keyfiyyəti sözü azərbaycan dilində

keyfiyyəti

Yazılış

  • keyfiyyəti • 97.6073%
  • Keyfiyyəti • 2.3722%
  • KEYFİYYƏTİ • 0.0205%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əhalinin həyat keyfiyyəti
Əhalinin həyat keyfiyyəti — əhalinin iqtisadi, siyasi-sosial, etnik-milli, konfessional (dini), təbii-coğrafi amillərin qarşılıqlı təsiri ilə müəyyən olunan xüsusiyyətləri və təkrar istehsalının məcmu xarakteristikası . Əhalinin həyat keyfiyyəti əhalinin təkrar istehsalının həm kəmiyyətcə, yəni xüsusi demoqrafik göstəricilərlə (təkrar istehsal əmsalı, ölüm sayının xüsusi göstəriciləri, körpələr və analar, əməkqabiliyyətli yaşdakı əhalinin ölüm sayı), həm də sosial (təhsil, səhiyyə, ərazi və əmək mobilliyi və s.) səviyyəsini əks etdirən keyfiyyət xarakteristikası ilə müəyyənləşdirilir. Həyat keyfiyyəti, həyat səviyyəsi istər bazar və qeyri-bazar təsərrüfatı sistemində, istərsə də keçid dövründə əhalinin yaşayış təminatı kimi xarakterizə olunur. Bununla da, iqtisadiyyatda sosial kateqoriya kimi səciyyələndirilir. Belə dəyərləndirmə sadə göstəricilər dəsti, yaxud xüsusi aqreqasiya olunmuş göstəricilər vasitəsilə aparıla bilər, lakin bu fenomenin keyfiyyət göstəricilərini bütünlükdə formalaşdırmaq qeyri-mümkündür. Əhalinin həyat keyfiyyəti insan amilinin iqtisadiyyata təsirinin müxtəlif formalarını üzə çıxaran mühüm makro iqtisadi meyardır. O, insan, insan qrupu və ya hər hansı birliyin fiziki, mental, sosial-mədəni inkişafını müəyyənləşdirən əlamətləri xarakterizə edir. Əhalinin həyat keyfiyyəti ilə əhalinin təkrar istehsalının səmərəliliyi anlayışları arasında (demoqrafiyada bu, doğum sayının azalması müşahidə edilərkən, ölüm sayının daha da azaldılması yolu ilə təbii artımın eyni səviyyədə saxlanması deməkdir) qarşılıqlı əlaqə vardır. Əhalinin təkrar istehsalı homeostazis (özünü təkrar istehsal edən) sistem kimi onun mühüm keyfiyyət əlamətlərindən biridir. Əhalinin həyat keyfiyyətinin əsasını sağlamlıq təşkil edir.
Ətraf mühitin keyfiyyəti
Ətraf mühitin keyfiyyəti — ekoloji anlayış olub obyektiv-subyektiv münasibəti əks etdirir. İnsan üçün ətraf mühitin keyfiyyətinin kriteriyası onun sağlamlığıdır. Ətraf mühitin keyfiyyəti — nisbi anlayışdır, landşaftın eyni bir vəziyyətinin xassəsi müxtəlif əhali qrup üçün (məs: uşaqlar, böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından müxtəlif ola bilər. İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa, mühit sağlam ve ya komfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə münasibəti zamanı onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə), mühit sağlam olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir. Əgər insanın mühitlə əlaqəsi zamanı əhalinin sağlamlığının vəziyyətində ciddi qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə, mühit ekstremal mühit kimi qiymətləndirilir. Ətraf mühitin keyfiyyəti ümumi dövlət miqyasında respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir. Ətraf mühitin təbii xassələrinin yol verilən dəyişilmə həddinin müəyyən edilməsi.
Azərbaycanda həyat keyfiyyəti-2018
Azərbaycanda həyat keyfiyyəti-2018 — Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə AMEA İqtisadiyyat İnstitutunda gerçəkləşdirilmiş ilk tədqiqatın nəticələrini əks etdirən kitabdır. AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru İnstitutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir. Kitabın müəllifləri professor Nazim Müzəffərli, iqtisad üzrə fəlsəfə doktorları, dosent Pərviz Həsənov, Bəhruz Əhmədov, məsləhətçiləri professor Akif Musayev, iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayevadır. Kitab Azərbaycan və rus dilində nəşr edilmişdir. == Tədqiqat haqqında == Kitabda əksini tapan tədqiqat işindəki qiymətləndirmələr AMEA İqtisadyyat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılmışdır. Tədqiqat ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir. Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılıb və 36 göstərici əsasında tərtib edilib. Həmin sub-indekslərə maddi rifah, sağlamlıq, təhsil, təhlükəsizlik, ailə möhkəmliyi, ekologiya və asudə vaxt imkanları daxildir. Təhlillərə görə Azərbaycanda həyat keyfiyyətinin ən yüksək olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Şəhər və rayonların sıralamasında birinci yeri sub-indekslərin əksəriyyəti üzrə Naxçıvan şəhəri tutur.
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti
Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyəti — tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünür. Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır. Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlarıdır. Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir. Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür. Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir.

"keyfiyyəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#keyfiyyəti nədir? #keyfiyyəti sözünün mənası #keyfiyyəti nə deməkdir? #keyfiyyəti sözünün izahı #keyfiyyəti sözünün yazılışı #keyfiyyəti necə yazılır? #keyfiyyəti sözünün düzgün yazılışı #keyfiyyəti leksik mənası #keyfiyyəti sözünün sinonimi #keyfiyyəti sözünün yaxın mənalı sözlər #keyfiyyəti sözünün əks mənası #keyfiyyəti sözünün etimologiyası #keyfiyyəti sözünün orfoqrafiyası #keyfiyyəti rusca #keyfiyyəti inglisça #keyfiyyəti fransızca #keyfiyyəti sözünün istifadəsi #sözlük