Kemp sözü azərbaycan dilində

Kemp

Yazılış

  • Kemp • 93.6842%
  • kemp • 6.3158%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kemp Torpağı
Kemp Torpağı — Kemp dənizi sahili boyunca uzanan ərazi. == Ədəbiyyat == William J. Mills: Exploring Polar Frontiers: A Historical Encyclopedia. ABC-Clio, Santa Barbara 2003, S. 342, ISBN 978-1-57607-422-0.
Kemp sahili
Kemp sahili (ing. Kemp Coast) — Antarktidanın şərqində, Enderbi Torpağıında, 56°25' və 59°34' şərq uzunluqları arasında yerləşir. Kemp sahilini Birlik dənizinin suları yuyur. Sahilin böyük qismini materik buzlağı örtmüşdür. Burada iri buzlaq sıldırımları əmələ gətirmişdir. Sahil ilk dəfə 1833-cü ildə ingilis dəniz zabiti, «Maqnet» gəmisinin kapitanı Piter Kemp tərəfindən kəşf edilmişdir. Bir müddət sonra onun şərəfinə adlandırılmışdır.
Kemp-Devid müqaviləsi
Kemp-Devid müqaviləsi, Misir prezidenti Ənvər Sadat ilə, İsrail prezidenti Menaxem Begin arasında, 12 gün davam edən gizli danışıqların ardından Kemp-Deviddə 17 sentyabr, 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilədir. Bu müqavilə ilə ilk dəfə bir Ərəb ölkəsi İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul etmişdir. Müqavilə 6 ay sonra (26 mart, 1979) imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edirdi. Buna görə İsrail hərbi qüvvələrini Sinay yarımadasından çəkəcək və Misir ilə diplomatik əlaqələrini normallaşdıracaqdı. Diplomatik əlaqələr 1980-ci ildə normala döndü. İsrailin ümid etdiyindən az olsa da, ticari əlaqələr oldu. Mart, 1980-ci ildə havayolu ilə nəqliyyat əlaqələri başlandı. Misir İsrailə neft satmağa başladı. Bu müqavilə ilə İsrail tərəfindən Altı gün Müharibəsində ələ keçirilən Sinay yarımadası Misirə geri verildi. Sülh cəhdlərinin nəticəsi olaraq Menaxem Begin və Ənvər Sədat, 1978-ci il Nobel Sülh Mükafatını qazandılar.
Kinq Kemp Jillet
Kinq Kemp Jillet (ing. King Camp Gillette, 5 yanvar 1855-ci il, Fon-dyu-Lak, Viskonsin — 9 iyul 1932-ci il Los-Ancels yaxınlıında) — amerika ixtiraçısı, The Gillette Company şirkətinin yaradıcısı. "Gillette" markalı populyar üzqırxanın ixtiraçısı Kinq Kamp Cillett ömrü boyu ixtira etmək həvəsində olmuşdu. İxtirayaqədərki müddətdə müxtəlif firmalarda satıcı işləyən 40 yaşlı Cillett günlərin birində üzünü qırxarkən bu işi daha təşlükəsiz etmək üçün sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir. 6 il sonra özünə şərik tapan Cillett ixtirasını reallaşdırmaq üçün çalışır, həmin ildə `The Gillette Company` şirkətinin əsasını qoyur. O, 15 noyabr 1904-cü ildə öz ixtirasını patentləşdirir. Alətin əsas özəlliyi əvvəlkilərdən fərqli olaraq daha təhlükəsiz olmasıydı. İlk ildə 168 alət və 51 ülgüc dəsti, ikinci ildə isə 90.000 alət və 123.000 ülgüc dəsti istehsal edilir. 2 il ərzində milyoner olan Cillett şirkətini daha da böyütdürərək ayrı-ayrı ştatlarda korporasiyalar açdırır. I Dünya Müharibəsi zamanı müharibəyə qoşulan ABŞ dövləti ordusunun əsgərlərini təmin etmək üçün 1917-ci ildə Cillettin zavoduna 36 milyonluq alət dəsti sifariş verir.
Freyzer Kemp
Fraser Kemp (1 sentyabr 1958-ci ildə anadan olub) 1997-2010- cu illərdə Houghton və Vaşinqton Şərqi üçün Parlament üzvü (MP) olmuş və əvvəllər İşçi Partiyasının tam ştatlı əməkdaşı olan Britaniya İşçi Partiyasının siyasətçisidir. == Təhsil və karyera dövrləri == Vaşinqton, Tyne and Wear- da Biddick İbtidai Məktəbində və Vaşinqton Məktəbində oxuyub. Kemp 1975-ci ildə dövlət qulluğunda işə başlayıb və Mülki və İctimai Xidmətlər Assosiasiyasında və İşçi Partiyasının Dördüncü Maddə fraksiyasında fəal olub. 1981-ci ildə Leyboristlər Partiyasında tam ştatlı işləməyə başladı. Leicesterdə partiya təşkilatçısı təyin edildi,1984-cü ilə qədər o, 1986-cı ildə West Midlands-da Regional Təşkilatçı təyin edilməzdən əvvəl Şərqi Midlenddə Regional Təşkilatçı köməkçisi idi. O, 1990-cı ildə Mid Staffordshire təkrar seçkilərində Leyboristlər Partiyasına tarixin ən böyük iki dəyişməsinə cavabdeh olan seçki agenti kimi məşhurlaşdı,əsasən Anket Vergisi məsələsində mübarizə apardı və daha da böyük yelləncək oldu.Tony Blair Leyboristlər Partiyasının lideri olduqdan çox keçmədən,1994-cü ildə Dadli Uest aralıq seçkiləri . Kemp daha sonra Londonda,Millbank Tower-də partiya qərargahına göndərildi və 1994-cü ildə Baş Seçki Koordinatoru oldu. O,1996-cı ildə böyüdüyü seçki dairəsi Houghton və Vaşinqton İst üçün Leyborist namizədi seçilənə qədər bu vəzifəni tutdu. 2001-ci ildə Kemp,i The Chair viktorina şousunun aparıcısı olmaq üçün uğursuz sınaqdan keçdi. == Parlament karyerası == 2001-ci ildə Kemp Hökumət *Qamçısının Ofisinə kiçik "qamçı kimi təyin edildi,lakin 2004-cü ildə onun himayəsi altında olan Tom Watson ilə birlikdə Leyboristlərin Liberal Demokratlar üzərində Birmingem Hodge Hill və Hartlepool üzərindəki qələbələrini planlaşdıraraq əlavə seçki xidmətinə geri çağırıldı.Kemp, 2010-cu il ümumi seçkilərində,dairəsi sərhəd dəyişikliklərində yoxa çıxanda təqaüdə çıxdı.
Terens Kemp Makkenna
Terens Kemp Makkenna (ing. Terence Kemp McKenna; 16 noyabr 1946 – 3 aprel 2000, San-Rafel[d], Kaliforniya) — Amerikalı müəllif, filosof, etnobotanist, mistik, psixonavt, müəllim və təbii olaraq meydana gələn psixhedel bitkilərinin məsuliyyətli istifadəsinin tərəfdarı və öz sözləri ilə anarxist və skeptik.
Acacia kempeana
Acacia kempeana (lat. Acacia kempeana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
Bakı “Kempinski Hotel-Badamdar” kompleksi
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi - Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Boy Kemper
Boy Kemper (21 iyun 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Kemper Volendam akademiyası vasitəsilə inkişaf etmişdir. 24 mart 2016-cı ildə o, Ayaks klubu ilə müqavilə imzalamışdır. Kemper öz peşəkar karyerasında debütünü 18 avqust 2017-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == 18 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Bulbophyllum kempfii
Bulbophyllum kempfii (lat. Bulbophyllum kempfii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum kempterianum
Bulbophyllum cylindrobulbum (lat. Bulbophyllum cylindrobulbum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cylindrobulbum növü Papuasiya, Yeni Kaledoniya ərazilərində yayılmışdır. == Sinonim == Bulbophyllum acutibrachium J.J.Sm. Bulbophyllum angiense J.J.Sm. Bulbophyllum constrictilabre J.J.Sm. Bulbophyllum cordilabrum P.Royen Bulbophyllum disjunctibulbum J.J.Sm. Bulbophyllum equivestigium Gilli Bulbophyllum ferruginescens Schltr. Bulbophyllum govidjoae Schltr. Bulbophyllum imitans Schltr.
Ceyn Kempion
Ceyn Kempion (30 aprel 1954 Wellington, Yeni Zelandiya) Oscar mükafatı sahibi film rejissoru və senaristi.The Piano filmi ilə Ən Yaxşı Xüsusi Ssenari Akademiya Mükafatını almış və Ən Yaxşı Rejissor Akademiya Mükafatına namizəd göstərilmişdir. Lina Wertmuller, Sofia Coppola və Kathryn Bigelow ilə birlikdə bu mükafata namizəd göstərilən dörd qadından biridir. The Piano ilə Cannes Film Festivalında ən yaxşı filmə verilən Qızıl Palmiye'yi almışdır. 2007 Venesiya Film Festivalı münsif üzvlərindən biridir. == Filmoqrafiya == Sweetie (1989) An Angel at My Table (1990) The Piano (1993) The Portrait of a Lady (1996) Holy Smoke!
Con Kemps
Con Kemps (ing. John Kamps) - ABŞ ssenaristi və aktyorudur.
Ella Orr Kempell
Ella Orr Kempell (ing. Ella Orr Campbell; 28 oktyabr 1910, Danidin – 24 iyul 2003) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Ella Orr Kempell yosunlar və mamırlar üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1936 — The embryo and stelar development of Histiopteris incisa (первая опубликованная работа Кэмпбелл) 1954 — Agricultural Botany (в соавторстве с Дж. С. Йейтсом; книга переиздавалась в 1960, 1968 и 1997 годах) Mycorrhizal associations of New Zealand's achlorophyllous mycotrophic terrestrial orchids, Gastrodia cunninghamii, G. aff. sesamoides, G. minor, Molloybas cryptanthus and Danhatchia australis (работа получила широкое международное признание) == Şərəfinə adlandırılmış taksonlar == == İstinadlar == == Xarici keçidlər == Элла Орр Кэмпбелл (ing.) plants.jstor.org syatında.
Engelbert Kempfer
Engelbert Kempfer (alm. Engelbert Kaempfer‎; 16 sentyabr 1651[…] – 2 noyabr 1716[…]) — Səyyah. Kempfer səfərləri əsnasında Azərbaycana gəlmiş və bir müddət burada qalmışdır. Kempfer Bakı, Şamaxı, Şəki və Gəncənin XVII əsr gündəlik həyatı haqqında müxtəlif məlumatlar vermişdir.
Erik Kempbell
Erik Kempbell (ing. Eric Campbell, 26 aprel 1880 – 20 dekabr 1917, Los-Anceles, Kaliforniya) – britaniyalı komik-aktyor, Çarli Çaplin lə qısametrajlı filmlərdə birgə iştirakı sayəsində məşhur olmuşdur. == Həyatı == Alfred Erik Kempbell 1879-cu il 26 aprel tarixində (digər mənbələrə görə — 1878 və yaxud 1880) Şotlandiyanın Stratklayd qraflığının Danun şəhərciyində anadan olmuşdur. Uşaq yaşlarından səhnədə çıxış etməyə başlamışdır. 1901-ci ildə müzik-holl akrtisası Fanni Robotemlə evlənir. Bir müddət sonra isə Fred Karno nun məşhur teatr antreprizinə işə qəbul olur. Həmin dövrdə burada Çarli Çaplin və Albert Ostin də işləyirdi. 1914-cü ildə Kempbell Karno truppasının qastrolları sayəsində ABŞ-yə gəlir. Nyu York da olan çıxışlar zamanı Kempbelli brodvey prodüseri olan Çarlz Froman görür. O, Kempbellə müqavilə təklif edir və aktyor iki ildən çox teatr tamaşalarında çıxış edir.
Kempbell Makkonnell
Kempbell Makkonnell (ing. Campbell R. «Mac» McConnell; 2 iyun 1928, Harvi[d], İllinoys – 5 yanvar 2019, Linkoln) — amerikalı iqtisadçı, əməkdar professor, 21 nəşri keçmiş “İqtisadiyyat” dərsliyinin müəllifi. == Bioqrafiyası == Kempbell 2 iyun 1928-ci ildə ABŞ-nin İllinoys ştatının Harvi şəhərində anadan olub. === Təhsili === Makkonnell1950-ci ildə Kornell Kollecindən İncəsənət Bakalavrını (BA) və 1951-ci ildə İllinoys Universitetində İncəsənət Magistrini (MA) almışdır. O, 1953-cü ildə Ayova Universitetində doktorluq (Ph.D.) dərəcəsini almışdır. 1953-cü ildə Nebraska-Linkoln Universitetində müəllimlik fəaliyyətinə başlamış və 1990-cı ildə təqaüdə çıxana qədər müəllimlik etmişdir. Onun geniş caz qeydləri kolleksiyası var idi və cazın tarixini oxumaqdan həzz alırdı. O, 1975-2010-cu illərdə Orta Qərb İqtisadiyyatı Assosiasiyasının prezidenti, Amerika İqtisadi Assosiasiyasının iqtisadi təhsil komitəsinin üzvü və Birinci Federal Linkoln Bankının direktorlar şurasının üzvü olub. === Vəfatı === O, 5 yanvar 2019-cu ildə ABŞ-nin Nebraska ştatının Linkoln şəhərində vəfat edib. == Mükafatları == Nailiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb: 1962 — Nebraska-Linkoln Universitetindən Görkəmli Pedaqoq Mükafatı 1973 — Kornel Kollecinin Fəxri Hüquq Doktoru 1991 — Nebraska-Linkoln Universitetindən "akademik azadlıq üçün" Ceyms A. Leyk mükafatı; 1994 — Kornel Kollecinin "görkəmli nailiyyətlərinə görə" mükafatı; 1994 — Nebraska-Linkoln Universitetindən Görkəmli Pedaqoq Fakültəsi Mükafatı.
Kempbell adaları
Kempbell adaları (ing. Campbell) — Vulkan məşəlli adalar Sakit okeanın cənubunda yerləşir. Yeni Zelandiyanın Cənub adasından 600 km cənubda qərar tutur. Kempbell adası UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adaların ümumi sahəsi — 113,31 km² təşkil edir. Kempbell adası (Campbell Island) (52°32,40′ c. e. 169°8,70′ ş. u.) 112.68 km² Dent adası (Dent Island) (52°31,15′ c. e. 169°3,75′ ş.
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Kemper (rayon, Fransa)
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Kempeytay
Kempeytay (yap. 憲兵隊) - 1881-1945-ci illər dövründə Yaponiya İmperator ordusunun hərbi polisi. İngilis üslubunda və fransız jandarmeriyası nümunəsində təşkil olunmuş silahlı qüvvələr polisidir. Kempeytay əməkdaşları "kempey" adlandırılırdı.. == Tarixi == Kempeytay 1881-ci il 4 yanvar tarixində general Yasumasa Fukusimanın təşəbbüsü ilə "Kempey haqda qətnamə" (憲兵条例) adlı dekretə əsasən yaradılmışdır. Kempeytay fransız jandarmeriyası nümunəsində yaradılmışdır. Hərbi, məhkəmə və polis funksiyaları 1898-ci ildə qəbul edilən "Kempey Rey" adlı qanunda müəyyən olunmuş və möhkəmləmdirilmişdir. Bu qanun 1945-ci il avqust tarixinə, Yaponiyanın İkinci Dünya müharibəsi zamanı məğlubiyyətinə qədər 26 dəfə dəyişikliyə uğramış və nəticədə kempeytay hissələri ləğv olunmuşdur. İlk əvvəl yaranarkən 349 əməkdaşdan ibarət olan bu dəstə hərbi mükəlləfiyyət haqda yeni qanunun həyata keçirilməsi və narazı kəndli ailələrinin müqavimətinin boğulması ilə məşğul olurdu. Kempeytay əməkdaşlarının vəzifələrinə həmçinin polis funksiyaları da aid idi.
Kempferiya qalanqa
Kempferiya qalanqa (lat. Kaempferia galanga) — kaempferia cinsinə aid bitki növü.
Kempinski Hotel-Badamdar
Bakı "Kempinski Hotel-Badamdar" kompleksi - Bakı şəhərində yerləşən otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi. == Ümumi məlumat == Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. "Gilan-İnşaat" MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılmışdır. Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir. == Otel == Kompleksin birinci mərhələsi – otel binasında ən yüksək standartlara cavab verən 283 nömrədə müştərilərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Oteldəki iki restoran və üç bar qonaqlara yerli və xarici mətbəxin nümunələrini təqdim edir. Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Kompleks Kempinski otellər şəbəkəsinə daxildir.
Kempir
Kempir — türk və altay mifologiyasında və nağıllarda adı çəkilən nəhəng. Azman, çox böyük varlıq. Mastan (Mıstan, Bıstan) Kempir adlı bir nəhəng insanın topuqlarından qanını əmər və yer altına aparıb məhbus edər sonra da acanda yer. Bəzən ağızından alovlar saçar. Zulman Kempir adlı dişi bir nəhəng də tez-tez nağıllarda xatırlanar. Yalmavuz Kempir isə nəhəng anlayışının fərqli bir adıdır. Qazaxlarda yaşlı çirkin bir qoca qarı şəklindədir. Qazaxlar göy qurşagına Kempirqoşax adı verirlər. Kambar Xan ilə də əlaqəli olma ehtimalı vardır. Göy qurşagına bəzən Kempirqurşaq bəzən də Kambarquşaq adı verilər.
Kerolin Kempbell
Kerolin Kempbell (1980, Albani) — amerikalı skripkaçı. O, klassik, caz, film və populyar musiqiləri ifa edən və yazan solist və kamera musiqiçisidir. == Erkən həyat == Kempbell Nyu-Yorkun Albani şəhərində anadan olub və Havay, Nevada və Kaliforniyanın şimalında böyüyüb. O, üç yaşında Suzuki metodu ilə məktəbəqədər hazırlıq sinfində skripka çalmağa başladı. Səkkiz yaşında Reno Filarmonik Orkestri ilə solo çıxış etdi. Orta məktəbdə oxuyarkən o, Prezident təqaüdçüsü seçildi və Kennedi Mərkəzində çıxış etdi.O, orta məktəbi Klivlend Musiqi İnstitutunda Gənc Sənətçilər Proqramı ilə tələbə kimi bitirmiş və Devid Serone və Donald Vaylerşteyn ilə birlikdə oxuduğu Klivlend İnstitutunda kollegial işi davam etdirmişdir. Kempbell 2000-ci ildə Stenford Universitetinə transfer olur. O, kompüter elmləri, məntiq, dilçilik və psixologiya üzrə təhsil alıb. Stenfordda olarkən o, Gennadi Kleymanla birlikdə işləyirdi. 2004-cü ildə o, Fi Beta Kappa-nı simvolik sistemlər üzrə bakalavr dərəcəsi və sosiologiya üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Kim Kempbel
Kim Kempbel (ing. Avril Phædra Douglas "Kim" Campbell; 10 mart 1947) — Kanadalı siyasətçi, diplomat, yazıçı və professor. 25 iyun — 4 noyabr 1993-cü il tarixləri arasında Kanadanın 19-cu baş naziri olmuşdur (132 gün). Kanadanın ilk və bugünədək yeganə qadın baş naziri, həmçinin Britaniya Kolumbiyasında doğulmuş yeganə baş nazir və İkinci dünya müharibəsindən sonra dünyaya gəlmiş ilk baş nazirdir. Siyasi karyerası ərzində dörd müxtəlif nazirliyə rəhbərlik etmiş, o cümlədən Kanadanın ilk qadın Ədliyyə naziri, Baş Prokuror və Müdafiə naziri olmuşdur. O, 1996-cı ildə nəşr etdirdiyi və öz bioqrafiyasını əks etdirən "Vaxt və İmkan" kitabında keçdiyi həyat yolunu geniş şəkildə əks etdirmişdir. == Həyatı == Kim Kempbell 10 mart 1947-ci ildə Kanadanın Britaniya Kolumbiyası əyalətinin Port-Alberni şəhərində Corc Tomas Kempbel və Filis Liza Kukun ailəsində dünyaya gəlmişdir. O 12 yaşında olarkən anası ailəni tərk etmiş və onunla bacısı Aliksin qayğısına ataları qalmışdır. Kempbel gənc yaşlarında özünə, aktrisa Kim Novakın şərəfinə "Kim" ləqəbini götürmüşdür. Erkən yaşlarında Kim Kempbel CBS kanalının Uşaq televiziya klubunda aparıcı və müxbir kimi çalışmışdır.
Kora Kempbel
Kora Kempbel (d. 28 may 1974) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Kora Kempbel, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Kora Kempbel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.39 dəfə / 1 mln.
2004 ••••• 0.34
2006 •••••• 0.45
2009 •••• 0.32
2010 ••••• 0.36
2011 •••••• 0.43
2012 ••••••• 0.52
2013 •••••••••••••••••••• 1.60
2014 ••••• 0.34
2016 ••• 0.17
2019 •• 0.14
2020 ••••••••••••••• 1.19

"kemp" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kemp nədir? #kemp sözünün mənası #kemp nə deməkdir? #kemp sözünün izahı #kemp sözünün yazılışı #kemp necə yazılır? #kemp sözünün düzgün yazılışı #kemp leksik mənası #kemp sözünün sinonimi #kemp sözünün yaxın mənalı sözlər #kemp sözünün əks mənası #kemp sözünün etimologiyası #kemp sözünün orfoqrafiyası #kemp rusca #kemp inglisça #kemp fransızca #kemp sözünün istifadəsi #sözlük