствие (общее физическое и нравственное состояние человека). Kefiniz necədir? Как ваше самочувствие? Kefini soruşmaq спрашивать о самочувствии 2. настроение (душевное состояние). Sənin kefin yaxşıdır у тебя настроение хорошее, onun keyi yoxdur у него нет настроения, kefini qaldırmaq поднять настроение 3. кайф; кейф (приятное безделье, отдых) II прил. разг. шутл. в форме kefimdir, kefindir, kefidir везет кому-л. Onun kefidir ему везёт, mənim kefimdir мне повезло ◊ kef vermək kimə доставлять удовольствие кому; kef etmək, eləmək кайфовать; кейфовать, наслаждаться, кутить, веселиться; kef(-ini) çəkmək см. kef etmək; kef(-ini) sürmək кейфовать, блаженствовать, наслаждаться; kefdən düşmək лишиться хорошего настроения, расстроиться; kefə batmaq предаваться наслаждениям, kefə baxmaq развлекаться, забавляться, пировать, срывать цвета удовольствия: kefi ayazıyanda когда отрезвится, когда освободится от кейфа; kefi açılmaq воспрянуть духом, повеселеть; kefi qalxmaq см. kefi açılmaq; kefi qalxanda по настроению; kefi qarışmaq, qarışıq olmaq см. kefi pozulmaq; kefi durulmaq, kefi duru olmaq: 1. воспрянуть духом, повеселеть; 2. зашибить, раздавить муху (быть во хмелю, опьянеть); kefi doxsan doqquz vurmaq быть на верху блаженства; kefi istəmək желать, пожелать, хотеть, захотеть себе; kefi istəyəndə когда захочется; kefi(-n) istəyən qədər сколько душе угодно, сколько хочешь, хоть завались; kefi istəyən kimi etmək делать как хочется; kefi yuxarı olmaq быть в хорошем настроении; kefi kök olmaq: 1. быть в хорошем настроении; 2. жить в достатке, в довольстве; kefi kök, damağı çaq olmaq жить не тужить; kefi kökəlmək воспрянуть духом, повеселеть; kefini kök elə не думай, не унывай! держи хвост трубой, пистолетом (употребляется при утешении, успокоении кого-л.); kefi gəlib поднялось настроение; kefi olmamaq: 1. быть не в духе, не в настроении; 2. нездоровиться кому; kefi pozulmaq испортиться настроению чьему; расстроиться; kefi saz olmaq быть на седьмом небе, на верху блаженства, в хорошем настроении; kefi üştürüngü vurmaq быть в приподнятом расположении духа (настроении), быть на верху блаженства; kefi çırtıq çalmaq см. kefi üştürüngü vurmaq; kefimin o vaxtı deyil мне сейчай не до этого, я сейчас не в настроении; kefindən qoymaq, eləmək kimi испортить настроение кому, мешать удовольствию; (öz) kefinə bax как (тебе) угодно, как хочешь; kefinə dəymək (toxunmaq) kimin задевать, задеть; обижать, обидеть кого; kefinə yatmaq (gəlmək) быть по душе; kefinə soğan doğramaq kimin испортить всю музыку, всю обедню, настроение кому; kefini açmaq kimin развеселить, рассеять скуку; kefini qarışdırmaq kimin см. kefini pozmaq; kefini durultmaq kimin см. kefini açmaq; kefini pozmaq kimin испортить настроение кому, расстроить кого; kefin yaxşı olsun желаю тебе хорошего самочувствия (ответное выражение на вопрос “kefin necədir?” – “как самочувствие?”)

    Azərbaycanca-rusca lüğət / kef

kef sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. (ovqat) humour, mood, spirits, frame of mind; fig; ~i kök in good fig; ~i aşağı olmaq to be* in low spirits / out of humour; 2. (hal, əhval) health, state of health; Xəstənin kefi necədir? How is the patient’s health? In what state of health is the patient? (Öz) kefin necədir? How are you? 3. (həzz, nəşə) pleasure, delight, sweet bliss; (sərxoşluq nəşəsi) kef, keef; 4. (eyş-işrət məclisində əylənmə) carouse, carousal, revel(s), racket, orgy, bacchanalia, drinking bout; d.d. burst; amer. (jarqon.) bat; ~ə qurşanmaq to go* on the racket, to go* on a bat; 5. (istək, şıltaq) whim, whimsy; sweet will; ~i qalxanda / istəyəndə when she / he is in a whimsical mood; öz ~inə at one’s own sweet will; ~ vermək 1) (zövq vermək) to give* pleasure (i.), to delight (d.); 2) (əyləndirmək) to amuse (d.), to give* joy (i.); to divert (d.), to entertain (d.); ~ eləmək 1) (əylənmək) to divert oneself; to have* lovely merrymaking / floric / merriment; 2) (kef məclisində əylənmək) to carouse, to revel (in), to spree, to go* on the spree; to have* an orgy; d.d. to go* on the burst; amer. (həmç.) to go* on a bat; 3) (firavan yaşamaq) to be* in bliss; to luxurate (in, on) ~də olmaq to be* on the spree, to have* a spree; Əcəb kefdir! What a spree! ~ə qurşanmaq to engage in a carousal, to go* on the spree, to go* on a bat; ~ə getmək to go* out on a spree; ~i aşağı olmaq to be* in low spirits / out of humour, to be* out of sorts d.d.; to be* a cup too low idiom.; ~i açılmaq / durulmaq / kökəlmək to cheer up, to become* cheerful / merry; ~i qarışmaq: 1) to lose* one’s good spirits; 2) to take* a turn for the worse, to become* / to grow* worse (about smb’s health); Xəstənin kefi qarışıb The patient’s health has taken a turn for the worse; ~i istəmək to wish, to want, to desire; Kefi istəyəndə gedə bilər He may go whenever he wants to; ~i istəyən qədər to one’s heart’s content; ~ yuxarı olmaq: 1) to be* in high spirits / high-spirited / in whimsical mood; to be* in good fig; 2) (sərxoş olmaq) to be* (a little) tipsy; to be* in one’s cup idiom.; ~i kök / saz olmaq 1) to be* in high spirits / in whimsical mood, to be* in good fig; 2) (güzaranı yaxşı olmaq) to be* well-to do / prosperous / well-off; to be* well-heeled idiom.; ~i kök olmaq to live in plenty; ~i olmamaq: 1) to be* out of humour / in low spirits; 2) (özünü xəstə hiss etmək) to feel* ill; ~i pozulmaq / korlanmaq to lose* one’s good spirits, to be* dispirited / crestfallen / dejected; Onun kefi pozuldu His / Her spirits drooped; Kefim yoxdur: 1) I feel ill / bad; 2) I have no mood (for); Kefin necə istəyir As you like / wish; It is up to you; Öz kefinə bax As you like / wish; It is up to you; bir kəsin ~inə dəymək / toxunmaq to offend smb., to hurt* / to wound smb’s feelings; öz ~ inə at one’s sweet will / pleasure / wish; ~inə yatmaq to like (d.), to please (d.); Bu onun kefinə yatmır It doesn’t please him / her; ◊ ~ inə soğan doğramaq to upset* (d.), to dispirit (d.); ~ini açmaq: 1) (özünün) to amuse oneself; 2) (başqasının) to amuse smb.; to exhilarate (d.); to put* smb. in good spirits, to keep* up smb’s spirits; ~ini korlamaq / pozmaq to upset* (d.), to dispirit (d.), to deject (d.), to make* smb. sad II. s.: ~ əhli merrymaking people; ~ məclisi drunken revelry, a jovial feast, spree, wild merry making; ~ məclisi qurmaq to have* drinking-bout / an orgy / a revelry

    Azərbaycanca-ingiliscə lüğət / kef

kef sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. 1) humeur f ; disposition f ; ~i kök de bonne humeur ; ~i aşağı de mauvaise humeur ; 2) santé f, état m de santé ; xəstənin ~i necədir? comment va le malade? ~in necədir? comment ça va?, comment va la santé? ; 3) plaisir m, amusement m, divertissement m ; félicité f, béatitude f ; 4) orgie f ; ripaille f ; gueuleton m, débauche f ; bamboche f ; ~ə qurşanmaq mener une vie déréglée, bambocher, ripailler ; 5) caprice m, fantaisie f ; lubie f ; öz ~inə à son aise, à souhait ; ~ vermək a) faire plaisir ; b) amuser vt, distraire vt, divertir vt ; ~ eləmək a) amuser (s’), distraire (se) ; b) ripailler vi, bambocher vi ; faire bombance, faire la nouba ; c) vivre dans l’aisance ; vivre abondamment ; mettre la poule au pot (dan) ; əcəb kefdir! quelle bamboche! ~i aşağı olmaq avoir son bonnet de travers ; être de mauvaise humeur ; ~i açılmaq égayer (s’), devenir vi (ê) gai, -e ; (dan) ; ~i qarışmaq: a) perdre sa belle humeur, chagriner (se) ; être affligé, -e, être affecté, -e ; tomber vi (ê) en désarroi ; b) ruiner (se) ; ~i istəyən qədər à bouche que veut-il ; à volonté ; ~ yuxarı olmaq: a) être de bonne humeur ; b) griser (se), être ivre ; öz ~inə à son aise, à son plaisir ◊ ~inə soğan doğramaq faire perdre à qn sa belle humeur ; affliger vt, chagriner vt ; 2) sif. ~ əhli gens m pl noceurs ; ~ məclisi festin m, régal m ; ~ məclisi qurmaq faire une orgie ; faire la nouba

    Azərbaycanca-fransızca lüğət / kef

kef sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кеф (1. кефи, гьал, везият, агьвал; 2. кеф авай, кеф чӀугвадай, вахт шаддаказ акъуддай, кефдин, кеф-кефиятдин (мес. межлис); 3. рикӀ, мурад, гьевес); ** kef etmək (eləmək) кил. kef(ini) çəkmək; kef havasına вичиз кӀанивал, вичин кефиниз (рикӀиз) кӀандайвал; kef vermək кеф гун, лезет гун, шадарун; kef yeri куьгьн. кеф чӀугвадай чка, кӀвал ва мс.; kef(in)dən qoymaq (eləmək) кефинивай авун (тун, магьрум авун), кефияр чӀурун; kef(ini) çəkmək кеф чӀугун, лезет къачун, шад хьун, вахт шаддаказ акъудун; kef(ini) sürmək кеф чӀугун, кефина хьун; kefdə olmaq кефина хьун, кеф-кефиятда хьун (кил. kef(ini) çəkmək); kefdən düşmək кил. kefi pozulmaq; kefə baxmaq кефер чӀугун, кеф чӀугваз вахт акъудун; kefə batmaq кефина хьун, кеф чӀугун; kefi açılmaq кефияр ахъа хьун, рикӀ шад хьун, рикӀ ахъа хьун, кефияр къумбар хьун, агьвал хъсан хьун; kefi ala dağda olmaq кил. kefi kök olmaq; kefi duru olmaq кил. kefi durulmaq; kefi durulmaq а) кил. kefi açılmaq; б) кефияр къумбар хьун, кефлу хьун (хъуникди); kefi gəlmək кефина акьун, гьевесда гьатун, агьвал хъсан хьун; kefi istəmək кефиниз кӀан хьун, кефина акьун, рикӀиз кӀан хьун; kefi istəyəndə кефиниз (рикӀиз) кӀан хьайила, кефина акьурла, рикӀиз кӀани вахтунда; kefi kök (kefi kök, damağı çağ) olmaq кефияр къумбар (куьк, саз) хьун, рикӀ шад хьун, гьалар хъсан хьун, дерт-гъам тахьун; kefi kökəlmək кил. kefi açılmaq; kefi qalxmaq кил. kefi kökəlmək; kefi qarışmaq (qarışıq olmaq) кил. kefi pozulmaq; kefi olmamaq кефияр тахьун а) гьалар хъсан тахьун; б) вичи-вич азарлу хьиз гьисс авун, са тӀимил нахуш хьун; kefi pozulmaq кефияр чӀур хьун, рикӀ чӀулав хьун, перт хьун; kefi saz (kefi saz, damağı çağ) olmaq кил. kefi kök (kefi kök, damağı çağ) olmaq; kefi sazalmaq кил. kefi kökəlmək; kefi yerində olmaq кефияр чкадал хьун, кефияр вичин къайдада хьун; kefi yuxarı olmaq кил. kefi kök olmaq; kefindən qalmamaq кефинивай акъваз тавун, гьамиша кефина хьун, кефина яшамиш хьун; kefinə bax (жуван) кефиниз килиг, жуваз кӀанивал ая, гьикӀ ийидатӀа ваз чида; kefinə dəymək кефиник (рикӀик) хкӀун, кефи хун, рикӀ хун; kefinə soğan doğramaq кефияр чӀурун, кефи хун, иви чӀулаварун; kefinə toxunmaq кил. kefinə dəymək; kefini açmaq кефияр ахъаюн, рикӀ аладарун, рикӀ шадарун, фикир (дерт, гъам) алудун; kefini durultmaq кил. kefini açmaq; kefini kök eləmək (saxlamaq) кефияр къумбар авун; руьгь кутун, рикӀ шадарун; kefini qarışdırmaq кил. kefini pozmaq; kefini pozmaq кефияр чӀурун, гьалар чӀурун, иви чӀулаварун, гъамлу авун; öz kefində olmaq (gəzmək) вичин кефина хьун, кьил кефиник акахьун, кефина хьун; öz kefinə а) вичиз кӀанивал, вичиз чидайвал; б) вичин кефиналди, шад яз, кефияр къумбар яз.

    Azərbaycanca-ləzgicə lüğəti / kef

kef sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) vəziyyət, ab-hava, məzac; 2) bax keyf.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kef" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kef nədir? #kef sözünün mənası #kef nə deməkdir? #kef sözünün izahı #kef sözünün yazılışı #kef necə yazılır? #kef sözünün düzgün yazılışı #kef leksik mənası #kef sözünün sinonimi #kef sözünün yaxın mənalı sözlər #kef sözünün əks mənası #kef sözünün etimologiyası #kef sözünün orfoqrafiyası #kef rusca #kef inglisça #kef fransızca #kef sözünün istifadəsi #sözlük