Keyta sözü azərbaycan dilində

Keyta

Yazılış

  • Keyta • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hamidu Keyta
Hamidou Keyta (17 dekabr 1994, Montivile[d]) — fransalı, peşəkar futbolçudur. Azərbaycan Premyer Liqasında çıxış edən Qarabağın futbolçusudur. == Karyerası == === Sent-Etyen === Hamidu Keyta 13 yanvar 2017-ci ildə Sent-Etyenin heyətində Liqa 1 -də Lillə 1–1 bərabərə qalan matçda peşəkar debüt etdi. === Santa Klara === 31 iyul 2021-ci ildə Hamidu Keyta Portuqaliyanın Santa Klara klubu ilə iki illik müqavilə bağladı. === Zirə === Hamidu Keyta Zirə ilə 1 il 6 aylıq müqavilə bağladı. Zirənin heyətində ilk dəfə Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab matçında Səbailə qarşı matçda çıxış edib. Həmin matçda 66-cı dəqiqədə meydana çıxıb. 72-ci dəqiqədə isə həmin matçda özünün 1-ci, komandasının 3-cü qolunu vurub. Matç Zirənin 4–0 hesablı qələbəsi ilə başa çatıb. İlk dəfə 90 dəqiqə meydanda olduğu matç Azərbaycan Premyer Liqasının Zirə-Neftçi matçıdır.
Keyta Suzuki
Keyta Suzuki (d. 8 iyul 1981) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Keyta Vatanabe
Keyta Vatanabe (25 mart 1992) — Yaponiyalı şort-trekçi. Keyta Vatanabe Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Keyta Vatanabe birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Vatanabe 2:19.205 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Mohamed Keyta
Mohamed Keyta — Qvineyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən)
Seydu Keyta
Seydu Keyta (fr. Seydou Keita; 16 yanvar 1980[…], Bamako) — keçmiş Mali futbolçusu.
Keyta Şibata
Keyta Şibata (柴田 桂太, Şibata Keyta, 20 sentyabr 1877, Tokio – 19 noyabr 1949) – Yaponiya biokimyaçısı və bitki fizioloqu. == Həyatı == Keyta Şibata 1877-ci ildə Tokioda doğulmuşdur. Tokio Universitetindən məzun olmuş və elə bu universitetdə işləməyə başlamışdır. Almaniyada təhsil almış və bitki fizioloqu Vilhelm Pfefferin tələbəsi olmuşdur.Şibata bitki dünyasında flavonoid birləşmələrinin yayılması üzrə araşdırmalar aparmaqla yanaşı, tənəffüs və metabolizma sahələrində də uğurlu tədqiqatlara imza atmışdır. Bir çox tanınmış alim yetişdirmişdir. == Ailəsi == Şibatanın atası Şokey Şibata tanınmış farmakoloq olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983.
Nabi Keyta
Nabi Keyta (10 fevral 1995[…], Konakri) — İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı.16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu. 12 dekabrda "Antalyaspor" ilə 3–2 qələbə hesablı oyunda qol müəllifi oldu.
Keytay mədəniyyəti
Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etmişdir. Yapon dilində mobil telefona "keytay denva" (携帯電話) və ya qısaca "keytay" (携帯電話) deyirlər. Ona görə də Yaponiyadakı mobil telefon mədəniyyətini Keytay mədəniyyəti də adlandırırlar. Yaponiyada mobil telefondan istifadə geniş yayılmışdır və yayılmağa da davam edir. 2013-cü ildə əhalinin 39,1%-nin mobil telefonu olduğu halda, 2021-ci ildə bu rəqəm 74,3%-ə çatmışdır. == Xüsusiyyətlər == Yaponiyada mobil telefon mədəniyyəti özünəməxsus şəkildə inkişaf etdiyi üçün bu hal Qalapaqos sindromu adını almışdır. Yaponiyada mobil telefon mədəniyyətinin populyar elementlərindən biri romanlardır. Mobil telefon romanı və ya keytay romanı mobil telefon vasitəsilə yazılan roman növüdür və Yaponiyada ədəbi janra çevrilmişdir. Mobil telefon ədəbiyyatı ilə əsasən həvəskarlar məşğul olsa da, bəzi əsərlər populyarlaşaraq kitab şəklində çap oluna bilir. Yaponiyada mobil telefon vasitəsilə yazılmış ən məşhur roman olan "Dərin sevgi" (2002) əsasında film, serial və manqa istehsal olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.29 dəfə / 1 mln.
2004 •••••• 0.34
2007 ••••••• 0.42
2009 •••••••••••••••••••• 1.28
2010 ••••• 0.27
2011 •••••••••• 0.60
2013 •••••••••• 0.58
2014 ••• 0.17
2017 •••••••• 0.49
2018 ••• 0.15
2019 ••••• 0.28
2020 ••• 0.13

Oxşar sözlər

#keyta nədir? #keyta sözünün mənası #keyta nə deməkdir? #keyta sözünün izahı #keyta sözünün yazılışı #keyta necə yazılır? #keyta sözünün düzgün yazılışı #keyta leksik mənası #keyta sözünün sinonimi #keyta sözünün yaxın mənalı sözlər #keyta sözünün əks mənası #keyta sözünün etimologiyası #keyta sözünün orfoqrafiyası #keyta rusca #keyta inglisça #keyta fransızca #keyta sözünün istifadəsi #sözlük