Keyqubad sözü azərbaycan dilində

Keyqubad

Yazılış

  • Keyqubad • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
I Keyqubad
I Keyqubad və ya Ədalətli Keyqubad– Şirvanşahlar dövlətinin otuz birinci hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu. == Fəaliyyəti == XIV əsrin əvvəllərində Olcaytunun oğlu Məhəmməd Əbu Səidin (1316-1335-ci illər) zamanında Elxanilər dövlətinin tənəzzülü ilə bağlı Şirvanşahların hakimiyyəti güclənir. Şirvanın şəhərlərində təsərrüfat həyatının dirçəlməsi, ticarətin inkişafı müşahidə edilir. Lakin elxan Əbu Səidlə Qızıl Orda xanı Özbək, sonra isə Əbu Səidin varisi Arpa xanla (1335-1336-cı illər) Özbək arasındakı hərbi əməliyyatlar nəticəsində Şirvan ərazisi yenidən viran və talan edildi. Arpa xan 1336-cı ildə öldükdən və Elxanilər dövləti, faktik olaraq bir sıra xırda feodal mülklərinə parçalandıqdan sonra monqol əmirləri və köçəri tayfaların başçıları hakimiyyəti öz əllərinə alaraq elxani şahzadələrini həbs edir, hakimiyyətdən salır və feodal ara müharibələri aparırdılar. Belə ki, az vaxt ərzində Elxanilər taxtında Cənubi Azərbaycanda hakimiyyətlərini möhkəmləndirən, öz aralarında rəqabət aparan Çobani və Cəlairi əmirlərinin iş başına gətirdikləri Musa, Məhəmməd, Toğa Teymur, Cahan Teymur, Satibəy xatun, Süleyman və sonuncu elxan Ənuşirəvan kimi qısamüddətli hökmdarlar bir-birini əvəz etmişdi. Elxanilər monqol dövlətinin dağılmağa başladığı bu dövrdə Azərbaycanın şimal vilayətləri, o cümlədən Şirvanın şəhərləri bir müddət yadelli işğalçıların əsarətindən azad olaraq dirçəlməyə başlayır, siyasi qüvvə əldə edirlər. XIV əsr ərzində və bütövlükdə XV əsrdə Şirvanşahlar dövləti Elxanilərin hakimiyyətini formal şəkildə qəbul etsələr də, əslində, müstəqil idi. Bunu numizmatik məlumatlar da təsdiq edir. Bu vaxt Şirvanda Şirvanşahlar Keyqubad və sonralar onun oğlu Kavus hökmranlıq etmişlər.
Keyqubad (Kəleybər)
Keyqubad (fars. كيقباد‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Keyqubad məscidi
Keyqubad məscidi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, Şirvanşahların saray binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən məscid. Məscid sifarişçisi olan Şirvanşah I Keyqubadın (1317–1348) adı ilə adlandırılmışdır. Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur. Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi. == Tarixi == Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur.
I Əlaəddin Keyqubad
Şirvanşah I Keyqubad ilə səhv salınmamalıdır. I Əlaəddin Keyqubad (Anadolu Səlcuqlu dövlətinin sultanı (1220-1237), sultan I Qiyasəddin Keyxosrovun oğlu. Hakimiyyətdə olduğu dövrdə inşa etdirdiyi və çoxu bu günə qədər gəlib çatan tikililərə, idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə dünya miqyasında ən tanınmış Anadolu Səlcuqlu sultanıdır. İnşa etdirdiyi və bu günə qədər qorunub saxlanan ən önəmli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhrdəki Qubadabad sarayıdır. == Həyatı == I Əlaəddin Keyqubad uşaqlıqda ciddi təlim-tərbiyə almışdır. Türk-islam adət-ənənələrinə görə Əmir Seyfəddin, Ay-Aba və Əmir Bədrəddin Gövhərtaş onun atabəyi təyin olunmuşlar. Keyqubad ana dili olan türk dili ilə bərabər fars, yunan və ərəb dillərini də öyrənmişdir. Bundan başqa o islam elmlərini və astronomiyanı da bilirdi. 1205-ci ildə Tokat məliki (valisi) təyin olunmuş və dövlət idarəçiliyi sahəsində ilk təcrübələrini toplamağa başlamışdır. Atasının vəfatından sonra hakimiyyət böyük qardaşı I İzzəddin Keykavusun əlinə keçmişdir.
Kavus ibn Keyqubad
Kavus ibn I Keyqubad – Şirvanşahlar dövlətinin otuz ikinci hökmdarı, Şirvanşah I Keyqubadın oğlu. == Fəaliyyəti == Mənbələrin verdiyi məlumata görə Şirvanşah Keyqubad hələ sağlığında dövlətin idarə olunmasını oğlu Kavusa vermişdi. Ə.Ə.Əlizadənin fikrincə, "Keyqubad qoca olduğundan artıq dövlət işlərində fəal iştirak edə bilmirdi və ölkənin idarə edilməsini oğlu ilə bölüşdürməli olmuşdu". === Çobanilərlə münasibətlər === Şirvanşah Keyqubad öz hakimiyyətini Cənubi Azərbaycanda və Qarabağda möhkəmləndirən Çobani Əşrəfdən kömək umurdu. H.745 (1344/5)-ci ildə "Şirvan və Şamaxının hakimi", Şirvanşah Keyqubadın oğlu malik Kavus Şirvandan Qarabağa Məlik Əşrəfin iqamətgahına gəlir. Məlik Əşrəf Kavusu iltifatla qarşılayır, ona qiymətli hədiyyələr – daş-qaşla işlənmiş paltar və başqa şeylər verir. Lakin Əşrəf Kavusun yanında nüfuzlu feodallardan biri olan Hacı Şəhribanın oğlu əmir Vəfadan gözlənilmədən tutub öldürür. Əşrəfin bu qəddarlığı Kavusu elə sarsıdır ki, elə həmin gecə Qarabağdan qaçaraq Şirvana qayıdır. Şirvanşahla dostluğu pozmaq istəməyən məlik Əşrəf elçiləri Xacə Əbdülheyi və Əxicuq Məliki Kavus və onun atası Keyqubad üçün qiymətli hədiyyələr – daş-qaşla bəzənmiş kəmər, papaqvə başqa şeylərlə Şirvana yollayır. O, eyni zamanda, Keyqubadın qızına elçi göndərir.
Sultan Müəzzəddin Keyqubad
Sultan Müəzzəddin Keyqubad (1269-1290) — Dehli türk sultanlığı hökmdarı. Sultan Müəzzəddin Keyqubad 1269-cu ildə doğuldu və babası Sultan Qıyasəddin Balabanın ölümündən sonra 1287-ci ildə taxta çıxdı. Əsasən hökm sürdüyü dönəmdə bütün iqtidar Naib-ül Mülk Məlik Nizaməddinin əlindəydi. Keyqubad şah, babası Balabanın şəxsi keyfiyyətlərini yaşada bilmədi və ölkədə qarışıqlıqların çıxmasına əngəl ola bilmədi. Taxta çıxdıqdan iki il sonra, 1290-cı ildə öldürüldü. Eyni il son hökmdar Sultan Kəyumərsin də qətliylə Dehli türk sultanlığı taxtı Xələclər sülaləsimə keçdi.
III Əlaəddin Keyqubad
III Əlaəddin Keyqubad (fars. علاء الدین کیقباد بن فرامرز ʿƏlaəddin Keyqubad bin Feramurz; 1283 – 1303) - Anadolu Səlcuqlu Sultanı və II. İzzəddin Keykavusun nəvəsidir. Anadoluda hökmranlıq edən Monqol dövləti Elxanilərin hökmdarı Qazan xan Türkiyə Səlcuqlu Sultanı II Qiyasəddin Məsudu onun əmrlərinə tabe olmadığı üçün taxtdan endirdi. Onu III Əlaəddin Keyqubad əvəz etdi. III Əlaəddin Keykubad dövründə Anadoluda bir qədər qarışıqlıq yarananda monqollar onu taxtdan endirib yerinə II Qiyasəddin Məsudu təyin etdilər. III Əlaəddin Keyqubad taxtdan salındıqdan sonra Təbrizə göndərilir, mühakimə olunur və edama məhkum edilir. Lakin arvadı monqol sülaləsindən olduğu üçün onun canı bağışlanır. Qazan xan ona İsfahanda qalmağı əmr etdi və bütün xərclərini öhdəsinə götürdü.

Oxşar sözlər

#keyqubad nədir? #keyqubad sözünün mənası #keyqubad nə deməkdir? #keyqubad sözünün izahı #keyqubad sözünün yazılışı #keyqubad necə yazılır? #keyqubad sözünün düzgün yazılışı #keyqubad leksik mənası #keyqubad sözünün sinonimi #keyqubad sözünün yaxın mənalı sözlər #keyqubad sözünün əks mənası #keyqubad sözünün etimologiyası #keyqubad sözünün orfoqrafiyası #keyqubad rusca #keyqubad inglisça #keyqubad fransızca #keyqubad sözünün istifadəsi #sözlük