keçiağacı sözü azərbaycan dilində

keçiağacı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • keçiağacı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Keçiağacı
Keçiağacı (lat. Reaumuria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Türkistan keçiağacı
Reaumuria alternifolia (lat. Reaumuria alternifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin keçiağacı cinsinə aid bitki növü. Cənubi Zaqafqaziyada yayılmışdır. Qafqazda, Şərqi və Mərkəzi Asiyada bitir. Hündürlüyü 30-50 sm-ə çatan kol bitkisidir. Budaqları çılpaq, göyümtül, ağdır. Yarpaqları növbəli, sadə, ellipsvaridən lansetvariyədək, uzunluğu 1,0-2,5 sm, eni 3-7 mm olub, bütöv, ucu bizdir. Çiçək qrupu qısa buğumlarda və ya uc budaqlarda yerləşir. Kasacığı dərin, uzunluğu 3-6 mm, eni 2,5-3,5 mm, enli, yumurtavari, ucu biz, bir az dişlidir, kənarları pərlidir. Ləçəkləri sərbəst, uzunluğu 9-13 mm, eni 3-4 (5) mm, enli-ellipsvari, əyri, bir tərəfdən kəsikli, çıxıntıları az miqdarda dalğalıdır.
İran keçiağacı
İran keçiağacı (lat. Reaumuria persica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin keçiağacı cinsinə aid bitki növü. Azərbaycanın, Orta Asiya və İranda təbii аrеаlı vаrdır. Naxçıvan MR-də və Xızı rayonunda (Altı-ağacda) təbii hаldа yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. NT. Аşаğı dаğ zоlаğındа quru, gilli və dаşlıq, bəzən şoran yаmаclаrdа, dəniz sahilində rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə hündürlüyü 15-30 sm-ə qədər olan yаrım kоldur. Gövdəsi оduncаqlı bünövrəsindən çıхır. Gövdə düzdür, sıх yаrpаqlı və budаqlı dеyil, Yаrpаqlаrı ətli, silindrik, оturаq, uzunluğu 1 sm-ədək, еni təхminən 1 mm-dir.

Oxşar sözlər

#keçiağacı nədir? #keçiağacı sözünün mənası #keçiağacı nə deməkdir? #keçiağacı sözünün izahı #keçiağacı sözünün yazılışı #keçiağacı necə yazılır? #keçiağacı sözünün düzgün yazılışı #keçiağacı leksik mənası #keçiağacı sözünün sinonimi #keçiağacı sözünün yaxın mənalı sözlər #keçiağacı sözünün əks mənası #keçiağacı sözünün etimologiyası #keçiağacı sözünün orfoqrafiyası #keçiağacı rusca #keçiağacı inglisça #keçiağacı fransızca #keçiağacı sözünün istifadəsi #sözlük