keçici sözü azərbaycan dilində

keçici

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • keçici • 92.1320%
  • Keçici • 7.1066%
  • KEÇİCİ • 0.7614%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.17 dəfə / 1 mln.
2003 ••••••••••••••• 1.57
2004 ••••••••••••• 1.35
2005 ••••••••••••• 1.35
2006 ••• 0.23
2007 •••••••••••••• 1.48
2008 ••• 0.24
2009 ••••••••••••••••• 1.76
2010 •••••••••••••••••••• 2.18
2011 ••••••••••••••• 1.54
2012 •••••••••••• 1.29
2013 ••••••••••••• 1.31
2014 ••••••• 0.69
2015 •••••••• 0.85
2016 ••••••• 0.69
2017 ••• 0.33
2018 ••••••••• 0.90
2019 ••••••••••• 1.11
2020 ••••••••• 0.93

keçici sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Hər hansı bir yarışda və s.-də yeni qaliblərə, birincilik qazananlara verilən. Keçici kubok. – O kimdir külüngü dağ kimi vurur? Keçici bayraq da yanında durur? S.Vurğun. Görünür qabaqda keçici bayraq; Onun yarış adlı şüarı vardır. H.Arif. 2. Müvəqqəti, ötəri. Keçici yağış. Keçici sevinc. Keçici həvəs. – Bu qara gün keçicidir, bir gün bitər, inləmə; Bağçamızda sarı bülbül yenə ötər, inləmə. A.İldırım. [Bəxtiyar:] Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq. S.Vurğun. 3. Bir neçə il davam edən, keçən ildən qalan, gələn ilə qalan. Keçici mövzu. Keçici məbləğ. 4. Yoluxucu, yoluxan, keçən. Keçici xəstəlik.

    Azərbaycan dilinin izahlı lüğəti / keçici

keçici sözünün sinonimləri (yaxın mənalı sözlər)

keçici sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 KEÇİCİ I sif. Müvəqqəti, ötəri, ötüb-keçən. Yox, Cəlal, bu qədər hissə qapılmaq; Gəncliyin keçici hissidir, ancaq (S.Vurğun). KEÇİCİ II sif. Sirayət edən, birindən digərinə keçən. Sarılıq keçici xəstəlikdir.

    Azərbaycan dilinin omonimlər lüğəti / keçici

keçici sözünün rus dilinə tərcüməsi

  • 1 переходящий

    Azərbaycanca-rusca lüğət / keçici
  • 2 прил. 1. переходящий: 1) такой, который передается новому победителю в каком-л. соревновании, состязании. Keçici bayraq переходящее знамя, keçici kubok переходящий кубок 2) перемещающийся 3) такой, который переносится на следующий год. Keçici mövzu переходящая тема, keçici qalıq экон. переходящий остаток 2. заразный, заразительный, способный заразить. Keçici xəstəliklər заразные болезни 3. преходящий (временный, недолговечный). Keçici sevinc преходящая радость, keçici kədər преходящая грусть; keçici piyada спорт. проходная пешка (пешка, имеющая возможность достичь последней линии на шахматной доске)

    Azərbaycanca-rusca lüğət / keçici

keçici sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. (ötüb keçən, ötəri) transient, transitory; passing; challenge; ~ hisslər transient feelings; ~ bayraq challenge banner; ~ kubok id. challenge prize / cup; 2. (yoluxucu) contagious, infectious; elm. zymotic; ~ xəstəlik infectious / zymotic disease

    Azərbaycanca-ingiliscə lüğət / keçici

keçici sözünün fransız dilinə tərcüməsi

  • 1 1) sif. éphémère, fugiti//f, -ve ; passag//er, -ère ; transitoire ; ~ hisslər sentiments m pl transitoires ; 2) tib. contagieu//x, -se ; infectieu//x, -se ; ~ xəstəlik maladie f contagieuse

    Azərbaycanca-fransızca lüğət / keçici

keçici sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. къекъведай, гъиляй-гъилиз къекъведай, гъиляй-гъилиз фидай (акъажунра гьар сеферда сад лагьай чка кьур цӀийи коллективдиз гудай; мес. пайдах, кубок); 2. алатдай, алатна фидай, вахтуналди тир (мес. марф, хъел); 3. са шумуд йисуз давамдай, алатай йисалай амукьай, къведай йисус амукьай; 4. галукьдай, садакай масадак фидай (азар).

    Azərbaycanca-ləzgicə lüğəti / keçici

keçici sözünün türk dilinə tərcüməsi

"keçici" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#keçici nədir? #keçici sözünün mənası #keçici nə deməkdir? #keçici sözünün izahı #keçici sözünün yazılışı #keçici necə yazılır? #keçici sözünün düzgün yazılışı #keçici leksik mənası #keçici sözünün sinonimi #keçici sözünün yaxın mənalı sözlər #keçici sözünün əks mənası #keçici sözünün etimologiyası #keçici sözünün orfoqrafiyası #keçici rusca #keçici inglisça #keçici fransızca #keçici sözünün istifadəsi #sözlük