Keçətüklü böyürtkən
Keçətüklü böyürtkən (lat. Rubus lanuginosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
== Ümumi yayılması ==
Azərbaycanda və İranda təbii arealı vardır.
== Azərbaycanda yayılması ==
Azərbaycanda təbii halda Lənkəran, Astara rayonları (Astaraçayın kənarı) ərazisində yayılmışdır.
== Statusu ==
Azərbaycanın nadir bitki növüdür. LC.
== Bitdiyi yer ==
Aşağı və orta dağ qurşağında meşəliklərdə, kolluqlarda və dəniz sahilində yayılmışdır.
== Təbii ehtiyatı ==
Azərbaycanda dar bir arealda yayılmışdır.
== Bioloji xüsusiyyətləri ==
Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3–5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür.